110 likes | 290 Views
2008-2012 illər üzrə Rusiyada pərakəndə maliyyə mənbəyinə çıxış imkanının yaxşılaşdırılması üzrə kompleks sistemə dair (ümumi çıxış imkanına malik) KONSEPSİYASI. Müştəri yönümlü Sahibkarların və yerli icma qruplarının mühüm rolu
E N D
2008-2012 illər üzrə Rusiyada pərakəndə maliyyə mənbəyinə çıxış imkanının yaxşılaşdırılması üzrə kompleks sistemə dair (ümumi çıxış imkanına malik) KONSEPSİYASI Müştəri yönümlü Sahibkarların və yerli icma qruplarının mühüm rolu Potensialın artırılması və texnoloji həll yollarının təmin edilməsi üçün hazırlanan tədbirlər Paralel ikili inkişaf istiqaməti: yeni bazarlar əldə etmək üçün bankların “yuxarıdan aşağıya doğru” miqyasının azaldılması və əksinə qeyri-bank institutlarının “aşağıdan yuxarıya doğru” potensialının artırılması. Üst-üstə düşən sahələr üzrə onların tənzimləmə mexanizmi eyni olmalıdır Hökumət pərakəndə maliyyə infrastrukturu, mikromaliyyə və filialsız bankçılıq üzrə müvafiq siyasətlər qəbul etdikdən sonra Konsepsiya həyata keçirilə bilər Təklif edilən tədbirlər yekun variant deyildir, lakin, onlar prioritet hesab olunurlar Konsepsiyanın hədəfləri:Rusiyada müxtəlif çeşidli və çıxış imkanına malik maliyyə sisteminin təşviq edilməsi; 2012-ci ilə qədər ictimai və biznes qurumlarının maliyyə mənbələrinə çıxış imkanlarının 55%-dən 85%-ə qədər yüksəldilməsi, 2020-ci ilə qədər dövrü əhatə edən Rusiyanın İnkişaf Strateegiyasının dəstəklənməsi və Rusiyanın orta təbəqəsinin payının ümumi əhalinin 75%-nə çatması istiqamətində yardımın göstərilməsi Konsepsiyanın məqsədləri :maliyyə mənbəyinə çıxış imkanın və onun makroiqtisadi göstəricilərə təsirinin təhlili; əsas maneələrin müəyyən edilməsi; səmərəli həll yollarının, o cümlədən, siyasi təşəbbüslərin təklif edilməsi; layihənin nəticələri və gözlənilməz hallar
Rusiyada maliyyə xidmətlərinə çıxış imkanı:– yaşayış səviyyəsi, özəl sahibkarlıq, sosial bərabərsizlik, kənd ərazilərinin inkişafı və ölkənin kompleks sosil-iqtisadi inkişafı ilə əlaqə Banklar ilə müddətli əmanətlər Əhalinin təqribən 20-25%-i İstehlak kreditləri Əhalinin təqribən 30%-i İpoteka kreditləri Əhalinin 3%-dən az hissəsi Qiymətli kağızlarla aparılan əməliyyatlar Əhalinin 10%-dən çox olmayan hissəsi Birgə İnvestisiya Fondlarının səhmlərinin alışı Əhalinin təqribən 4%-i Mikrokreditlər Əhalinin 15%-dən çox olmayan hissəsi
Maliyyə xidmətlərinə çıxış imkanının yaxşılaşdırılması və mikromaliyyənin dəstəklənməsi üçün sosial və iqtisadi əsaslar • 2008-ci ilin əvvəlinə olan məlumatlara əsasən Rusiyanın əhalisinin 40%-i maliyyə xidmətlərnə və banklara çıxış imkanına malik olmamışdır: buraya böyük şəhərlərdən kənarda yaşan əhali, aşağı gəlirə malik icmalar və mikro-sahibkarlar daxildir • Hər bir müştəri üçün 300.000 rubl nəzərə alınmaqla ümumi kreditlər üçün məcmu tələb 250 mlrd. rubl olsa da, məcmu təklif 35 mlrd. Rubldan artıq deyildir (tələbəin 14%i) • Eyni zamanda, aşağı gəlirli əhali arasında ilkin kapital üçün tələbin həcmi ən azı 500 mlrd rubldur • Çatışmazlığın infrastruktur baxımdan səbəbləri: 1) maliyyə infrastrukturunun inkişafı üzrə regional fərqlər; 2) hər bir region daxilində bank infrastrukturunun qeyri-bərabər paylanması; • Maliyyə xidmətlərinin təmin edilməsi texnologiyaları hədəf qrupların ehtiyaclarına cavab vermir NƏTİCƏ: problemlərin həlli üçün iki növ tədbirlər tələb olunur: institusional (maliyyə institutlarının potensialını artırmaq üçün) və texnoloji (çıxış imkanının yaxşılaşdırılması üçün texnologiyanın tətbiq edilməsi)
KONSEPSİYA • Əhalinin maliyyə sisteminə geniş çıxış imkanına malik olması • Maliyyə bazarının inkişaf etdirilməsi üçün proqramlar və planlar • Yeni köçürmə və kreditləşdirmə texnologiyaları • Filialsız qurumlar tərəfindən maliyyə xidmətlərinin əhaliyə və KOM-lara çatdırılması üzrə münasibətlərin hüquqi tənzimlənməsi • Tənizmləyici təşəbbüslər Konsepsiya müfəssəl həll yolu təklif edir: pərakəndə maliyyə xidmətlərinin təminatı üzrə müxtəlif modellərin yaradılması (müxtəlif müştəri qruplarına ünvanlanan müxtəlif növ institutlar və texnologiyalar). Müxtəlif alt-maliyyə sistemləri çərçivəsində tənizmləmənin, risk üzrə fərqli nəzarətin və yayınma və ya tənzimlənə bilən müstəqil fəaliyyətin əhəmiyyətli rolu
Kompleks maliyyə sisteminin yaradılması üzrə əsas strategiyalar • Kassa ödəmə aparatlarının, o cümlədən, “mobil bank ofislərinin” yaradılmasının sadələşdirilməsi və ucuzlaşdırılması vasitəsilə bankların filial şəbəkələrinin genişləndirilməsi və diversifikasiyası” • MMİ-lərin dəstəklənməsi və onlar arasında balanslı diversifikasiyanın saxlanılması. Mikromaliyyənin tənzimləmə sisteminin miqyası diversifikasiya edilməli və müştərilərin mühafizəsi üçün tələb edilən səviyyəyə uyğunlaşdırılmalıdır • Filialsız bankçılıq üzrə perspektivli texnologiyaların istifadəsinin dəstəklənməsi. Modelə aşağıdakılar daxildir: Rusiya Poçt İdarəsi və MMİ kimi şəbəkələrə əsaslanan qurumların xidmətlərindən geniş şəkildə istifadə edilməsi; mobil telefona və internetə əsaslanan bankçılıq • Xidmət təminatçılarının funksional potensialının və əməliyyatların həcminin davamlı artımının təmin edilməsi məqsədilə qeyri-bank maliyyə institutundan tənzimlənən kredit institutuna sadə keçid yolunun təklif edilməsi • Əhalinin və KOM-ların rəhbərlərinin maliyyə biliklərinin artırılması üçün ünvanlı proqramların həyata keçirilməsi
Konsepsiya: Əsas tədbirlər • İnstitusional potensialın artırılması üzrə tədbirlər: maliyyə vasitəçilərinin çeşidinin genişləndirilməısi • Bankların filial şəbəkələrinin genişləndirilməsi • NDCO • Kredit Kooperativləri və Kooperativ Banklar • Mikromaliyyə institutlarının yeni növləri (MMİ) • Kredit brokerləri, o cümlədən,ipoteka krediti brokerləri • Yığım agentlikləri və digər “kredit infrastrukturu” • Texnologiya ilə bağlı tədbirlər: • Xidmət təminatının ucuzlaşdırılması və bazara daxil olmaq üçün maneələrin azaldılması (mikromalyyə texnologiyası) • Vasitəçilərin təkrar maliyyələşdirilməsi (KB – kommersiya bankları – MMİ) • Filialsız qurumlar tərəfindən (uzaqdan idarə edilən) xidmət təminatı üzrə texnologiyadan istifadə edilməsi • Əhalinin maliyyə biliklərinin artırılması • Dövlət tərəfindən idarə edilən KOM-lar və mikrobiznes üçün dəstək proqramları
Mühüm siyasi təşəbbüslər • Bazarın şəffaflığının artırılması və investorların qorunması: MMİ üzrə qanunverici bazanın hazırlanması • Kredit kooperativ sisteminin davamlılığının təmin edilməsi: Kredit kooperativlərinə və Vətəndaşların kredit istehlak kooperativləri üzrə qanuna əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihələrinin hazırlanması, Vətəndaşların kredit istehlak kooperativləri üzrə qanunun icrasına nəzarət edəcək dövlət qurumunun təyin edilməsi • NDCO-ların icra strukturları üçün tələblərin təkmilləşdirilməsi və ya tənzimlənməyən “qeyri-kredit” MMİ-lərin tənzimlənən kredit isntitutlarına transformasiyasının dəstəklənməsi • Banklar tərəfindən mikro-kreditlərin verilməsinin dəstəklənməsi • Filialsız bankçılıq sistemi üzrə daha təkmil tənzimləmə bazası: bank qanunvericiliyinə, AİK/CTF qanununa əlavə və dəyişikliklərin edilməsi və elekton-pul sistemi üçün müvafiq maddələrin qəbul edilməsi • Mikromaliyyə sektoru üçün infrastrukturun yaradılması: işçi heyətinin təlimi və yenidən hazırlığı, MMİ-lərin qiymətləndirilməsi və müqayisəli təhlili, ixtisaslaşdırılmış MMİ auditi, mikromaliyyə sektoruna investisiyanın cəlb edilməsi və s.. • Əhalinin və KOM-ların rəhbərliyinin onların ehtiyaclarına uyğun hazırlanan maliyyə üzrə maarifləndirmə proqramlarına cəlb edilməsi
Qlobal Mikromaliyyə • MMİ-lərin ümumi kredit portfeli 70 milyon ABŞ dolları həcmində dəyərləndirilir • Son 6 ildə mikromaliyyə xidmətləri istehlakçılarının ümumi sayı 5 dəfə artmış və mikrokredit götürən müştərilərin sayı 120 milyon nəfərə çatmışdır • Kreditlərin orta həcmi bir neçə ABŞ dollarından bir neçə min ABŞ dollarına qədər dəyişir • Banklar, kredit kooperativləri və ixtisaslaşmış MMİ-lər hər biri ayrılıqda bütün kreditlərin üçdən bir hissəsini əhatə edir • 2006-cı ildə professor Muhammad Yunus mikromaliyyə sektoruna verdiyi töhfələrə görə Nobel mükafatına layiq görülmüşdür • Aİ ölkələrində mikromaliyyədə innovasiyanın təşviqinin, habelə, məşğulluğun artırılması, yoxsulluğun aradan qaldırılması və s. üzrə sosial proqramların tərkib hissəsi kimi dəstəklənir. İxtisaslaşmış mikromaliyyə proqramları mövcuddur • İnkişaf etməkdə olan ölkələrin hökumətləri, həmçinin, sosial və iqtisadi problemlərin həll edilməsində mikromaliyyədən istifadə edir: Meksika təcrübəsi və s.
Russiyanın mikromaliyyə bazarı üçün əlavə yardımçı tədbirlər • Zəmanət fondlarının yaradılması • Mikromaliyyə sektoru üçün təlim institutları, qiymətləndirmə və audit xidmətləri kimi yardımçı infrastrukturun yaradılması və mikromaliyyə sənayesinə investisiyanın yatırılması • MMİ-lər üçün təlimlərin, qiymətləndirmələrin və auditlərin təşkili üzrə sərf edilən xərclərin müəyyən qisminin subsidiyalaşdırılması və yüksək riskli yeni yaranan müəssisələrə kreditlərin verilməsinin həvəsləndirilməsi üçün MMİ-lərin kredit portfelinin dəstəklənməsi • KOM-ların inkişaf etdirilməsi mexanizmi kimi mikromaliyyənin dəstəklənməsi üzrə regional səylərin birgə maliyyələşdirilməsi
Konsepsiya: Gözlənilən nəticələr • Müxtəlif çeşidli, innovasiyaya əsaslanan, dayanaqlı, xarici və daxili risklərə və böhranlara davamlı maliyyə və kredit sistemi • 2012-ci ilə qədər əhali və KOM-ların maliyyə mənbələrinə çıxış imkanının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və 55%-dən 85%-ə çatdırılması • Daha geniş məqsədlər istiqamətində səylərin göstərilməsi, məsələn, 2020-ci ilə qədər ümumi əhali arasında orta təbəqənin payının 75%-ə çatdırılması, ümumilikdə KOM-ların inkişaf etdirilməsi,yoxsulluğun azaldılması, kənd ərazilərinin inkişaf etdirilməsi və ölkənin müfəssəl sosial-iqtisadi inkişafının təmin edilməsi
2012-ci ilə qədər mikromaliyyə sektorunun inkişaf etdirilməsi üzrə ölçüləbilən hədəflər • Ən azı 10 milyon müştəriyə xidmət edən ən azı 5,000 kredit istehlakçı kooperativi • Regional və bələdiyyələr səviyyəsində təşkil edilən mikromaliyyə proqramlarının və KOM-lara dəstək fondlarının sayının regionların və bələdiyyyələrin sayına uyğunlaşdırılması: müvafiq olaraq, 80 və 300 • Hər bir region üzrə NDCO kimi ən azı bir ixtisaslaşmış qeyri-bank kredit institutunun, ümumilikdıə isə 80 qeyri-bank mikromaliyyə institutunun və ya onların filiallarının yaradılması • Əksər bankların kredit siyasətləri mikrokreditlərin verilməsini, KOM-ların dəstəklənməsini və qeyri-bank MMİ-ləri ilə əməkdaşlığı əhatə edir