1 / 25

VƏTƏNDAŞ CƏMIYYƏTI TƏŞKILATLARININ MEDIA ƏLAQƏLƏRI

VƏTƏNDAŞ CƏMIYYƏTI TƏŞKILATLARININ MEDIA ƏLAQƏLƏRI. 1. Medianı əhəmiyyətli qılan amillər: Media kilid informasiya və kommunikasiya kanalıdır; Media xüsusi əhəmiyyət kəsb edən ictimai arenadır; Media ictimai rəyin formalaşmasında mühüm rol oynayan nüfuzlu bir aktyordur;

ewan
Download Presentation

VƏTƏNDAŞ CƏMIYYƏTI TƏŞKILATLARININ MEDIA ƏLAQƏLƏRI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. VƏTƏNDAŞ CƏMIYYƏTI TƏŞKILATLARININ MEDIA ƏLAQƏLƏRI 1. Medianı əhəmiyyətli qılan amillər: Media kilid informasiya və kommunikasiya kanalıdır; Media xüsusi əhəmiyyət kəsb edən ictimai arenadır; Media ictimai rəyin formalaşmasında mühüm rol oynayan nüfuzlu bir aktyordur; Media potensial müttəfiqdir, tərəfdaşdır.

  2. 2. Media əlaqələri nə deməkdir? Media əlaqələri media ilə məlumat mübadiləsinə, peşəkar və davamlı əməkdaşlığa, ümumi məqsədlərə, qarşılıqlı maraqlara və “oyun qaydalarına” əməl edilməsinə əsaslanan uzunmüddətli bir prosesdir. Media əlaqələri: • İnformasiyanın iki-yönlü və açıq-sonluqlu axınıdır • Sistemli, təsirli, məsuliyyətli və strateji bir ünsiyyətdir • Uzunmüddətli və dinamik bir münasibətdir

  3. 3. Medianı tanıyaq • Media xəbər və xəbər materiallarının istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin məcmusudur. • Jurnalistika məlumatın toplanması, suzgəcdən keçirilməsi, yoxlanması, təhlil, təfsir və təşkil edilməsindən, eləcə də, xəbər materiallarının paylanmasından ibarət peşəkar bir fəaliyyətdir. • Jurnalistika mediada vaxt və yer satın alan xüsusi müştərilərin xeyrinə reklamçılıqla məşğul olmaq deyil.

  4. Jurnalistika fərdi, subyektiv düşüncələrin və müəllif mövqelərinin təqdim edildiyi bir ədəbiyyat sahəsi də deyil. • Jurnalistikanın başlıca məqsədi və vəzifəsi ictimaiyyəti etibarlı və qərəzsiz məlumatlarla maraqlandırmaqdır. • Media və jurnalistikanın başqa mühüm funksiyaları da var:ictimai fikrə təsir, ictimai məlumatlılığı artırmaq, insanları maarifləndirmək, səfərbər etmək və əyləndirmək.

  5. 4. Media ilə əlaqələri necə qurmalı? • Kimlik kartınızı hazırlayın. Biz kimik? Bizim missiyamız nədir? Ətraf aləmə biz necə nüfuz etmək istəyirik? Biz cəmiyyətə nəyi çatdırmaq istəyirik?Bu suallara dair əsas məlumatları (təşkilatınızın yaranma tarixi, məqsəd və vəzifələri, vizyonu, lahiyə və fəaliyyətlərin təsviri, əlaqə nömrələri, logo və şəkillər) əks etdirən kimlik kartını hazırlayıb mediaya ötürün. • Media listi tərtib edin. Hansı mediada, səhifədə, kanalda görünmək və ya təqdim edilmək istədiyinizimüəyyənləşdirin və təşkilatınız haqqında artıq yazmış və ya yaza biləcək jurnalistlərə dair səhih məlumatları özündə əks etdirən media listi tərtib edin.

  6. “Oyun qaydaları”na əməl edin: • Diktofon olmadan müsahibə verməyin! Bu sizin müsahibə mövzusuyla bağlı məlumatlı olduğunuz anlamına gəlməklə yanaşı, müsahibənizin və kimliyinizin olduğu kimi, təhrifə yol verilmədən çap olunması ehtimalını da gücləndirir. • Qətiyyətli, dəqiq və məntiqli olun! Jurnalistlə və ya media ilə uzunmüddətli və balanslı bir münasibətə girməkdə olduğunuzu unutmayın. • Bezdirici, keyfsiz və aqressiv olmayın! Hər bir münasibətdə enişlər və çıxışlar, yaxşı və pis anlar ola bilər. Odur ki, şəxsi yaşantılarınızı və hisslərinizi işgüzar münasibətlərə qarışdırmayın. • Heç vaxt jurnalistlərə yalan söyləməyin! Yalan söyləsəniz, gec ya tez yalanınız üzə çıxar və jurnalist bir daha sizə inanmaz. Yalan söyləməkdənsə yaxşısı budur deyəsiniz: “Bilmirəm. Mən bu məsələ ilə maraqlanaram, bir şey öyrənsəm zəng edib sizə söyləyərəm.”

  7. Bu fəaliyyətləri də unutmayın: • Öz aranızda müzakirə edin: məlumatı necə təqdim etməli ki, o, media və ictimaiyyət tərəfindən düzgün başa düşülsün, mediadan hansı suallar gələ bilər, hansı media tədbirlərini planlaşdırmaq olar və s. • Strateji düşünün: “Hansı məsələ ilə bağlı hansı təsiri yaratmaq üçün hansı məqsədlə kimə nəyi necə deməli?” • Qiymətləndirin: hər bir media tədbirinin sonunda əyləşib yalnış və doğrularınızı, dediklərinizi və demədiklərinizi bir daha nəzərdən keçirərək təkmilləşməyə çalışın.

  8. 5. Media ilə əlaqə mexanizmləri • Press reliz • Mətbuat konfransı • Müsahibə • Media tədbirləri

  9. PRESS RELIZ • Yazılı xəbər hadisəsidir. • Məlumatlandırıcı, maraqlı, qısa və sadə olmalıdır. • Istənilən media xəbəri üçün şərt olan 4 suala cavab verməlidir: Kim, Nə, Harda, Nə vaxt. • Baş-ayaq qoyulmuş piramida formasında olur, yəni ən mühüm fakt lap əvvəldə, birinci cümlədə və ya abzasda verilir. Daha sonra faktlar xronoloji ardıcıllıqla deyil, mühümlük dərəcəsinə görə sıralanır. • Başlığı 5-7 diqqətəşayan sözdən ibarət olmaqla xəbərin məğzini nümayiş etdirməlidir. • Yuxarı hissəsində çap edilmə tarixi və məkanı, həmçinin təşkilatın kimliyi, aşağıda isə əlavə məlumat və suallar üçün əlaqədar şəxsə dair məlumatlar verilməlidir. • Həcmi maksimum bir səhifə olmalıdır.

  10. Press reliz adətən 4 fərqli formada olur: • Klassik forma təşkil edilmiş hər hansı bir tədbirin xülasəsindən ibarət olur və əsasən ictimaiyyətə çatdırılmaq məqsədilə hazırlanır. • Mətbuat bəyanatı açıq məktubdur, konkret bir məsələylə bağlı tutulmuş mövqeyin yazılı ifadəsidir. Daha əvvəlcədən hazırlanıb kameralar önündə oxunur, qeydə alınır və mediaya ötürülür. Vaxtı məhduddur (1-2 dəqiqə) • Media üçün bildiriş\dəvət hər hansısa bir media tədbirinə dair texniki informasiyanı əks etdirir və mediaya ünvanlanır. • Cavab hüququ təşkilatınız haqqında yalan və ya həqiqəti əks etdirməyən məlumatlara cavab vermək və ya düzəliş etmək üçün hazırlanır. Düzəlişlər sadə, aydın və yığcam olmalı, yalan məlumatı yaymış jurnalistin özü və tərzi barədə heç bir tənqidi və təhqiramiz ifadəyə yer verməməlidir.

  11. MƏTBUAT KONFRANSI • Bir və ya bir neçə spikerin müəyyən bir məlumatı çatdırması və mətbuat nümayəndələrinin suallarını cavablandırması ilə müşaiyət olunan mərhələli bir media hadisəsidir. VCT-lər adətən iki səbəbdən belə bir tədbir keçirməyə qərar verirlər: • Çatdırmaq istədikləri informasiya elə mürəkkəbdir ki, açıqlamaq üçün bir dialoqun olması şərtdir. • Çatdırmaq istədikləri informasiyanın təqdim edilmə tərzini qəsdən drammatikləşdirmək istəyirlər.

  12. Mətbuat konfransına hazırlıq KONFRANSDAN ƏN AZI BIR HƏFTƏ ƏVVƏL: • Münasib bir tarix və gün vaxtını müəyyənləşdirin; çalışın ki, bənzər media tədbirləri ilə üst-üstə düşməsin; • Münasib məkanı və otağı müəyyənləşdirib sifariş edin(gediş-gəliş üçün asan olan və texniki tələblərə: kifayət qədər oturacaq, elektrik enerjisi, spiker kürsüsü, çəkiliş və kommunikasiya avadanlıqları üçün şərait və s. cavab verən); • Media üçün bildiriş\dəvət hazırlayın və lazımi ünvanlara göndərin; • Təşkilatınızın kimlik kartı, konfrans mövzusuna dair materiallar, foto materiallar, spikerlərin adları və vəzifələrinin siyahısından ibarət press kitlər (mətbuat dəsti) hazırlayın.

  13. ƏN AZI BİR GÜN ƏVVƏL: • Konfransın senarisini hazırlayın: vaxtı və spiker mətnlərinin həcmini(maksimum 3-5 sətir); • Beyin həmləsi şəraitində mümkün olan media suallarını nəzərdən keçirin; • Zəng edərək dəvət etdiyiniz jurnalist və media nümayəndələrinin iştirak edib-etməyəcəyini dəqiqləşdirin; • Press kitlərinizi yeniləyin; • Konfrans zalına yekun olaraq əl gəzdirin, xüsusilə foto imkanları yaradın, spikerlər və jurnalistlər üçün oturacaqları, masaları və ad kartlarını yerbəyer edin, rəngsiz və alkoqolsuz içkiləri də unutmayın;

  14. HƏMIN SƏHƏR: • Xəbər bürolarına son dəfə zəng edin; • Konfrans zalını diqqətlə yoxlayın; • Konfransı nəzəri cəhətdən məşq edin. KONFRANS ƏRZINDƏ: • İçtirakçı siyahısını dövrəyə buraxın və jurnalistlərin özlərini tam təqdim etmələrinə nəzarət edin; • Press kitləri paylayın; • Jurnalistləri salamlayın, açılış sözlərini deyin və spikerləri qısaca təqdim edin; • Spikerlərin qısa bəyanatlarından sonra medianın suallarını qəbul edin; • Konfransın mövzusunu diqqət mərkəzində tutun, təşkilatınızın problemləri və fəaliyyət sahələrinə dair təfsilatlara girməyin;

  15. Ucadan və aydın danışın, düz oturun, auditoriyaya baxın, göz kontaktı yaradın, foto və TV kameralar üçün yaxşı görünməyə çalışın; • Vaxtı izləyin: suallar da daxil olmaqla 30-45 dəqiqə; • Suallara yetərli zaman ayırın və bu prosesi yaxşı təşkil edin: jurnalistlər əllərini qaldırır, moderator bir-bir onlara söz verir, jurnalist əvvəlcə özünü və mediasını təqdim edir, sualı kimə ünvanladığını bildirir və sualını qısa və yığcam şəkildə səsləndirir; • Konfransı yazdırın, media və gələcək qiymətləndirmələr üçün foto şəkillər çəkdirin; • Jurnalistlərə iştiraklarına görə təşəkkür edin, vidalaşın və gələcəyi nəzərdə tutaraq unsiyyətə dəvət edin.

  16. KONFRANSDAN SONRA: • Iştirak etmiş jurnalistlərlə ünsiyyətə davam edin; • Rica etsələr, fərdi müsahibələr təşkil edin; • İştirak edə bilməyən vacib jurnalistlərə zəng edin, onlara konfransda qaldırılmış məsələnin xülasəsini və press kitlər göndərin.

  17. MÜSAHIBƏ • Bu, səs yazması ilə müşaiyət olunan təkbətək media söhbətidir. • Jurnalist bu söhbəti ya olduğu kimi sual və cavablarla birlikdə, ya da sadəcə olaraq informasiyanın əldə edilməsi metodu kimi istifadə etməklə bəzi sitatlarını çap edə bilər.

  18. Keyfiyyətli bir müsahibə üçün aşağıdakılar şərtdir: • Müsahibədən əvvəl jurnalistlə danışın və ona hazırlıq üçün kömək edin: müsahibin tərcümeyi-halını, təşkilatınızın kimlik kartını və sair məlumatları göndərin; • Müsahibədə toxunula biləcək məsələ və açıq suallara dair, eləcə də jurnalistin müsahibə tərzinə, müsahibə mövzusuna və təşkilatınıza olan münasibətinə dair ehtimallar etməyə çalışın; • Müsahibənin yazılmasına şərait yaradın; • Jurnalistlə müsahibənin avtorizasiyasına dair razılıq əldə etməyə çalışın; bu razılığa əsasən jurnalist müsahibəni yayımlamamışdan əvvəl onun transkriptini sizə göndərir, siz müsahibənin mündəricatını bir daha nəzərdən keçirir və əgər yalnışlar varsa onları düzəldirsiniz. Ancaq bu zaman başlıqlara, başlıq altlarına, təqdimatlara, suallara və müsahibənin struktur və tərzinə toxunmursunuz, çünki, bunlar birbaşa jurnalistin məsul olduğu məsələlərdir;

  19. Ümumi müsahibə davranışlarına dair məsləhətlər: • Sadə, rahat, mühafizəkar və açıq rəngli bir qiyafət geyinin, kosmetika və ziynət əşyalarından mümkün olduğunca az istifadə edin, çıxmamışdan güzgüdə özünüzə göz gəzdirin; • Arxa fona fikir verin, çünki, izləyənlərin diqqətini yayındıra bilər. Əgər studiyada deyilsinizsə, sadəcə bir ağ divarın önündə durun, divarda təşkilatınızın loqosu olarsa pis olmaz. Arxanızda qapı, pəncərə və adamlar olmasın; • Qarşınızda çıxışınızın əsas məqamlarına dair konspekt olsun; • Sadə, aydın və kəsə danışın. Cavablarınızı qısa tutun (maksimum 20 saniyə); • Peşəkar jarqonlardan, rəqəmlərdən və statistik ifadələrdən mümkün olduğu qədər az istifadə edin, daha çox hamının bildiyi və başa düşdüyü sözlər işlədin; • Passiv və həddən ziyadə kübar olmayın, şövqlü və təsirli görünün, ancaq hər şeydən əvvəl, özünüz kimi olun və təbii davranın; • Yalan söyləməyin; yaxşısı budur “Bilmirəm” deyin; • Əgər sualı yaxşı eşitməmiş və ya başa düşməmişsinizsə jurnalistdən onu təkrar etməsini xahiş edin; • Hər an “mikrofon işləyir, kamera çəkir” düşüncəsilə davranın. Televiziyada eşidilməsini istəmədiyiniz heç bir şey söyləməyin.

  20. Xüsusi müsahibə davranışlarına dair məsləhətlər: MÜSAHIBƏYƏ BAŞLARKƏN, STUDIYADA ILK DƏQIQƏLƏR • Müsahibəyə təyin olunmuş vaxtdan əvvəl gəlin ki, texniki hazırlıq işlərinə kifayət qədər vaxt qalsın; • Öz kürsünüzdə rahat əyləşin, nə çox gərgin olmayın, nə də çox sərbəst; • Kameradan narahat olmayın, hər zaman birbaşa intervyuerə baxın. JURNALIST SIZƏ CAVAB VERMƏK ISTƏMƏDIYINIZ BIR SUAL UNVANLAYARSA • Sualdan qaçmağa çalışmayın; • Cavab verə bilmədiyinizi söyləyin.

  21. JURNALIST NEQATIV SUALLAR SORUŞARSA • Neqativ olanı heç vaxt təkrarlamayın; • Pozitiv və kontrollu olun, sərt və acıqlı reaksiya verməyin: bu cür hallarda jurnalist adətən cavabı bilmiş olur, sadəcə sizin reaksiyanızı yoxlayır; • Əgər bir yalnışlıq varsa, dərhal düzəliş edin; • Saxta, səmimi olmayan cavablar verməyin; • Bu cür hallarda siz gerçəkdən konkret ola bilərsiniz, öz cavabınızda israr edin və sualı geri jurnalistə ünvanlayın, ancaq neqativ reaksiya ilə qarşılaşmamaq üçün bunu ehtiyatlı edin: • “Biz əlimizdən gələni edirik. Bəs siz nə təklif edərdiniz bununla bağlı?” • “Mən başa düşmürəm siz niyə əsəbiləşirsiniz? Mən sadəcə cavab verməyə çalışıram.” • “Mən sualınıza cavab verirəm, ancaq deyəsən, bu sizin eşitmək istədiyiniz cavab deyil.” • “Mənə elə gəlir ki, siz mənim söylədiklərimi yaxşı eşitmədiniz.”

  22. ARADA SÜKUNƏT YARANARSA • Sükunətdən qorxmayın, nə də narahat olmayın, vaxta və dialoqa görə jurnalist məsuliyyət daşıyır; • “hm”, “belə”, “yaxşı” kimi sükunət pozan qoşmalardan istifadə etməyin və köks ötürməyin CAVABINI BILMƏDIYINIZ SUAL OLARSA • Tərəddud etmədən deyin: Təəssüf edirəm, bununla bağlı heç bir məlumatım yoxdur. Ancaq öyrənib sizə bildirməkdən çox məmnun olaram. • Həqiqətən də dediyinizə sadiq qalın: öyrəndiyiniz təqdirdə jurnalistə bildirin.

  23. MEDIA TƏDBIRLƏRI • Media üçün diqqətçəkən və media tərəfindən işıqlandırılan böyük mütəşəkkil tədbirlərdir. • VCT-lər tərəfindən təşkil edilən aşağıdakı tədbirlər bu qəbildən hesab edilə bilər: • Konfranslar • Xoşməramlı kampaniya və aksiyalar • Açılış mərasimləri • Dəyirmi masalar • Regional seminarlar • Ümumşəhər görüşləri • İctimai dinləmələr

  24. Media tədbirinin təşkilati fəaliyyətləri: MEDIA TƏDBIRINDƏN ƏVVƏL • Tədbirin proqramını, məkan koordinatlarını, media rejimi və akkreditasiya ilə bağlı təlimatları və ən vacibi, əlaqədar şəxsə dair məlumatları əks etdirən media bildirişləri hazırlayın və göndərin; • Tədbirə hazırlaşmaqda jurnalistlərə yardımçı olun: brifinq təşkil edin, ekspertləri dəvət edin, əvvəlcədən bəzi məlumatlar verin, xəbər materialları üçün təkliflər və ideyalar səsləndirin, lazım olarsa, jurnalistlərə tədbir yerinə gediş-gəliş məsələlərində də kömək edin; • Media üçün lazım olan texniki şəraiti: avadanlıq və ləvazimatlar, eləcə də müsahibə və brifinqlər üçün künc-bucaqları planlaşdırıb təşkil edin; • Tədbirin keçiriləcəyi məkana tez-tez baş çəkin. Tədbir günü 1-2 saat əvvəl gəlin və hər şeyin qaydasında olduğunu yoxlayın ki, bir əksiklik olduğu təqdirdə düzəliş etməyə vaxt olsun.

  25. MEDIA TƏDBIRI ƏRZINDƏ • Jurnalistləri öz məqamlarında yoxlayın; • Tədbir boyunca jurnalistlərlə sıx əlaqədə olun, xüsusi foto və video kadrlar üçün, həmçinin tədbiriçi müsahibə və brifinqlər üçün onlara hər cür şəraiti yaradın; • Daxili media çalışmalarınız olsun: fotoqraf və kameraman tutun, tədbirə dair çap materialları hazırlığında olun, veb səhifənizi yeniləyin; MEDIA TƏDBIRINDƏN SONRA • Tədbirdə iştirak etmiş jurnalistlərlə ünsiyyəti davam etdirin və uyğun gördüyünüz bir media ilə mütəmadi xəbərləşmə yaratmağa çalışın; • İştirak edə bilməyən media və jurnalistlərlə telefon əlaqəsi yaradın: onlara tədbirə dair hazırladığınız press relizləri göndərin, tədbirlə bağlı şərh verin, tədbirin mövzusuna dair müsahibə təklif edin, xəbər materialları üçün ideya və təkliflər irəli sürün; • Tədbirə dair reportajlara baxış keçirin, təhlil edin və media arxivi üçün paketləyin.

More Related