1 / 45

Səbinə Əlimərdanova, Elektron İnformasiya Xidmətləri bölməsinin müdiri 16.05.2013

ELMİ JURNALLARDA MƏQALƏNİN DƏRC EDİLMƏSİNƏ DAİR MƏSLƏHƏTLƏR ( E lsevier , S pringer , Web of knowledge nəşrİyyatlarinin İcmal sənədlərİ əsasinda ). Səbinə Əlimərdanova, Elektron İnformasiya Xidmətləri bölməsinin müdiri 16.05.2013. Kitabxana-İnformasiya Mərkəzi.

Download Presentation

Səbinə Əlimərdanova, Elektron İnformasiya Xidmətləri bölməsinin müdiri 16.05.2013

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. ELMİ JURNALLARDA MƏQALƏNİN DƏRC EDİLMƏSİNƏ DAİR MƏSLƏHƏTLƏR(Elsevier, Springer, Web of knowledge nəşrİyyatlarinin İcmal sənədlərİ əsasinda) Səbinə Əlimərdanova, Elektron İnformasiya Xidmətləri bölməsinin müdiri16.05.2013 Kitabxana-İnformasiya Mərkəzi

  2. BİZİ MARAQLANDIRAN ƏSAS SUALLAR • Məqaləni dərc etdirmək nəyə lazımdır? • Nəyi və nə zaman dərc etmək lazımdır? • Yaxşı yazılmış məqalə nədən bilinir? • Məqalənin dərc olunması prosesi • Elmi məqalənin yazılması və dərc edilməsi • Elmi məqalələrin yazılması və dərc edilməsi üçün bəzi məsləhətlər

  3. MƏQALƏ DƏRC ETDİRMƏK NƏYƏ LAZIMDIR? • Yeni və orijinal nəticə və metodların təqdim edilməsi • Fikir mübadiləsi, həmkarlarla ünsiyyət • Elmi-texniki tərəqqinin sürətləndirilməsi və elmi biliklərin artırılması • Nəticələrin doğruluğu • Qrant verilməsi üçün ərizələrin tərtib olunması, elmi araşdırmaların maliyyələşdirilməsi • Tanınmaq və karyera yüksəlişi

  4. NƏ VƏ NƏ ZAMAN DƏRC EDİLMƏLİDİR? • Nəticələri yeni, maraqlı və vacib olan informasiyaya malik olduğunuza əmin olduqda, bu informasiyanı oxucuların diqqətinə çatdırmaq üçün dərc olunması gərəkdir. • Adətən, bu o deməkdir ki, iş (eyni zamanda!) bir neçə kriteriyalara cavab verir: • aktual problemə həsr olunub • müasir üsullar istifadə edilib • yeni yanaşma təklif edilib və ya yeni faktlar nümayiş etdirilib • yeni, mühüm və dürüst ifadə edilmiş nəticələrə malikdir • Məqalə dəqiq «məlumat» daşımalıdır,yəni elmi ictimaiyyətə yeni faktlar və nəticələr çatdırmalıdır. • Məqalə «görülmüş işlərin hesabatı» kimi olmamalıdır

  5. NƏYİ DƏRC ETMƏK LAZIM DEYİL? Məqaləyə nəyi daxil etmirik: • Yarımçıq məlumatı (Məs.,sona çatdırılmamış hesabatlar, göstəricilər) • Tək eksperimentdən alınmış nəticələr • Yaxşı məlum olan nəzəriyyəni «təsdiqləyən» nəticələr • Natamam informasiyaya əsaslanmış nəticələr • Nəzərdən keçirilən informasiyadan irəli gəlməyən fərziyyələr - «fantaziyalar» • Gələcək planlar

  6. DƏRC OLUNMAĞA HAZIRSINIZSA, ONDA YALNIZ MƏQALƏNİ YAZMAQ QALIR

  7. YAXŞI YAZILMIŞ MƏQALƏNİN KEYFİYYƏT GÖSTƏRİCİSİ NƏDİR? tanınmış araşdırma və nailiyyətlərə gətirilmiş istinadlar inandırıcı əsaslandırma əhəmiyyətli məzmun faktların etibarlılığı düzgün tərtib olunmuş mətn KEYFİYYƏT düzgün tərtib olunmuş biblioqrafiya məntiqi çatdırılma

  8. DÜZGÜN YAZILMIŞ MƏQALƏ NƏDİR? • Dəqiq, faydalı və cəlbedici məlumata malik olan • Məntiqi tərtib olunub və təqdim edilən • Əhəmiyyətliliyi resenzent və redaktorlar tərəfindən asanlıqla qiymətləndirilən Resenzent və redaktorlar- çox məşğul insanlardır, onların vaxtına qənaət etməkdən otrü materialı sadələşdirin

  9. DƏRC OLUNMAQ MƏRHƏLƏLİ PROSESDİR ( Thomson Reuters üzrə) Jurnalın seçilməsi Məqaləni jurnalın tələblərinə uyğun tərtib etmək Məqaləni resenziya alması üçün jurnala göndərmək Məqaləyə düzəliş etmək Rədd cavabı Məqalə dərc olunmağa hazırdır

  10. MƏQALƏNİN DƏRC OLUNMASI PROSESİ Əlyazmanın yazılması və redaktə edilməsi Müəlliflik, aparıcı təşkilat, sitat gətirmə kimi məsələlərin həll edilməsi Müəlliflər üçün qaydaların yerinə yetirilməsi Dərc olunmağa razılığın alınması (ehtiyac olduqda) Redaksiya Əlyazmanın göndərilməsi (poçt və ya Web) Əlyazmanın qeydiyyatı Məqaləyə düzəlişin edilməsi, materialın tamamlanması, səhvlərin düzəldilməsi, resenzentlərin qeydlərinə cavab vermək Resenziyanın verilməsi (çox vaxttəkrar və ya dəfələrlə) Dərc olunmaq qərarı Dərc olunma (Web, sonra kağız variantı)

  11. JURNALDA MƏQALƏNİN HAZIRLANMASI

  12. MÜVAFİQ NƏŞR TİPİNİ SEÇİN • Nəşr tipləri • Konfrans məruzəsi • Tədqiqat prosesində və ya düzəlişlər zamanı elmi nəticələrin ictimaiyyətə çatdırılması üçün ideal: • adi ölçü: 5-10 səhifə, 3 şəkil, 15 istinad • məruzənin layihəsi konfransın təşkilatçısı tərəfindən göndərilir • elmi karyeranın başlanğıcı üçün yaxşı seçimdir • Dolğun məqalə/ Orijinal məqalə • Tədqiqatın son nəticələrini bildirmək üçün standart forma: • adi ölçü: 8-10 səhifə, 5 şəkil, 25 istinad • məqalənin layihəsi müvafiq jurnala göndərilir • elmi-tədqiqat karyerasının qurulması üçün yaxşı üsuldur

  13. NƏŞR TİPLƏRİ (2) Resenziyalar / icmallar Tədqiqatların konkret mövzu üzrə məlumatlarının tənqidi sintezi • adi ölçü: 10+ səhifə, 5+ şəkil, 80 istinad • adətən jurnalın redaktorunun sorğusu əsasında hazırlanır • elmi-tədqiqat karyerasının möhkəmləndirilməsi üçün yaxşı üsuldur Qısa məlumat • Əldə edilmiş mühim, orijinal • nəticələr haqqında qısa məlumat vermək • Dolğun məqalədən çox qısadır

  14. HARADA DƏRC OLUNMALI?

  15. ELSEVIER EDITORIAL SYSTEM • “Elsevier” nəşriyyatında sənəd dərc etdirmək istəyən müəlliflər üçün xüsusi interaktiv portal Elsevier Editorial System — «Elsevier Redaktə Sistemi» (EES) yaradılıb. • Sistem sənəd verilməsini asanlaşdırır • Məqalənin gözdən keçirilməsi və rəyçilərlə əlaqəsini izləmək imkanı yaradır http://www.elsevier.com/wps/find/authorsview.authors// • Məqalə və kitab dərc etmənin qısa alqoritmləri, həmçinin tez-tez rast gəlinən sualların cavabları təqdim olunub.

  16. ELSEVIER JOURNALS http://www.elsevier.com/

  17. VACİB MƏQAM: GUİDE FOR AUTHORS Maraqlandığınız jurnalın ‘Guide for Authors’ hissəsini oxuyun! www.elsevier.com - Authors, editors, reviewers bölmələrinivə ya ScienceDirect-dəkihər bir jurnalın ana səhifəsində‘Submit Article’istinadını dəfələrlə oxuyun! Guide for Authorsişinizə əlavə edin, hətta məqaləninilk variantına (mətnin yerləşdirilməsi, istinadlar, şəkilvə cədvəllər və d.). Bu sizin, redaktorların və rəyçilərin vaxtına qənaət edəcək. http://www.elsevier.com/wps/find/authorsview.authors/howtosubmitpaper

  18. MÜƏLLİFLƏR ÜÇÜN OXFORD JOURNALS

  19. MÜƏLLİFLƏR ÜÇÜN EMERALD http://www.emeraldinsight.com/products/journals/index.htm Məqalənin yazılması və dərc olunmasına dair bir çox tövsiyə və məlumatlara rast gəlmək mümkündür: • Müəlliflər üçün İnternet-prezentasiya şəklində seminarlar; • Məqalənin üzərində çalışmalara başlamaq üçün professionalların məsləhətlərindən ibarət informasiya; • Lazımi ədəbiyyatlara istinadlar; • Prespektivli müəlliflərin dəstəyi; • Praktikivəsait; dərc olunacaq elmi məqalələrin hazırlanmasına dair məsləhətlər; • “Redaktorlarla görüş” – onlayn rejimdə jurnalredaktorlarının xəbərləri və s.

  20. SPRİNGER VƏ ALİ ATTESTASİYA KOMİSSİYASININ ELMİ JURNALLARI http://library.khazar.org/s148/Recommended-Journal-Lists/en

  21. MƏQALƏYƏ NECƏ DÜZGÜN QURULUŞ VERMƏK OLAR?

  22. MƏQALƏYƏ NECƏ DÜZGÜN QURULUŞ VERMƏK OLAR?

  23. MƏQALƏYƏ NECƏ DÜZGÜN QURULUŞ VERMƏK OLAR?

  24. DƏRC ETMƏNİN ƏSAS HİSSƏLƏRİ • Məqalənin adı • Müəllif • Müəlliflərin işlədiyi təşkilat • Referat • Açar sözlər • Rəsmlər, cədvəllər, ədəbiyyat siyahısından ibarət məqalənin mətni. • Minnətdarlıqlar (qrant verənlərə, fondlara, təşkilatlara) • Əlavə informasiya- məqaləyə daxil edilməyən, lakin internet-variantında ayrıca fayl şəklində dərc olunan texniki və ya ətraflı məlumat

  25. MƏQALƏNİN BAŞLIĞI XÜSUSİ DİQQƏT TƏLƏB EDİR • Məqalənin başlığında problem səslənməlidir və informativ olmalıdır! • Auditoriyanı maraqlandırmaq üçün problemi ümümiləşdirmək • Tərtibatın dəqiqliyi və səlistliyi • Müxtəsərlik • Yeni ixtisarların olmaması • «Tədqiqat…», «Tədqiq etmə…» kimi sözlərin olmaması! Ümumi qaydalar – başlıq məlumatın mənasını açmalıdır

  26. MÜƏLLİFLİK • Ümumi qaydalar– texniki işləri yerinə yetirənlərdən başqa, işdə əməyi keçən bütün müəllifləri daxil etmək lazımdır. • Birinci yerdə işi yerinə yetirən (və ya ideyanı verən) və məqalənin mətnini yazan müəllif göstərilməlidir. • İşə sərf etdikləri əməyin böyüklüyündən asılı olaraq digər müəlliflər də sadalanır. • Qərb təcrübəsi: Son müəllif - «Rəhbər» şəxs üçün ayrılmış ən şərəfli yerdir (bu şəxs eksperimentlərdə, hesabatlarda və s. iştirak etmədən prosesə ümumi rəhbərlik edir)

  27. GİRİŞ • Oxucuları işinizin əhəmiyyətli olduğuna və buna dəqiq əmin olduğunuza inandırın • Müxtəsər olun • Aşağıda sadalanan sualları dəqiq işıqlandırın: • Problemin nədən ibarət olduğu, məqsədiniz, təxmin edilən, işinizin mahiyyəti • Əvvəldən görülmüş işlər (ədəbiyyatın icmalını, bir neçə orijinal və əhəmiyyətli işləri, o cümlədən sonuncu icmal məqalələrinümunə gətirin. Qeyd: Redaktorlar mövzuya aid olmayan çoxlu sayda istinadları və ya fərdi uğurların yersiz mülahizələrini xoşlamırlar • Tərəfinizdən görülən işlər • Nailiyyətləriniz • Jurnalın mövzusundan kənara çıxmamağa çalışın!

  28. METODOLOJİ HİSSƏ • Nəzəriyyə • Маteriallar, avadanlıqlar • Qurğuların sxemləri • Proqram təminatının təsviri

  29. МETODLAR Problemi necə tədqiq etdiyinizi təsvir edin: • Ətraflı məlumat təqdim edin • Nəticələri öncədən dərc edilmiş prosedurları təsvir etməyin • İstifadə olunmuş avadanlıq və materialları göstərin

  30. NƏTİCƏLƏR: NƏLƏR MÜƏYYƏN OLUNDU? • Yekun məlumatlar üçün asan anlaşılan şəkil və cədvəllərdən istifadə edin • Cədvəllər, şəkillər və mətnlər bir-birini təkrarlamamalıdır • Rəsmlərin adı sərbəst məna daşımalıdır • Təqdim edilmiş məlumatlar şərh olunmalıdır Yadda saxlayın – jurnalda dərc olunmuş hər bir nəticəniz yoxlanılacaqdır! Jurnalda dərc edilmiş nəticələr, məqalə dar ixitisaslı olduqda belə, onlarla və yüzlərlə insanaların analiz və yoxlamalar aparmaları üçün on illər boyunca açıq olacaqdır.

  31. CƏDVƏL VƏ ŞƏKİLLƏR Cədvəllər yoxsa qrafiklər? • Cədvəllər “yüklənmiş” olmamalıdır • Cədvəldəki bütün məlumatlar mətndə müzakirə olunmalıdır (eynitipli və seriya əmələ gətirənlərdən başqa) • Əgər cədvəl böyükdürsə və ya sayca çoxdursa, onda cədvəlləri əlavə məlumatda təqdim edin Daha çox maraqlı məlumatlar • Şəkillər • Təcrübi nəticələrin şəkilləri

  32. XÜLASƏ VƏ RƏYLƏR Sizin işiniz bilikləriniz sahəsində nə qədər irəliləməyə imkan verir??? Bu suala aydın cavab verin: • İşinizin bilikləriniz sahəsində nə qədər əhəmiyyətli olduğunu sübuta yetirin • Tədqiqatların gələcək istiqamətini təklif edin

  33. ƏDƏBİYYAT SİYAHISI VƏ İSTİNADLAR • İşinizin əsaslandığı elmi nəşrlərdən sitatlar gətirin • İstinad etdiyiniz materialı bütünlüklə mənimsədiyinizə əmin olun • Çalışın şəxsi sitatlarınıza az müraciət edəsiniz • Eyni regionlardan gətirilmiş sitatlara müraciət etməyin • Müəlliflər üçün məcmuda verildiyi formata ciddi olaraq əməl edin

  34. MƏQALƏNİN GÖNDƏRİLMƏSİ • Hansı səbəbdən sizin məqalənizin jurnalın tərtibatına uyğun gəldiyini və işinizin əhəmiyyətini və ya vacibliyini vurğulayan qoşma məktub hazırlayın • Jurnalın tələblərini diqqətlə nəzərdən keçirin ki, bu tələblərə cavab verildiyinə əmin olasınız • Məqləni eyni zamanda bir neçə jurnala göndərməyin, çünki bu nəşr qaydalarının peşəkar etikasını pozmaq deməkdir.

  35. QOŞMA MƏKTUB NÜMUNƏSİ Qoşma məktubda yer almalı olan iki ünsür vardır: • Məqaləniz üçün niyə məhz bu jurnalı seçdiyinizə aydınlıq gətirməlisiniz (xüsusilə də əgər məqalə jurnalın mövzusundan bir az kənara çıxırsa) • Bu mövzuda başqa yerlərə verilən məqalələr varsa, qoşma məktubda bunların məqalədə qaynaq olaraq daxil edilib və ya edilmədiyini bildirməlisiniz

  36. QOŞMA MƏKTUB NÜMUNƏSİ Yuxarıda sadalananları nəzərə alaraq “yaxşı” yazılmış qoşma məktubda bu cümlələrə yer verilməlidir: • I am submitting this article to Journal of Documentation. You will see that it deals with public library management, which I appreciate is outside JDoc's normal scope. However, it focuses on the novel application of a theoretical model to the topic, and hence I think it is appropriate for JDoc. • I am submitting an article with a similar title to 'Public Library Journal'. However, that article gives a series of case studies, rather than describing and applying the model, and so is quite distinct from the paper submitted here. I can send a copy of the PLJ paper if required.

  37. QOŞMA MƏKTUB NÜMUNƏSİ ‘Pis’ qoşma (məqələnin bu jurnala nə səbəbdən göndərildiyini izah etmədə və ya qərar zamanı yetərincə diqqət çəkməsinə kifayyət etməyən) məktuba nümunə: I am sending this article for you to publish in Journal of Documentation, after your editorial amendments. I have chosen JDoc to publish this paper, as it is a high-impact and well-regarded journal.

  38. EMERALDINREFERAT QURULUŞU • Referat– 250söz və ya daha az olmalı (bir bölmədəən çox 100 söz) • Məqsəd – Məqalənin səbəbləri/hədəfləri • Dizayn – Metodoloji necə edildi /iş mühiti • Tapıntılar – müzakirə/nəticələr • Praktik sahəsi (varsa) – Tətbiq olunacağı yer • [Yeni] Sosial təsiri (varsa) – Cəmiyyət/ siyasi təsiri • Orijinalliği/dəyəri – Bundan kim yararlanabilər vəhansı yeniliyi var?

  39. DÜZGÜN TƏRTİB OLUNMUŞ REFERAT Milorad M. Novicevic, Mario Hayek, Tony Fang, (2011) "Integrating Barnard's and contemporary views of industrial relations and HRM", Journal of Management History, Vol. 17 Iss: 1, pp.126 - 138 Abstract Purpose– The purpose of this paper is to juxtapose the contemporary views of industrial relations (IR) and human resource management (HRM) with the ideas expressed by Chester Barnard. Design/methodology/approach – The paper analyzes Chester Barnard's views along the four premises that underlie contemporary perspectives on the fields of IR and HRM. Findings – Barnard's main points: that sincerity and honesty of management is crucial to developing an individual employee's will to collaborate, and that collective cooperation is superior to collective bargaining are found to resonate well with the contemporary views and provide a clear indication for Barnard's preference of human resource perspective to the IR perspective. Practical implications– This paper provides Barnard's practical insights into why managing IR and HR by policies leads to poor management. Originality/value – This paper is the first to recognize Barnard's unique contribution to contemporary perspectives on IR and HRM disciplines. Keywords: Employee relations, Human resource management, Industrial relations, Organizations

  40. QƏRAR: “QƏBUL OLUNUB” VƏ YA “RƏDD EDILIB” Qəbul olunub • Nadir hallarda olsada başverir • Təbrik edirik! • Bundan sonra məqaləninkorreksiya olunaraq dərc olunmasını və internetdə yerləşdirilməsini gözləyin Rədd edilib • Ehtimalı – 40-90% ... • Ruhdan düşməyin • Səbəbini anlamağa çalışın • Resenziyanıdiqqətlə oxuyun • Özünüzə tənqidi yanaşın • Əgər məqalənizi digər jurnalda dərc etdirmək istəsəniz buna yeni bir iş kimi yanaşın • Rəyçilərin tövsiyyələrindən yararlanın • Müəlliflər üçün məcmunu oxuyun

  41. REDAKTƏ XİDMƏTLƏRİNDƏN İSTİFADƏ – EDANZ ( SPRINGER) • Edanz Springer–dən asılı olmayan xarici kompaniyadır • Onun redaktə xidmətlərindən istifadə edilməsi heç də məqalənin qəbul edilməsinə və dərc edilməsinə təminat vermir. • Əlavə məlumat üçün www.edanzediting.com/springer saytına daxil olun • Edanz –ın elmi redaktor-ekspertləri sizin tədqiqatınızın qəbul edilməsi imkanının artırılmasına və gələcək inkişafının təmin edilməsinə çalışırlar

  42. REDAKTƏ XIDMƏTLƏRINDƏN ISTIFADƏ – EDANZ ( SPRINGER) Edanz sizə bu kimi problemlərin həllində kömək edə bilər: • Tərcümənin redaktə olunması, annotasiyanın yazılması və effektiv qoşma məktubun yazılmasındayardımçı ola bilər • Jurnalın seçilməsi məsələlərində məsləhətçi ola bilər • Məqaləni nəzərdə tutulan jurnala göndərməzdən əvvəl əlyazmanızın ekspert baxışına uyğun elmi analizinin yerinə yetirilməsi (ekspert qiymətləndirilməsinə uyğun)həyata keçirər • Ekspertlərin şərhlərini izah etməkdə, referentləri razı salmaq üçün tərəfinizdən edilən dəyişikliklərin kifayət olduğunu qiymətləndirməkdə kömək edə bilər

  43. ELMİ MƏQALƏLƏRİN YAZILMASINDA VƏ DƏRC EDİLMƏSİNDƏ KÖMƏKÇİ VASİTƏ VƏ MƏSLƏHƏTLƏR • www.springerlink.com - 5,6 mln-dan artıq onlayn sənədlər • www.springer.com – geniş məlumatlar platforması • www.springer.com/training - vebinarlara yazılın • www.springer.com/authors - bu Springer müəllifi olmaq deməkdirmi? • www.springer.com/authoracademy - elmi məqalələrin yazılmasına aid verilmiş sualların cavabları

  44. ELMİ MƏQALƏLƏRİN YAZILMASINDA VƏ DƏRC EDİLMƏSİNDƏ KÖMƏKÇİ VASİTƏ VƏ MƏSLƏHƏTLƏR • www.authormapper.com - tədqiqatların harada aparıldığını və kimlərlə əməkdaşlıq edə biləcəyinizi görün • www.springerexemplar.com – SpringerLink-də dərc olunmuş işlərin cümlələrində və kontekstində konkret terminlər necə istifadə edilir? • www.LaTeXSearch.com – Riyazi bərabərliklər üçün kodların axtarışı və surətinin çıxarılması • http://springer.journal-advisor.com (beta-versiya!) – Məqaləniz üçün annotasiya daxil edin və hansı jurnalların məqalənizə daha çox uyğun gəldiyi barədə məsləhətlər alın

  45. Diqqətinizə görə təşəkkür edirik! Sizə uğurlu nəşrlər arzu edirik!

More Related