80 likes | 236 Views
X X BÖLÜMƏ MÜAHZİRƏ QEYDLƏRİ: BEYNƏLXALQ TEXNOLOGİYA AXINLARI. Müəl. Elşən BAĞIRZADƏ.
E N D
XX BÖLÜMƏ MÜAHZİRƏ QEYDLƏRİ:BEYNƏLXALQ TEXNOLOGİYA AXINLARI Müəl. Elşən BAĞIRZADƏ Təqdimatlarda Paul R. Krugman və Maurice Obstfeld tərəfındən yazılmış “International Economics: Theory and Policy”və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq iqtisadi münasibətlər Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 2011
Mündəricat • Giriş ............................................................................. 3 • Texnoloji inkişaf və xarici ticarət ............................... 4 • Texnologiyanın “daxili” və ya “xarici” istifadəsi ....... 5 • Texnologiyanın transferti kanalları ............................. 6 • Texnologiyanın transferti siyasətləri ........................... 7 • Mənbələr ...................................................................... 8
Giriş • Beynəlxalq iqtisadi münasibətlər şəbəkəsinin bir hissəsi də texnologiyadır. • Hələ də araştırma və təkmilləşdirmə fəaliyyətlərinə ayrılan resursların ÜDM-dəki payı Yaponiyada 3%, ABŞ-da 2,8%, Aİ-də isə 2 % həddində olduğu halda, Türkiyədə 0,5%, Azərbaycanda isə ondan da aşağıdır. • Sənaye texnologiyası sahəsində transmilli şirkətlər demək olar ki, inhisarçı mövqedədirlər. • Zəif inkişaf etmiş ölkələrin də transmilli şirkətlər tərəfindən istehsal olunan texnologiyaları əldə etməsi ancaq “texnologiya transferti” yolu ilə baş verir. • GATT-ın Urugvay Raundunda sənaye və intellektual mülkiyyət hüquqlarının qorunmasıyla bağlı yeni qərarlar alınmışdır.
Texnoloji inkişaf və xarici ticarət • Texnologiya iki aspektdən xarici ticarətlə bağlıdır: • Əmtəə ticarətini inkişaf etdirici təsiri olması, • Texnologiyanın özünün birbaşa beynəlxalq ticarətin predmeti olması. • Texnologiya xarici bir firmadan patent satın almaq və ya lisenziya müqaviləsi yolu ilə idxal edilə bilər. • Eyni zamanda yeni texnologiya mal formasında (məs. avadanlıq) da satın alına bilər. • Zəif inkişaf etmiş ölkələrin ehtiyac duyduqları texnologiyanı Qərbin transmilli şirkətlərindən idxal etmələri və bu texnologiyaların əməyə qənaəti doğurması, zəif inkişaf etmiş ölkələr baxımından bəzi xüsusi problemlər doğurur.
Texnologiyanın “daxili” və ya “xarici” istifadəsi • Hər hansı bir texnoloji yenilik icad edən firma, bu yeniliyi hansı şərtlərlə lisenziya müqaviləsi yolu ilə xarici istehsalçılara kirayəyə verməli (xarici istifadə), hansı şərtlərlə bunu öz istehsalında istifadə edərək (daxili istifadə) əldə edəcəyi məhsulu xarici bazarlara ixrac etməlidir? • Aşağıdakı hallarda xarici istifadə daha münasib ola bilər: • Xarici bazarla bağlı yetərli informasiyaya sahib olunmaması, başqa sözlə bu bazarlarda birbaşa investisiya risqinin yüksək olması, • Xarici ölkə bazarının nisbi olaraq əhəmiyyətsiz olması, • Firmanın eyni zamanda bir çox ölkədə istehsalını həyata keçirə biləcək potensiala malik olmaması, • Başqalarının da bu texnologiyanı əldə etmiş və texnologiyanın başqaları tərəfindən asanlıqla təqlid edilə bilən olması. • Bu şərtlərin əksi olduğu halda isə texnologiyanın firma tərəfindən daxili istifadəsi, yəni istehsalın firma tərəfindən ana ölkədə reallaşdırılıb buradan xarici ölkələrə ixracat həyata keçirilməsi firma baxımından daha münasib ola bilər.
Texnologiya transferti kanalları • Başlıca texnologiya transferti kanalları aşağıdakılardır: • Kapital malları idxalı ilə təmin edilən texnologiya, • Birbaşa xarici investisiyalar yolu ilə, • Sadə formada texnologiya idxalı (patent, lisenziya və.s) • Elmi konfranslar, texniki bülletenlər və xarici elm adamı mübadilə proqramları, • Texniki yardım proqramları (hədiyyə və ya aşağı tariflərlə).
Texnologiya transferti siyasətləri • 1960-cı illərdən etibarən Asiya, Afrika və Latın Amerikasındakı zəif inkişaf etmiş ölkələr, sənayeləşmiş ölkələrin birbaşa beynəlxalq investisiya siyasətləri ilə texnologiya transferti siyasətlərini tənqid etməyə başlamışdır. • 1964-cü ildə UNCTAD qurulduqdan sonra zəif inkişaf etmiş ölkələr digər məsələlərdə olduğu kimi texnologiya transferti məsələsində də fikirlərini bu təşkilat vasitəsilə müdafiə etmə imkanı əldə etmişdir. • 1980-cı illərdən sənayeləşmiş ölkələr texnologiya transferti məsələsində daha liberal siyasətlər yürütməyə başlamışdır. • Hazırda DTT-nın dünya ticarət sistemində texnologiya transfertilə bağlı xüsusi müqaviləsi mövcuddur.
Mənbələr • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009. • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.