240 likes | 898 Views
Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü. Krivoquzova Lalə Maliyyə fakultəsi Qrup~ 648. Müəllim: Elşən BAĞIRZADƏ. Beynəlxalq Əmək Bölgüsü (BƏB). Plan: BƏB obyektiv əsası kimi. BƏB nədir? BƏB növləri. BƏB üstünlükləri.
E N D
Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü Krivoquzova Lalə Maliyyə fakultəsi Qrup~648 Müəllim: Elşən BAĞIRZADƏ
Beynəlxalq Əmək Bölgüsü (BƏB) Plan: BƏB obyektiv əsası kimi. BƏB nədir? BƏB növləri. BƏB üstünlükləri. BƏB və ölkələrarası qarşılıqlı asılılıq problemi. Ölkələrin BƏB-də iştirakını tələb edən faktorlar. Ölkələrin açıqlıq indeksi.
BƏB obyektiv əsası kimi: BƏB ölkədaxili əmək bölgüsündən bu proseslərdə fəaliyyət göstərən obyektlərin əhatə dairəsinin irihəcmliliyi ilə də fərqlənir. Məlumdur ki, ölkədaxili əmək bölgüsünün obyektləri kimi müxtəlif əmtəələr və xidmətlər çıxış edirlər. Ölkə daxilində müəssisələr həmçinin texnoloji nailiyyətlərlə, elmi-texniki təcrübə ilə, mütəxəssislər və işçilərlə mübadilə edirlər. Bütün bu sadalanan obyektlər BƏB üçün də xarakterikdir, lakin onların əhatə dairəsi əhəmiyyətli dərəcədə fərqlidir.
BƏB nədir? Əmək bölgüsü ümumi mənada fərdin və yaxud bir qrup adamın müəyyən əmək fəaliyyətinə görə bir-birindən ayrılması nəzərdə tutulur. Əmək bölgüsü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif əmtəə və xidmətlər istehsalında ixtisaslaşmaları və sonradan bu əmtəə və xidmətlərlə mübadilənin baş verdiyi əməyin təşkili sistemi və ya üsuludur.BƏB isə ictimai əmək bölgüsünün xüsusi növüdür. O, ölkədaxili əmək bölgüsünün inkişafı əsasında yaranır. BƏB-də müəssisələrin ixtisaslaşması müəyyən növ məhsulların istehsalı və bu məhsullarla mübadilə əsasında baş verir.
BƏB nədir? Beynəlxalq əmək bölgüsü müxtəlif ölkələrin müəssisələrinin müəyyən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə mübadiləni həyata keçirdikləri, qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi və ya üsuludur. BƏB ictimai əmək bölgüsünün xüsusi növüdür, ölkədaxili əmək bölgüsündən fərqli olaraq BƏB müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında baş verir.
BƏB növləri: Beynəlxalq Əmək Bölgüsünün 2 növü var: .İstehsalın beynəlxalq ixtisaslaşması Beynəlxalq istehsal kooperativləşdirilməsi
BƏB növləri: İstehsalın beynəlxalq ixtisaslaşması ölkələr arasında əmək bölgüsünün elə bir formasıdır ki, milli istehsalların diferensiallaşması əsasında dünya üzrə eynicinsli istehsalın təmərküzləşməsi, müstəqil texnəloji proseslərin ayrılması baş verir və bu zaman ayrı-ayrı istehsal sahələrində məhsul istehsalı daxili ehtiyacları aşır.
BƏB növləri: Beynəlxalq ixtisaslaşmanın istiqamətləri; istehsal:a. Sahələrarası ixtisaslaşmab. Sahədaxili ixtisaslaşmac. Müxtəlif firma və müəssisələrin ixtisaslaşması ərazi aspekti:a. Ayrı-ayrı ölkələrb. Ölkə qruplarıc. Regionlar Texnologiyaa. Texnoloji proseslərin həyata keçırılməsib. Hazır məhsulun hissələrinin istehsalıc. Predmet ixtisaslaşması
BƏB növləri: Kooperativləşdirmə müəyyən məhsulunhazırlanmasında iştirak edən və bu zaman özünün təsərrüfat müstəqilliyini saxlayan müxtəlif müəssisələr arasında istehsal əlaqələrinin mövcudluğu deməkdir.
BƏB növləri: Beynəlxalq istehsal kooperativləşdirilməsinin növləri; a. Subyektlərin sayına görə: - ikitərəfli - çoxtərəfli b. Obyektlərin sayına görə: - birpredmetli - çoxpredmetli c. Əlaqələrin sahəvi srukturuna görə: - sahədaxili - sahələrərası və.s
BƏB üstünlükləri: BƏB-də iştirak etməklə hər bir ölkə müəyyən iqtisadi maraq, mənfəət güdür. Bu zaman əsas üstünlüklər aşağıdakılar hesab olunur: İxrac edilən əmtəə və xidmətlərin beynəlxalq və daxili qiymətləri arasında fərqdən əldə olunan üstünlük. Daha ucuz idxaldan istifadə etməklə milli istehsaldan imtinanın daxili xərclərin qənaətinə gətirib çıxarması.
BƏB və ölkələrarası qarşılıqlı asılılıq problemi: Beynəlxalq iqtisadi cəmiyyətin ən nəzərə çarpacaq xüsusiyyəti ölkələrin qarşılıqlı olaraq bir-birlərindən asılı olmasıdır. Bu mal, xidmət və faktor axınlarının təbii nəticəsidir. Beynəlxalq ticarətdən asılılığın əsas göstəricisi: (İxracat/ÜDM)x100, nə qədər yüksəkdirsə, asılılıq da o qədər yüksəkdir. Milli iqtisadiyyatda olduğu kimi beynəlxalq iqtisadi cəmiyyətdə də əsas prinsip əmək bölgüsü və ixtisaslaşmadır .
Ölkələrin BƏB-də iştirakını tələb edən faktorlar: Ölkələriin sosial-iqtisadi xüsusiyyətləri Ölkələr arasındakı təbii-coğrafi fərqlər Beynəlxalq amillər
Ölkənin açıqlıq indeksi: Açıqlıq İndeksi ölkənin tam ticarətinin nisbəti kimi hesablanan iqtisadi metrikdir. Açıqlıq indeksi=( İdxal + İxrac )/ÜDM
Ədəbiyyat siyahısı: 1. Şamil Qafarov. İctimai əmək bölgüsü və onun müasir sosial-iqtisadi problemləri. – Bakı: BDU, 19992. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 20013. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. – Москва: ЮНИТИ, 20034. Акопова Е.С., Воронкова О.Н., Гаврилко Н.Н. Мировая экономика и международные экономические отношения. – Ростов-на-Дону: «Феникс», 20015. Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I.