310 likes | 1.58k Views
Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Sinir sisteminin xəstəliklərinin təsnifatı və xəstəlikləri” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0. Plan.
E N D
Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiYoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Sinir sisteminin xəstəliklərinin təsnifatı və xəstəlikləri” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0
Plan 1.Sinir sistemi barədə məlumat, xəstəliklərinin ümumi semiotikası 2.Baş beyinin və onun qabığının hiperemiyası və anemiyası 3.Gün və isti vurma 4.Meningit 5.Baş beyinin və onun qabığının iltihabı, əzilməsi, sarsıntısı, qan sızması Sinir sistemi xəstəlikləri
İstifadə olunan ədəbiyyatlar 1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.I-II-hissə, Bakı-Azərnəşr,1961-1962 2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978 3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992 4.Шарабрин И.Г. «Профилактика нарушения обмена веществ у крупного рогатого скота», Москва, «Колос»,1975 Sinir sistemi xəstəlikləri
Sinir sistemi barədə məlumat, xəstəliklərinin ümumi semiotikası Orqanizmin xarici mühitlə, orqanları bir-birilə əlaqələndirmək, daxili və xarici qıcıqları qəbul edib müxtəlif orqanların fəaliyyətini onlara uyğunlaşdırmaq sinir sisteminin funksiyasıdır. Sinir sisteminin orqanizmində tənzim edici rolu haqqında İ.P.Pavlovun təlimi patologiya və terapiyanın əsasını təşkil edir. Kənd təsərrüfatı heyvanlarında sinir sistemin xəstəliklərini fizioloji baxımdan öyrənilməsi işinə İ.P.Pavlovun tədqiqatları, habelə baytarlıq alimlərindən K.M.Qoltsmanın, V.F.Yevtuxiyevin, Dekmpin və b. klinik tədqiqatları yaxından köməklik etmişlər. Mərkəzi sinir sisteminin pozğunluqları nəticəsində xüsusi sindromlarla yanaşı bu xəstəliklər orqanizmdə bir çox həyatı funksiyaların pozulması kimi əlamətlərə səbəb olur. Baş beyin qabığında funksiya pozğunluğu nəticəsində qabıqaltı (vegetativ) mərkəzlər onun tabeliyindən uzaqlaşır, belə hallarda vegetativ mərkəzlərdə baş verən oyanmalar nəticəsində bir sıra digər patoloji proseslər ( qanda damarların spazması, mədə-bağırsaq sistemində sekretor və motor funksiyaların, daxili sekresiya vəzilərində fəaliyyətinin pozulması, hiss və hərəki sferaların pozulması və s.) inkişaf etməyə başlayır. Sinir sistemi xəstəlikləri
Mərkəzi sinir sistemində gedən pozğunluqlar heyvanın ali sinir fəaliyyətində (davranışında) dəyişikliyə səbəb olur, orqanların funksiya fəaliyyəti dəyişir. Sinir sistemi xəstəliklərini şərti olaraq üzvi və funksional olmaq etibarilə iki yerə bölürlər. Üzvü pozğunluqlara anemiya və hiperemiyası, gün və isti vurma, baş beyinin və onurğa beyinin, habelə onların qabıqlarının iltihabları, baş beyin və onurğa beyinin əzilməsi və sarsıntısı xəstəlikləri aid edilir. Bu xəstəliklər zamanı sinir sistemində funksiya pozğunluqları ilə yanaşı beyin qabığında və beyin maddəsində aydın nəzərə çarpan morfoloji pozğunluq gedir. Funksional sinir xəstəlikləri olan nevrozlar zamanı sinir sistemində funksiya pozğunluğu başlayır, lakin morfoloji dəyişiklik isə nəzərə çarpmır. Orqanizmin daxilində külli miqdarda baş verən və xarici mühit tərəfindən orqanizmə təsir göstərən qıcıqlara müvafiq surətdə alınan impulsların əlaqələndirilməsi, sekretor və hərəkət üzvlərində lazımi reaksiyanın alınması nəticəsində orqanizmin normal həyat və fəaliyyət davam edir. Belə adi qıcıqlar normal reflekslərə və fizioloji reflekslərə səbəb olur. Bu adı qıcıqlar və bunlara müvafiq fizioloji proseslər eyni səviyyədə olmasa da müəyyən norma ətrafında (səviyyədə) davam edir. Sinir sistemi xəstəlikləri
Bu reflekslər nəticəsində orqanizm daxili və xarici şəraitə uyğunlaşır və müxtəlif orqanların funksiyaları bir-birini tamamlayır. Həzm orqanlarına daxil olan yemlərin növlərindən asılı olaraq həzm şirələri (ağız suyu, mədə şirəsi, bağırsaq şirələri, mədəaltı vəzinin şirəsi, öd və s.) ifraz olunur. Beləliklə, heyvanın temperaturundan asılı olaraq dəri genişlənir və ya yığılır, tərləmə artır və ya azalır, fiziki işdən və s. asılı olaraq ürək fəaliyyəti qüvvətlənir və ya zəifləyir, bir sözlə orqanizmin həyat və fəaliyyəti tənzim olunur. Orqanizmə təsir göstərən daxili və xarici qıcıqlar q eyri-adi xarakter daşıdıqda qeyri-adi impulslar və bunlara müvafiq patoloji refleks baş verir. Bu patoloji reflekslər nəticəsində müxtəlif orqanlarda gedən proseslər pozulur və bir sıra xəstəliklər inkişaf etməyə başlayır. İ.P.Pavlovun təliminə görə hər bir xəstəlik patoloji reflekslərlə əlaqədar olaraq baş verir. Demək, ancaq patoloji refleksləri aradan qaldırmaq və onların fizioloji qaydaya salmaq yolu ilə xəstəlikləri müalicə etmək mümkündür. Bu baxımdan sinir sistemi hər bir patoloji proses zamanı həkimin diqqətini özünə cəlb edir, çünki sinir sisteminin iştirakı olmadan, orqanizmdə hər bir Sinir sistemi xəstəlikləri
patoloji proses inkişaf etmir. Sinir sistemi xəstəliklərinin xüsusiyyəti ondan ibarətdir ki, əsasən mərkəzi sinir sisteminin bilavasitə obyektiv müayinə üsulları ilə ( inspeksiya, palpasiya, perkussiya və s.) yoxladıqda lazımi məlumat almaq mümkün olur. Sinir sistemi xəsətliklərini öyrənmək üçün əsas etibarilə onların klinik əlamətlərini nəzərə almaq lazımdır. Baş beyin xəstəliklərini göstərən əlamətlər ümumi və məhəlli olmaqla iki yerə bölünür. Ümumi əlamətlər. Bunlar beyin qabığının və baş beyinin diffuz patoloji dəyişiklikləri və ya beynin daxili təzyiqinin artması nəticəsində baş verir. Həmin əlamətlərə oyanma, süstlük, şərti və qeyri-şərti pozğunluqlar və s. daxildir. Oyanma. Bu hal adətən xəstəliyin əvvələrində və ya xronik gedişli sinir sistemi xəstəliklərinin vaxtaşırı kəskinləşməsi dövründə görünür. Oyanma baş beyinin hiperemiyası, iltihabı, orqanizmin zəhərlənmələri zamanı müşahidə olunur. Ümumi ölgünlük (süstlük). Bu zaman xarici qıcıqlanmalara qarşı xəstə heyvan cavab reaksiyası göstərmir. Belə pozğunluq müxtəlif dərəcədə Sinir sistemi xəstəlikləri
inkişaf edə bilər. a) ümumi ölgünlüyün ən yüngül forması mürgüləmə vəziyyətidir ki, bu vəziyyətdən xəstə heyvanı çıxartmaq nisbətən asandır. b) yuxulu (Sopor) vəziyyət. Bu vəziyyətdə qıcıqlara qarşı heyvanda cavab reaksiyası kəskin surətdə zəifləyir. v). Komatoz (coma) vəziyyət. Bu zaman xəstə heyvan, ancaq ən kəskin qıcıqlara cavab verə bilir.Adətən, dərinin və selikli qişaların ümumi hissiyatı da zəifləyir. Baş beyin gicəllənməsi. Bu əlamət qəflətən baş verir və qısa müddətli olur.Həmin pozğunluq zamanı heyvan müvazinətini itirir, hərəkət etdikdə ləngər vurur, titrəyir, hətta yıxıla bilir. Daxili orqanlarda müşahidə edilən pozğunluqlar. Baş beyinin və beyin pərdələrinin xəstəlikləri zamanı tənəffüs pozğunluqlarına daha çox təsadüf olunur. Bu əlamətlərdən tənəffüsün çətinləşməsi və ya seyrəklənməsini, onun ritminin pozulmasını, Ceyn-Stoks tipli tənəffüsün baş verməsini göstərmək olar. Daxili orqanlarda müşahidə edilən dəyişiklərə qusma aktı, yem qəbulunun pozulması, ürək fəaliyyətində bradikardiya və taxikardiya müşahidə olunur. Sinir sistemi xəstəlikləri
Baş beyinin və onun qabığının hiperemiyası və anemiyası Bu xəstəlik beyin və beyin qabığı toxumalarında qanla təchizatın pozulması nəticəsində baş beyinin funksiyalarının zəifləməsi ilə səciyyələnir. Heyvanların bütün növləri, ən çox isə atlar xəstələnir. Xəstəliyin kəskin və xronik formaları mövcuddur. Etiologiyası. Baş beyin və onun qabığının kəskin anemiyası çox qan itirmələr zamanı beyinə arteriya qanın kifayət qədər axmaması, beyini qidalandıran iri arteriyalara təzyiq olunması, işkənbədən və kor bağırsaqdan qazları buraxarkən (timpaniya və meteorizmin müalicəsində) qanın daxili orqanlara külli miqdarda axması beyində kəskin anemiyaya səbəb olur. Beyinin və beyin qabığının xronik anemiyası bir sıra infeksion xəstəliklər, xronik ürək-damar qüsurların baş beyində şişlər olan zaman müşahidə edilir. Patogenezi. Arteriya qanı beyinə az getdiyi üçün beyin və onun qabığı kifayət qədər oksigen və qida maddələri ilə təchiz oluna bilmir. Nəticədə Sinir sistemi xəstəlikləri
baş beyinin sinir hüceyrələrində oyanma və ləngimə prosesləri zəifləyir, bu isə sinir-reflektor fəaliyyətinin pozulmasına, əzələ tonusunun zəifləməsinə, mədənin və bağırsaqların sekretor və motor fəaliyyətinin, ağciyərdə və toxumalarda qaz mübadiləsinin pozulmasına səbəb olur. Patanatomiyası. Beyin qabığında, onun boz və ağ maddələrində qan azlığı əmələ gəldiyi üçün onlar solğunlaşır, buradakı damarlar kifayət qədər qanla dolmur, baş beyin maddələri arasında sərhəd aydın bilinmir. Əlamətləri. Baş beyinin kəskin anemiyası zamanı qabıq və qabıqaltı mərkəzlərdə tez inkişaf edən funksiya pozğunluqları başlayır. Şərti reflekslər zəifləyir, heyvan yeriyərkən büdrəyir, ataksiya əlamətləri müşahidə olunur, selikli qişaların rəngi solğunlaşır, ürək zəifləyir, aritmiya başlayır, tənəffüs tezləşir, bağırsaqların peristaltikası əvvəlcə qüvvətlənir, sonralar zəifləyir. Heyvan az müddətdə külli miqdarda qan itirdikdə koma halı yaranır. Heyvan yıxılıb “huşunu” itirir, gözlər bərəlir.Belə hal ölümdə baş verə bilər. Diaqnozu. Bu anamnez məlumatları, kliniki əlamətlərə əsaslanır. Burada oftalmoskopiya etmək vacibdir. Bu zaman gözün dibində anemiya müşahidə olunur. Sinir sistemi xəstəlikləri
Proqnozu. Xəstəliyin kəskin formasında vaxtında müalicə tədbirləri görülsə yaxşı olur. Xronik anemiyada proqnoz şübhəli və ya pisdir. Gedişi. Xəstəlik kəskin formada çox iti surətli gedir. Xronik formada isə aylarla davam edə bilir. Müalicəsi. İlk növbədə xəstəliyi törədən səbəbi aradan qaldırmaq üçün müalicə tədbirləri görülməlidir. Xəstəlik qanaxmadan əmələ gəldikdə dərhal qanaxmanı dayandırmaq üçün tədbirlər görmək lazımdır. İtirilmiş qanı əvəz etmək məqsədilə venaya fizioloji məhlul yeridilir və ya hemogen qan köçürülür. Xəstədə yaranmış komatoz vəziyyəti aradan qaldırmaq üçün ürək dərmanları və oyadıcı vasitələr tətbiq edilir: dəri massaj edilir, döş qəfəsi və qarının yan tərəflərinə skipidar və ya xardal spirti çəkilir, naşatır spirti iylədilir. Dərialtına efir vurmaq da yaxşı hesab edilir, venaya qlükoza ilə kofein yeridilir, kalsium-xlorid və ya natrium-xlorid işlədilir. Prosesin kəskin formasında heyvanın başını aşağı tutmaq lazımdır. Sollyuks lampası ilə qızdırmaq da yaxşı nəticə verir. Prosesin kəskin və xronik formalarında orqanizmi möhkəmləndirən patogen və simptomatik terapiya vasitələrindən istifadə olunur. Sinir sistemi xəstəlikləri
Baş beyin və onun qabığının hiperemiyası – bu baş beyinin damarlarının qanla dolub oradakı mərkəzlərdə funksiya pozğunluğunun yaranması ilə səciyyələnir. Belə xəstəliyə ən çox atlar və iş heyvanları tutulur. Baş beyinin arterial (aktiv) və venoz (passiv) hiperemiyası ola bilər. Etiologiyası. Baş beyin aktiv-arterial hiperemiyası ürək fəaliyyətinin qüvvətlənməsi və ya baş beyin arteriyası tonusunun aşağı düşməsi nəticəsində əmələ gəlir. Bunun səbələri isə müxtəlifdir. Venoz hiperemiyanın səbəbləri – üc taylı qapaqların qüsurları və sağ atrioventrikul- yar yolun daralması, kiçik qan dövranında qanın hərəkətinin zəifləməsi zamanı venoz qanın beyindən sorulmasının çətinləşməsidir. Patogenez. Arterial hiperemiya nəticəsində kəllə daxili təzyiq dərhal yüksəlir, bunun sayəsində də baş beyindəki mərkəzlər qıcıqlandığı üçün heyvan oyanma halında olur. Venioz hiperemiyası nəticəsində sinir ucları ifrat qıcıqlandığından onların funksiyası zəifləyir, buna görə də heyvan süst olur. Patanatomiyası. Arterial hiperemiyada arteriya damarları qanla dolu olur, beyinin ağ və boz maddəsinin rəngi qırmızıya çalır, kəsərkən çoxlu arteriya qan damarları çıxır. Sinir sistemi xəstəlikləri
Əlamətləri. Aktiv hiperemiya zamanı xəstəyə oyanma, passiv hiperemiyada isə süstlük əlamətləri görünür. Belə oyanmalar üçün heyvanın heç bir maneə hiss etmədən irəliyə doğru hərəkət etməsi, səslərə kəskin reaksiya verməsi, aqressiv hərəkətlər etməsi səciyyəvidir. Xəstədə ürək vurğuları güclənir, nəbz dolğun, dalğası iri olmaqla ürəyin ikinci tonu qüvvətlənir. Venoz hiperemiya zamanı süstlük əlamətləri tədricən inkişaf edir. Diaqnozu. Anamnez və klinik müayinələrdən alınan nəticələrə əsasən diaqnoz qoyulur. Oftalmoskopiya zamanı göz almacığının dibində hiperemiya diqnozu asanlaşdırır. Proqnozu. Vaxtında müalicə aparıldıqda proqnozu yaxşıdır. Müalicəsi. İlk növbədə xəstəliyi törədən səbəbləri aradan qaldırılmalıdır. Xəstəliyin ağır formasında heyvanı ayırıb qaranlıq yaxşı ventilyasiyalı binada saxlamalı və altında yumşaq döşəmə olmalıdır. Aktiv hiperemiyada baş nahiyyəsinə soyuq kompress və ya buz qoymaq yaxşı nəticə verir. Heyvanlarda kəskin oyanmalar olduqda bromuran, medinal, luminal, veronal verilir. Aktiv hiperemiyanın ilk dövrlərində az miqdarda qanburaxmaq əlverişlidir. Venoz hiperemiya zamanı ürək əzələsinin tonusunu qaldırmaq və qan dövranını qüvvətləndirmək məqsədilə kofein, kamfora, lobelin tətbiq olunur. Sinir sistemi xəstəlikləri
Gün və isti vurma Günvurma – kəskin formalı xəstəlik olub bilavasitə günəşin düz şüalarının baş beyinə təsiri nəticəsində mühüm mərkəzlərin pozulması ilə səciyyələnir. Xəstəliyə bütün heyvanlar tutulur, atlar daha həssasdır. Etiologiyası. Heyvanlar uzun müddət qızmar günəş altında saxladıqda günəşin düz şüaları baş beyin və onurğa beynində yerləşmiş mərkəzləri fəaliyyətdən salır.Heyvanların uzun müddət istirahətsiz ağır işdə işlədilməsi, içməli suyun çatmaması, heyvanın başı aşağı çox bağlı saxlanması kimi hallar bu xəstəliyin əmələ gəlməsinə şərait yaradır. Patogenezi. Günəşin başlıca olaraq düz, infraqırmızı şüalarının baş nahiyyəsinə uzun müddət təsiri sayəsində baş beyinin qabığı qızarır, beyin qabığının temperaturu normadan 2-30 C artıq olur. Baş beyin və onun qabığında hiperemiya və ödem əmələ gəlir, kəllədaxili təzyiq yüksəlir. Patanatomiyası. Beyin mədəcikləri qan ilə dolu olur. Beyin qabığı və beyin maddəsi hiperemiyaya uğrayır. Əlamətləri. Əvvəlcə heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, titrəmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan özündən gedib yıxılır, bəbəkləri genişlənir, Sinir sistemi xəstəlikləri
reflekslər kəskin surətdə zəifləyir. Ürək-damar və tənəffüs sistemin üzvlərində dəyişiklik əmələ gəlir: - selikli qişalar sianozlaşır, nəbz dalğaları kiçilir, damarlar qanla kifayət qədər dolmur, ürəyin tonları pozulur və ritmi dəyişir, aritmiya müşahidə olunur. Xəstəyə müvafiq baytar yardımı göstərildikdə yuxarıdakı əlamətlər 2-3 saat ərzində aradan qaldırılır. Əks halda heyvanda koma halı başlayır. Diaqnozu.Anamnez məlumatları və mərkəzi sinir sisteminin pozğunluqları sayəsində görünən səciyyəvi klinik əlamətlərə əsasən diaqnoz qoyulur. Kəskin infeksion xəstəliklərdən, intoksikasiyalardan, zəhərli həşaratların dişləməsindən təfriq etmək lazımdır. Müalicəsi. Xəstəni ayırıb sərin və kölgə (binada) saxlamaq, baş nahiyyəsinə soyuq su tökmək, soyuq islatmalar, buz torbası qoymaq lazımdır. Damarların tonusunu qaldırmaq və tənəffüs mərkəzini oyatmaq üçün kofein, kamfora, lobelin preparatları təyin edilir. Qaramala və atın venasına 20-30 %-li qlükoza məhlulundan 300 ml götürüb 1-2 qram kofeinlə qarışdırıb vurmalı. Sonra gündə 2 dəfə iri heyvanların dərisi altına 3 qram kofein 15 ml distillə edilmiş suda həll edib vurmalı, güclü oyanmalar müşahidə olunduqda yuxu gətirən və sakitləşdirən dərmanlardan xloralhidrat, medinal, brom preparatları tətbiq edilməlidir. Ağciyərdə ödem olduqda qanburaxma məsləhət görülür,bundan sonra venaya kalsium-xlorid yeritmək lazımdır. Sinir sistemi xəstəlikləri
Profilaktikası. Heyvanları isti vaxtı günəş altında saxlamamaq, yayda sərin su ilə təmin etmək lazımdır. Qızmar günəş altında heyvanlardan istifadə etmək lazım gəldikdə alnına ağ parçadan başlıq geydirməli. İstivurma İstivurma orqanizmdə temperaturun artıq miqdarda əmələ gəlməsi və bürküdə onun ixracının çətinləşməsi ilə əlsqədar olaraq, mərkəzi sinir sisteminin funksiya pozğunluqları ilə gedən kəskin və həyat üçün qorxulu bir xəsəlikdir. Etiologiyası.Xarici mühitin temperaturu yüksək və nəmlik çox olan şəraitdə heyvan saxlandıqda, bürkü və isti havada heyvanın meşələrin arasında otardıqda, dərədə saxladıqda, isti, sıx, pis ventilyasiyalı vaqonlarda uzun məsafə yol getdikdə istivurma əmələ gəlir. Piylənmə, ürək-damar qüsurları, ağciyərin patologiyası, yorğunluq kimi hallar istivurma üçün şərait yaradır. Patogenezi. Havanın temperaturu və nəmliyin yüksək olub çox bürkü yarandıqda pozulur, hasil olunan temperaturun miqdarı ilə xaric olunan temperaturun arasında kəskin fərq yaranır, temperaturun ixracı çətinləşir. Nəticədə orqanizmin ümumi temperaturu yüksəlir, venoz qan durğunluğu Sinir sistemi xəstəlikləri
əmələ gələrək, baş beyində və ağciyərdə ödemlər inkişaf edir. Miokarda, qaraciyər və böyrəklərdə distrofiya başlayır, mərkəzi sinir sistemin və ürəyin funksiyaları pozulur.Orqanizmdə əmələ gəlmiş belə vəziyyətə qarşı mübarizə aparmaq üçün kompensator mexanizmlər fəaliyyət göstərməyə başlayır. Nəticədə tənəffüs tezləşir, ürək fəaliyyəti yüksəlir, tər ifrazı şiddətlənir. Patanatomiyası. Xəstəlik ağır keçib heyvanı öldürdükdə yarma zamanı baş beyin qabığında venoz qan durğunluğu,beyin maddəsində ödem, ağciyərdə ödem, beyin mədəciklərində onurğa beyin mayesi toplanır, ürək genişlənməsi müşahidə olunur. Əlamətləri. Xəstəliyin ilk dövrlərində heyvanda ümumi oyanma və narahatlıq əlamətləri görünür, xəstə çox su içir, çox tərləyir, bəbəklər genişlənir, tənəffüs gərginləşir. Xəstəliyi yaradan səbəblər aradan qaldırılmadıqda mərkəzi sinir sistemndə və ürəyin fəaliyyətində dərin pozğunluqlar başlayır, heyvan yerə yıxılır, hissiyatı itir, fibrilyar titrəmə başlayır, selikli qişalarda sianoz, ürəkdə aritmiya, ağciyərdə ödem və s. kimi əlamətlərin fonunda heyvan ölür. Diaqnozu. Anamnez məlumatlarına və klinik əsas diaqnoz qoyulur. Kəskin zəhərlənmələrdən və bir sıra infeksion xəstəliklərdən (qarayara, pasterellyoz, Sinir sistemi xəstəlikləri
donuzların qızıl yeli və s.) təfriq etmək lazımdır. Proqnozu.Vaxtında müalicə tədbirləri görüldükdə əksər hallarda xəstə heyvan sağalır, lakin ehtiyatlı olmaq lazımdır. Müalicəsi. Xəstəliyə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilən tədbirlər görülməlidir. Xəstələrə istədikləri qədər sərin su verilməli, onları təmiz havada və ya yaxşı ventilyasiyalı binalarda saxlamalı və döş nahiyyəsinə sərin su töküb çimizdirməli, bir qədər qan buraxmalı və venaya kalsium-xlorid məhlulu yeritməli. Profilaktikası.Heyvanları işdə istifadə edərkən, vaqonlarda uzaq məsafəyə nəql edərkən xarici mühitin temperaturuna və nəmliyinə diqqət yetirmək lazımdır. Meningit Kənd təsərrüfatı heyvanlarında baş beyin qabığının iltihabı yalnız beyin qabığının iltihabı ilə deyil, əksər hallarda beyinin sərt qişasının, yumşaq qişanın və torlu qişanın iltihabı ilə birlikdə əmələ gəlir və kəskin formada davam edir. Bu xəstəliyə bütün heyvanlar tutulur və ən çox itlərdə və atlarda müşahidə olunur. Sinir sistemi xəstəlikləri
Etiologiyası.Meningitlər adətən infeksion xəstəliklər sayəsində inkişaf edən ikincili xəstəlikdir. Bu baxımdan kokkların, streptokokkların, stafilikokkların, diplokokkların, bakteriyaların və virusların rolu daha böyükdür.Baş beyin silkələnməsi, vurulması, əzilmə, soyuqlamadan əmələ gələn allergiya halı, intoksikasiya, uzun məsafəyə nəql olunması,vitamin-mineral azlığı bu xəstəliyin əmələ gəlməsinə kömək edir. Patogenezi. Göstərilən amillər beyin qabığına sümük toxumalardan, beyin maddəsindən, qan limfa və onurğa beyin mayesi ilə daxil olur. Nəticədə beyin qabığında seroz, hemorroji, yaxud irinli iltihab inkişaf etməyə başlayır. Patanatomiyası. Beyin qabığında hiperemiya və ödem əmələ gəlir, bəzən orada qan sızması da müşahidə olunur. Əlamətləri.İltihab prosesinin yerindən asılı olaraq müşahidə olunan əlamətlər çox müxtəlif olur. Diaqnozu. Menikal sindroma və anamnez məlumatlarına əsasən diaqnoz qoyulur. Quduzluqdan təfriq etmək lazımdır. Proqnozu .Ehtiyatlıdır. Yüngül formalarda heyvan sağalır. Xronik forması pis nəticə verir. Sinir sistemi xəstəlikləri
Müalicəsi. Əvvəlcə əsas xəstəliyi aradan qaldırılmasına yönəldilən tədbirlər görüb onu ləğv etmək lazımdır. Seroz meningiti qlükoza və urotropinlə müalicə edirlər, bununla yanaşı həm də antibiotiklər və sulfanilamidlərlə müalicə aparılır.Şiddətli oyanma və ağrılar müşahidə olunduqda xloralhidrat, veronal, medinal və s.işlədilməlidir. Baş beyinin və onun qabığının iltihabı, əzilməsi, sarsıntısı, qan sızması Baş beyin və onun qabığının iltihabı – bu beyin maddəsi və onun qabığının iltihaba tutulması nəticəsində ssəciyyələnən çox ağır xəstəlikdir. Etiologiyası. Əsas səbəb virus infeksiyasıdır. Xüsusən ensefalomielit, quduzluq, itlərin taunu, listerioz, Aueski xəstəliyi baş beyin və onun qabığında iltihab yaradır. Patogenezi. Beyin qabığında və onun boz və ağ maddəsində mikroorqanizm- lər artıb çoxalaraq hiperemiya və ödem əmələ gəlir, kapillyarların endotelisi şişir, perivaskulyar hüceyrə infiltrasiyaya başlayır.Baş beyin hüceyrələri pozulub məhv olur. Əlamətləri.İltihab prosesi beyin qişalarından baş beyin qabığına keçərək menikal sindrom əmələ gətirir və beyin maddəsinin pozulması ilə əlaqədar olan simptomlar görünməyə başlayır. Sinir sistemi xəstəlikləri
Diaqnozu. Anamnez məlumatlarına və səciyyəvi klinik əlamətlərə əsasən qoyulur. Quduzluqdan təfriq etmək lazımdır. Proqnozu. Ehtiyatlıdır. Müalicəsi. Xəstəni ayırıb geniş və yumşaq döşəməli binada saxlamalı, səsdən, işıqdan və travmadan qorumalı, xəstəliyi törədən səbəbi aradan qaldırmağa yönəldilən tədbirlər görülməli. Dərmanlarla müalicə kompleks surətdə aparılmalı, proses irinli olduqda antibiotiklər təyin edilməli, irinsiz proseslərdə isə urotropin və qlükoza ilə müalicə kursu aparılmalıdır. Baş beyinin əzilməsi və sarsıntısı – kəllənin travma nəticəsində zədələnməsilə səciyyələnir. Etiologiyası.Kəllə nahiyyəsinə vurulmalar, partlayış nəticəsində yaranmış güclü dalğalar, heyvanın hündür yerdən hoppanması zamanı alan sarsıntı baş beyin zədələnməsinə, sarsıntısına (silkələnmə) səbəb olur. Patogenezi. Beyin qabığının və onun maddəsinin sarsınması oradakı qan damarları və sinir hüceyrələrində struktura pozğunluğu verir, zədələnmənin şiddətindən asılı olaraq qan sızması, ödem, kəllə daxili təzyiqin yüksəlməsi, sinir elementlərinin dağılması kimi pozğunluqlara səbəb olur. Sinir sistemi xəstəlikləri
Patanatomiyası.Kəllə sümüyü zədələnir,beyin qabığında və onun maddəsində hiperemiya, qan sağıntıları toplanır, iri qan damarları cırıldıqda kəllə qutusunda və beyin mədəciklərində qan toplanır. Əlamətləri. Yüngül dərəcəli zədələr olduqda heyvanda ümumi narahatlıq və oyanma müşahidə olunur, yeriyərkən ayaqları dolaşır, inamsız hərəkət edir, nəbz və tənəffüs tezləşir. Ağır zədələnmələrdə heyvan özündən gedir, reflekslər sönür və ya çox zəifləyir, səs və ağrı qıcıqlarına cavab vermir. Diaqnozu. Anamnez toplayarkən heyvanın yıxılması və ya vurulması dəqiq müəyyənləşdirilməlidir. Klinik əlamətlər toplanıb təhlil edilməlidir. Proqnozu. Yüngül formalı əzilmələr zamanı beyin zədələnmədikdə bir neçə saat ərzində əlamətlər itib keçir və proqnoz yaxşı olur. Qalan hallarda proqnoz şübhəli və ya pis olur. Müalicəsi. Yüngül forması müalicə edilir.Baş nahiyyəsinə soyuq kopreslər qoymaq, B1 B12 və K vitaminləri təyin etmək, daxilə natrium-yodid və kalium-yodid vermək, yaxud kəllə nahiyyəsinə yod preparatları ilə elektroforez təyin etmək lazımdır. Sinir sistemi xəstəlikləri
Baş beyin və beyin qabığına qan sızması – kəskin travmalar, gərgin ürək fəaliyyəti, qan damarları pozğunluqları, kəskin infeksiya, sepsis, anemiya, hipokalsium, hipoavitaminoz, invazion xəstəliklər beyin damarının cırılmasına səbəb olur. Patogenezi. Beyində qan damarları partladıqda kəllə daxili təzyiq qısa müddətdə yüksəlir ki, bu da kortikal ataksiyaya, özündən getmələrə səbəb olur. Beyinin müxtəlif nahiyyələrində qidalanmalar pozulur. Əlamətləri.Beyində çox qan sızmada heyvan birdən-birə koordinasiyasını itirib yıxılır, komatoz hal əmələ gələrək, nəbz zəifləyir, tənəffüs ritmi pozulur. Gedişi və proqnozu. Prosesin şiddətilə əlaqədardır. Menikal qan sızmaları beyinə qan sızmalarına nisbətən yüngül olur. Yüngül qan sızmaları bir neçə gün çəkir və heyvan sağaldıqdan sonra elə bir əlamət qalmır. Diaqnozu. Anamnez məlumatlara və klinik əlamətlərə əsasən qoyulur. Müalicəsi. Baş nahiyyəsinə soyuq kompres qoymaq, qan buraxmaq yaxşıdır.2-3- gündən sonra autohemoterapiya tətbiq etmək,6-7-ci gündən yod preparatları və fizioterapiya vasitələri ilə müalicəyə başlamaq lazımdır. Sinir sistemi xəstəlikləri
Baş beynə qan sızması zamanı atın vəziyyəti Sinir sistemi xəstəlikləri
Onurğa beyinin iltihabı - mielit. Ümumi tetaniya Sinir sistemi xəstəlikləri