180 likes | 439 Views
AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ M ÜHƏ ND İ SL İ K FAKÜLTƏSİ ENERGETİKA KAFEDRASI MÖVZU QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM. FƏNN : ELEKTROTEXNİKANIN NƏZƏRİ ƏSASLARI. M ühazirəçi Dos. Məmmədov s.z. Gəncə ~ 2010. Ə D Ə B İ Y Y A T
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİENERGETİKA KAFEDRASIMÖVZUQARIŞIQ BİRLƏŞMİŞ SİSTEM FƏNN: ELEKTROTEXNİKANIN NƏZƏRİ ƏSASLARI Mühazirəçi Dos. Məmmədov s.z. Gəncə~2010
Ə D Ə B İ Y Y A T 1. Kazimzadə Z. “Elektrotexnikanın nəzəri əsasları”. Bakı, Maarif, 1966. 2. Волынский Б.А. “Elektrotexnika” .Москва, энергоатомиздат, 1987. 3. Блажкина А.Т. Общая электротехника. Ленинград энергоиздат. Ленинградское отделение, 1988. 4. Нейман Л.Р. Теоретические основы электротехники: в 2-х томах. Ленинград. Энергоиздат, 1988. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
PLAN • ÜÇFAZLI SİSTEMİN GÜCÜ • ÜÇFAZLI SİSTEMİN GÜCÜNÜN ÖLÇÜLMƏSİ QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Cox vaxt mənbə və işlədici eyni tipli birləşməyə malik olmayıb bunlardan ,birincisi ulduz, ikincisi isə üçbucaq və ya əksinə birləşdirilir. Birinci halda mənbə-nin faz cərəyanları sistemin xətt cərəyanlarına, sistemin xətt gərginlikləri isə işlədicinin faz gərginliklərinə bərabər olur. Tutaq ki, üçfazlı sistem, şəkildə göstərilmiş ulduz (mənbə) və üçbucaq (işlədici) birləşmiş hissələrdən ibarətdir. Birləşdirici məftillərin müqavimətləri nəzərə alınmır. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Şəkil 1. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Əgər işlədicinin müqaviməti bütün fazlar üçün eyni olursa, o zaman sistemdəki cərəyanları tapmaq üçün müxtəlif üsullardan istifadə oluna bilər. Bunlardan ən sadə üsul, üçbucaq şəklində verilmiş qapalı birləşməni, ona ekvivalent olan ulduz şəkilli açıq birləşmə ilə əvəz etməkdir. Buna görə də transfiqura-siya metodu tətbiq olunur və alınmış ekvivalent ulduzun müqaviməti () verilmiş üçbucağın müqavimətləri () vasitəsilə təyin olunur: QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Transfiqurasiya metodunun şərtindən aydındır ki, belə əvəzetmə zamanı xarici sıxaclar arasındakı gərgin-liklər və ayra-ayrı fazlardakı güclər dəyişməz qalmalıdır. Üçbucaq birləşmə ekvivalent ulduzla əvəz edildikdən sonra sistem ulduz birləşmiş sadə sistemə çevrilir ki, be-lə sistemlərin də hesablanması çox asandır. Verilmiş sistemdə hesabat aparmaq üçün çox vaxt məlum kəmiy-yətlərdən, daha doğrusu, mənbəyin gərginliklərindən və işlədicinin müqavimətlərindən istifadə edilməlidir. Mənbənin məlum faz gərginlikləri: QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Işlədicinin məlum müqavimətləri isə: Üçbucaq birləşmiş işlədicinin fazlarında cərəyan əmələ gətirən gərginliklər sistemin xətt gərginlikləridir: Əmələ gələn faz cərəyanları isə: QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Sistemin xətt cərəyanlarına gəlincə bunları uyğun faz cərəyanları vasitəsilə təyin edirik: Alınan nəticələrdən transfiqurasiya metodunun tətbiqatını görmək olur. Doğrudan da ulduz birləşmiş işlədicinin birləşməsini üçbucağa çevirsək, xətt cərəyanları qiymətcə üç dəfə yüksəlmiş olur. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Ulduz və üçbucaq birləşmələrinin bu xassəsindən istehsalatda istifadə edilir. Böyük asinxron mühərriklərini işə buraxan zaman, onların çox yüksək qiymətli buraxma cərəyanını azaltmaq üçün, dolaqlarının birləşməsini üçbucaqdan ulduza köçürmək lazımdır. Bunun üçün xüsusi çevirici aparatdan istifadə edilir. Mühərrik işə düşməmişdən onun dolaqları ulduz birləşdirilir, bu halda dolaqlardan keçən cərəyan mühərrikin normal halında buraxılması zamanı tələb etdiyi cərəyandan üç dəfə kiçik olacaqdır. Mühərrik normal sürətini aldıqdan sonra onun dolaqları çevirici açar vasitəsilə üçbucaq birləşdirilir və mühərrik öz adi iş rejiminə başlayır. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Şəkildə araşdırdığımız üçfazlı sistemin vektor diaqramı verilmişdir. Burada diaqramın sadə alınması üçün işlədicinin müqavimətləri aktiv nəzərə alınmışdır. Qarışıq birləşmiş sistemin göstərilən şəkli ən çox işlədilən üçfazlı sistemlərdəndir, çünki ulduz birləşmə- mənbələr, üçbucaq birləşmə isə işlədicilər üçün ən xarakter birləşmə şəkilləridir. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
ÜÇFAZLI SİSTEMİN GÜCÜ Birfazlı dəyişən cərəyan dövrəsinin gücü bir period içərisində sabit qalmayıb iki dəfə öz maksimal, iki dəfə də minimal qiymətini almış olur. Birfazlı dəyişən cərəyan dövrəsinin gücü bir period içərisində sabit qalmayıb iki dəfə öz maksimal, iki dəfə də minimal qiymətini almış olur. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Buna görədir ki, birfazlı cərəyan dövrələrində olan mənbələr və işlədicilər dəyişən effektlə işləyirlər, yəni birfazlı dəyişən cərəyan dövrələri energiya nöqteyi-nəzərindən müqavimətsiz dövrələrdir. Üçfazlı sistemlərdə isə ümumi güc hər bir anda üç fazın ani gücünün toplusuna bərabərdir. Buna görə ayrı-ayrı fazların ani gücünü aşağıdakı tənliyə əsasən təyin etməklə: QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
və bunları toplamaqla üçfazlı sistemin ümumi gücünün ani qiymətini tapırıq: Alınan tənlik, üçfazlı sistemlərdə ani gücün zamandan asılı olaraq dəyişmədiyini və həmişə sabit qaldığını göstərir. Buna görə də üçfazlı sistemlər birfazlı dövrələrə nəzərə, müvazinətli olur. Buna görə də üçfazlı sistemlər üçün orta gücü tapmağa eytiyac qalmır, çünki ani güc, eyni zamanda, orta gücə bərabərdir. Üçfazlı sistemlərin gücü: QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
bir fazın gücünün üç mislinə bərabərdir. burada və - sistemin gaz gərginliyi və fazcərəyanı-nıneffektiv qiymətləri,- bu kəmıyyətlər arasıhdakı fazlar fərqidir. Çox vaxt, sistemi xarakterizə edən gərginlik və cərəyan, faz kəmiyyətləri olmayıb xətt gərginliyi (U) və xətt cərəyanından (I) ibarət olur. Belə hallar üçün siste-min gücü, xətt kəmiyyətləri vasitəsilə ifadə olunmalıdır. Buna görə sistemin mənbə hissəsini əvvəlcə ulduz, son-ra isə üçbucaq birləşdirilmiş nəzərə alaq. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Ulduz birləşmə üçün qiymətlərini yuxarıdakı güc tənliyində yerinə qoyduqda: QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM
Tərtib etdi: Elektrotexnika və elektrik təchizatı kafedrasının laborantı Mehtiyeva C.İ. QARIŞIQ BİRLƏŞMİŞ SİSTEM