160 likes | 413 Views
AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Mastitlər M ü hazir əç i : dosent Ə hm ə dov Ə hm ə d Qulu o ğ lu
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Mastitlər Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Yelinin iltihabı. • 2.İ.F.Miskinə görə mastitin təsnifatı. • 3.A.P.Studentsova görə mastitin təsnifatı. • 4.Mastitlərin müalicə profilaktikası. • 5.Digər heyvanlarda mastit.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.
Mastitlər • Yelinin iltihabı mastit adlanır. Statistika məlumatına görə yelinin iltihabı, istər bizim respublikamızda, istər xarici ölkələrdə heyvandarlığa ən böyük iqtisadi ziyan vuran ən geniş yayılmış xəstəliklərdəndir. • Mastit zamanı süd məhsuldarlığı azalır, bəzən heyvanlarda süd tam kəsilir. Mastitlərin öyrənilməs bir sıra alimlərin diqqət mərkəzində olmuşdur. I.F.Mişkin, A.P.Studentsov, B.A.Akatov, Q.V. Ziveryeva; C.Ə.Rzayev və s. N.F.Mişkin tərəfindən 1925-ci ildə təklif edilmişdir. • Dəri mastiti- bu formada iltihaba dəri və dərialtı toxuma tutulur. • Interstisula mastit- belə halda iltihab prosesi yelində arabirləşdirici toxumada gedir. • Parenximatoz mastit- belə formada iltihab yelinin parenximası, yəni süd alveolları və süd yolları iltihaba uğrayır ki, nəticədə südün əmələ gəlməsi pozulur və südün tərkibi şiddətli dəyişir.
Bu təsnifat 1950-ci ilə kimi öyrənilmişdir sonra A.P.Studensov mastitlərin yeni təsnifatını vermişdir: • Serozlu mastit. / a-sisterna və süd yollarının kataral iltihabı • Kataral mastit. / b-alveolların kataral iltihabı • Fibrinozlu mastit. / a-irinli-kataral mastit. • Irinli mastit. /b-yelinin absesi, v-yelinin fliqmonası • Hemoroji mastit. /a-yelinin dabağı • Spesifik mastit. /b-yelinin aktinomikozu, v-yelinin vərəmi • Mastitlərin ağırlaş- /a-yelinin indurasiyası • Maları (nəticələri) /b-yelinin qanqrenası • Mastitlərin gedişinə görə 1) kəskin; 2) xroniki; 3) subklinik. • Serozlu mastit. Mastitis seroza. • Yelinin ltihabını bu formasında dərialtı və paycıqlararası toxumaya çoxlu serozlu eksudat toplanır.
Etiologiyası.- xəstəlik əksərən doğumdan sonra ilk günlərdə yelinin şişməsi, sonun ləngiməsi, balalığın iltihabı, zəhərlənmələr. Maşınla sağımın düzgün təşkil edilməməsi. Belə hallarda streptokokklar, bağırsaq bakteriyaları, yelinə süd yolu və ya qanla (laktogen və hemotogen yolla) düşür və iltihab baş verir. • Xəstəliyin klinik nişanələri və patogenezi. • Yelin damarlarının məsamələri genişləndiyindən serozlu eksudat dərialtı və arabirləşdirici toxumaya sorulur, orada onun miqdarı get-gedə artığınnan alveollara süd axarlarına təsir edir, nəticədə südün əmələ gəlməsi azalır. Xəstə heyvanda temperatura yüksəlir. Iltihaba tutulmuş paycıq qızarır şiddətli ağrı hiss edilir və s. • Müalicəsi. Sulu və şirəli yemlərin verilməsi məhdudlaşdırılır. Gündə 3-4 dəfə sağmaq, yelini gündə 2-3 dəfə aşağıdan yuxarı 10-15 dəqiqə massaj etmək serozlu eksudatın sorulmasına yardım edir. 3-4 gün, gündə 3- dəfə daxilə 2-6 q ağ streptosid vermək və ya venaya 10%-li norsulfazol yeritmək ( gündə bir dəfə 100-150 m) 2-3 gün antibiotiklər tətbiq etmək (əzələ arası, penisillin, bisillin, streptomisin və s. Yelin dərisinə ixtiol, kamfora, naftalan nefti və s. • N.N. Nikitin, A.Q. Obixova, A.M. Kirillov yelin dərisinə 60-65s0 qızdırılmış parafin çəkilməsini məsləhət görürlər.
1-1,5 sm qalınlığında çəkilməli və 30-40 dəqiqə saxlanmalıdır. I. L. Yakımcuk isə yelin dərisinə 60-65s0 istilikdə 1-1,5 sm qalınlığında ozokerit gündə bir dəfə 1,5-5 saat saxlamaq. Vena dixilinə 150 ml 40%-li qlükoza, 100-150 ml 10%-li kalsium xlorid və ya kalsium-qlükonat vurmaq və s. • I.I.Maqda yelin blokadası üçün 1-IV bel sinirlərinin paravbretal keyləşdirməsi üçün 10 sm uzunluğunda 1mm qalınlığında iynədən istifadə edərək 10 ml 3%-li yeridilməsini məsləhət görür. • B.A. Baskirov yelinin blokadası üçün belinin 3-4-cü fəqərələrin köndələn çıxıntılarından keçən xətt arasına iynə vurur. Infeksiya üçün 10-12 sm uzunluğunda iynə və 0,9%-li xörək duzu məhlulundan hazırlanmış 3%-li novakain məhlulu lazımdır, 20-25 ml novakain məhlulu yeridilir. • Prof. D.D. Loqvinov yelin sinirlərnin qısa blokadasından istifadə edilməsini məsləhət görür. Bu üsulda yelinaltı sahədən, yəni xarici cinsiyyət siniri və qan damarlarının sıxlığı nahiyəyə (xarici qasıq halqası nahiyəsinə) 150-200 ml 0,5%-li novakain məhlulu yeridilir. • Infeksiya nöqtəsi yelinin dibinə yaxın, yelinin orta xəttindən 1-3 sm iltihaba tutulmuş paycığa doğru yeridilir. Bunlan başqa prof. D.D. Loqvinov novakain-antibiotik blokadasından da istifadə etməyi məsləhət görür. Sonra başqa preparatlardan Mastison-A; mastisid; Mastisan E 5 ml əmcək kanalı vasitəsi ilə 12 saatdan bir; Mastiliks 10 ml əmcək kanalına 12-saatdan bir yeritmək.
Kataral mastit- Mastitis catharalis • Mastitin bu forması 2-halda ola bilir; 1- Alveolların selikli qişası epiteləpinin iltihabı, yəni alveolların kataral iltihabı. 2 – Süd axarları və süd sisternasının kataral iltihabı. • Etiologiyası. Xəstəliyin başlıca səbəbi əksərən süd yolu ilə mikroorqanizmlərinin süd sisternası, süd yolları ilə alveollarına düşməsi ilə nəticələnir. • Iltihabı proses yelinin dərisinə məməcik kanalınada düşə bilir. • Xəstəliyin kliniki nişanələri və onun patogenezi. • Xəstəlik doğumdan sonra ilk günlərdə (əksərən 2-3-cü həftədə baş verir), bəzən qurutma dövründə də baş verir. Süd sisternası və süd yollarının kataral iltihabı əksərən bir paycıqda təsadüf edilir. Paycıq şişir, qızarır, süddə çöküntü (kazein) görünür, süd durulaşır və göyumtul-sarımtul rəngdə olur. • Müalicəsi. Xəstə paycığı eksudatdan təmizləmək üçün gündüz 3-5 saatdan, gecə isə 6-8 saatdan bir sağmaq lazımdır. Yelini massaj etmək, isti vermək, ixtiol kanfora, naftalan nefti sürtmək lazımdır. • Xəstə paycığa 1:5000-ə nisbətində furasilin; 1:1000-ə rivanol yeritmək antibiotiklərdən istifadə olunur və s.
Fibrinozlu mastit- Mastitis fibrinoza. • Mastitin bu forması fibrin kütləsinin qandan süzülərək yelin toxuması, alveollar və süd yollarının selikli qişasına hopması ilə xarakterizə olunur. • Etiologiyası. Xəstəlik əksərən serozlu və kataral mastitlərdən sonra, irinli endometritlər, irinli perikardit, balalığın burulması və s. sonra əmələ gəlir. • Xəstəliyin klinik nişanələri və onun patogenezi. • Iltihabı proses yelinin 1 və ya 2- paycığının, nadir hallarda isə bütün yelini əhatə edir. Belə halda yelin toxuması şiddətli bərkiyir, böyüyür ki, ba da qan dövranı və limfa damarlarına təsir edir. • Həmin nahiyədə maddələr mübadiləsi pozulur, nekroz və irinli proses baş verir. • Heyvanda ümumi zəiflik, xəstə paycıq şişir, qızarır, isti və ağırlı olur. Bəzən yelində qanqrena baş verir. • Müalicəsi. Xəstə heyvana istirahət verilir. Su və şirəli yemlərin verilməsi məhdudlaşdırılır. Heyvanı ehtiyatla, yalnız gündüzlər sağmaq (gecə istirahət vermək) lazımdır. Digər müalicə serozlu mastitdə olduğu kimidir.
Irinli mastit. Mastitis puzulenta • Yelinli mastit 3 formada keçir. • Yelinin irinli-kataral iltihabı- Mastitis catarrahalis purulenta. • Yelini absesi- Abseessus uveris. • Yelinin fleqmonası- phleqmona uveris. • Mastitin bu növündə hər formanın özünə məxsus xüsusiyyətləri vardır. • Yelinin irinli kataral iltihabı- mastitis catarrhalis purulenta. • Irinli mastitin bu forması süd yollarında və anollarda və iltihab prosesi və eksudatda irin kütləsi olması ilə xarakterlənir. • Etiologiyası. Mikroorqanizmlərin (ən çox treptokkallar, strafilokakklar, bağırsaq çubuğu və s.) yelinə düşərək təsir etməsi hesab edilir. Heyvan zoo-gigiyenik şəraitin pis olması, sağıcının çirkli əllə sağması, sonun ləngiməsi və s.
Xəstəliyin kliniki nişanələri və onun potogenezi. • Xəstəlik iti və xroniki gedişli olur. Xəstəlik 1 paycıqdan bəzən hər iki paycığı əhatə edir. Xəstə heyvanda zəiflik temperaturun qalxması 40-40,50 nəbiz, tənəffüs tezləşir xəstə paycığı sağdıqda, pambıqvai çöküntü, irin və qan olur. • Müalicəsi. Kataral mastitdə olduğu kimidir. Antibiotiklər, mastikur, mastisan bitsilin və digər preparatlar yaxşı nəticə verir, yelini tez-tez sağmaq, massaj etmək olmaz. • Yelinin absesi- Absecessus uveris. Bu xəstəlik süd vəzilərində müxtəlif həcmli irinli ocaqların əmələ gəlməsi ilə xarakterizə olunur. • Etiologiyası. • Yelində zədələnmələr, hematomalar, yaranmalar zamanı ora patogen mikroorqanizmlərin düşməsi yelində abseslərin əmələ gəlməsinə səbəb olur. • Xəstəliyin kliniki nişanələri və onun patogenezi. • Yelində bir böyük və ya çoxlu kiçik abseslər ola bilir. Ancxaq kiçik abseslər sonralar birləşərək yenidən böyük abseslər əmələ gətirirlər. Absesləən xəstə paycığı əhatə edir.
Heyvanda ümumi zəiflik, iştaha azlığı temperaturun yüksək olması. Xəstə paycıq şişir, süd azalır və ya tam kəsili. • Müalicəsi. Heyvana istirahət vermək sulu şirəli yemləri məhtutlaşdırmaq. Massaj etmək olmaz absesləri kəsib yara kimi müalicə etmək yod-qleserin və ya kanfara sürtmək yelinin daxilinə antibiotiklər vurmaq, vena daxilinə 10%-li norsulfazol məhlulundan gündə 1 dəfə yeritmək lazımdır. • Yelinin fleqmonası- phleqmona uveris. • Yelinin dərialtı və arabirləşdirici toxumasının diffuz irinli iltihabı yelinin fleqionası adlanır. • Etiologiyası. Yeni doğmuş heyvanın yelinin yaralanmaları zamanı, yaraya qüvvətli təsiredən mikroorqanizmlərin düşməsi nəticəsində baş verir. • Xəstəliyin kliniki nişanələri və onun patogenezi. • Xəstə paycıq və yelinin yarsı şiddətli şişir, dərisi qızarır, çox ağrılı olur. Sağdıqda boz rəngli maye axır. Ürək-damar fəaliyyəti zəifləyir və heyvan axsayır. • Müalicəsi. Heyvanı tez-tez sağmaq lazımdır ki, orada oln irin təmizlənsin. Digər müalicəsi absesdə olduğu kimidir.
Hemorroji Mastit – Mastitis homorrohagica • Mastitin bu forması yelinin toxuması alveollar və süd yollarına qan sağılması ilə xarakterlənir. • Etiologiyası. Əksərən doğumdan sonra ilk günlərdə serozlu və kataral mastitlər nəticəsində baş verir. • Xəstəliyin klinik nişanələri və onun patogenezi • Xəstəlik əksərən yelində qan dövranının pozulması və dammar divarlarının genişlənməsi ilə başlayır. Xəstlik olduqca kəskin keçir, heyvanda ümumi zəiflik temperaturu 410s-dək yüksəlir, yelinin bütün paycıqları şişir, süd qanlı olur. Limfa düyünləri böyüyür. • Müalicəsi. Heyvana şirəli yemlər verilmir, massaj etmək olmaz. 2-3 gün vena daxilinə 100-150 ml kalsium-xlorid və ya kasisum-qlikonat vurmaq, Antibiotiklərdən istifadə etmək. Xəstə paycıqların əmcəklərə 50-80 ml furasilin məhlulu yeridilməsi məsləhətdir. • Mastitlərin ağırlaşmaları. • Mastitlər vaxtında və düzgün müalicə edilmədikdə, bunlar heyvanın tələfatına və ya yelinin tamam sıradan çıxmasına səbəb olur.
Yelinin qanqrenası • Etiologiyası. Mastitlərin ağırlaşmaları və ya yelinin yaralanmaları zamanı oraya anaerob infeksiyanın düşməsi hesab edilir. Yelində qanqrenalı proses tez inkişaf edir. Yelinin dərisində göyumtul rəngli düyünlər əmələ gəlir, bunlar deşilərək yara olur. Heyvanda sepsis başlayır. • Müalicəsi. Xəstə heyvanı dərhal ayırmalı vena daxilinə 10%-li kalsium-xlorid 100-150 ml 5-10 q irotropm əlavə etmək. Antibiotiklərdən istifadə etmək və s. • Yelinin indurasiyası. • Mastitlər nəticəsində yelin parenximası birləşdirici toxuma ilə əvəz olmur. Bunun səbəbi heyvanı vaxtı-vaxtında sağmamaq, maşınla heyvanın düzgün sağılmaması və s. yelin böyümüş görünür, ancaq süd gəlmir buna ət yelin deyilir. Belə heyvanlar müalicə olunmur, çıxdaş edilir.
Mastitlərin profilaktikası. • Mastitlərlə mübarizədə heyvanların yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq. Heyvan binaları işıqlı, quru, geniş və təmiz olmalıdır. Doğuma 10 gün qalmış doğum şöbələrinə keçirmə daha əlverişlidir. • Doğuma 45-60 gün qalmış sağımı dayandırmaq. Bu müddətdə heyvanın yem payından şirəli yemləri çıxarmaq. Heyvanların düzgün sağılmasını təşkil etmək, sağıcıları tez-tez dəyişmək olmaz. Heyvanı sağarkən yelini isti su ilə yumaq, massaj etmək, xəstə heyvanları sağlam heyvanlardan ayırmaq. Dabaq, aktinominoz, vərəm xəstəliklərinə qarşı mübarizə aparmaq. • Xəstə heyvanların südünü uşaqlara vermək olmaz, mədə-bağırsaq pozğunluğu əmələ gətirir. Təsərrüfata gətirilən heyvanları ətraflı kliniki müayinədən keçirmək və s.