1 / 11

Mövzu : “KARPLARIN MƏXMƏRƏYI VƏ FORELLƏRIN FRUNKULYOZU” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :

kent
Download Presentation

Mövzu : “KARPLARIN MƏXMƏRƏYI VƏ FORELLƏRIN FRUNKULYOZU” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası Mövzu: “KARPLARIN MƏXMƏRƏYI VƏ FORELLƏRIN FRUNKULYOZU” Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

  2. PLAN • 1.Tarixi məlumat • 2.Xəstəliyin törədicisi • 3.Davamlılığı • 4. Patogenliyi • 5. Diaqnoz • 6.Təfriqi diaqnoz • 7. İmmunitet • 8. Müalicə • 9. Profilaktika və mübarizə tədbirləri

  3. Ədəbiyyat siyahısı • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984 • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006 • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005

  4. KARPLARIN MƏXMƏRƏYI • Məxmərək (infeksion sulu şiş, hemorroji septisemiya) karp balıqlarının qorxulu xəstəliklərindən olub isti iqlimli ərazilərdə balıqlar arasında kütləvi tələfata səbəb olur. • Etiologiyası. Uzun müddət bu xəstəliyin törədicisinin Aeromonas punctata bakteriyası olduğu haqda mülahizəlar söylənilmişdir. Lakin eksperimental olaraq həmin törədici ilə xəstəliyin modelini almaq mümkün olmamışdır. Digər tərəfdən həmin bakteriya nəinki xəstə balıqların, hətta sağlam balıqların orqanizmində təsadüf edilməklə, orqanizmin şərti patogen mikroblarından olduğu aydınlaşdırılmışdır. Belə ki, həmin saprafit bakteriyalar morfoloji, kultural və biokimyəvi xüsusiyyətinə görə tamamilə virulentli mikrobları xatırladır. • Xəstəliyim bilavasitə qışlamanın sonunda baş verməsini belə izah etməyə çalışmışlar ki, həmin dövrdə orqanizmin rezistentliyinin aşağı düşməsi ilə yanaşı, bakteriya bir neçə dəfə zəif orqanizmdən pasaj edilərək virulentliyini artırır və beləliklə xəstəliyin təzahür etməsinə səbəb olur. • Lakin son zamanlar tədqiqatçıların apardığı işlər göstərir ki, xəstəliyin əsas etioloji faktoru virusdur. Bu məqsədlə onlar ölmüş balıqların beyin hüceyrələri və epidermisində xüsusi eozinfil cismcikləri ayırd etməklə yanaşı xəstəliyin eksperimental modelini almağa müvafiq olmuşlar. Belə ki, xəstəlikdən ölmuş balıqların patoloji materialı filtratı ilə sağlam balıqlar yoluxdurulmuş və təbii xəstəliyə müvafiq xəstəlik əldə edilmişdir.

  5. Nəticə olaraq xəstəliyin əsas etioloji faktorunun virus olmasını qeyd etməklə yanaşı, ikinci infeksiya kimi A.punctata bakteriyasının da iştirakını bilmək lazımdır. • Epizootoloji məlumatlar. Bu xəstəliyə ən çox karp balıqları və onun vəhşi forması sayılan çəki balıqları həssasdırlar. Yoluxma alimentar, dəri və qəlsəmələrlə olur. • Xəstəlik suyun temperaturu ilə məvazi inkişaf tapır. Yazda suyun tempera-turunun yüksəlməsi ilə başlanan xəstəlik payıza qədər davam edir. Ona görə də bu xəstəlik cənub-sularında daha çox intişar tapdığı halda, şimal ərazilərində nadir hallarda təsadüf edilir. • Xəstəliyin təzahür etməsində suyun mineral maddələrlə zənginliyinin xüsusi əhəmiyyəti vardır. Mineral maddələrlə zəngin sularda xəstəliyə az təsadüf edildiyi halda, suda mineral maddələrin miqdarının az olması da xəstəliyin intensiv yayılmasına səbəb olur. Bu xəstəliyə ən çox bir yaşdan yuxarı balıqlar həssaslıq göstərirlər. • Xəstəliyin maksimal epizootoloji vüsəti üçün balıqların sıx yerləşdirilməsi, onların arıq olmaları vacibdir. Xəstəliyin bir dəfə hər hansı bir təsərrüfatda baş verməsi təkrar yoluxma zamanı onun az yayılmasına şərait yaradır ki, bu orqanizmin immunlaşmasına dəlalət yaradır.

  6. Klinik əlamətlər. Xəstəliyin inkubasiya dövrü 3-30 gündür. Xəstəlik kəskin, yarımkəskin, xroniki gedişə malikdir. • Kəskin və yaxud assit forması yazda ilk dəfə xəstəlik baş verəndə müşahidə edilir ki, belə. formada ifrazat sisteminin patoloji prosesə tutulması ilə əlaqədar olaraq qarın boşluğuna mayenin toplanması sayəsində balığın qarnı böyüyür, dəridə hemorroji iltihab və qan sağıntısı olmaqla hətta dəri altında sulu şişlər müşahidə edilir. Göz boşluğuna mayenin toplanması sayəsində göz şişkinləşir. Bu forma 2-3 həftə davam etməklə 80-90%-ə kimi təlafat verir. • Yarım kəskin formaya ilin bütün fəsillərində təsadüf edilməklə balıqların dərisində müxtəlif böyüklükdə yaralar görünür ki, bu da qırmızı və yaxud ağ haşiyə ilə əhatə olunur. Hətta bəzən əzələdəki yaralar nekrotiki prosesə uğrayaraq onurğa sütunu və qabırğalar çılpaqlaşır. Prosesin üzgəclərdə lokalizə etdiyi hallarda üzgəc nekroza uğrayır. • Xəstəliyin xroniki formasına yayın ikinci yarısı və payızda təsadüf edilir. Bu formada dəridə və üzgəclərdə iltihab ocaqları və açıq yaralar görünür ki, yaralar sağaldıqdan sonra yara yerində çapıq toxuma aydın surətdə hiss edilir. Məxmərəyin xroniki gedişi zamanıtələfat 30-40%-dən yüksək olmur.

  7. Patoloji-anatomiki dəyişikliklər. Bu xəstəliyin kəskinformasından tələf olmuş balıqların bağırsaqları hemerroji iltihaba tutulmaqla, qaraciyər, dalaq, böyrəklər və periton örtüyü hiperemiyalaşır. Qaraciyər sarı, tutqun-boz, bəzən tutqun-yaşıl rəngə boyanmaqla, həcmən böyüyür və səthində nekroz ocaqları görünərək, öd kasəsi ödlə dolu olur. Dalaq həddindən çox böyüməklə tutqun-albalı rəngində olur; üzmə kisəsinin qan damarları inyeksiyalı, perikard qan sağıntılı olmaqla qarın boşluğuna qanlı maye toplanır. • Xəstəliyin yarım iti formasındakı patanatomiki dəyişikiliklər kəskin formanı xatırlatsa da, zəif surətdə təzahür edir. • Xəstəliyin xroniki formasında bağırsaqda nahiyyəvi hiperemiya, qaraciyərin böyüməsi, böyrəyin sulu şişli olması və öd kisəsinin ödlə dolu olması müşahidə edilir. • Diaqnoz. Xəstəliyə diaqnoz onun klinik əlamətlərinə, epizootoloji məlumatlar və laborator müayinəsinə əsasən qoyulur. Laboratoriyada eozinofil cisimlərin mikroskopiki müayinəsi və bioloji sınaq qoymaqlada diaqnozu dəqiqləşdirmək lazımdır. • Mübarizə tədbirləri. Xəstəlik baş verdikdə təsərrüfata bir il müddətində karantin qoyulmaqla yanaşı, həmin təsərrüfatla balıq mübadiləsi kəsilir. Əgər həmin təsərrüfatdan başqa təsərrüfata balıq aparmaq lazım gələrsə sağlam gölün baytarlıq orqanlarının icazəsi ilə bu işhəyata keçirilir. Əgər balıqlardan yeyinti məqsədilə istifadəediləcəksə, belə halda həmin balıqlar elə yerlərdən nəql edilməlidir ki, yolda sağlam balıqçılıq təsərrüfatlarında dayandırılmasın. Balıq daşındıqdan sonra onun aparıldığı su xlorla zərərsizləşdirilərək su məntəqələrindən ən azı 500 m aralı boşaldılmalıdır. Qeyri-sağlam təsərrfatlarda balıqların yerinin dəyişdirilməsi, müxtəlif yaşda balıqların bir göldə saxlanılması, təsərrüfata kənar şəxslərin gəlməsi və balıqlara xidmət əşyalarının qarışdırılması qəti qadağandır. Qeyri-sağlam gölə ayrıça şəxslər xidmət etməklə bərabər, xidmət əşyaları ayrıca saxlanılmalı, tələf olmuş balıqlar basdırılmalı və yaxud texniki zərərsizləşdiriməli, su axımı sürətləndirilməli, suyun turşuluğunu azaltmaq məqsədilə hər ha göl sahəsinə 150-300 kq əhəng əlavə edilməli, xəstələnərək sağalmış balıqlardan törədici və təmiredici sürülər yaradılmalıdır.

  8. Qeyri-sağlam təsərrüfatlardamüalicə və profilaktika məqsədilə hər kq diri çəkiyə 50 mq hesabilə biometsin və yaxud levomisetin tətbiq edilir ki, bu preparatlar 3%-li nişastada müalicə məqsədilə 3-4 profilaktika məqsədilə 1-2 dəfə peroz tətbiq edilir. Həmin preparatlar yaşlı balıqlara yemlə də verilə bilir ki, bunun üçün hər kq yemə 100-300 mq həmin preparatlardan əlavə edilməlidir. • Törədici və təmiredici balıqlara profilaktika məqsədilə hər kq diri çəkiyə 20-30 mq levomisetini qarın boşluğuna da yeritmək olar. • Bir yaşlı balıqlara müalicə məqsədilə yemlə 1-2 mq, ikilliklərə 2-3 mq sintomitsinin 15-20 gün müddətində verilməsi lazımdır ki, bu halda 3 gün preparat verildikdən sonra 2-3 gün fasilə verilir və yenə həmin müalicə təkrar etdirilir. Bu preparat profilaktika məqsədilə də tətbit edilə bilər. • Birillik balıqların hər başına 2-3 mq, ikilliklərə 3-5 mq metilen abısının bir gün fasilə ilə 7-8 gün verilib, sonra 3-4 gün fasilə ilə 2-3 dəfə bu prosesin təkrar edilməsi effektli müalicəvi təsir göstərir. • Bu xəstəliyə qarşı 300 mq/l hesabilə levomisetin, məhlulunda 12-24 saat, 600-100 mq/l sintomitsin məhlulunda 2-24 saat, 50-200 mq/l metilen abısı məhlulunda 2-16 saat çimdirmə həm profilaktiki və həmdə müalicəvi təsir göstərir. • Qeyd edilənlərdən əlavə balıqların normal yem rasionu əsasında yemləndirilməsi, onların sıx yerləşdirilməməsi göllərin qurudularaq dezinfeksiya edilməsi lazımdır.

  9. FORELLƏRIN FURUNKULYOZU • Bu xəstəliyə əsasən qızılbalıqlar tutulmaqla Şimali Amerika və Qərbi Avropada daha geniş yayılmışdır. • Etiologiyası. Bu xəstəliyin törədicisi Aeromonas Salmonicida mikrobudur. Şərti patogen 0,8-0,5 mk böyüklükdə, fakültətiv anaerob, qramla mənfi boyanan hərəkətsiz bir bakteriyadır. Bu törədici üzvi çüruntülərlə zəngin sularda daha çox olur. Bu bakteriya 20°-dən yüksək hərarətdə inkişaf etdiyi kimi hətta 3-5° istiliyi olan sularda da artıb çoxala bilir. Lakin suyun hərarəti 30°-dən yüksək olduqda onlar asanlıqla tələf olurlar. • Epizootoloji məlumatlar. Xəstəliyin törədicisi 10-15° hərarətdə optimal inkişafa malik olduğundan bu xəstəliyə dəilin bütün fəsillərində təsadüf etmək mümkündür. Göllərin üzvi çürüntülərlə zəngin olması, balıqların sıx yerləşdirilməsi, suyun zəif axması infeksiyanın maksimal epizootoloji vüsətinə səbəb olur. • Balıqlar daşınarkən mexaniki zədələnir və bununla infeksiya üçün giriş qapısı açılaraq furunkulyoz üçün əlverişli şərait yaranır. • Furunkulyoza bütün yaşda olan balıqlar həssaslıq göstərməklə yoluxma. alimentar və zədələnmiş dəri və kürü vasitəsilə olub, baliqlar arasında kütləvi tələfat müşahidə edilir. • Bəzən xəstəliyin ilk klinik əlaməti göründükdən3-4 gün sonra kütləvi tələfat müşahido edildiyi halda, 8—10-cu günlərdən etibarən ölüm azalır. • Klinik əlamətlər. Furunkulyoz ildırımvari, kəskin yarımkəskin və xroniki gedişli olmaqla, opun inkubasiya dövrü 1-3 həftə çəkir. • Ildırımvari formanı adətən yağlı balıqlar daha çox keçirirlər ki, qəflətən klinik əlamətlər görünməklə dərhal ölüm baş verir. Bu forma ilə xəstələnmiş balıqlar suyun səthində həmişə sahilə yaxın üzürlər. Onlar yem qəbul etmir və dəriləri qara rəngə boyanmış olur.

  10. Kəskin formada patoloji proses baqırsaqda getdiyi üçün anusdan qanlı maye axır. Dəri örtüyü tutqun rəngdə olub, qarının və döş üzgəclərinin dibində qirmızı ləkələr müşahidə edilir. Xəstəliyin bu forması 1-3 gün davam edir. • Xəstəliyin yarım kəskin formasında balıqların döş üzgəclərinin dibi və qarınında qırmızı ləkələr görünməklə yanaşı, dəridə abses və yaralar, gözlərin donbalaşması və qəlsəmənin ağarmasına təsadüf edilir. Xəstə balıqlar yemdən qismən imtina etməklə klinik əlamətlər göründükdən 3-7 gün sonra ölürlər. • Xroniki formada balıqlar yemdən və inkişafdan qalmasalar da seyrək ölüm hallarına təsadüf edilir. Xəstə balıqların qəlsəmələri ağarır, mərmərləşir, dəridə yaralar, abseslər və yara-yerlərində çapıq toxuma aydın surətdə görünür. Anusdan qanlı maye axır. Xəstəliyin bu forması bir neçə həftə davam etməklə proqnoz o qədər də qorxulu deyildir. • Patoloji-anatomiki dəyişikliklər. Ildırımvari formada xəstəlik qısa müddət davam etdiyindən daxili orqanlarda dəyişiklik müşahidə edilmir. • Kəskin formada qarın boşluğunda qanlı maye, daxili orqanlarda xüsusən mədənin pilorik hissəsində və bağırsağın arxa şöbəsində hemoroji iltihab müşahidə edilir. Ürək və qaraciyərdə nekroz ocaqları müşahidə edilməklə, qaraciyər mərmər. dalaq isə tutqun albalı rəngində olur. • Yarımkəskin formada daxili orqanlar, bağırsaqda və əzələdə nekroz ocaqları görünür. Qaraciyər gil rəngli, dalaq açıq-albalı rəngli olub böyüyür. Üzmə qovuğu hiperemiyalı böyrəklər yumşaq konsistensiyalı olur. • Xroniki formada qaraciyər anemiki vəziyyətdə olub, əzələ və böyrəklərdə nekroz ocaqları müşahidə edilir.

  11. Diaqonoz. Xəstəliyə diaqnozonun klinik əlamətlərini patoloji-anatomiki dəyişikliklərə və bakterioloji müayinəyə əsasən qoyulur. • Mübarizə tədbirləri. Bu məqsədlə balıqların saxlandıqları göllərin üzvi çürüntülərlə zəngin olmasına, balıqlar gəmi və çənlərdə daşındıqda onların mexaniki zədələnməsinə imkan verməmək lazımdır. • Təsərrüfatda xəstəlik baş verdikdə bir il müddətində karantin qoyulur. Əgər xəstəlik təbii (şəraitdə) sularda müşahidə edilərsə karantin müddəti 3 il olur. Karantin müddəti qurtarana kimi sağlam təsərrüfata qeyri-sağlam təsərrüfatdan balığın gətirilməməsi, ölmüş balığın yandırılması və yaxud basdırılması, göllərin qurudularaq sönməmiş və xlorlu əhənglə dezinfeksiya edilməsi və s. baytar-sanitar işlərinə əməl etmək lazımdır. • Müalicə məqsədilə balıqların hər 100 kq diri çəkisinə 10 q sulfamerzin və yaxud 3 qram sulfaquanidinin 8 gün yemlə verilməsi məsləhətdir. Bundan başqa həmin dozada furazalidon da yaxşı terapevtiki təsir göstərir. • Bu xəstəliyə bir o qədər də təsadüf edilmədiyindən xarici ölkələrdən ölkəmizə kürü idxalı zamanı xüsusən diqqətli olmaq lazımdır.

More Related