1 / 8

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI. FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

fallon
Download Presentation

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU: Ərzaq mallarının keyfiyyət üzrə əsas anlayışlar və terminlər Mühazirəçi: baş müəllim ƏLİYEV OKTAY VƏLİ OĞLU Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Ərzaq mallarının keyfiyyəti və keyfiyyət göstəricisi. • 2.Keyfiyyətdə üstünlük əmsalı • 3.Keyfiyyət səviyyəsi

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.M.M.Əliyev, O.V.Əliyev- Ərzaq mallarının kəmiyyət və keyfiyyət ekspertizasının aparılmasının ümumi qaydaları. • 2.M.M.Əliyev- Ekspertizanın nəzəri əsasları. • 3.П.А.Красовский, А.И.Ковалев, С.Г.Стрижов –Товар и его экспертиза.

  4. Ərzaq mallarının keyfiyyət üzrə əsas anlayışlar və terminlər • Ərzaq mallarının keyfiyyəti dedikdə- onlarin öz təyinatlarina uyğun olaraq, müəyyən istehlak tələblərini təmin etmək yararliğini şərtləndirən xüsusiyyətlərin cəmi nəzərdə tutulur. Ticarətdə isə mallarin bütün normativ-texniki sənədlərin tələblərinə uyğunluğu keyfiyyət adlanir. Mallarin bir və ya bir neçə faydali xüsusiyyətlərinin miqdarına keyfiyyət göstəricisideyilir. • Ərzaq mallarının keyfiyyəti onun vahid və kompleks göstəricilərinə görə qiymətləndirilir. Keyfiyyətin vahid göstəricisi onun bir, kompleks göstəricisi isə bir neçə xüsusiyyətini əhatə edir. Məsələn, kərə yağda "rəng" göstəricisi vahid göstərici, "konsistensiyasi və xarici görünüşü" isə kompleks göstərici hesab edilir, belə ki, bu göstərici bircinslilik, plastiklik, sixliliq, kəsim səthinin vəziyyəti və s. kimi xüsusiyyətlərini özündə birləşdirir. Bəzi hallarda məhsulun keyfiyyəti onun hər hansi bir təyin edici göstəricilərinəgörə qiymətləndirilir. • Ayrı-ayrı keyfiyyət göstəriciləri müxtəlif əhəmiyyət kəsb etdikləri üçün üstünlük əmsali tətbiq etmək zərurəti yaranır. Bu amsal keyfiyyətin orqanoleptiki göstəricilərinin təyinində geniş istifadə edilir.

  5. Üstünlük əmsalı- məhsulun verilən keyfiyyət göstəricilərinin başqa göstəricilər arasında miqdarca daha üstün xüsusiyyətlərə malik olduğunu göstərir. Bəzən məhsulun keyfiyyətinin müqayisəli qiymətləndirilməsində onun üstün xüsusiyyətlərə malik keyfiyyət göstəricisi əsas götürülür. Normativ sənədlərdə ərzaq mallarının keyfiyyət göstəricilərinin əhəmiyyətli olmasi müəyyən reqlament daxilində təyin edilmişdir. Belə ki, bu göstəricilərin ən böyük və ya ən kiçik reqlamentə uyğun əhəmiyyətliliyi göstərilir. Məsələn, bütün çörək-bulka məmulati üçün nəmlilik yalniz yuxari hədlə reqlamentləşdirilir. Belə ki, kürə çörəyi üçün nəmliliyin reqlamentləşdirilmiş əhəmiyyət həddi 48%-dən yuxarı olmamalıdır. Bir neçə keyfiyyət göstəriciləri üçün müəyyən edilmiş reqlamentlərdən kənara çixma halları olur. Başqa sözlə, bu kənara çixma halları normativ sənədlərlə nəzərdə tutulduğu hədd daxilində olur. • Məsələn, karamelin tərkibində şokolad qlazuru resepdə nəzərdə tutulduğundan ±3% fərqli ola bilər. • Ərzaq mallarının keyfiyyətinin qiymətləndirilməsində keyfiyyət səviyyəsinin təyini mühüm rol oynayir. • Keyfiyyət səviyyəsi- keyfiyyəti qiymətləndirilən ərzaq mallarının keyfiyyət göstəricilərinin normativ sənədlərdə nəzərdə tutulan əsas, fundamental keyfiyyət göstəriciləri ilə müqayisəli qiymətləndirilməsidir.

  6. Ərzaq mallarının keyfiyyətinin qiymətləndirilməsi- keyfiyyəti qiymətləndirilən mallarin keyfiyyət göstəriciləri nomenklaturasinın seçilməsi, bu göstəricilərin nə qədər əhəmiyyətli olmasi və onların əsas, fundamental göstəricilərlə müqayisəsi prosesidir. • Ərzaq məhsullarinin qiymətləndirilməsində istifadə olunan əsas anlayişlardan biri də texniki nəzarət anlayişidir. Texniki nəzarət zamani məhsulun və ya onun keyfiyyətinin asili olduğu proseslərin qəbul edilmiş texniki tələblərə (DƏST, SST, TŞ və s.) uyğunluğu yoxlanilır. • Bütün normativ- texniki sənədləşməyə uyğun gələn məhsullar yararli sayilirlar. Məhsulun təyin edilmiş tələblərə hər hansi bir uyğunsuzluğu qüsur sayilir. • Kritik qüsur zamani məhsulun təyinati üzrə istifadəsi mümkün olmur və ya yolverilməzdir. Məsələn, konservlərin mikrobioloji bombajı zamani belə hal yaranir. • Əhəmiyyətli qüsur- məhsulun keyfiyyətinə, istifadəsinə və (və ya) saxlanmasına kifayət qədər təsir edir, lakin, kritik hal sayilmir.

  7. Az əhəmiyyətli qüsur- məhsulun keyfiyyətinə, istifadəsinə və saxlanmasina o qədər də təsir etmir. Məsələn, meyvə və tərəvəzdə yüngülcə, səthi zədələnmələr və s. kənarlaşdirılmaği texniki cəhətdən mümkün, iqtisadi cəhətdən isə məqsədəuyğun olan qüsur kənarlaşdırılan qüsur adlanir. Kənarlaşdırılmaği mümkün olmayan qüsura, isə kənarlaşdirilmayan qüsur deyilir. Məsələn, konserv bankalari üzərindəki azacıq səthi paslanmani mahud parça ilə silmək olur (kənarlaşdirilan qüsur), dərin paslanmani isə kənarlaşdirmaq mümkün deyil (kənarlaşdirilmayan qüsur). Yararsizlığın ucbatindan istehlakçiya verilməsi yolverilməz olan ərzaq malları çixdaş edilmiş mal sayilir. Ərzaq mallarının keyfiyyətinə nəzarətin müxtəlif növləri vardir; ucdantulma nəzarət, seçmə nəzarət, nümunələrin tamlığının pozulmasi və tamlığınin pozulmamasi ilə həyata keçirilən nəzarət. • Ucdantutma nəzarətdə hər bir məhsul vahidinin keyfiyyəti yoxlandiğina görə, istehlakçiya yararsiz malın düşməsi mümkün deyil. • Ancaq belə nəzarət üsulu çox zəhmət tələb edən həmdə baha olduğu üçün çox vaxt seçmə nəzarət üsulundan istifadə edilir. Bu üsulda hər bölüm və ya alım maldan nümunə götürülür. Seçici nəzarət düzgün aparılan zaman bu nəzarətin nəticələri bütün mal bölümünə şamil edilir.

  8. Nümunələrin tamlığınin pozulmasi ilə aparılan nəzarət zamani mallarda olan gizli qüsurlari aşkar etmək üçün mal nümunələrinin tamlığı pozulur və mal öz təyinatına görə istehlak edilməsi yararsiz hala düşür. Məsələn, meyvə və tərəvəzin daxili quruluşunu (bu göstərici standart üzrə nəzərdə tululubsa) təyin etmək üçün, çörəyin iç yumşaq hissəsinə baxiş keçirmək üçün bu nəzarət üsulundan istifadə edilir. Məhsulların keyfiyyətinin əksər fiziki-kimyəvi göstəricilərinin təyini dağidici nəzarət üsulu ilə həyata keçirilir. • Ayrı-ayrı standart keyfiyyət göstəricilərinin təyin etmək üçün nümunələrin tamliğini pozmadan aparilan nəzarət üsulundan istifadə edilə bilər. Məsələn, yarmaların tərkibində kənar qanşiqların olması, tərəvəzlərin çirklənməsi, çörək-bulka məmulatlarında qabıq hissənin vəziyyətinin təyini və s. tamlığı pozulmadan aparılan nəzarət üsulu ilə müayinədən sonra təhlil üçün götürülmüş orta nümunələr sonralar mal bölümünə qatılır. • Laborator müayinələrin, tədqiqatların aparılması üçün orta nümunələrin və mal vahidlərinin götürülməsi qanuna uyğunluğu və ardıcıllığı hər ərzaq malları üçün təyin edilmiş normativ texniki sənədlərin (NTS) tələblərinə uyğun olmalıdır. • Təhlil üçün nümunələrin götürülməsinin qabul edilmiş qanunauyğun-luqlarından kənara çixmalar zamani alınan nəticələrin düzgünlüyünə şübhə yaranır.

More Related