150 likes | 861 Views
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 12- ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Эювдя . Икиляпяли биткилярин эювдясинин морфоложи вя анатомик гурулушу dos. B.M.ƏLİYEV GƏNCƏ. PLAN 1 İKİLƏPƏLİ BİTKİLƏRİN GÖVDƏSİNİN MORFOLOJİ QURULUŞU
E N D
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 12-ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Эювдя. Икиляпялибиткиляринэювдясининморфоложивяанатомикгурулушу dos. B.M.ƏLİYEV GƏNCƏ
PLAN 1 İKİLƏPƏLİ BİTKİLƏRİN GÖVDƏSİNİN MORFOLOJİ QURULUŞU 2.İKILƏPƏLİ BİTKILƏRIN GOVDƏSININ BİRİNCİ ANATOMİK QURULUŞU 3.İKİLƏPƏLİ BİTKİLƏRİN II ANATOMİK QURULUŞU 4.AĞAC VƏ KOL BİTKİSİNİN GÖVDƏSİNİN ANATOMİK QURULUŞU 5.İKİLƏPƏLİ AGACLARIN GÖVDƏSİNİN ANATOMİKQURULUŞU 6.İYNƏYARPAQLI AĞACLARIN GÖVDƏSİNİN ANATOMİK QURULUŞU 7.STEL VƏ ONUN TİPLƏRİ
ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az
Gövdənin böyümə konusunda vəzifə bölgüsü Gövdənin böyümə konusu tumurcuqların təpə hissəsində yerləşir. Burada həm gövdə uzununa böyüyür, həm də yarpaqlar əmələ gəlir. Yarpaqlar konusdan əmələ gələn birinci şişciklərdən inkişaf edir. Böyümə konusunun ən üc hissəsi gövdənin böyümə nöqtəsindən ibarətdir. Hanşteyinin (1868) histogen nəzəriyyəsinə görə çiçəkli bitkilərin böyümə nöqtəsində tək inisial hüceyrə deyil, bir neçə yarus üzrə yerləşən inisial hüceyrə qrupu olur. Onun fikrinə görə böyümə konusunun xarici hüceyrə qatının altındakı meristem hüceyrə kütləsindən gövdənin və ümumiyyətlə bitkinin bədən quruluşu təşkil olunur. Qeyd edilən meristem hüceyrə kütləsini o üç zonaya-histogenə bölür («histos» yunanca geyim, toxuma deməkdir): l.dermatogen (yunanca «dermotogen», dəri deməkdir); 2.periblem (yunanca «periblem», geyim, paltar deməkdir); 3.plerom (yunanca «plerome», doldurma deməkdir); Bir çox bitkilərin istər gövdə (xüsusən su bitkilərində), istərsə də kök konusunda hər üç hüceyrə zonasının görmək mümkündür. Dermotogen böyümə konusunun ən xaricində yerləşən bir qat hüceyrədir, ondan zoğun və ya kökün dəriciyi başlanğıc götürür. Periblem, dermatogenin altında yerləşir və bir neçə hüceyrə qatından ibarət olur. Bu meristem histogenindən orqanın qabıq hissəsi əmələ gəlir. Plerom, böyümə konusunun mərkəz hissəsindəki meristem hüceyrə qrupundan ibarətdir.
Шякил 1. Икиляпялибиткиляринэювдясининенинякясийи (схематик)
Tunika-korpus nəzəriyyəsinin prinsiplərinin müxtəlif alimlər irəli sürmüşlər. Əsasını isə Şmit (1924) qoymuşdur. O tunikanın ve korpusu böyümə konusunun aydın seçilən, ancaq biri digərindən asılı hissəsi kimi nəzərdən keçirir. Tunika və korpus nəzəriyyesi əksər toxumlu bitkilərin böyümə konuslarının quruluşunu izah etmək üçün daha əlverişlidir. Histogen nəzəriyyəsi su bitkilərinin böyümə konuslanmn tədqiqinəticəsində əsaslandırılmışdır. Su bitkilərinin boyümə konusunda üç histogen, meristem massivi, yəni dermotogen, periblem və plerom aydın seçilir. Quruda yaşayan əksər bitkidə isə böyümə nöqtəsində aydıncasına tunika və korpus seçilir. Bu səbəbdən müasir dövürdə tunika-korpus nəzəriyyəsi daha geniş tətbiq olunur. Эювдянин биринъи гурулушу Qabığın ən daxili qatı nişastalı hüceyrə təbəqəsidir. Bəzi alimlərin fikrincə buradakı nişasta dənələri böyüməyə başlanmış cavan zoğda müvazinətləşdirici rol oynayır. Nişastalı hüceyrə qatının altında bir cərgədən, bəzən bir neçə cərgədən ibarət peritsikl hüceyrələri olur. Nişastalı hüceyrə qatından və peritsikldən daxilə tərəf (mərkəz silindrdə) topalar yerləşir. Onların istər floemi, istərsə də ksilemi təzəcə əmələ gəlmişdir. Ələkvari borular və su boruları aydın görünür. Əsil kambi hələ yoxdur. Floem ilə ksilem arasında və onlardan kənara doğru nişastalı hüceyrə qatının altında prokambi hüceyrələri yerləşmişdir. Bu hüceyrələr xırda olmaqla, 4-5 bucaqlıdır. Onlara nəzər yetirdikdə, çoxunun tangental istiqamətdə bölündüyü görünür. Ələkvari boruların və su borularının ətrafinda xırda parenxim hüceyrələr vardır. Topa quruluşlu gövdələrin böyümə nöqtələrində bir-birindən aralı olaraq həlqəvi şəkildə prokambi topalan yerləşir. Hər prokambi topasından ayrıca lifli-borulu topa əmələ gəlir. Hər topanın icərisində aktiv bölünən topa kambisi qalır. Topa kambisində gedən aktiv bölünmə, iki qonşu topa arasında qalan parenxim hüceyrələrinin də aktivləşib törədici hüceyrələrə çevrilməsinə səbəb olur. Nəticədə topalar arası kambi əmələ gəlir və bu kambi sonra topa kambiləri ilə bir-ləşərək ümumi kambi qurşağı əmələ gətirir. Topalararası kambi daxilə və xaricə tərəf ancaq parenxim hüceyrələrini törədir. Qeyri-topa quruluşlu gövdələrə daha çox təsadüf edilir. Bu tip gövdədə ayrı-ayrı topalar seçilmir. Onun kambi qurşağından daxildə ümumi oduncaq qurşağı, kambidən xaricdə isə ümumi floem qurşağı yerləşir. Beləliklə, kambidən daxilə tərəf (bütün həlqə üzrə) ksilem elementləri, xaricə tərəf isə floem elementləri törənir. Ağac və kollann əksəriyyəti və otlardan bir çoxunun gövdəsi qeyri-topa quruluşlu gövdəyə malikdirlər. Bu gövdələrdə birinci özək şüaları olmur.
Шякил 2. Эцнябаханбиткисининэювдясининенинякясийи
İkiləpəli otların gövdəsinin ikinci quruluşu Ot bitkilərinin (istər ikiləpəli, istərsə də birləpəü) gövdəsi anatomik quru-luşunun bir çox xüsusiyyətlərinə görə ağac bitkilərinin gövdəsindən fərqlənir. Bu fərq ümumi şəkildə ot bitkilərinin gövdəsində parenxm toxumanın güclü inkişafı ilə əlaqədardır. Parenxim toxuma əsasən özəkdə, topaquruluşlu gövdələrin özək şüalarında və qabıqda yerləşir. İkiləpəli otların ikinci quruluşu birinci quruluşundan az fərqlidir. Bu bitkilə-rin gövdəsi istər ot və istərsə ağaclarda, yuxarıda qeyd edildiyi kimi, kambi qurşa-ğının fəaliyyəti nəticəsində ikinci quruluşa keçib, eninə böyüyür. İllik halqaların ən yaşlıları ağacın mərkəzinə yaxın yerləşdiyindən, bu hal-qaları əmələ gətirən hüceyrələrə oksigen və qida maddələri çətinliklə çatır. Hə-min halqaların canlı hüceyrələrində maddələr mübadiləsinin surəti bu göstərilənsəbəbə görə xeylı aşağı düşür və onlar tilləşmə prosesinə uğrayır. İkiləpəli ağacların gövdəsinin anatomik quruluşu Qarağac gövdəsinin anatomik quruluşu və onun histoloji elementləri. Qarağac tədricən böyüyən ağac cinslərinə aiddir. Qarağac gövdəsi tipik ikinci quruluşludur, lakin cavan olduğu üçün istər qabıqda, istərsə də mərkəz silindrdə birinci quruluşlu toxumaları da görmək mümkündür. • Qabığın ən xarici qatı olan fellem-mantarlaşmış hücieyrə qatıdır. Xaricdən mantarlaşmış hüceyrələrin ovxalanıb tökülməsi nəzərə çarpır. Peridermin xaricisəthində dəricik qalığı da görünür. Mantarlaşmış hüceyrə təbəqəsinin altında bircərgəli fellogen-mantar kam-bisi yerləşir. Peridermin altında qabığın parenxim hüceyrələri yerləşir. Bu paren-xim hüceyrələrində külli miqdarda yaşıl plastidlər vardır. Həmin parenximdən da-xildə topa-topa yerləşmiş mexaniki liflər nəzərə çarpır. Bu mexaniki liflər birinci quruluşdan ikinci quruluşa keçid dövründə peritsikldən əmələ gəlmişdir. Peritsiklin törətdiyi bu mexaniki hüceyrə topalarından daxildə kambiyə qədər floem sa-həcikləri və kambinin törətdiyi parenxim yerləşir. Floemdə parenxim hüceyrələri ilə əhatə olunmuş ələkvarı borular və onların arasında sıx yerləşmiş yumşaq liflər qatı aydın nəzərə carpır. Həmin yumşaq liflər birinci qabıqdakı yumşaq liflərdən həcmcə kiçikdir.
Шякил 3. Биряотунунэювдясининанатомикгурулушу
İynəyarpaqlı ağac gövdəsinin anatomik quruluşu İynəyarpaqlı ağacların gövdələrinin quruluşu örtülütoxumların ağaclarına nisbətən sadədir. İkiillik Eldar şamı gövdəsinin eninə kəsiyində epidermisi altında artıq pe-riderm əmələ gəlmişdir. Qabıq parenxim iri hüceyrələrdən ibarətdir. Onların içə-risində külli miqdarda xlorofill dənələri vardır. Bu parenxim fotosintez prosesində aktiv iştirak edir. Qabıq parenximinin içərisində qətran yollarını da görmək müm-kündür. Floemdə illik qatlar olduqca çətin seçilir. Götürülmüş zoğ cavan olduğun-dan, floemin illik qatlarının hər ikisi bir-birindən ayrılır. Birinci ilin floemi bir qədər sıxlaşmışdır. Orada hətta gözləri tutulmuş ələkvan borular da görünür. İynəyarpaqlılann gövdəsində oduncaq parenximinin olması nadir haldır. Şamlar fasiləsinin bəzi nümayəndələrində oduncaq parenximi gövdənin uzunu is-tiqamətində payızınm axırında (illik halqanın qurtaracağında) azacıq miqdarda əmələ gəlir. Parenxim hüceyrələri qətran yollarının ətrafında epiteli qatını təşkil edir. İynəyarpaqlılardan oduncaq parenximinə cüzi miqdarda bəzi sərvlərin gövdəsində də rast gəlmək olur. Stel və onun tipləri Borulu-lifli topalar müxtəlif bitkilərin gövdələrində müxtəlif qaydada yerlə-şir və onların yerləşmə qaydasından asılı olaraq gövdədə müəyyən «sklet» sistemi əmələ gəlir. Əksər hallarda həmin sklet gövdənin mərkəzində silindr əmələ gətirir. Bu silindrə, kökdə olduğu kimi mərkəz silindr deyilir. Mərkəz silindr və onun daxilində yerləşmiş topalar sistemi birlikdə stel adlanır («stel» yunanca di-rək, sütun deməkdir). Ali bitkilərin təkamülü prosesində stel böyük dəyişikliyə uğrayaraq, müx-təlif stel tipləri əmələ gətirmişdir. Ən sadə və qədim stel protosteldir. Protostel gövdənin mərkəzində bir dirək əmələ gətirir. Bu dirəyin mərkəzi ksilem, ətrafı isə floem ilə əhatə olunmuşdur. Protostelə qədim bitkilərdən psilofitlərdə və qədim ayıdöşəyi növlərində təsadüf edilir. Sonralar protosteldən sifonostel adlanan stel inkişaf etmişdir. Protosteldə topa dirəyinin mərkəzinə parenxim toxuma daxil olduqda, sifonostel əmələ gəl-mişdir. Beləliklə, sifonosteldə gövdənin ən mərkəz hissəsi parenxim toxuma ilə əhatə olunur, bu qayda ilə də gövdənin özək hissəsi əmələ gəlir. Sifonosteldə yarpaqlara və yan budaqlara yönələn topalar onun arasıkə-silməz ksilemini və floemini aralayır. Bu halda sifonu aralayan parenxim toxuma olur. Bu qayda ilə yarılmış sifon başqa bir stel tipinə, diktiostelə, yəni yarılmış ste-lə çevrilir. Sifonu yarmış parenxim toxuma sahələri eyni zamanda özəklə qabıq parenximini birləşdirir və özək şüaları adlanır.
Шякил 4. Эювдяниненинякясийи: Гызылыстиндапсус
Шякил 5. Гызылэцлцнэювдясининанатомикгурулушу
Шякил 6. Ъюкябиткисининэювдясининанатомикгурулушу
Шякил 8. Шамэювдясинидяпайыздавяйаздаямяляэялмиштрахейидляр