350 likes | 2.29k Views
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası Mövzu: “XARICI MÜHIT AMILLƏRININ MIKROORQANIZMLƏRƏ TƏSIRI ( FIZIKI VƏ KIMYƏVI AMILLƏR)” Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2009
PLAN • 1. Fiziki amillərin təsiri • Temperaturun təsiri • NƏmliyin təsiri • Şüalanmanın təsiri • Sterilizasiya üsul və vasitələri • 2. Kimyəvi amillərin təsiri • Hidrogen ionlarının konsentrasiyası • Bateriostaz və bakteriosid təsir • Aseptika, antiseptika və dezinfeksiya • Turşu, qələvi, ağır metal, spirt, aldehid, formaldehid, səthi-fəal maddə (SFM) və s. təsiri
Ədəbiyyat siyahısı • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984 • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006 • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005
XARİCİ MÜHİT AMİLLӘRİNİN MİKROORQANİZMLӘRӘ TӘSİRİ • Mikroorqanizmlәr olduğu mühitdәn asılı olaraq, daima fiziki kimyәvi vә bioloji amillәrin tәsirinә mәruz qalır. Bu amillәr şәraitindәn asılı olaraq, onların hәyat - fәaliyyәtinә hәm mәnfi, hәm dә müsbәt tәsir göstәrә bilir. • Mikrobiologiya belә tәsirlәrin mahiyyәtini aydınlaşdırmaqla, onlardan tәrcübәdә istifadә etmәyә imkan verir. • Fiziki amillәrin tәsiri • Temperaturun tәsiri. Mikroorqanizmlәr bir canlı varlıq kimi hәyat -fәaliyyәtlәrini әlverişli temperaturda davam etdirir. Bunların geniş temperatur şәraitinә uyğunlaşmalarına baxmayaraq hәr mikrobun inkişafı üçün müәyyәn temperatur hüdudu lazımdır. Bu hüduddan kәnarda, onların hәyat -fәaliyyәti zәiflәyir, yaxud da onlar mәhv olur. Mikrobların yaşadığı temperatur hüdudu minimum, optimum vә maksimum dәrәcәlәrә ayrılır. Bu temperatur dәrәcәlәri onların inkişaf sürәtinә tәsir göstәrir. • Minimum temperatur. Bu temperaturdan aşağı mikrobların hәyat-fәaliyyәti dayanır, mikrob hüceyrәsi anabioz hala keçir, lakin, әlverişli temperatur şәraitinә düşdükdә o, yenidәn öz hәyat-fәaliyyәtini bәrpa edә bilir. • Optimal temperatur. Mikrobların normal hәyat-fәaliyyәti üçün әlverişli temperaturdur. Bu onların tәbii olaraq uyğunlaşdığı temperatur şәraitidir. • Maksimum temperatur. Bu temperaturdan yuxarı mikrob hәyat-fәaliyyәtini davam etdirә bilmir. Hәyatı funksiyaları zәiflәyir, yaxud da mәhv olur. • Yer kürәsindә hәr tәrәfә geniş sürәtlә yayılan mikroorqanizmlәr olduqları şәraitdәn asılı olaraq, tәkamül nәticәsindә temperatur rejiminә uyğunlaşıblar. Bu uyğunlaşma xüsusiyyәtlәrinә görә mikroblar 3 qrupa bölünür: 1) Psixrofil yun. psichros-soyuq, philein-sevmәk, 2) mezofil (mesos- orta) vә 3) termofil (termos-isti).
Psixrofil bakteriyalar. Bu qrupa aşağı temperaturda yaşayan mikroorqanizmlәr daxildir. Belә şәrait üçün temperatur 0°C-ilә (minimum) 30-35°C-(maksimum) arasında olur. Bunlar üçün optimal temperatur 15-20°C-dir. Әn çox soyuq su mәnbәlәrindә (göldә, okeanda vә s.) olur. Bu qrupa işıq verәn, dәmir dövranında iştirak edәn bakteriyalar, hәm dә müәyyәn növ çürüdücülәr vә s. daxildir. • Mezofil bakteriyalar. Bunlar minimum 10°C maksimum 45- 50°C temperaturda yaşaya bilir. Optimal temperatur 30-37°C-dir. Bu qrupa bütün patogen mikroblar vә әksәr saprofitlәr daxildir. • Termofil bakteriyalar. Bunlar temperatura uyğunlaşan mikroorqanizmlәrdir. Onlar 35°C-(minimum) ilә 30°C-(maksimum) arasında temperatur olan şәraitdә yaşaya bilir. Optimal temperatur 50-60°C-dir. Bu qrupa aid olan mikroblara isti su mәnbәlәrindә, bitkilәrdә, süddә, peyindә, insan vә heyvanların nәcisindә tәsadüf edilir. • Termofil bakteriyaların inkişafı zamanı mühitdә temperatur 90°C-yә qәdәr qalxa bilir. Bu da nәmli yığılmış taxilin, pambığın vә s.-nin qızışıb yanmasına sәbәb olar. Tsromofil bakteriyaların bu xüsusiyyәtindәn tәcrübәdә, parniklәrdә istilik yaratmaq üçün, peyini biotermik üsulla dezinfeksiya etdikdә, qonur otları hazırladıqda vә başqa mәqsәdlәrdә istifadә edilir. • Mikroorqanizmlәrin temperatura münasibәtini bilmәklә, onların laboratoriyada becәrilmә şәraitini, müәyyәn mәhsulların (mәsәlәn, kefir) keyfiyyәtli alınmasını normal vәziyyәtә salmaq olur. • Bundan başqa, mikrobların bu xüsusiyyәtindәn praktikada әrzaq mәhsullarını çürüdücü bakteriyaların tәsirindәn qorumaq üçün (aşağı temperaturdan,) yaxud da onları mikrobsızlaşdırmaq (yüksәk temperaturdan) istifadә edilir. • Aşağı, az vә çox temperaturun tәsirindәn mikroorqanizmlәrdә gedәn dәyişikliklәr müxtәlif olur. Az temperatur mikrobda anabiozluq әmәlә gәtirir. Onlar inkişaf edә bilmir, lakin mәhv dә olmur. Olduqları substratı parçalamadıqları üçün çürümә-iylәnmә prosesi dә baş vermir. Odur ki, sәnayedә vә ev şәraitindә yeyinti mәhsullarını saxlamaq üçün soyuduculardan geniş istifadә edilir.
Mikroorqanizmlәrin temperatura münasibәtini bilmәklә, onların laboratoriyada becәrilmә şәraitini, müәyyәn mәhsulların (mәsәlәn, kefir) keyfiyyәtli alınmasını normal vәziyyәtә salmaq olur. • Bundan başqa, mikrobların bu xüsusiyyәtindәn praktikada әrzaq mәhsullarını çürüdücü bakteriyaların tәsirindәn qorumaq üçün (aşağı temperaturdan,) yaxud da onları mikrobsızlaşdırmaq (yüksәk temperaturdan) istifadә edilir. • Aşağı, az vә çox temperaturun tәsirindәn mikroorqanizmlәrdә gedәn dәyişikliklәr müxtәlif olur. Az temperatur mikrobda anabiozluq әmәlә gәtirir. Onlar inkişaf edә bilmir, lakin mәhv dә olmur. Olduqları substratı parçalamadıqları üçün çürümә-iylәnmә prosesi dә baş vermir. Odur ki, sәnayedә vә ev şәraitindә yeyinti mәhsullarını saxlamaq üçün soyuduculardan geniş istifadә edilir. • Mikrob uzun müddәt anabioz vәziyyәtdә qaldıqda daxili ehtiyat qida maddәlәri qurtardığı üçün mәhv olur. Bundan başqa yüksәk temperaturun tәsirindәn dә mikrob zülalı pıxtalaşır, bu da onların hәm vegetativ, hәm dә spor formalarının tamamilә mәhv olmasına sәbәb olur. Bu zaman hәmin mühit mikrobsuz-steril (lat.sterilis-barsız, mikrobsız) olur. Buna görә dә praktikada mikrobları mәhv etmәk üçün yüksәk temperaturdan geniş istifadә edirlәr. Yeyinti sәnayesindә mәhsuları, tibb vә baytarlıq sahәsindә müәyyәn әşya vә maddәlәri (bakterioloji laboratoriyalarda qab-qacaqları, qidalı mühitlәri (cәrrahiyyәdә sarğı materiallarını, alәtlәri vә s.) yüksәk temperaturun tәsiri ilә steril edirlәr. Sterilizasiya zamanı materialda olan bütün növ mikroblar mәhv olmalıdır. Ancaq materialın keyfiyyәti dәyişilmәmәlidir. Odur ki, sterilizasiya üsulları da müxtәlifdir.
1. Alovda gözәrtmә -Bu, әn sürәtli sterilizasiya üsulu olsa da, istifadәsi mәhduddur. Belә üsulla bakterioloji ilgәk, әşya şüşәsi vә s. alәtlәr steril edilir. • 2. Qaynatma -bu sadә sterilizasiya üsuludur. Bununla 30- 60 dәqiqәdә cərrahi alәtlәri steril etmәk olar. • 3. Buxara vermә -üsulda sterilizasiya Kox aparatında, qaynayan sudan ayrılan buxarla aparılır. Alınan buxar aparatdan daimә xaricә axdığı üçün onda temperatur 100°C-dәn yuxarı qalxmır. Bu aparatda әsasәn yüksәk temperaturun tәsirindәn keyfiyyәtini itirәn qidalı mühitlәr (süd, şәkәrli tidalı mühitlәr vә s.) steril edilir. Sterilizasiya müddәti 20 dәqiqәdәn 1 saata qәdәrdir. Bir dәfә sterilizasiya apardıqda sporlar mәhv olmur. Ona görә dә sterilizasiya ardıcıl olaraq 3 gün fasilә ilә aparılır. Fasilә zamanı sterilizasiya olunan material otaq temperaturunda saxlanmalıdır. Bu müddәtdә mühitdә olan spor vegetativ formaya keçir vә növbәti sterilizasiya zamanı mәhv olur. Bu üsulla sterilizasiya fasilәli sterilizasiya adlanır. • 4. Tәzyiqlә (sıxılmış buxarla) sterilizasiya. Bu әn düzgün üsuldur. Bu üsulla sterilizasiya avtoklavda aparılır. Avtoklavda qaynayan sudan alınan buxar xaricә buraxılmır, daxilindә toplanır, bu zaman o sıxılır vә tәzyiq yüksәlir. Tәzyiqin yüksәlmәsi ilә әlaqәdar olaraq temperatur artır. Belә ki, 0,5 atmo tәzyiqdә 112°C, 1 atm. tәzyiqdә 120°C, 1,5 atm. tәzyiqdә 130°C, 2 atm. tәzyiqdә 134°C temperatur yaranır. Temperatur vә tәzyiq yüksәldikçә sterilizasiya müddәti dә azalır. • Praktikada sterilizasiya әsasәn 120°C-dә 15-20 dәqiqә müddәtindә aparılır. • 5. Yüksәk temperaturlu quru hava vasitәsilә sterilizasiya- belә sterilizasiya Paster peçindә, yaxud da quruducu şkafda aparılır. Burada yüksәk temperatura malik olan quru havanın tәsirindәn xarab olmayan әşyalar (şüşә qablar, tәnzif, pambıq vә s.) kağıza bükülü şәkildә steril edilir. Adәtәn sterilizasiya 165-170°C-temperaturda 45 dәqiqә aparılır. Tam sterilizasiya zamanı, әşyalara bükülәn kağızın rәngi nisbәtәn saralmalıdır. • 6. Tindalizasiya - bu da fasilәli sterilizasiyanın bir növüdür. 100°C-temperaturun tәsirindәn keyfiyyәti itәn materiallar steril edilir (serum yumurta ilә hazırlanan qidalı mühitlәr vә s.) sterilizasiya olunan material su hamamında, yaxud Kox aparatında 56-58°C-dә 5-6 gün müddәtindә, hәr gün 1 saat saxlanılır. Fasilәdә material otaq temperaturunda saxlanmalıdır. • 7. Pasterizasiya-Bu üsul, yüksәk temperaturun tәsirindәn keyfiyyәtini itirәn mәhsulların (süd, şәrab, pivә vә s.) müәyyәn qәdәr mikroblardan azad edilmәsi üçün ilk dәfә Paster tәrәfindәn tәklif olunmuşdur. Yeyinti mәhsulları 65- 70°C (bәzәn 85°C) temperaturda 30 dәqiqә saxlanılır vә sürәtlә 10-12°C-yә qәdәr soyudulur. Pasterizasiya zamanı mikrobların spor formaları yox, yalnız vegetativ formaları mәhv olur. Mәhsul sürәtlә soyudulduqda vә aşağı temperaturda saxlandıqda onda olan sporlar vegetativ formaya keçә bilmir. Ona görә dә pasterizasiya olunmuş mәhsulu aşağı temperaturda uzun müddәt saxlamaq olar.
Quraqlığın tәsiri. Quraqlıq zamanı mikrobun hüceyrәsindә su çatışmazlığı yarandığından onlar hәyat fәaliyyәtlәrini davam etdirә bilmir. Mikroorqanizmlәrin spor formaları vegetativ formada nisbәtәn quraqlığa daha davamlıdır. Çünki sporların qılafı sәrt olmaqla yanaşı onun tәrkibindә su da az (40%-ә qәdәr) olur. Bu su birlәşmiş haldadır. Qurumuş halda Bac.anthracis.Cl tetani vә s. sporları illәrlә diri qala bilir. Vegetativ forma isә tez mәhv olur. Lakin mikroorqanizmlәrin quruluşundan asılı olaraq onların quraqlığa davamlılığı müxtәlifdir. Mәsәlәn, vәrәm çöplәri və stafilokokklar 90, qarın yatalağının törәdicisi 70 vә paratif bakteriyaları 60 günә qәdәr hәyat fәaliyyәtini saxlaya bilir. Eyni zamanda quraqlığa davamlılığa mikrobun olduğu mühitin tәrkibinin dә tәsiri vardır. Mikroorqanizmlәr qanla, südlә, toxuma ilә, nәcislә vә s. bu kimi maddəlәrlә quruduqda onlar daha uzun müddәt sağ qalır. Laboratoriya şәraitindә mikrobları uzun müddәt saxlamaq üçün liofilizasiya üsulu tәtbiq edilir. Liofilizasiya zamanı da mikroblar qurudulur, lakin bu adi qurumadan fәrqlidir. Belә ki, material әvvәlcә dondurulur, sonra isә vakuum aparatda qurudulur. Bu zaman hüceyrәdәki sәrbәst su vә hәm dә hidrofil maddәlәrlә möhkәm birlәşmәyәn su donur, buz isә sublimasiyaya uğrayır. Yәni buz halından maye halına keçmәmiş birdәn-birә buxarlanır. Bundan sonra asanlıqla suspenziya olunan mәsamәli kütlә alınır. Bakteriyaları holloidal mәhlulda qurutduqda daha çox yaşayırlar. • Sәnayedә vaksinlәrin, müalicә vә diaqnostik serumların, antibiotiklәrin vә başqa biopreparatların qurudulmasında liofilizasiyadan geniş istifadә edilir. • Hidrostatik tәzyiqin bakteriyalara tәsiri. Adi atmosfer tәzyiqi altında mikroblar hәyat-fәaliyyәtlәrini dayandırmır. Dәniz vә okeanların 9 km dәrinliyindә - hidrostatik tәzyiq altında (200-300 atm) mikroblar yaşaya bilirlәr. Ancaq 500 atm. tәzyiqindәn yuxarı onların inkişafı dayanır, lakin daha yüksәk tәzyiqdә yaşayan mikroorqanizmlәrә dә tәsadüf edilir. • Sakit vә hind okeanlarının dibindә, atm. tәzyiq 1160 kq/sm2 olan mühitdә belә yaşayıb çoxalan mikrob növlәri vardır. • Yüksәk tәzyiqin tәsirinә mikrobların spor formaları xüsusilә davamlıdır (20.000 atm. tәzyiq). Yüksәk tәzyiqә davamlı mikroblara barotolerant mikroblar da deyilir (yun, baros-ağırlıq demәkdir).
Şüaların mikroorqanizmlәrә tәsiri. İşığın tәrkibindә müxtәlif uzunluqda şüalar vardır. Bunların mikroorqanizmlәrә tәsirlәri müxtәlifdir. • Görünәn şüaların tәsiri (300-1000 nm). Bu şüaların enerjisindәn piqmentli mikroorqanizmlәr istifadә edә bilir. Buna misal olaraq, tәrkibindә purpurbakterin, karotinoid olan fotosintetik mikroorqanizmlәri göstәrmәk olar. • Kosmik vә rentgen şüalarının tәsiri (0,006-10 nm). Belә şüalar radioaktiv elementlәrin nüvәlәrinin parçalanması nәticәsindә әmәlә gәlir. Bu növ şüaların tәsirinә mәruz qalmış mikroorqanizmlәr ya mәhv olur, ya da dәyişdirilir (onlar mutagen tәsirә malikdir). Şüaların tәsirinә maya vә kif köbәlәklәri nisbәtәn davamlıdır. Bu şüaların fәallığı oksigenin, temperaturun, pH-ın vә başqa amillәrin tәsirindәn arta bilәr. • Ultrabәnövşәyi şüaların tәsiri (100-380 nm). Bu şüalar mikroba, ionlaşdırıcı şüalara nisbәtәn, daha şiddәtli tәsir göstәrir. 260-300 nm dalğa uzunluğuna malik olan ultrabәnövşәyi şüalar, şüalandırma dozasından asılı olaraq, ya mikrobları öldürür, ya da onlara mutagen tәsir göstәrir. Belә ki, şüanın tәsirindәn optimal qalığı ilә DNT zәnciri arasında kovalent әlaqә әmәlә gәlir. Timinin tam, yaxud hissәvi dimerizasiyası olan bu proses zamanı DNT replikasiyası pozulur. Bundan başqa, RNT-dә (xüsusilә İRNT) pozulmuş olur. • Ultrabәnövşәyi şüalardan (civәli kvars lampalarından) sənayedә-antibiotik, biopreparatlar (vaksin, immun, serum, diaqnostik preparatlar) vә s. hazırlanan sexlәrin, bakterioloji laboratoriyalarda isә xüsusi otaqların (boksların) havasını mikrobsızlaşdırmaq üçün istifadә edilir. Sporlar davamlıdır. Onları mәhv etmәk üçün ultrabәnövşәyi şüaların dozası, vegetativ formaları mәhv etmәk üçün tәlәb olunan dozadan 10 dәfә artıq olmalıdır. Ultrabәnövşәyi şüalar mikroblara qarşı mübarizәdә get-gedә daha geniş sahәdә tәtbiq edilir. Ondan müxtәlif materialların, yeyinti mәhsullarından hazırlanmış konservlәrin vә s. sterilizasiyasında istifadә edilir.
Elektrik çәrәyanının tәsiri. Mikroorqanizmlәrdә sabit yaxud dәyişәn elektrik cәrәyanı nәzәrә çarpacaq dәyişiklik әmәlә gәtirmir. Mikrob kulturasına yüksәk gәrginlikli cәrәyanla uzun müddәt tәsir göstәrdikdәn sonra, elektrofarezdәn buraxdıqda alınan bәzi komponentlәr, elektrik cәrәyanının mikrob hüceyrәsinә inaktivlәşdirici tәsir etmәsini göstәrir. Bundan başqa, elektrik cәrәyanı kulturadan keçirildikdә temperatur yüksәlir ki, bu da mikroblara öldürücü tәsir edir. • Ultrasәsin tәsiri. Sәs dalğaları -infrasәsә, eşidilәn sәsә vә ultrasәslәrә bölünür. Tezliyi 20 000 hersdәn (hs) çox olan sәsә ultra sәs deyilir. Qulaq tezliyi 16-dan-20000 hs arasındakı sәsi qәbul etmәk qabiliyyәtinә malikdir. Odur ki, ultra sәsi insanlar eşitmirlәr. Lakin, o, mühitdәn keçdikdә qüvvәtli mexaniki enerji әmәlә gәtirәrәk, bәzi fiziki-kimyәvi vә bioloji hadisәlәrin baş vermәsinә sәbәb olur. Mәsәlәn, mikrobların parçalanmasını, zülalların pıxtalaşmasını (koaqulyasiyası), fermentlәrin, toksinlәrin vә antibiotiklәrin tәsirlәrinin itmәsini misal göstәrmәk olar. Demәli, ultrasәs bakteriosid tәsirә malikdir. Mikrobun növündәn, onun qılafının quruluşundan, ölçülәrindәn asılı olaraq, ultrasәs onlara müxtәlif dәrәcәdә tәsir göstәrir. Mәsәlәn, stafilokokk vә streptokokklar, qrammәnfi bakteriyalara nisbәtәn davamlıdır. Bakteriofaqlar isә daha çox davamlıdırlar. Demәli, ultrasәs dalğaları nisbәtәn irimolekullu birlәşmәlәrә daha güclü tәsir göstәrir. • Tәdqiqatla, sübut olunmuşdur ki, 1-1,3 mhs tezliyә malik olan ultrasәs dalğaları bütün növ bakteriyaları 5-10 dәqiqәyә mәhv edir. Hazırda ultrasәs dalğalarından yeyinti mәhsullarının sterilizasiyasında vaksinlәrin hazırlanmasında vә әşyaların dezinfeksiyasında istifadә edilir. • Aerononizasiya. Hava tәbii olaraq ionlaşır, yaxud da onu süni yolla ionlaşdırmaq olur. Bu zaman havada müsbәt vә mәnfi elektrik yükü daşıyan aeroionlar әmәlә gәlir. Mәnfi elektrik yükü daşıyan ionlar, bakteriyalara daha çox tәsir göstәrir. Bakteriyalara tәsir etmәsi üçün 1 sm3 havada bunların konsentrasiyası 5.104-olmalıdır. • Müsbәt elektrik yükü daşıyan aeroionlar isә yalnız böyük konsentrasiyada (106) bakteriyaların inkişafını dayandırır, ionların tәsir qüvvәsi 1 m3 havada olan aeroionların miqdarından, ekspozisiya müddәtindәn vә s. asılı olaraq dәyişә bilәr. • Hazırda aeroionizasiyadan müәssisәlәrdә sexlәrdә, yaşayış binalarında mәnzillәrin havasının sağlamlaşdırılmasında, hәm dә tibbi vә baytarlıq praktikasında istifadә edilir.
Kimyәvi maddәlәrin tәsiri • Mikrobların hәyat fәaliyyәtinә tәsir edәn әsas amillәrdәn biri dә kimyәvi maddәlәrdir. Onların fiziki-kimyәvi xüsusiyyәtindәn, qatılığından, tәsir müddәtindәn, temperaturundan asılı olaraq, mikroblara tәsiri dә müxtәlifdir. Şәraitdәn asılı olaraq, kimyәvi maddәlәr mikroba hәm müsbәt, hәm dә mәnfi tәsir edә bilәr. • Kimyәvi maddәlәrin quruluşundan vә fiziki-kimyәvi xassәlәrindәn asılı olaraq, mikroorqanizmlәrә tәsir mexanizmi müxtәlifdir. • Turşu vә qәlәvilәrin tәsiri. Turşuların bakterisid tәsiri, onların elektrolitik assosiasiyası, yәni mәhlulda H-ionunun sıxlığı vә onun oksidlәşdirici tәsiri ilә әlaqәdardır. Mәsәlәn, mühitdә H-ionun qatılığı (pH 7, 6) olduqda, O, Cl.botulinum-un inkişafına optimal tәsir göstәrir, amma 7,0 olduqda onlar mәhv olur. • Müxtәlif növ mikrobların turşuya hәssaslığı müxtәlifdir. • Qәlәvilәrin mikroba tәsiri, onların dissosiasiyası ilə әlaqәdar olaraq mühitdә OH-ionun toplanma dәrәcәsindәn asılıdır, әn çox bakterisid xüsusiyyәtә KOH, sonra NaOH vә başqa qәlәvilәr malikdir. • Qeyd edilәnlәr göstәrir ki, mühitin reaksiyasının, mikroorqanizmlәrin yaşaması üçün müәyyәn әhәmiyyәti vardır. H- ionu mühitdә olduqda qılafın elektrik yükünü dәyişir. Bunun mühitdә qatılığı ilә әlaqәdar olaraq, qidanın qılafdan diffuz olunması azalıb, yaxud da çoxala bilәr. Әksәr bakteriyalar neytral yaxud da zәif qәlәvi mühitdә inkişaf edir. Kif köbәlәyi vә mayalar üçün isә zәif turş reaksiyaya malik olan mühit әlverişlidir. • Spirtlərin tәsiri. Spirt mikroorqanizmlәrә bakterisid tәsir edir. Çünki spirtin tәsirindәn onların zülalı pıxtalaşır. Durulaşdırılmış spirtdә bakterisidlik xüsusiyyәti artır, xüsusilә 70°-li spirt yüksәk bakterisidlik xüsusiyyәtinә malikdir. Spirtin qatılığı çox olduqda hüceyrә qılafındakı zülal ani olaraq pıxtalaşır, bakteriya hüceyrәsini әhatә edir vә spirtin hüçeyrənin dәrinliyinә keçmәsinin qarşısını alır. Durulaşdırılmış spirt isә qılafdan asanlıqla nüfuz olunur, hüceyrә zulalını pıxtalaşdıraraq, onu öldürür. Spirtlәrdә molekulyar çәki artdıqca bakterisidlik xüsusiyyәtlәri dә artır.
Sәthi fәal maddәlәrin tәsiri. Bu qrup maddәlәr mikrob hüceyrәsinin dәrinliyinә keçmәyәrәk onun sәthindә dәyişiklik әmәlә gәtirir. Belә ki, onların tәsirindәn enerji mübadilәsi dәyişir, mikrob hüceyrәsinin qılafı mәnfi yox, müsbәt elektrik yükü ilә yüklәnir. Bununla әlaqәdar olaraq qılafın normal funksiyası pozulur. Sәthi fәal maddәlәrә yağ turşularını, sabunu, detergentlәri göstәrmәk olar. • Fenol vә onun törәmәlәrinin tәsiri. Bu maddәlәr әvvәlcə hüceyrә divarını pozub, sonra onun zülalına tәsir edir. • Ağır metal duzlarının tәsiri. Ağır metalların duzları hüceyrә zülalını koaqulyasiya edir. Bu duzlar qılafdan keçib protoplazmanı pıxtalaşdıraraq, albuminatlar әmәlә gәtirir. Eyni zamanda sәrbәst turşu alınır. Belә metal (gümüş, çivә, mis, qalay, sink) duzlarından: argentum -nitratı, göydaşı, suleymanını vә s. göstәrmәk olar. • Oksidlәşdirici maddәlәrin tәsiri. Bu maddәlәr fәal zülalın sulfhidral vә başqa qruplarına (fenol, tiostil, indol amin vә s.) tәsir edib protoplazmanı oksidlәşdirir. Oksidlәşdirici maddәlәrә xlor, yod, hidrogen-peroksid, kalium-permanqanat vә s. maddәlәr daxildir. • Formaldehidin tәsiri. Bu zülalın amin qrupları ilә birlәşәrәk, onu denaturasiya edir. Tәcrübәdә formalinin 40%-li mәhlulundan (formaldehiddәn) istifadә edilir. Mikrobun hәm vegetativ, hәm dә spor formalarını mәhv edir. Formaldehiddәn biopreparatların yәni vaksin vә anatoksin hazırlanmasında da geniş istifadә edilir.
Praktikada xarici mühitdәki patogen mikrobları mәhv etmәk üçün bakterisid tәsirә malik olan bir sıra kimyәvi-birlәşmәlәrdәn: fenol, xlor, formaldehid, qәlәvi, turşu lizol, krealin vә başqalarından dezinfeksiya aparmaq üçün istifadә edilir. Bunlara dezinfeksiyaedici maddәlәr deyilir. Dezinfeksiyaedici maddәlәrin mәhlullarından heyvan saxlanılan әrazilәrin yoluxmuş sahәlәrini patogen mikroblardan zәrәrsizlәşdirmәk üçün istifadә edirlәr. Bu maddәlәrin suda mәhlulu mikroblara kәskin tәsir edir. Dezinfeksiyaedici maddәlәr zәif konsentrasiyada mikroblara bakteriostatik tәsir göstәrir. Buna subeffektiv doza deyilir. Adәtәn karbol turşusunun 2-5%-li, formalinin 1%-li mәhlulu, xlorlu әhәng 1 - 10-a sönmüş әhәng 1:20-yә suleymanı - 1:1000-1:5000-ә nisbәtlәrindә bir çox mikroblara öldürücü tәsir göstәrir. Bu maddәlәrin mikroba tәsiri üçün müәyyәn vaxt tәlәb olunur. Yüksәk temperatur (40°C-dәn yuxarı) dezinfeksiyaedici maddәlәrin tәsirini güclәndirir. Dezinfeksiyanın nәticәsi, mikroblar olan mühitdәn dә asılıdır. Belә ki, mühitdә irin, süd, bәlğәm, qan, nәcis vә s. olduqda, kimyәvi maddәlәrin fәallığı zәiflәyir. • Kimyәvi-terapevtik preparatların tәsiri. Dezinfeksiyaedici maddәlәrdәn fәrqli olaraq bәzi kimyәvi maddәlәr mikroblara seçici tәsir edir hәm dә müalicә dozasında orqanizmdә mikrobları mәhv edirsә dә onun hüceyrә vә orqanlarına zәrәrli tәsir itir. Belә maddәlәrә kimyәvi-terapevtik maddәlәr (dәrmanlar) deyilir. • Kimyәvi-terapevtik preparatlar mikroblara spesifik tәsir edir. Onların tәsirindәn hüceyrәlәrdә ferment sistemi pozulur, nәticәdә ya mikrob mәhv olur (bakteriosid tәsir), yaxud da inkişaf edә bilmir (bakteriostatik tәsir). • Kimyәvi maddәlәrinә bәzilәrinin (bor, salisil, benzoy turşularının, qliserinin) zәif mәhsulundan yeyinti sәnayesindә meyvәlәrin, kompotların konservlәşdirilmәsindә istifadә edilir. Su mәnbәlәrinin zәrәrsizlәşdirilmәsi xlor vә xlorlu әhәnglә aparılır.