230 likes | 508 Views
Tədris prosesi kredit sistemi ilə təşkil olunmuş orta ixtisas t əhsili müəssisələri nd ə fənlər üzrə sillabusların hazırlanmasına dair tövsiyələr. Giriş.
E N D
Tədris prosesi kredit sistemi ilə təşkil olunmuş orta ixtisas təhsili müəssisələrində fənlər üzrə sillabusların hazırlanmasına dair tövsiyələr
Giriş Hər semestrin əvvəlində kredit sistemi tətbiq olunmuş orta ixtisas təhsili müəssisələri öz saytında ixtisasın təhsil və fənn proqramları əsasında müəllimlər tərəfindən tərtib olunmuş fənlər üzrə sillabuslar yerləşdirilməli və tələbələrə ona sərbəst giriş imkanı yaratmalıdırlar. Sillabuslar tələbələrə fənn və müəllim seçimində köməklik etməli, sadə, asan başa düşülən dildə, lakonik formada tərtib olunmalıdır. Orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə təqdim olunan bu sənəd sillabusun strukturunu və onun hər bir struktur bölməsinin işlənilməsi üçün metodik tövsiyələri özündə əks etdirir. 2
Sillabus – fənnin tədris proqramı Kredit sistemində orta ixtisas təhsili müəssisələrinin müəllimləri tərəfindən yeni tədris-metodiki sənədlər, o cümlədən sillabuslar hazırlamalıdır. Sillabus – fənnin tədris proqramıdır. O, fənni tədris edən müəllim tərəfindən tərtib olunur və fənnin qısa məzmununu, onun əsas xüsusiyyətlərini və s. özündə əks etdirir. Sillabus - tələbə tərəfindən fənnin öyrənilməsi üçün zəruri olan informasiyanı özündə əks etdirir və müəllimlə tələbə arasında olan əsas kommunikasiya vasitəsi kimi istifadə olunur.
Sillabusun titul vərəqisi Azərbaycan Respublikası Təhsil Nazirliyi___________ __________________________________________________________ (Orta ixtisas təhsili müəssisəsinin adı) _______________________________________________________ (Fənnin adı) ___________________________________________________üzrə (Fənn proqramı kim tərəfindən və nə vaxt təsdiq olub) ________________________________________tərəfindən hazırlanmış (müəllimin soyadı, adı, atasının adı) Sillabus 2014-cü il 4
Sillabusun strukturu 1. Müəllim haqqında məlumat 2. Fənn barədə məlumat 3. Tədris planında fənnin tədrisi nəzərdə tutulan vaxt (semestr) və yer (auditoriya) 4. Prerekvizit və postrekvezit fənlər 5. Fənnin xarakteristikası; 6. Fənnin məzmunu, onun öyrənilməsinin əsas məqsədi 7. Fənnin öyrənilməsi nəticəsində tələbə tərəfindən əldə olunan kompetensiyalar 8. Mövzu-təqvim planı 9. İstifadə olunan ədəbiyyat 10. Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsi 11. Tələbələrin nizam-intizamına qoyulan tələblər. 5
Müəllim haqqında məlumat Soyadı____________________________________________________________ Adı ______________________________________________________________ Atasının adı _______________________________________________________ Təhsili ___________________________________________________________ Elmi dərəcəsi ______________________________________________________ Elmi adı __________________________________________________________ Vəzifəsi __________________________________________________________ Əlaqə rekvizitləri _e-mail:_______________tel: (mob)_________(ev)_________ Gün ərzində kollecdə olduğu vaxt______________________________________ Təltiflər __________________________________________________________ Xarici dili bilməsi _________________________________________________ (Bu səhifədə müəllimin şəkili də yerləşdirilə bilər) 6
Fənn haqqında məlumat Fənnin adı___________________________________________ Fənnin kodu_________________________________________ Kreditlərin sayı_______________________________________ Fənn öyrənilən vaxt_________________________________ (semestr göstərilməli) 7
Prerekvizit və postrekvizit fənlər Prerekvizit fənlər dedikdə öyrənilən fənnin mənimsənilməsi üçün tədrisi ilk növbədə zəruri olan fənlər nəzərdə tutulur. Bu bölümdə prerekvizit fənlər göstərilməlidir. Bəzi hallarda isə fənnin mənimsənilməsi üçün prerekvizit olan mövzular da göstərilə bilər. Postrekvizit fənlər - kompetensiya, bilik və vərdişlərə yiyələnmək üçün öyrənilməsi zəruri olan fənlərdir. 8
Fənnin xarakteristikası Fənninin xarakteristikasına - fənnin təyinatı; - fənnin öyrənilməsində məqsəd və vəzifələr; - fənnin qısa məzmunu və onun tədrisi üsulları daxildir. Fənnin təyinatı bölümündə tələbənin təhsil aldığı ixtisasa yiyələnmək üçün həmin fənnin təyinatı və onun öyrənilməsi nəticəsində əldə olunan kompetensiyalar izah olunmalıdır. 9
Fənnin öyrənilməsində məqsəd bölümündə Fənnin öyrənilməsində gözlənilən nəticələr; Fənnin öyrənilməsi zamanı tələbə və müəllimin qarşılıqlı əlaqələri; Tədris olunan fənnin tələbəyə hansı nəzəri bilikləri və ya peşəkar vərdişləri aşılaması barədə məlumatlar verilməlidir. (bu bölümü tərtib edərkən müəllim – “Fənn tələbəni nə ilə tanış edir?”,“Nəyi öyrədir?”, “Hansı bilik və vərdişləri aşılayır?” kimi sualları cavablandırmalıdır). Fənnin xarakteristikası 10
Fənnin məzmunu fənn proqramlarına uyğun təsvir olunmalıdır. Məzmun lokanik (qısa) formada izah olunmalı, fənnin öyrənilməsində tələbələrdə daha böyük maraq doğura bilən mövzular şərh olunmalıdır. Bu bölümü tərtib edərkən müəllim nəzərə almalıdır ki, burada izah olunanlar tələbələr tərəfindən fənn və müəllim seçimində əsas tutulacaq. Fənnin xarakteristikası 11
“Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar” bölümündə buraya daxil olan anlayışlar təsvir olunmalıdır: Kompetensiya – fənnin mənimsənilməsi nəticəsində əldə olunan bilik, bacarıq və vərdişlərin praktiki tətbiqi kimi; Bilik – tələbələrin fənnin məzmununu başa düşməsi, yadda saxlanması və ifadə etməsi kimi; Fənnin xarakteristikası 12
Bacarıq – tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübədə istifadə olunması kimi; Vərdiş – təkrar istifadə zamanı formalaşan bacarıq kimi izah olunmalıdır. Fənnin öyrənilməsinin təqvim planı Bu bölümdə müəllim fənn proqramını izah etməli və təqvim planına qoyulan tələbləri formalaşdırmalıdır. Həmin plan aşağıdakı formaüzrə tərtib oluna bilər: Fənnin xarakteristikası 13
* Tədrisin forması dedikdə, mühazirə, seminar, laboratoriya-məşğələ, işgüzar oyun, treninq, kompyuter texnologiyalarından istifadə olunan dərslər və s. nəzərdə tutulur. Fənnin xarakteristikası Fənnin öyrənilməsinin təqvim planı 14
Tələbənin müstəqil işi bölümündə müəllim müstəqil iş üçün tapşırıqların siyahısını təqdim etməlidir. Bu zaman müstəqil işin kim tərəfindən (müəllim və ya tələbə) planlaşdırılması, hansı məqsədləri daşıması, harada reallaşması (auditoriyada, kitabxanada, laboratoriyada, kompyuter sinifində və s.) və hansı formada təqdim olunması (referat, hesabat, layihə, inşa və s.)barədə məlumatlar verilməlidir. Fənnin xarakteristikası 15
Nəzarətin növləri: cari, aralıq, yekun Bu bölümdə müəllim tələbələrin biliyinə nəzarət və onun qiymətləndirilməsi formaları və məqsədləri barədə məlumatları verməlidir. Cari nəzarətin məqsədi – tələbələrin nəzəri biliklərinin, müəyyən məsələlərin həllində onlardan istifadə etmək səviyyəsinin yoxlanılmasından ibarətdir. Cari nəzarət şifahi və yazılı formada aparılır. Bu bölümdə cari nəzarətin müəllim tərəfindən hansı formada aparılması öz əksini tapmalıdır. Aralıq və yekun nəzarət imtahan formasında həyata keçirilir. Bütün imtahanlar bir qayda olaraqyazılı formada aparılır (burada müəllim imtahanın aparılma qaydasınıizah etməlidir). Tələbələrin biliyinə nəzarət və onun qiymətləndirilməsi 16
Bu bölümdə həmçinin tələbələrin biliyinin qiymətləndirilməsi qaydalarının izahatı verilməlidir. Biliyin qiymətləndirilməsi dedikdə tələbələrin bilik səviyyəsinin etalon göstəricilərlə müqayisəsi nəzərdə tutulur. Qiymətləndirmənin məqsədi tələbələrin təhsilalma prosesiniistiqamətləndirmək və stimullaşdırmaqdan ibarətdir. Tələbələrin biliyinə verilən qiymət obyektiv olmalı və aşkarlıq şəraitində yazılmalıdır (müəllim bunları təmin etmək üçün nə edəcəyini şərh etməlidir). Tələbələrin biliyinə nəzarət və onun qiymətləndirilməsi 17
Tələbənin biliyi 100 ballı sistemlə quymətləndirilir. Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir: 51 baldan aşağı - “qeyri-kafi” -F 51-60 bal - “qənaətbəxş” -E 61-70 bal - “kafi” -D 71-80 bal - “yaxşı” -C 81-90 bal - “çox yaxşı” -B 91-100 bal - “əla” -A Müsbət qiymət almış tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır. Qeyri-müvəffəq qiymət almış tələbə isə həmin fənn üzrə kreditləri qazanmır və mövcud qaydalara görə həmin fənni təkrar dinləməlidir. Tələbələrin biliyinə nəzarət və onun qiymətləndirilməsi 18
Bu bölümdə tələbənin nizam-intizamına qoyulan tələblər izah olunmalıdır. Həmin tələblər ilk növbədə tələbələrin dərsə davamiyyətini, dərslərdə nizam-intizamqaydalarını əhatə etməlidir. Tələblər təhsil müəssisəsinin Nizamnaməsinə uyğun müəyyənləşdirilməlidir. Tələbənin nizam-intizamına qoyulan tələblər 19
1. Sillabus kompyuterdə çap olunmuş 3-5 səhifə həcmində olmalıdır. 2. Mətn Times New Roman şrift ilə 14 ölçüdə olmalıdır. 3. Sillabusun səhifələri nömrələnməlidir. 4. Sillabus orta ixtisas təhsili müəssisələrinin saytında yerləşdirilməlidir. Sillabusun formatına qoyulan tələblər 20
Bakı Sənaye Pedaqoji Kollecinin metodisti Həlimə Süleymanova tərəfindən Kimya fənni üzrə metodik tövsiyələrin əsasında tərtib olunmuş sillabusunnümunəsi əlavə olunur Əlavə 21