1 / 28

Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr

Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr. Yeni qiymətləndirməyə keçid. 2003-cü ildə beynəlxalq təşkilatların k öməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlanmasına başlanıldı;

Download Presentation

Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr

  2. Yeni qiymətləndirməyə keçid 2003-cü ildə beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlanmasına başlanıldı; 2008/2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanıldı.

  3. Yeni qiymətləndirmə sisteminin hüquqi əsasları Beynəlxalq və müəyyən qədər yerli təcrübə əsasında “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”hazırlandı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edildi; Konsepsiyada məktəbdaxili qiymətləndirmənin üç tərkib hissəsinin (diaqnostik, formativ və summativ qiymətləndirmələr) prinsipləri, əsas xüsusiyyətləri və mexanizmi təsbit olundu.

  4. Yeni qiymətləndirmənin dünya təcrübəsi Yeni qiymətləndirmə sisteminin nəzəriyyəsi dünyada ilk dəfə XX əsrin 60-cı illərində ABŞ-da yaradılıb. XX əsrin 70-80-ci illərində Avropa, XXI əsrin əvvəllərindən isə MDB ölkələrində tətbiq edilib.

  5. Məktəbdaxili qiymətləndirmənin tərkib hissələri • Diaqnostik • Formativ • Summativ

  6. Ənənəvi və yeni qiymətləndirmənin səciyyəvi cəhətləri Ənənəvi qiymətləndirmə 1. Qiymət yazmaq formasında təzahür edirdi. 2. Yalnız bilik qiymətləndirilirdi. 3. Şagird bilik və bacarığına görə deyil, siniflə müqayisədə qiymətləndirilirdi. 4. Əsasən dərsin sonunda həyata keçirilirdi. Yeni qiymətləndirmə 1. Bütövlükdə qiymətləndirmə prosesidir. 2. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan verir. 3. Fəaliyyəti izlənilməklə şagird dünəninə və bu gününə görə qiymətləndirilir. 4. Bütün dərs prosesini müşaiət edir. Yeni qiymətləndirmənin bu xüsusiyyətləri məhz formativ qiymətləndirmə ilə həyata keçirilir.

  7. Formativ qiymətləndirmə Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Şagirdin təlim fəaliyyətini izləməklə onun təlim nəticələrinə nail olmasını tənzimləyir. Formativ qiymətləndirmə summativ qiymətləndirməyə aparan yoldur. Formativ qiymətləndirmənin nəticələri rəqəmlərlə deyil, sözlə ifadə olunur və nəticədə şagird qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.

  8. Formativ qiymətləndirmənin nəzəri əsasları İlk dəfə Amerika pedaqoqu Mişel Skriven 1967-ci ildə formativ və summativ qiymətləndirmənin aparılması texnologiyasını təklif etdi. Həmin ideyanı Benjamin Blum 1968-ci ildə “Mustery for learning”adlı kitabında inkişaf etdirdi və göstərdi ki,təhsilalanların öyrənmə prosesini izləmək üçün formativ qiymətləndirmə ən əlverişli yoldur.

  9. Formativ qiymətləndirmə dünya ədəbiyyatında Benjamin Blum,Hasting, Tomas,Madaus, Corc “Şagirdlərin formativ və summativ qiymətləndirilməsi üzrə vəsait” Nyu-York,1971. K. M. Kaley, J. H. Mikmaylan“Formativ qiymətləndirmə texnikaları”.Kaliforniya 2010. Huhta, Ari“Diaqnostik və formativ qiymətləndirmə". Oksford, 2010 P. J. Black, D. UilyamFormativ qiymətləndirmə nəzəriyyəsinin inkişafetdirilməsi. Təhsilin qiymətləndirilməsi, dəyərləndirilməsi və hesabatlılıq”Britaniya Təhsil Tədqiqatları jurnalı 2009.

  10. Dünyanın məşhur pedaqoqlarının fikrincə: təlim məqsədləri və meyarları şəffaf olmalı və öyrənənlər üçün qiymətləndirmənin tələbləri aydın olmalıdır; öyrənənlərin bilik və bacarıq əldə etməsi üçün əlverişli strategiyalardan istifadə olunmalıdır; öyrənənlərin təlim fəaliyyəti barədə mütəmadi qeydlər aparılmalıdır; qiymətləndirmə öyrənənləri öyrənməyə həvəsləndirməlidir.

  11. Monitorinqlər 2010/ 2011 və 2011/2012-ci dərs illərində aparılan monitorinqlər yeni məktəbdaxili qiymətləndirmə, o cümlədən formativ qiymətləndirmə sahəsində müəyyən problemlərin olduğunu üzə çıxardı.

  12. Araşdırmalar göstərdi ki: Formativ qiymətləndirmə bir çox hallarda məzmununa uyğun şəkildə aparılmır; Formativ qiymətləndirmənin prinsiplərinə zidd olaraq sinif jurnallarında və məktəbli kitabçalarında şagirdlərə gündəlik qiymətlər yazılır; Məktəblərdə formativ qiymətləndirmənin mahiyyətinə tamamilə zidd olan jurnallardan istifadə olunur; Formativ qiymətləndirmənin mahiyyəti müəllimlərə və valideynlərə tam aydın olmadığına görə, hər iki tərəf üçün çətinliklər yaradır; Məktəbdaxili qiymətləndirmənin hər üç tərkib hissəsi üçün yalnız test tapşırıqlarından ibarət və Təhsil Nazirliyinin qrifi olmayan vəsaitlər məktəbə ayaq açır.

  13. Problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görüldü? V siniflərdə dərs deyən müəllimlər üçün keçirilən təlimlərdə təlim materialının qiymətləndirmə hissəsi daha da təkmilləşdirildi və təlimlərin monitorinqi həyata keçirildi; Məktəbli kitabçası təkmilləşdirildi və formativ qiymətləndirməyə uyğunlaşdırıldı; Formativ qiymətləndirmə jurnalının tərtib edilməsi üçün işçi qrupu yaradıldı və jurnal layihə şəklində Bakı şəhərinin 5 (6, 23, 164 nömrəli, Avropa liseyi, Zəngi liseyi) və Gəncə, Lənkəran, Bərdə məktəblərində ibtidai sinif müəlimləri tərəfindən sınaqdan keçirildi.

  14. Problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görüldü? Sınaqdan keçmiş formativ qiymətləndirmə jurnalı daha da təkmilləşdirilərək çap edildi və 2012/2013-cü dərs ilində istifadə üçün məktəblərə paylanıldı. İbtidai təhsil səviyyəsi və 5-ci sinifdə tədris olunan fənlər üzrə müxtəlif qiymətləndirmə vasitələrindən ibarət vəsait hazırlandı və çap olundu.

  15. Formativ qiymətləndirmə jurnalı Formativ qiymətləndirmə jurnalı sinif və fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatın aparılması üçün nəzərdə tutulur.

  16. Formativ qiymətləndirmə jurnalı Jurnal müəllimin istifadəsinə verilməzdən əvvəl məktəb və ya sinif rəhbərliyi tərəfindən tədris planına görə ayrı-ayrı fənlərə ayrılan səhifələrin sayı müəyyənləşdirilir; Summativ qiymətləndirməyə ayrılan saatlar bu hesablamada nəzərə alınmır; Birinci səhifənin sol hissəsində “Şagirdlərin soyadı və adı” yazılmış vərəqdə şagirdlərin siyahısı yazılır və bütün fənlər üçün istifadə olunur; Keçilən dərslərin tarixini yazmaq üçün jurnalın sol səhifəsi 5 sütuna bölünüb.

  17. Formativ qiymətləndirmə jurnalı Jurnalın sağ səhifəsindəki cədvəldə mövzunun adı, şagirdin fəaliyyətini davamlı izləmək üçün müəllim tərəfindən müəyyən edilmiş standartlar və həmin standartlar əsasında meyarlar və müşahidə aparmaq üçün istifadə edilən qiymətləndirmə üsulu və vasitəsinin adı yazılır. Bir dərs müddətində müəllim şagirdin fəaliyyəti barədəki qeydləri onun soyadı və adının qarşısında sözlə yazır. Məsələn, yuxarıda verilən cədvələ uyğun olaraq, mətni ifadəli oxuduğu halda, mətndəki əsas fikrə sərbəst münasibət bildirə bilməyən şagird barədə qeydləri qısa şəkildə aşağıdakı kimi yazmaq olar: ifadəli oxuyur, əsas fikrə sərbəst münasibət bildirə bilmir. Hər iki meyar üzrə fəaliyyəti qənaətbəxş olan şagird haqqında belə yazmaq olar: ifadəli oxuyur və mətndəki əsas fikrə sərbəst münasibət bildirir.

  18. Formativ qiymətləndirmə jurnalı Formativ qiymətləndirmə nəticələri yalnız sözlə ifadə olunur, rəqəm və simvollardan istifadə olunmur; Hər dərsdə sinifdəki bütün şagirdlərin adının qarşısında qeydlərin olması mütləq deyil. Bu, müəllimin təlim strategiyasına uyğun olaraq həyata keçirilir.

  19. Məktəbli kitabçası

  20. Mövcud problemlər: • V sinifdə dərs deyən müəllimlər üçün keçirilən təlimlərin nəticələrini öyrənmək; • Formativ qiymətləndirmənin tam təfərrüatı ilə icra edilməməsi (holistik və analitik qiymət); • Formativ qiymətləndirmə təlim fəaliyyətini, yoxsa şagirdlərin yalnız davranışını qiymətləndirir?

  21. Mövcud problemlər: Formativ qiymətləndirmə jurnalının tam istifadə edilməməsi; Valideynlərin maarifləndirilməməsi; Summativ qiymətləndirmə vasitələrinin vahid prinsiplər əsasında tərtibi.

  22. Görüləcək işlər: Müəllim fəaliyyətinin monitorinqini keçirmək; Formativ qiymətləndirmənin və onun jurnalda qeydiyyatının aparılmasını təmin edən monitorinqlər keçirmək və müəllimlərə kömək etmək.

  23. Təkliflər: • Yeni məktəbdaxili qiymətləndirməni həyata keçirmək üçün işçi qrupu yaradılsın; • Həmin işçi qrupuna formativ və summativ qiymətləndirmə qaydalarını yazmaq tapşırılsın; • Formativ və summativ qiymətləndirmə qaydaları ölkənin ümumtəhsil məktəblərinə göndərilsin.

  24. Görüləcək işlər: Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarəedən orqanlar və məktəb müəllimlərindən ibarət xüsusi komissiya tərəfindən summativ qiymətləndirmə vasitələri bankının yaradılması; Formativ qiymətləndirmədə valideynlərlə əməkdaşlıq qiymətləndirmə üsuluna üstünlük vermək.

  25. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!

More Related