1 / 11

MÜHAZIRƏNIN MÖVZUSU: Araxnozlar və entomozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI. MÜHAZIRƏNIN MÖVZUSU: Araxnozlar və entomozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009.

ramiro
Download Presentation

MÜHAZIRƏNIN MÖVZUSU: Araxnozlar və entomozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Araxnozlar və entomozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • İtlərin və pişiklərin araxnozları və entomozları haqqında ümumi məlumat. • Bu xəstəliklərin etiologiya, müalicə və profilaktikası. • Demodektoz. • Sarkoptoz və notoedroz. • Entomozlar. • Otodektoz.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • T.B.İsgəndərov, F.N.Nəsibov- Xırda heyvanların xəstəlikləri. Bakı-2009. • А.В.Матвеев- Болезни собак и кошек. Нижный Новгород-1997. • А.Д.Белов- Болезни собак. Москва, Колос-1995. • Məmmədov A.Q., Hacıyev Y.H., Şirinov N.M., Ağayev Ə.Ə.- Baytarlıq parazitologiyası. Bakı, 1986.

  4. Araxnozlar Demodekoz • Demodekoz invazion xəstəlik olub, mikroskopik gənələr tərəfindən törədilir. Dermatitlərin, alopesiyaların və immun çatışmamazlığının yaranması ilə səciyyələnir. • Morfologiyası. Törədici Demodex canis kiçik, açıq-boz rəngli, qurdabənzər formalı gənədir. Onun bədəni bitişmiş halda olan baş-bədən və qarıncıqdan ibarətdir. Ayaqları qısa olmaqla xortumcuqlarla nəhayətlənir. Itlər, pişiklər və digər heyvanlar bu xəstəliyə tutulurlar. Yoluxma təmasla (kontaktla) baş verir. • Biologiyası. Dişi gənələr qoyduğu yumurtalardan 4-6 gündən sonra sürfələr çıxır. Bu sürfələr 22-32 günə bir neçə inkişaf mərhələsi keçərək yetkin (imaqo) formaya çatırlar. • Epizootologiyası. Parazitə dünyanın hər yerində təsadüf edilir. Adətən bu xəstəliyə cavan heyvanlar (2 yaşınadək) düçar olurlar.

  5. Demodex canis-ə kliniki sağlam heyvanlarda da rast gəlinir. Deməli, gənənin aktiv inkişafını təmin edən müəyyən amillər mövcuddur. Bu amillərə aşağıdakıları aid edirlər: orqanizmin və dəri örtüyünün rezistenliyinin zəifləməsi; yaş dövrü; irsi və cinsi meyillik. Xəstəliyə ən çox cins itlər- alman qoyun iti, biqli, bokser, bulteryer və s. yoluxurlar. • Əlamətlər. Gənələr follikullara və ya piy vəzilərinə daxil olub, epiteli hüceyrələrini parçalayırlar. Nəticədə piodermit və follikulit inkişaf edir. Bəzən zədə nahiyyəsi ikincili (sekundar) infeksiyalarla mürəkkəbləşir. Belə olduqda, regionar limfa düyünləri böyüyürlər. • Diaqnozu. Kliniki müayinələrin və biopsiyanın nəticələrinə əsasən diaqnoz qoyulur. • Müalicəsi. Demodekozun müalicəsi iki istiqamətdə aparılmalıdır. Ilk olaraq gənənin məhv edilməsinə qarşı, ikinci isə onun inkişafını təmin edən şəraitin aradan götürülməsinə qarşı tədbirlər həyata keçirilməlidir. Etiotrop müalicə məqsədilə amirtrazin, ivermektin, baymek, novomek və aversektin preparatları tətbiq edilir. Xaricə tətbiq etmək üçün stomazan, butoks və ya blotika məhlulları işlədirlər. • Simptomatik müalicədə isə pioxtin, çaytikanı yağı, trivitamin və kükürd preparatları təyin olunur. • Profilaktikası. Xəstə heyvanları təcrid edirlər ki, onlar sağlam heyvanlarla təmasda olmasınlar.

  6. Sarkoptoz və notoedroz • Bu xəstəlikləri hüceyrədaxili parazitlər- Sarkoptis canis və Notoedres cati törədirlər. Qaşınma, dərinin iltihabı, tüklərin tökülməsi və s. kimi əlamətlərlə səciyyələnir. • Morfologiyası. Bu gənələr tısbağaya oxşar formalı olub, rəngləri bulanıq- ağdır. Baş, döş və qarıncıqları bitişikdir, 4 cüt ayaqları var. • Biologiyası. Mayalanmış dişi fərd epidermisin dərin qatlarına daxil olur, orada özünə qıvrım yollar açaraq 20-dən 50-yədək yumurta qoyur. 2-3 gündən sonra həmin yumurtalardan sürfələr çıxır, daha 3-4 gündən sonra isə sürfələrdən teleonimfalar yaranır. Sonuncuların yetkin formayadək inkişafına isə 2-4 gün vaxt tələb olunur. • Parazitin tam inkişaf dövrü 8-22 gün (orta 15 gün) təşkil edir. Gənələr bütün inkişaf mərhələlərini sahibin dərisində keçirlər. Dişi fərdlər 42-56 gün yaşayırlar. Erkəklər isə teleonimfalarla cütləşdikdən sonra ölürlər.

  7. Əlamətləri. Yoluxmadan 12-14 gün sonra dəridə qaşınma başlayır. Xəstəliyin ilk əlamətləri heyvanın baş, döş, quyruq və qarın nahiyyələrində təzahür edir. Dərinin prosesə uğramış hissələri qalınlaşır, elastikliyini itirir və kobudlaşır. Həmin hissələrdə dəridə çatlar və qan sızıntıları da yaranır. Tüklər solğunlaşır, pırpızlaşır və komlarla tökülür. Belə xəstələrdə iştaha pozulur və onlar tez bir müddətdə arıqlayırlar. • Diaqnoz. Bu xəstəliklərə diaqnoz qoymaq o qədər də çətin olmur. Çünki xəstəliyin kliniki əlamətləri çox nəzərə çarpandır. Sadəcə olaraq təfriqi diaqnostika məqsədilə dəridən götürülmüş qaşıntını mikroskop altında müayinə edirlər. Orada gənənin özünü və ya onun yumurtasını aşkar edirlər. • Müalicəsi. Əvvəlcə dəridə yaranmış qərtməkləri təmizləyirlər. Sonra oraya 0,04-0,05%-li heksaxloran emulsiyasının qamma-izomerini çəkirlər. • Akrodeks, siodrin, dermatozol və s. aerozollardan da istifadə etmək olar. Təkrar müalicə 12-15 gündən sonra aparılır. • Profilaktikası. Xəstə heyvanları ayırıb (təcrid edib) müalicə edirlər. Heyvanların təmasda olduğu yeri və əşyaları 2%-li xlorofos məhlulu ilə işləyirlər.

  8. Otodektoz • Bu ətyeyən heyvanların invazion xəstəliyi olub, «dəriyeyən» gənələr tərfindən törədilir. Qulaq seyvanının daxili səthində və xarici qulaq keçidində parazitlik edirlər. • Morfologiyası. Törədici –Otodectes cynotis dəyirmi, tısbağaşəkilli formalıdır. Qonuru çalarlı bulanıq-ağ rəngdə olur. Baş, döş və qarıncığı bitişikdir. • Biologiyası. «Dəriyeyən» gənələrin inkişafı 5 mərhələdən ibarətdir: yumurta, sürfə, protonimfa, teleonimfa və imaqo (yetkin). Havanın temperaturundan və nəmliyindən asılı olaraq, gənənin həyat sikli 18-25 gün ola bilər. • Yoluxma kontakt yolladır. Ancaq milçəklərin və birələrin iştirakı da istisna edilmir. • Əlamətləri. Xəstə itlərdə qaşınma başlayır. Onlar pəncələri ilə qulaqlarını qaşımağa çalışırlar. Xəstəliyin mürəkkəbləşmiş formasında qulaqdan irinli-ixorozlu kütlə xaric olur.

  9. Diaqnozu. Xəstəliyin simptomları nəzərə alınır. Qulaqdan götürülmüş qaşıntıda Otodectes cynotis-in özünü və ya yumurtalarını aşkar edirlər. • Müalicəsi. Itlərin və pişiklərin qulağına (xarici qulaq keçidinə) 1-5 ml akarisid məhlul yeridirlər. Bu məqsədlə 1%-li trixlormetafos, 0,04-0,06%-li neosidol, 10%-li bentosid suspenziyası və 40%-li fenotiazin suspenziyası tətbiq edilir. Təkrar müalicəni 7-10 gündən sonra aparırlar. • Akorodeks, dermatozol, psoroptol aerozollarını da işlətmək olar. Otodektozun mürəkkəbləşmiş formasında əlavə olaraq tetrasiklin qrupu antibiotiklər təyin olunur. • Profilaktikası. Xəstə heyvanlar təcrid edilməli, onların yeri xüsusi məhlullarla yuyulmalıdır. Təcrid edilmiş xəstələr isə müalicə edilməlidir.

  10. Entomozlar Birələr • Birələr itlərin və pişiklərin dərisində tez-tez parazitlik edirlər. Onlar dəridə güclü qaşınmalar yaratmaqla, dermatitlər və anemiyaların inkişafına səbəb olurlar. Həmçinin, birələr bir çox qorxulu xəstəliklərin (taun, tulyaremiya) də daşıyıcısıdırlar. Bəzi helmint xəstəliklərində isə aralıq sahib kimi iştirak edirlər. • Morfologiyası. Birələr palıdı-qara rəngli, yastı (hər iki tərəfidən yastılanmış) formalı, ölçüləri 2-4 mm olan parazitlərdir. Onların baş hissəsində deşib-soran ağız apparatı, iki sadə göz və iki qısa bığcıq olur. Birənin döş hissəsi 3 seqmentdən ibarətdir ki, onların da hər birindən bir cüt buğumlu ayaqcıq çıxır. • Biologiyası. Birənin qoyduğu yumurtadan 8-14 gündən sonra qurdabənzər sürfələr çıxır. Onların başcıqları piqmentli, döş hissələri 3 buğumlu və bədənləri on buğumdan ibarət olur. Sürfələr birələrin ifrazatı (həzm edilmiş qan və üzvi bitki qalıqları) ilə qidalanırlar. Inkişaf üç mərhələdən ibarətdir. Sonuncu mərhələdə sürfənin üzərində torlu təbəqə əmələ gəlir. • Birənin yumurtadan yetkin fərdədək inkişafına 19 gündən 1 ayadək vaxt tələb olunur. Yetkin fərdlər isə aylar və hətta 1 ilədək yaşaya bilirlər. • Itlərdə it və insan birələri parazitlik edir. Əsasən qanla qidalanırlar. Ancaq xarici mühitdə də, məsələn, torpaqda, otluqda və altlıq üçün istifadə edilən vasitələrdə (ağac oxantısı, xırman qalığı və s.) uzun müddət qala bilirlər.

  11. Əlamətləri. Gənə iti dişlədikdə yaraya onun ağız suyu düşür. Bu isə heyvanda allergik reaksiyanın yaranmasına səbəb olur. Ona görə də belə itlər çox narahat olurlar və onlarda güclü qaşınma hissi, orada sıyrıqlar və çapıqlar əmələ gəlir. Elə buna görə də çox vaxt dərinin həmin yerlərində dermatitlər və ekzemalar inkişaf edir. • Birələr ən çox itin «əli çatmayan» yerlərdə, başda, boyunda, onurğa sütunu boyunca və çanaqda məskunlaşırlar. Belə heyvanlarda əksər hallarda anemiya yaranır. • Birələrin bir xüsusiyyətləri də var ki, onlar bir heyvandan başqa heyvanın üzərinə tullana bilirlər. Ona görə də onların yayılması çox vaxt tələb etmir. • Küçüklər bu invaziyanı daha ağır keçirirlər. Onlarda tez bir zamanda anemiya inkişaf edir, bəzən ölümlə nəticələnir. Itlərdə parazitlik edən birələr insana da keçə bilir. • Diaqnoz itin bədənində və boynunda parazitin aşkar edilməsinə yönəlmişdir. • Müalicəsi. Mütəmadi olaraq dezinfeksiya və deratizasiya tədbirləri aparılmalıdır. Itlər saxlanan qəfəslər və ya yerlər 1%-li trixlormetafos, korbofos, 0,25%-li bayteks emulsiyaları ilə işlənməlidir. Heyvanların özlərini isə 0,5%-li trixlormetafos və ya karbofos məhlulları ilə çimizdirirlər. Aerozol zooşampunlardan (Akrodeks, Dermatozol) da istifadə etmək olar. • Dərialtı olaraq heyvanın hər kq diri kütləsinə 200-300 mkq ivomek, santel, faskoverm, rolenol və s. inyeksiya edilməsi də yaxşı nəticə verir. • Profilaktikası. Sağlam heyvanın xəstələrlə təmasına yol yerilməməlidir. Itlərin saxlandığı yerləri qaynar su və ya insekto-akarisid məhlullarla yumaq lazımdır. Əsas profilaktika üsulu yüksək sanitar mədəniyyətinin saxlanmasıdır.

More Related