670 likes | 1.01k Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASININ BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU. www.themegallery.com. Mövzu 2. İnteqrir bitki mühafizə sistemində profilaktiki tədbirlərin rolu. Kənd təsərrüfatı elmləri doktoru,
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQİXTİSASININ BİTKİ MÜHAFİZƏSİİXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU www.themegallery.com
Mövzu 2. İnteqrir bitki mühafizə sistemində profilaktikitədbirlərin rolu Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov
P L A N Alaq otları, xəstəlik və zərərvericilər tərəfindən vurulan zərəri azaltmaq üçün profilaktiki tədbirlər Zərərli orqanizmlərin gətirilməsi və yayılmasının qarşısının alınması (xarici və daxili karantin) Xarici karantin, beynəlxalq təşkilatlar və müqavilələr Daxili karantin Karantinaltı materiallara nəzarət və ekspertiza metodları
Ədəbiyyat 1.Dünyamalıyev M.Z., Eyvazov Ə.Q., Əhmədov S.Ə., Quliyev C.A., Ələsgərova X.N. Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər. Bakı: “Nurlan”, 2008, 196 s. 2.Защита растений в устойчивых системах землепользования (в 4-х книгах): Учебник / Под общей ред. доктора с.х. наук, профессора, иностранного члена РАСХН Д.Шпаара, книга 3, Берлин, 2004, 335 с. 3.Миренков Ю.А., Саскевич П.А., Цыганов А.Р. и др.Интегриро-ванная защита растений Минск: ИВЦ Минфина, 2008, 360 с. 4.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Экологические основы интегрированной защиты растений. Москва: «Колос», 2007, 243 с. 5.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Интегрированная за-щита растений: фитосанитарные системы и технологии. Москва: «Колос», 2009, 670 с. 6.Ali R. Bandani New Perspectives in Plant Protection. Publisher: In Tech, Published, 2012, 246 p.
mədəni bitkilərin yoluxma ehtimalının aşağı salınması zərərli orqanizmlərin populyasiyalarının azalması mədəni bitkilərin və ya onların əkinlərinin müdafiə reaksiyasının fəallaşdırılması Profilaktiki tədbirlərə müsbət fitosanitar təsir aşağıdakı tezislərdə öz əksini tapır: yoluxmanın zərərli təsirinin azalması zərəri kompensasiya edən və bitkilərin məhsuldarlığını təmin edən başqa amillərin səmərəliliyinin yüksəldilməsi
İnteqrir mühafizə və fitosanitar optimallaşma strategiyasının müqayisəli göstəriciləri
Zərərli orqanizmlərin gətirilməsi və yayılmasının qarşısının alınması (xarici və daxili karantin) Bitkilərin xəstəlik törədicilərinin və zərərvericilərinin yayılması dünyada bərabər deyildir, nəticədə təhlükə yaranır, onlar əvvəllər qeydə alınmayan yeni regionlara miqrasiya edə bilirlər. Kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətinin və bitki mühafizəsi sisteminin inkişafı, onun müasir tələblərə uyğun qurulması aktuallığını bu gün də saxlayır. Hər il külli miqdarda çiçəklər və güllər, səpin və əkin materialı, habelə ərzaq məhsulları dünyanın bir ölkəsindən digərinə daşınır. Beynəlxalq turizmin kütləvi inkişafı, transkontinental hava laynerlərinin xətlərə buraxılması bitki mühafizəsinin əhəmiyyətinə bir daha nəzər salmağa dəlalət edir. Bu şəraitdə xarici və daxili karantin zərərli orqanizmlərdən qorunmada vacib şərtlərdəndir.
Sonuncu 40 ildə kənd təsərrüfat məhsullarının dünya eksportunun inkişafı, min tonla (FAOSTAT Database Results)
Dünyanın müxtəlif ölkələrinə gələn turistlərin sayı, mln. Qeyd: Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.
Zərərli patogen və zərərvericilərin Avropaya daşınma nümunələri
Bitki karantinin tərifi aşağıdakı kimi səslənir: “Bitki karantini” bütün dövlət və dövlətlərarası tədbirlərin məcmusudur, bu tədbirlər nəticəsində ölkələrə yeni zərərli orqanizmlərin paylanması aklimatizasiyasının və daşınmasının qarşısı alınır. Görülən tədbirlər nəticəsində təbii ekosistemlərin zədələnməsi imkanları çıxdaş edilir. Bu baxımdan karantin yeni ekoloji tərəzi formasında özünü biruzə verir. Çoxlu karantin orqanizmləri təbii ekosistemlərə ciddi zərər vurur, bununla əlaqədar onları ətraf mühitə zərərli təsir nöqteyi nəzərindən kirtik qiymətləndirirlər.
Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi razılaşma “Bioloji müxtəliflik haqqında” (Convention on Biological Diversity, 1992)” bu “invazitiv ekzotlar”, qeyri “biotlar” və ya “invazorlar” başqa ərazinin bitkiləri, heyvan və ya mikroorqanizmləri üçün “invaziv” kimi səsləndirilir. İnvaziv növlər bir çox aborigen növləri sıxışdırır və yaşamalarını təhlükə altında qoyur. Nümunə üçün Almaniyaya gətirilən yapon kollu ropees (Fallopia japonica) və saxalin ropees (Fallopia (Reynontria) sachalinnensis) göstərmək olar, onlar böyük problemlər yaradırlar.
Hansı ki, dövlətin ərazisində yoxdur və ya çox məhdud sahələrdə rast gəlinir Yeni ərazilərə daxil olmanın real gətirilmə imkanları Karantin zərərli orqanizmlərə aiddir: Gətirilən zaman təsərrüfatda ciddi zərər vurma və ya dövlətin ərazisində ekoloji narahatçılıqlar törədə bilənlər Hansı ki, mübarizəsi xüsusi tədbirlər tələb edir, idxal edilən məhsullara baxış nəzarət, sərhəd regionlarında nəzarət etmə, idxal, tranzit və ixraca qadağa
Xarici karantin, beynəlxalq təşkilatlar və müqavilələr Bitkilərin xarici və daxili karantinini fərqləndirirlər. Xarici karantin dövlətin ərazisinə zərərli orqanizmlərin daşınmasının qarşısını almağa yönəldilmişdir. Onun həyata keçirilməsinin mürəkkəbliyi ondadır ki, sərbəst ticarətə əhəmiyyətli məhdudiyyət qoyulmasa, ölkə gömrüyündə baxış və ya yoxlama nəzarəti ilə zərərli obyektlərin qarşısını almaq mümkün deyildir. O, milli qanunvericiliyə, beynəlxalq dövlətlərarası müqavilələrə və konvensiyalara əsaslanır.
Ölkəmiz üçün xarici karantin obyektləri hesab edilən bitki xəstəlikləri aşağıdakılardır: 1.Buğdada hind sürməsi (Neovossia indica Mundcur); 2.Buğdada sarı (selikli) bakterioz (Corynebacterium tritici (Hutch.) Burkh.); 3.Qarğıdalıda bakterioz soluxma (Bacterium stewarti (Smith.) Bergey); 4.Qarğıdalıda cənub helminthosporiozu (Cochliobolus heterostrophus Drechsl.); 5.Pambıqda antraknoz (Glomerella gossypii Edg.); 6.Kartofda xərçəng (Syhchytrium endobioticum (Schibb.) Pers.); 7.Meyvə ağaclarında yanıq (Erwinia amylovora (Burill.) Com. S.A.B.); 8.Sitruslarda xərçəng (Xanthomonas citri (Hasse.) Dowson); 9.Sünbülçiçəyi bitkisində sarılıq, qərənfildə bakterial (vilt) soluxma (Pseudomonas caryophylli Starr. and Burkholder); 10.Payızgülüdə askoxitoz (Didymella chrysanthemi (Tossi) Gar. et Gull.); 11.Payızgülündə ağ pas (Puccinia horiana Henn.).
Buğdada sarı (selikli) bakterioz - Corynebacterium tritici (Hutch.) Burkh.
Qarğıdalıda bakterioz soluxma -Bacterium stewarti (Smith.) Bergey.
Qarğıdalıda cənub helminthosporiozu - Cochliobolus heterostrophus Drechsl.
Meyvə ağaclarında yanıq - Erwinia amylovora (Burill.) Com. S.A.B.
Karantin üçün beynəlxalq əsas bitki mühafizəsi üzrə beynəlxalq konvensiyadır (İnternational Plant Protection Convention - İPPC). Bu konvensiya 1951-ci ilə aid olub, standartlar əsasında işlənmişdir. Həmin müqavilə lazım olduqda dövlətə bitkiçilik məhsullarının və digər karantin obyektlərinin daşıyıcılarının gətirilməsinə qadağa və ya məhdudiyyətlər qoymağa səlahiyyətlər verir. Konvensiya görə dövlət öz ərazisi üçün yad olan zərərli orqanizmlərin risk və təhlilini aparır, potensial zərərli orqanizmlərin əmələ gəlməsi haqqında daim monitorinqlər edir, digər dövlətlərə bu barədə informasiya verir, bütün karantin tədbirlərini açıq şəraitdə həyata keçirir. Konvensiyanı əhatə edən belə növlərin spektri genişdir.
Onlara aiddir: Ekosistemlərdə aborigen növləri sıxışdıran və ya alaq otları kimi özünü göstərən bitki növləri (ABŞ-da, məsələn, qeydə alınan 500 alaq növlərindən 230 növü xaricdən gətirilmişdir, onlardan 15-i isə ən ziyanlısıdır. Kanadada 107 alaq növündən 78 əhəmiyyətli alaq otlara xaricdən gətirilmişdir)
Mədəni bitkiləri yoluxan fitopatogen virus, bakteriya və göbələk növləri, ras və patotipləri (Məsələn, son illər MDB ölkələrinə gətirilən və günəbaxanda fomopsis xəstəliyinin törədicisi Diaporthe helianthi (Phomopsis helianthi) və ya yabanı floranın nümayəndələri)
Mədəni bitkilərə zərər vuran heyvan növləri Məsələn, Diabrotika böcəyi (western corn rootworm – Diabrotica virgifera virgifera) Amerika kontinentində qarğıdalının ən təhlükəli zərərvericisidir, bu zərərvericinin verdiyi itkilər hər il ABŞ-da 1 milrd. ABŞ dolları həcmində valyuta ilə ölçülür, dünyada 20 mln. hektarda qarğıdalı zoğlarını yoluxur. 1992-ci ildən başlayaraq yüksək surətlə Avropada yayılmağa başlamışdır. Lakin bura faydalı faunanın növlərinə zərər vuran heyvan növləri də daxildir, məsələn, yeni Zelandiya yastı qurdu (Arthurdendyus triangulatus), növ yağış qurdları ilə qidalanır. Bu zaman mədəni bitkilərin və ya yabanı növlərin yoluxması əhəmiyyətli deyildir. Onların təsiri qiymətləndirilərkən yalnız düzünə itkilər hesablanmır, burada fitosenoz və ekosistemlərə sonrakı təsir də önəmlidir. İnsan orqanizminə məhsulların istifadəçisi kimi yox, estetik landşaftdan istifadənin üzvləri kimi mənfi təsirlidir.
virgifeta virgifera) Diabrotica virgifeta virgifera - diabrotika böcəyi
Karantinliyi əsaslandırılmış hallarda zərərli orqanizmin gətirilməsi (karantin obyekti nəzərdə tutulur) və sahib bitkinin və ya başqa bitki növlərinin idxal edilməsi tamamilə qadağan edilir. Belə ki, son illər Avropanın müxtəlif ölkələrinə ağac mənşəli qablaşdırıcı materialla meşənin ciddi zərərvericilərindən olan şam ağac nematodu (Bursaphelenchus xylophilus) gətirilmişdir. Bu nöqteyi nəzərdən çin uzunbığ böcəyi də (Anoplophora glabripennis) unudulmamalıdır.
Xarici karantinin əsas elementi kimi zərərli orqanizmlərin miqdarına nəzarət əhəmiyyətli elementlərdəndir. O, aşağıdakı yollarla aparılır: ümumi monitorinq ilə yeni zərərli orqanizmlərin qeydə alınıb məhv edilmə tədbirlərinin həyata keçirilməsi kənd təsərrüfatına yaralı torpaqlarda, parklarda, meşələrdə və başqa təbii ekosistemlərdə həyata keçirilir idxal monitorinqi isə, bütün bitkiçilik və bitki mənşəli məhsulları özündə birləşdirir, karantin obyektləri üzə çıxarmağa və onların gətiriliməsinin qarşısının alınmasına xidmət edir, habelə ixrac edən ölkələr idxal edici ölkələrin hüquqi aktlarına əməl edilməsini yoxlayır
ixrac monitorinqin təyinatına ixrac olan canlı bitkilər və bitki məhsulları məruz qalır meydançaların istiqamətli monitorinqi, vaxt baxımından burada məhdudlaşma var. Məsələn, yenidən deklarasiya olunmuş karantin obyektlərinin parçalanması barədə nəticə almağa imkan verir
Müasir dövrdə o Avropa Birliyi ölkələrində şam meşələrinin yoluxmasına nəzarət üçün həyata keçirilir. Şam ağacı nematodu (Bursaphelenchus xylophilus), tomat - pepino mozaik virusu (Pepino mosaic virus), başınağacı- Phytophthora ramorum və tumlu, çəyirdəkli meyvə plantasiyalarında Monilinia fructicola
Monilinia fructicola
1996-cı ildə Bitki mühafizəsi üzrə Beynəlxalq konvensiyanın katibliyi və bitki mühafizəsi üzrə Avropa təşkilatı tərəfindən 1997-ci ildə fitosanitar riskin qiymətləndirilməsi üçün sxem işlənmişdir. 2000-ci ildə isə fitosanitar riskin menecmenti üçün sxem hazırlanmışdır. 2001-ci ildə bitki mühafizəsi üzrə Beynəlxalq konvensiyanın katibliyi tərəfindən yeni standart hazırlanmışdır ki, bunun da əsasında zərərli orqanizmin karantin siyahısına daxil edilib edilməməsi haqqında qərar qəbul edilir. 2003-cü ildə əlavə standart nəşr edildi ki, detal şəkildə karantin obyekt üçün bioloji çoxşəkilliyin nəticələri hesabata götürülür. Bu əlavələr “İnvaziv bitkilər”ə qarşı tətbiq edilir və qiymətləndirmə zamanı aşağıdakı parametrlər hesablanır:
başlıca bitki növlərinin sıxışdırılması (ekosistemin əsas tərkib elementləri olan bitki növləri və qırmızı kitaba düşən bitki növləri) siqnifikasiya (reduksiya və ya başqa növlərinin sıxışdırılıb çıxarılması, fitosenozlara mənfi təsir, ekoloji həssas region və landşaftlar üçün nəticələr, ekoloji proseslərin və ekosistlərin funkusiyasının dəyişməsi) insanın istifadəsinə təsir, məsələn, suyun keyfiyyəti, istirahət, ov, balıq tutma və s.
Xarici karantinin dövlət hüquqi aktlarının məzmununa aşağıdakılar daxildir: gətirilməsi qadağan edilən zərərli orqanizmlərin siyahısı gətirilmə zamanı müəyyən zərərli orqanizmlərlə yoluxması qadağan edilən bitki və bitkiçilik məhsullarının siyahısı gətirilməsi qadağan edilən (çox zaman müvəqqəti) bitki və bitkiçilik məhsullarının siyahısı
zərərsizləşdirildikdən sonra gətirilməsinə icazə verilən bitkilərin siyahısı idxal və ixraca qarşı fitosanitar tələblər müəyyən dövlətlərə ixrac zamanı fitosanitar tələblər nəzarət və sertifikasiya tədbirləri Ədəbiyyat məlumatlarında göstərilir ki, Rusiyada karantin xidməti yarandıqdan sonra 128 min halda ölkəyə gətirilən 100 növ karantin zərərli orqanizmin qarşısı alınmışdır