410 likes | 1.27k Views
Mövzu: Dəyişkənlik, onun səbəbləri, öyrənilmə üsulları. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Ədəbiyyat. Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. Axundova E. M. Ekoloji genetika. Bakı, 2006.
E N D
Mövzu: Dəyişkənlik, onun səbəbləri, öyrənilmə üsulları AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Dosent. b.e.n. F.H.Qurbanov
Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006. • Turabov T. Genetika. Gəncə, 1997. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008. • Musayev Ə.C.və b.Dənli-taxıl bitkiləri seleksiyasının metodikası. Bakı,2008. ADAU, dos. F.H.Qurbanov
Mövzunun planı • Mutasiya təsnifatının prinsipləri • Gen mutasiyası • Xromosom mutasiyası • Mutasiyanın baş vermə səbəbləri • Spontan mutasiya • Letal mutasiya ADAU, dos. F.H.Qurbanov
REAKSİYA NORMASI • Genotiplə müəyyən olunan və xarici mühitin təsirindən asılı olaraq orqanizmin əlamətlərinin müəyyən hüdud daxilində təzahür dərəcəsinə reaksiya norması deyilir. • Reaksiya normasını öyrənmək üçün ilkin növbədə genetik nöqteyi nəzərdən həmcins materialı müxtəlif mühit şəraitinə yerləşdirmək lazımdır ADAU, dos. F.H.Qurbanov
Modifikasiya dəyişkənliyinin əhəmiyyəti • Reaksiya normasını bilmək kənd təsərrüfatında böyük praktiki əhəmiyyətə malikdir, çünki heyvanları və bitkiləri yeni iqlim şəraitinə keçirdikdə onlardan yüksək məhsul almaq vacib məsələlərdən biridir. • Reaksiya normasının geniş miqyasda tərəddüd etməsinin orqanizmlərin təbii şəraitə uyğunlaşmaq üçün böyük əhəmiyyəti var, belə ki, bu növün saxlanılmasını və artmasını təmin edir. ADAU, dos. F.H.Qurbanov
MUTASİYA DƏYİŞKƏNLİYİ • Mutasiya terminini ilk dəfə biologiya elminə 1901-ci ildə hollandiyalı alim Quqo-de Friz daxil etmişdir. • Mutasiyalar təbiətdə bütün canlılarda- bakteriyalardan tutmuş insanlaradək baş verir. • Mutasiya dəyişkənliyi bütün canlılara xas olan əsas xüsusiyyətlərdən biridir. Müxtəlif xarici amillərin təsiri nəticəsində canlı orqanizmlərdə mutasiyalar almaq olar. Bununla əlaqədar olaraq mutasiyalar təbii və ya spontan və süni və ya induksion olurlar. ADAU, dos. F.H.Qurbanov
Mutagenlər. • Həm təbiətdə, həm də tədqiqatda mutasiyalar mutagen adlanan faktorların təsiri nəticəsində əmələ gəlir. • Süni mutasiyalar almaq üçün fiziki və kimyəvi amillərdən istifadə edilir. • Fiziki amillərdən: rentgen və qamma şüaları, ultrabənövşəyi şüalar, elektromaqnit şüalar, yüksək və mənfi temperatur, nüvə şüalanması (alfa və beta-cisimciklər protonlar, neytronlar) və s. ionlaşmaların bütün növləri. • Kimyəvi amillər: Etilenimin (Eİ); dietilsulfat (DES); dimetilsulfat (DMS); nitrozoetil sidik cövhəri (NESD); nitrozometil sidik cövhəri (NMSD); 1,4 - bisdiazoasetilbutan (DAB); azot turşusu, xardal qazı (iprit) və digərləri. 1,4 - DAB, NMSD, Eİ kimi kim-yəvi maddələr xüsusən yüksək aktivlik göstərir və 100%-dək mutasiya yaratmağa malikdirlər. Bunlar supermutagen adlanır. Bir qayda olaraq kimyəvi mutagenləri müxtəlif qatılıqlı su məhlulunda istifadə edirlər, məhlulların qatılığı 0,001-0,5%-dək olur. ADAU, dos. F.H.Qurbanov
Mutasiya tipləri • Xromosom sayının dəyişilməsi. • Xromosom quruluşunun dəyişilməsi. • Gen quruluşunun dəyişilməsi və yaxud nöqtəvi mutasiya. Bu hadisə DNT-nin molekulyar quruluşunun dəyişilməsinin nəticəsidir. ADAU, dos. F.H.Qurbanov
Quqo de Friz 1848-1935 ADAU, dos. F.H.Qurbanov
Quqo de Friz – Mutasiya nəzəriyyəsi • mutasiyalar heç bir keçid olmadan, gözlənilmədən baş verir; • yeni formalar konstant, yəni sabitdir; • mutasiyalar keyfiyyət dəyişkənlikləridir; • mutasiyalar müxtəlif istiqamətlərdə baş verir. Onlar faydalı olmaqla yanaşı ziyanlı da ola bilər; • eyni bir mutasiya yenidən təkrar yarana bilər. ADAU, dos. F.H.Qurbanov
MUTASİYANIN TƏSNİFATININ PRİNSİPLƏRİ • Mutasiya prosesini şərti olaraq iki yerə bölürlər: spontan və induksion. • Adi təbii faktorların təsiri nəticəsində və yaxud orqanizmin daxilində gedən təbii fizioloji və biokimyəvi dəyişkənliyin nəticəsində əmələ gələn mutasiyaları spontan mutasiyalara aid edirlər. • Süni olaraq, insan tərəfindən fiziki və kimyəvi maddələrin təsiri nəticəsində əmələ gələn mutasiyaları induksion mutasiyalar adlandırırlar. ADAU, dos. F.H.Qurbanov
Fenotipə görə mutasiyaların təsnifatı. • Morfoloji mutasiyalar (çox vaxt onlar görünən də adlandırırlar) orqanların, toxumaların, hüceyrənin ayrı-ayrı strukturlarının quruluş və xüsusiyyətlərinin dəyişilməsi ilə əlaqədardır. Buraya məsələn, kənd təsərrüfat heyvanlarının-iri və xırda buynuzlu qaramalın qısa ayaqlılığı, həşaratların qanadının və gözünün olmaması, məməlilərin tüksüzlüyü, insanlarda nəhəng və cırtdan boyluluq və albinizm aid ola bilər. ADAU, dos. F.H.Qurbanov
Bitkilərdə mutasiya ADAU, dos. F.H.Qurbanov
Mutasiya Xlorofildə mutasiya Çiçəkdə mutasiya ADAU, dos. F.H.Qurbanov
Qarğıdalıda mutasiya ADAU, dos. F.H.Qurbanov
Noxud bitkisində mutasiya ADAU, dos. F.H.Qurbanov
Morfoloji mutasiya ADAU, dos. F.H.Qurbanov
Drozofil milçəyində mutasiya ADAU, dos. F.H.Qurbanov
Heyvanlarda mutasiya ADAU, dos. F.H.Qurbanov
İnsanda mutasiya ADAU, dos. F.H.Qurbanov
Generativ və somatik mutasiyalar. • Mutasiyaların əmələ gəldiyi yerlərə görə onları generativ (cinsi hüceyrələrdə) və somatik (bədən hüceyrələrində) mutasiyalara bölürlər. • Yetişməmiş və yetişmiş cinsi hüceyrələrdə baş verən mutasiya-generativ, digər toxumaların hüceyrələrində baş verən mutasiya isə somatik mutasiya adlanır. ADAU, dos. F.H.Qurbanov
Somatik mutasiya ADAU, dos. F.H.Qurbanov
Meyvə bitkilərində somatik mutasiya ADAU, dos. F.H.Qurbanov
UYĞUNLAŞMA ƏHƏMİYYƏTİNƏ GÖRƏ MUTASİYALARIN TƏSNİFATI • Uyğunlaşma əhəmiyyətinə görə mutasiyaları faydalı, neytral və zərərli: letal və yarımletal (subletal) qruplara bölmək olar. • Orqanizmlərin həyat qabiliyyətinin aşağı düşməsi və inkişafın tormozlanması yarımletal və ya letal mutasiyalara • Fərdlərin həyat qabiliyyətlərinin yüksəlməsi, nəsilvermə qabiliyyətinin artmasına səbəb olan mutasiyaları isə faydalı mutasiyalara aid edirlər. ADAU, dos. F.H.Qurbanov
GENOTİPİN DƏYİŞİLMƏ XÜSUSİYYƏTİNƏ GÖRƏ MUTASİYALARIN TƏSNİFATI • Gen və ya nöqtəvi mutasiyalar:xromosomlarda sitoloji görünməyən dəyişikliklər. • Xromosom mutasiyalar:xromosomdaxili və xromosomarası dəyişilmələr. • Genom mutasiyalar:xromosom sayının dəyişilməsi • Sitoplazmatik mutasiyalar:plazmogenlərin dəyişilməsi ADAU, dos. F.H.Qurbanov
GEN MUTASİYALARI • Gen mutasiyaların xassələri: Bütün canlı orqanizmlərdə gen (nöqtəvi) mutasiyalarına təsadüf edilir. Qeyd edildiyi kimi onlar ayrı-ayrı hüceyrələrdə baş verir və müxtəlif fərdlərdə sıçrayışla təzahür edilir. • Vəhşi növ üçün xas olan allel genlər - vəhşi tip genlər və ya normal, dəyişilmiş genlər isə mutant adlanır. • Vəhşi tipdən yeni vəziyyətə keçən gen mutasiyaları -düzünə, mutant vəziyyətdən - vəhşi tipə isə - əksinə mutasiyalar adlandırırlar. Əksinə mutantlaşmış proses isə-gen reversiyası adlanır. Düzünə mutasiyalar çox vaxt resessiv, əksinə mutasiyalar - dominant xarakter daşıyır. ADAU, dos. F.H.Qurbanov
XROMOSOM MUTASİYALARI • Xromosomdaxili dəyişikliklərə - xromosom çatışmamazlıqları (defişens və delesiyalar); xromosom sahələrinin ikiləşməsi (duplikasiya); xromosomun ayrı-ayrı sahələrinin 180° çevrilməsi nəticəsində genlərin bir xətt boyunca düzülməsi (inversiya) aiddir. • Delesiya və defişensin arasında müəyyən fərq var, belə ki, defişem - xromosomun uc hissəsinin qırılıb itməsinə, delesiya isə xromosomun daxili və ya orta hissəsinin qırılıb itməsinə deyilir. ADAU, dos. F.H.Qurbanov
Xromosom mutasiyası Normal çatışmamazlıq delesiya duplikasiya inersiya ADAU, dos. F.H.Qurbanov
XROMOSOMLARARASI DƏYİŞİLMƏLƏR • Xromosomdaxili dəyişilmələrdən başqa qeyri-homoloji xromosomlararası sahələrin mübadiləsi ilə əlaqədar dəyişilmələr də məlumdur. Belə xromosomlararası dəyişil-mələr franslokasiyalar adlanır. • Translokasiyanın başlıca genetik effekti ilişikli qrupların dəyişilməsidir, dəyişdirilmiş genlər yeni ilişikli qruplara daxil olur və formalaşmış genotip sistemi pozulur. ADAU, dos. F.H.Qurbanov
Mutasiya ADAU, dos. F.H.Qurbanov
Çoxallellilik ADAU, dos. F.H.Qurbanov
Mutasiya ADAU, dos. F.H.Qurbanov
Arpada mutasiya ADAU, dos. F.H.Qurbanov