400 likes | 658 Views
Qarğıdalıda bakterioz soluxma -Bacterium stewarti (Smith.) Bergey. Qarğıdalıda cənub helminthosporiozu - Cochliobolus heterostrophus Drechsl. Pambıqda antraknoz - Glomerella gossypii Edg. Kartofda xərçəng - Syhchytrium endobioticum (Schibb.) Pers. Meyvə ağaclarında yanıq - Erwinia amylovora
E N D
Qarğıdalıda bakterioz soluxma -Bacterium stewarti (Smith.) Bergey.
Qarğıdalıda cənub helminthosporiozu - Cochliobolus heterostrophus Drechsl.
Meyvə ağaclarında yanıq - Erwinia amylovora (Burill.) Com. S.A.B.
Sonuncu 40 ildə kənd təsərrüfat məhsullarının dünya eksportunun inkişafı, min tonla (FAOSTAT Database Results)
Dünyanın müxtəlif ölkələrinə gələn turistlərin sayı, mln. Qeyd: Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.
Zərərli patogen və zərərvericilərin Avropaya daşınma nümunələri
4.7 İnteqrir mübarizə üsulu, onun mahiyyəti və məqsədləri İnteqrir bitki mühafizəsi (inteqrated plant protection) anlayışı kimyəvi mübarizə üsulunun birtərəfli qaydada genişlənməsinə ilk cavab reaksiyasının ifadəsi kimi keçən əsrin 50-ci illərində baş vermişdir. Onun baş verməsi zamanı diqqət mərkəzində istehsal-çıların sağlamlığı və ya ətraf mühitin mühafizəsi dayanmırdı. Bu gün biz belə hesab edirik ki, təbiətdə qarşılıqlı bioloji əlaqələrin kifayət qədər hesabatının aparılmaması kimyəvi mühafizə vasi-tələrinin tətbiqini müvəffəqiyyətli edə bilməz. 1959-cu ildə ABŞ-da kimyəvi və bioloji tədbirlərin (inteqrated control concept) inteq-rasiyası barədə ilk məqalə dərc edildi.
1959-cu ildə zərərli heyvanlar və bitkilərlə beynəlxalq bioloji mübarizə təşkilatı (İnternational organization for Biological Control of Noxious Animals and Plants) inteqrir bitki mühafizəsi üzrə ilk beynəlxalq işçi qrupunu holland alimi de Fluiterin rəhbərliyi altında yaratdı. Təsadüfi deyildir ki, inteqrir mühafizə üzrə ilk işlər mey-vəçilik sahəsində aparıldı, belə ki, kimyəvi mübarizə zamanı ilkin problemlər, yəni zərərli və faydalı orqa-nizmlərin formasının dəyişməsi, insektisidlərə qarşı rezis-tenflik məhz burada yaranmışdır.
1 “İnteqrir bitki mühafizəsi” anlayışı elə əvvəldən müxtəlif mənalarda işlənsə də onu iki qaydada başa salmağa çalışırdılar: 2 Zərərli orqanizmlərlə mübarizədə kimyəvi və qeyri kimyəvi metodların sadə kombinasiyası. Müvafiq olaraq ekoloji qarışlıqlı əlaqələr müxtəlif cür hesablanırdı. Müxtəlif nüanslar “inteqrir bitki mühafizəsi” anlayışından seçilirdi: “İnteqrir mübarizə” (inteqrated control–İC; zərərvericilərin inteqrir menecmenti (inteqrated pest management - İPM) Bütöv, ekoloji oriyentasiyalı, keyfiyyətcə yeni bitki mühafizəsi
İBM-nin ilk definitsiyası FAO-nun işçi qrupu tərəfindən 1964-cü ildə belə formalaşmışdır: “iqtisadi, ekoloji və toksi-koloji yol verilən üsulların çoxşəkilli sistemi olub, zərərli orqa-nizmlərin sayını iqtisadi zərərlilik həddindən aşağı saxlamağa imkan verir, əsasında və ilk planda düşüncəli surətdə təbii məhdudlaşdırıcı amillərin istifadəsi və nizamlama mexanizm-ləri durur” Rusiyada keçən 70-ci əsrin illərində “inteqrir bitki müha-fizəsi” bioloji, aqrotexniki, kimyəvi, fiziki və bitki mühafizə-sində tətbiq edilən digər metodların optimal kombinasiyası kimi qəbul edilir və bununla da konkret ekoloji-coğrafi zonada müəyyən bitkidə zərərli növlərin sayının nizamlanması ilə həyata keçirilir. İnteqrir mübarizə üsuluna Azərbaycanda da yanaşma təxminən yuxarıdakı kimidir.
İnteqrir mübarizəsi AFR-da qəbul olunan “Bitki mühafizəsi haqqında” qa-nununda aşağıdakı şəkildə əksini tapmışdır: “Davamlı sortların becərilməsi və bitkiçilik texnologiyalarının istifadəsi bioloji və biotexnoloji tədbirlərin tətbiqinin üstünlüyü və kombinasiyası ilə həyata keçirilir, kimyəvi mühafizə vasitələrinin istifadəsi imkan daxilində aşağı salınır ”. 1991-ci ildə Avropa İttifaqının definitsiyasında inteqrir bitki mühafizəsinin tərifi belə səslənir: bioloji, biotexnoloji, kimyəvi, fiziki, aqrotexniki və seleksiya xarakterli tədbirlərin tətbiqi ona yönəldilir ki, zərərli orqanizmlərlə yoluxma aşağı olsun ki, təsərrüfata ziyan dəyməsin və bu zaman kimyəvi vasitələrin istifadəsi ən sonuncu həddə qədər məhdudlaşsın. İngilis dilli ədəbiyyatda İBM-nin 70 müxtəlif variantı səsləndirilir və təriflərin hamısı identik deyildir, lakin bütün hallarda, İBM sistemli yanaşma kimi başa düşülür və onun daim inkişafda olması bildirilir. 1992-ci ildə Rio de Joneyrada BMT-nin ətraf mühit və inkişaf üzrə keçirilən konfransında elan edilmişdir ki, inteqrir bitki mühafizəsi ümumi bitki mühafizəsinin sonrakı inkişafını istiqamət-ləndirən ümumdünya xəttidir.
İBM-nin bütün definitsiyaları özündə 3 əsas yekunu birləşdirir və onun məqamlarını xarakterizə edir: İnteqrir bitki mühafizəsi razılaşdırılmış kompleks yanaşma olub, bitkilərin becərilməsi zamanı davamlılıq hesabatının xüsusi diqqətdə saxlanması Təbii nizamlama mexanizminə kömək edən ekoloji tələblərin və hərəkətlərin yerinə yetirilməsi Bütün profilaktiki tədbirlərin yerinə yetirilməsi zamanı bitkilərin kimyəvi mühafizə vasitələrinin tətbiqi məqsədyönlü və iqtisadi səmərəli olması
Tələb olunan minimum ƏTRAF BİTKİÇİLİK MÜHİT İnteqrir bitki mühafizəsinin qolları
1 2 3 İBM – nin əsas yeri və prinsipləri İBM sistem xarakter daşıyır və kompleks yanaşma tələb edir İBM iqtisadi və sosial aspektlərin tarazlığı nəzərə alınmaqla ekoloji tələbləri özündə birləşdirir. Bu zaman ekoloji təhlükəsizlik və davamlı inkişaf çərçivəsində təsir təmin edilməlidir İBM konseptində profilaktiki mübarizə tədbirləri düzünə və terapevtik tədbirlərdən üstünlük təşkil edir
4 5 İBM bütün qərarların qəbulu zamanı dərin elmi əsaslandırma tələb edir İBM elmi əsaslandırılmış sistem kimi texniki tərəqqi və yeni elmi dəyərlərdən istifadə edir, habelə yeni informasiyanın realizə edilməsi və təqdimatına yüksək tələbkarlıq nümayiş etdirir
İnteqrir bitki mühafizəsinin elementləri • İBM-nin elementləri bitki mühafizəsi üzrə görülən bütün tədbirlərdir; abiotik və biotik stress amillərindən dəyən zərər və itkilər, alaq otları, zərərvericilər və xəstəliklərlə mübarizədə düzünə itkilər.
1 2 3 • İBM-nin profilaktiki tədbirlərinə aşağıdakı • elementlər aiddir: • zərərli orqanizmlərin gətirilməsinin və yayılmasının qarşısının alınması (daxili və xarici karantin) aqrosenozalarda, landşaftlarda faydalı həşəratların çoxalması və inkişafını özünizamlayan mexanizmlərin gücləndirilməsi (növbəli əkin, aralıq bitkilər, torpağın becərilməsi) becərilmə yerlərində mədəni bitki növlərinin torpaq iqlim şəraitinə olan tələbatına əməl edilməsi
6 7 4 5 növbəli əkinə və aralıq bitkilərin becərilməsinə əməl edilməsi torpağın əsas və əkinqabağı işlənməsi, bu zaman torpaq - iqlim şəraiti, onun zərərli orqanizmlərə təsiri balanslaşdırılmış mineral gübrələrin verilməsi xəstəliklərə, zərərvericilərə və başqa stress amillərinə qarşı, yalnız həmin regionda becərilən yararlı sortların seçilməsi, sağlam səpin və əkin materialından istifadə edilməsi
9 8 optimal əkin müddəti, səpin norması, basdırılma dərinliyi, bitkilərin tarlada optimal yerləşdirilməsi ümumi fitogigiyenanın bütün tələblərinə əməl edilməsi
3 2 1 İnteqrir bitki mühafizəsinin düzünə tədbirlərinə aşağıdakılar aiddir: • bioloji mübarizə tədbirləri: yırtıcı və parazitoidlərin gətirilməsi, • yırtıcı və parazitoidlərin kütləvi çoxalması və yayılması, virus, • bakteriya və göbələk mənşəli preparatların tətbiqi, özünü məhv • etmə üsulu və başqaları mexaniki və fiziki mübarizə tədbirləri: mexaniki, texniki, elektromaqnit şüaları ilə işləmələri kimyəvi mübarizə tədbirləri
4 5 əkin və materiallarının kimyəvi dərmanlanması bioloji fəal maddələrin tətbiqi: böyümə maddələri, atraktantlar, repellentlər, feromonlar • Bütün adları çəkilən İBM elementləri texnoloji reqlamentlərə uyğun olaraq dəqiq yerinə yetirilməlidir.
Özünü yoxlama üçün mövzuya aid test sualları 1. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri ilə mübarizədə hansı üsulları tanıyırsınız ? a) mikrobioloji, aqrotexniki, fizioloji, biokimyəvi b) bioloji, fitonsid, fitosanitar, kimyəvi, toxumçuluq c) növbəli əkin, düzgün səpin, mikrobioloji, fizioloji, seleksiya d) karantin, kimyəvi, makrobioloji, mikrobioloji, fiziki e) aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, bitki karantini, seleksiya -toxumçuluq
2. Aqrotexniki mübarizə üsuluna daxil olan tədbirlər kompleksini sıralayın ? • torpağın becərilməsi, gübrələmə, növbəli əkin, sağlam toxum və əkin materialı, səpin müddəti və yığım, fitosanitar tədbirlər, suvarma • toxumların pestisidlərlə dərmanlanması, cərgələrlə suvarma, meyvə və giləmeyvələrin mexaniki üsulla toplanması • kimyəvi çiləmələr, toxumların qamma şüaları ilə işlənməsi, məhsulun düzgün saxlanması • mikrobioloji dərmanların tətbiqi, feremon tələlərdən istifadə, biostimulyatorların tətbiqi, ionlaşdırıcı şüalanmalar • düzgün suvarma, gübrələmə, toxum və əkin materialının dezinfeksiyası, məhsul saxlanan anbarların hazırlıq vəziyyəti
3. Xəstəliklə mübarizədə bioloji üsulun tətbiqinin əsasında nə durur ? • alaq otlarından istifadə etməklə xəstəliyin inkişafının qarşısını almaq • pestisidlərlə müxtəlif bitkilərin işlənməsi • repellent və attranktanlardan istifadə • antibiotik və fitonsid mənşəli məhsulların şöbələrindən istifadə etməklə xəstəliyin inkişafını durdurmaq • patogenlərə qarşı başqa mikroorqanizmlərdən, onların həyat fəaliyyətinin son məhsullarından və ya saprotrof orqanizmlərin antoqonist münasibətlərindən istifadə
4. Xəstəliklə mübarizədə tətbiq edilən pestisidlər kimyəvi tərkibinə görə hansı qruplara bölünürlər ? • qeyri-üzvi mənşəli, bitki, göbələk və bakteriya mənşəlilər, üzvi mənşəlilər • ditiokarbamatlar, ftalamid birləşmələri, antibiotiklər • xlorozlu birləşmələr, fosfor üzvi birləşmələr, sintetik piretroidlər • kükürd birləşmələri, metal birləşmələri, üzvi mənşəlilər • strobilurinlər, dikarboksimidlər, fosfortiolatlar
5. Xəstəliklərə qarşı tətbiq olunan kimyəvi dərmanlar necə adlanır ? • insektoakarasidlər • arborosidlər • vermisidlər • alkolosidlər • fungisidlər
6. Patogenlərə təsir xarakterinə görə fungisidlər hansı qruplara bölünürlər? • müdafiə fungisidləri, müalicəvi fungisidlər • bitkilərin istirahət dövrü tətbiq edilən fungisidlər • vegetasiya və istirahət dövrü tətbiq edilən fungisidlər • kontakt və sistem təsirli fungisidlər • toxum dərmanları, torpağı dərmanlamaq üşün tətbiq edilənlər
7. Fiziki-mexaniki mübarizə üsuluna əsasən hansı tədbirlər daxildir ? • əkin materialının zərərsizləşdirilməsi, məhsulun optimal saxlanması • səpin və əkin materiallarının termiki zərərsizləşdirilməsi, torpağın isidilməsi, dənin qurudulması və digər termoterapevdik tədbirlər • əkin materialının fungisidlərlə işlənməsi, parnik və istixanaların dezinfeksiyası • parniklərin isidilməsi, əkin və toxum materialının kimyəvi işlənməsi • məhsulun saxlanmasına yönələn tədbirlər kompleksi, vegetasiya dövrü fungisidlərlə çiləmələr, mexaniki zədələnmələrə yol verməmək
8. Karantin mübarizə üsulunun mahiyyəti nədir ? • ölkəmizə dünyanın digər regionlarından gətirilə biləcək zərərli patogenlərin və zərərvericilərin qarşısını almaq • bütövlükdə ölkə daxilində zərərverən orqanizmlərə qarşı səmərəli mübarizənin təşkili • ən geniş yayılmış alaq otlarının yayılmasını məhdudlaşdırmaq • biosenoz və ekosistemlərdə fitosanitar vəziyyəti nizamlamaq • ekosistemlərdə davamlı mübarizə aparmaqla növlərin özünü nizamlama proseslərinə yardımçı olmaq
Diqqətinizə görə təşəkkür edirəm!