70 likes | 250 Views
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI
E N D
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU: QEYRİ –ƏRZAQ MALLARININ QİYMƏTLƏNDİRİLMƏSİNİN EKSPERT METODU Mühazirəçi: dos.Bayramov V.Ə. Gəncə-2010
Mühazirənin planı • 1. Ekspert metodu haqqında anlayış • 2. Məhsulların orqanoleptiki qiymətləndirilməsi • 3. Ekspert metodlarının təsnifatı • 4. Ekspertlərin keyfiyyətinin qiymətləndirilməsi metodları. • Istifadə olunan ədəbiyyat • 1.Ə.R.Həsənov və b. –Qeyri-ərzaq mallarının ekspertizası. • 1 hissə. “Çalıoğlu” 2006 • 2.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığı üzrə • laboratoriya praktikumu” .Bakı-2001 • 3.Ə.R.Həsənov və b. - “Trikotaj malları əmtəəşünaslığı” • I və II hissə. Bakı-1984 • 4.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığının • nəzəri əsasları. Bakı-2002
Mövzü 7: Qeyri -ərzaq mallarının qiymətləndirməsinin ekspert metodu. • Ekspert metodları – bir qrup ekspertin naməlumluq və ya risk şəraitində qiymətləndirmə metodudur. Malların ekspert qiymətləndirilməsi o hallarda istifadə olunması qeyri – mümkündür və ya iqtisadi cəhətdən sərfəsizdir. • Orqanoleptik ölçü və başqa nümunə üçün şərab dequstatorları çay və yaxud ətir duqustatoru ola bilməz. Bu onunla əlaqələndirilir ki, dequstator öz sensor yaddaşında incə dad çalarlarını, qoxuları, rəngləri və başqa orqanoleptik xassələri saxlamalıdır. • Müxtəlif məhsulların orqanoleptik xassələrini nəzərə alaraq insan beyni bu qədər mürəkkəb informasiyanı yadda saxlaya bilməz. Buna görə də, ekspert-dequstatorların ixtisaslaşdırılması dəqiqlik və orqanoleptik qiymətlərin yenidən işlənib hazırlanmasının nəticələri üçün şərtlərdəndir. • Dequstasiya komissiyalarının tərkibinə müxtəlif təşkilatlardan , amma ekspertiza obyektlərinin dequstasiyası sahəsində tələb olunan peşəkar və təbii keyfiyyətlərinə malik ekspertlər daxil ola bilər. • Dequstasiya komissiyalarının yaradılması zamanı əsas prinsiplər ekspertlərin səriştəsi, müstəqilliyi, obyektivliyi, iş təcrübəsi və sensor bacarığı olmalıdır. • Əmtəə ekspertizasında istifadə olunan başqa metodlar kimi ekspert metodlarının da müəyyən üstünlükləri və çatışmamazlığı var. Bu metodun üstünlükləri ondan ibarətdir ki, ekspert metodu konkret qərar çıxara bilir, bu metoddan tezliklə yenidən istifadə etmək olur.
İxtisaslaşdırılmış ekspertlər tərəfindən istifadə olunan ekspert metodlar mallara dəqiq və əlverişli qiymət verməyə imkan yaradır. Ekspert metodlarının çatışmazlıqlarına subyektiv, məhdud istifadə imkanları, onların aparılmasının böyük xərcləri ilə bağlıdır. • Ekspert metodları kifayət qədər əmək tələb edir, bu da onların aparılmasına sərf edilən xərclərlə izah edilir. Ekspert qruplarının tərtib edilməsi, ekspert sorğusunun aparılması və ya peşəkar səriştə nəticələrinə görə aparılır. • Ekspert metodlarının təsnifatı . • Ekspert metodlar üç yarımqrupa bölünür: • 1.Ekspertlərin kütləvi sorğu metodu. • 2.Qiymətləndirilməsinin riyazi statistik emalı metodu. • 3.Keyfiyyət göstəricilərinin ekspert qiymətləndirilməsi metodu. • Kütləvi sorğu metodları ekspert qrupunun apardığı sorğu və sonrakı müddətdə onların informasiyası analizi və emalına əsaslanan metodlardır. Bu metodların məqsədi son qərarlar qəbul etmək üçün bütünlükdə qrup adından ekspert qiymətləndirilməsi almaqdır. • Ekspertizanın düzgünlüyünün təmin edilməsində , mütəxəssis analitiklər işci qrupunun yaradılması, sorğu, anket, ekspertlər seçilməsi , həmçinin onlar üçün iş şəraitinin təmin edilməsi , analiz və informasiyanın ümumiləşdirilməsi metodlarının işlənib hazırlanması üçün olduqca vacibdir. Bunun üçün anketlər tələb olunur və sorğu metodları təmin olunur. Anketə açıq sualların daxil edilməsi zamanı isə ekspert istənilən formada və istənilən informasiya həcmində cavab verə bilər. Cavablar toplusu keyfiyyət və kəmiyyət xarakterli ola bilər. Ekspert qrupunun seçilməsi və formalaşdırılması onların səriştəliyinin müəyyən edilməsindən başlayır, ekspert qrupuna daxil edilən ekspertlərin etibarlılığına ümid bəsləməyə imkan yaradır. Ekspertlərə namizəd seçilərkən onların xidməti vəziyyəti , iş stajı və ixtisası da nəzərə alınmalıdır.
“Ekspertlərə namizədlər” siyahısının tərtib olunmasından sonra onların keyfiyyətinin və ya təsdiq olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi aparılır. • Ekspertlərin keyfiyyətinin qiymətləndirilməsi metodları beş qrupa bölünür: 1.Evristik, 2.Statistik, 3.Test, 4.Sənədli, 5.Kombinə edilmiş. • Evristik qiymətləndirmələr – insan tərəfindən təyin olunan və ətrafdakıların köməyi ilə və ya özünüqiymətləndirmə zamanı keyfiyyətinin ekspert tərəfindən düzgün təyin edilməsinin əks etdirilməsinə əsaslanır. • - özünüqiymətləndirmə - ekspertin özünün səriştəliyinin evristik qiymətləndirilməsi növü və metodudur. Özünüqiymətləndirmənin subyektivliyini azaltmaq üçün differensiallaşma aparırlar, bu da nəticələrin dəqiqliyini yüksəldir. • Qarşılıqlı qiymətləndirmə - evristik qiymətləndirmənin başqa ekspertlər tərəfindən verilən qiymətlərin orta qiyməti kimi müəyyənləşən növü və metodudur. Hər bir ekspertin səriştəliyində subyektivliyin azaldılmasi üçün nəzərdə tutulmuşdur. • İşçi qrupu tərəfindən ekspert qiymətləndirilməsi – ekspertin ekspert qiymətləndirilməsində və sorğu aparılması müddətdə qiymətli olmasına maraq göstərilməsinin kəmiyyət xarakteristikası üçün nəzərdə tutulmuş evristik qiymətləndirilməsinin növü və metodudur. Qiymət ekspertlərin sorğusunu keçirən mütəxəssis –analitiklər tərəfindən verilir. • Statistik qiymətləndirmələr – ekspertlərin qiymətləndirmə obyekti haqqında mülahızələrin emalı nəticəsində alınan qiymətləndirmədir. Bu qiymətləndirmələr ekspertlərin verdiyi qiymətlər zamanı əmələ gələn xətaların imkan dairəsində azaldılması üçün tətbiq olunur. Ekspert qiymətləndirmələrinə bir çox obyektiv və subyektiv amillər təsir göstərir, bunun nəticəsində sistematik və təsadüf tərkib hissələrinə malik qiymətləndirmə xətaları baş verir.
Sistematik xəta - xətanın həmişə təkrarlanan sahəsidir. Bunun əsas səbəbi ekspertlərə tam və ya düzgün infodmasiyaların verilməməsidir. • Təsədüf xəta – ekspertin psixo-fizioloji xüsüsiyyətlərindən asılıdır və qiymətləndirmələrin təkrar aparilması ilə azalır. Onun böyüklüyünü nəticələrin təkrar emalı ilə təyin etmək olar. Bunu da nəzərə almaq lazımdır ki, ekspertin sistematik xətası, qrup şəklində ekspert qiymətləndirilməsinin təsadüfi səhvinin nəticəsi ola bilər. Bu xətanı qrupun qiymətlərinin orta məxrəcə gətirilməsi ilə azaltmaq olar. Son nəticədə bu keyfiyyətin qiymətləndirilməsinin dəqiqliyini artırır. • Statistik qiymətləndirmənin iki növü mövcuddur: ekspert qrupunun orta rəyindən kənarlaşmanın qiymətləndirilməsi; ekspertin obyektivliyinin qiymətləndirilməsi. • Test qiymətləndirmələri – ekspertlərin psixo - fizioloji xüsusiyyətlərinin test üsulu ilə qiymətləndirilməsidir. Ekspertin obyektivliyinin kvalimetrik və professional səlahiyyətliliyinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. • Nəticələrin təkrar işlənməsinin qiymətləndirilməsi - nəticələrin təkrar işlənməsi ən çox ərzaq məhsullarının orqanoleptik analizi zamanı tətbiq edilir. Nəticələrin təkrar emalının qiymətləndirilməsi dərəcəli korrelyasiya əmsallarının köməyi ilə işlənib hazırlana bilər. • Kvalimetrik səmərəliliyin qiymətləndirilməsi – keyfiyyətin qiymətləndirilməsi metodlarının nəzəri biliklərinin və onların tətbiqetmə bacarığının qiymətləndirilməsidir. • Öz mülahizələrinin korreksiya etmə obyektivliyinin qiymətləndirilməsi – digər ekspertlərin qiymətlərindən asılı olmayaraq, tədqiq olunan obyektin ekspert tərəfindən müstəqil qiymətləndirmək bacarığıdır.
Sənədli qiymətləndirmə - müəyyən olunmuş tələblərin sənədli təsdiginə əsaslanmış ekspert qiymətləndirilməsidir. Ekspertə verilən tələblərin əsasını onun komponentliyi , müstəqilliyi praktiki iş təcrübəsi təşkil edir. • Lazım olan hallarda ekspertin elmi işlərinin siyahısı təqdim edilə bilər. Bundan başqa sənədli qiymətləndirmə əsasən ekspertin iş sahəsi ilə müəyyən olunur və çox vaxt onun səlahiyyətliyi ilə bir başa uzlaşır. • Kombinə edilmiş qiymətləndirmələr – ekspert keyfiyyətlərinin qiymətləndirilməsi üçün müxtəlif metodlarla birqə istifadəyə əsaslanan qiymətləndirmələrdir. • Ekspert keyfiyyətinin qiymətləndirilməsi üçün yuxarıda göstərilmiş metod və növlər müəyyən üstünlüklərə və çatışmamazlıqlara malikdir. • Ekspert keyfiyyətinin kompleks qiymətləndirilməsinin tətbiq edilməsinin vacibliyi onların qarşısında qoyulan tələblərin müxtəlifliyi ilə izah olunur və bu tələblərin hər biri bir və ya bir neçə metodla obyektiv qiymətləndirilə bilər. • Fərdi nəticələri kompleks qiymətləndirməyə gətirilməsi üçün orta hesab düsturundan istifadə etmək məqsədəuyğundur. Qrup şəklində ekspert qiymətləndirmələrin dəqiqliyi əsasən ekspertlərin qrupdakı sayından asılıdır. Nə gədər ekspert çoxdursa qiymətin düzlüyü və dəqiqliyi bir o gədər yüksəkdir. Praktikada ekspertlərin sayını müəyyən edən üsullar az hallarda istifadə olunur, sadəcə olaraq qrupda 8-12 nəfərlə kifayyətlənirlər. • Sorğunun keçirilməsi- Ekspert sörğusunun keçirilməsinin bir neçə üsulu mövcuddur. Onlar arasındakı əlamətlərə görə fərqlənir, qrup şəklində qiymətləndirməni aparan subyektlər, ekspertlənir digər ekspertlər tərəfindən qiymətləndirmələr haqqında məlumatlandırırlar. • Ekspertlərin obyektivliyinə tələb əsas olsa da praktikada ekspertlərə müəyyən təsir ola bilər. • Ekspert sorğusunun səmərəliliyi nəzərə çarpacaq dərəcədə ekspert mülahizələrinin üzə çıxarılması texnikası və üsullarından asılıdır.