1 / 16

METROLOGIYANIN ƏSASLARI § 7 . RUSİYA ÖLÇÜ VASİTƏLƏRİNİN KALİBR - LƏNMƏSİ VƏ YOXLANMASI.

Azərbaycan Dövlət Aqrar Universiteti İnformasiya texnologiyaları, aqromü h əndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası. METROLOGIYANIN ƏSASLARI § 7 . RUSİYA ÖLÇÜ VASİTƏLƏRİNİN KALİBR - LƏNMƏSİ VƏ YOXLANMASI.

truda
Download Presentation

METROLOGIYANIN ƏSASLARI § 7 . RUSİYA ÖLÇÜ VASİTƏLƏRİNİN KALİBR - LƏNMƏSİ VƏ YOXLANMASI.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universitetiİnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası METROLOGIYANIN ƏSASLARI § 7. RUSİYAÖLÇÜ VASİTƏLƏRİNİN KALİBR-LƏNMƏSİ VƏ YOXLANMASI. Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. P L A N: 1. Ölçü vasitələrinin yoxlanması; 2. Ölçü vasitələrinin kalibrlənməsi.

  3. Ə D Ə B İ Y Y A T 1. СмитлзК. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник для стад. Высш. УчеДаведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.

  4. Ölçü vasitələrinin yoxlanması –dövlət metroloji xidmət təşkilatları tərəfindən yerinə yetirilən əməliy-yatlar çoxluğu olub, ölçü vasitələrinin müəyyən edilmiş mütləq tələblərə uyğunluğunun təyini və təsdiqi məq-sədini güdür (bu işləri digər səlahiyyətli təşkilatlar da yerinə yetirə bilər). Metroloji nəzarətə və yoxlamaya təqdim olunan ölçü vasitələrinin yoxlanması onlar istehsalatdan yaxud təmir-dən çıxarıldıqda, ixrac üçün daşındıqda, saıtldıqda və icarəyə verildikdə və həmçinin istismarda olduqda apa-rılır. Qaydalar PR 50.2.006 – 98 «DMX. Ölçü vasitə-lərinin yoxlanmasının yerinə yetirilməsi ardıcıllığı » müəyyən edilmişdir ki, ölçü vasitələrinin yoxlanmasını dövlət metroloji xidmət orqanları (DMX), dövlət elmi -

  5. metroloji mərkəzlər (DEMM) və həmçinin akureditə edilmiş metroloji xidmət hüquqi şəxsləri həyata keçirə bilər. Yoxlama PR50.2.012 – 94 « DMX. Ölçü vasitələri-nin yoxlayıcılarının atestasiyası ardıcıllığı » qaydalarına müvafiq olaraq atestasiya edilmiş yoxlayıcılar –fiziki şəxslər tərəfindən onların tipini müəyyən etmək üçün sınaq nəticələri ilə təsdiq edilmiş normativ sənədlərə əsasən aparılır. Əgər yoxlama nəticəsində ölçü vasitə-lərinin tətbiq üçün yararlığı təsdiq edilərsə onda ona və texniki sənədləşməyə yoxlama kleymosu –(yarlığı) –nın surəti əlavə edilir və « Yoxlama şəhadətnaməsi » verilir. Əgər yoxlama nəticəsində ölçü vasitələri tətbiq üçün (istifadə üçün) yararsız hesab edilərsə onda yoxlama uleymosunun surəti və «yoxlama şəhadətnaməsi» ləğv edilir və «yararsızlıq məlumatı» yazılır və yaxud texniki

  6. sənədləşməyə uyğun qeydlər edilir. Aşağıdakı yoxlama növləri mövcuddur: • İlkin yoxlama –təsdiq edilmiş ölçü vasitələri isteh-salatdan çıxarıldıqda, təmir-dən sonra, xaricə daşın-dıqda yerinə yetirilir.Yeganə istehsallı ölçü vasitələri tipinin təsdiqində onların hər biri üçün onların tipini təsdiq edən sertifikat hazırlanır; bu ölçü vasitələri ilkin yoxlamaya cəlb edilmir. • Dövri yoxlama istismarda olan ölçü vasitələrində müəyyən yoxlama intervalları arasında aparılır. Bu növ yoxlanmanın keçirilməsində məqsəd ölçü vasitələrinin metroloji göstəricilərinin vaxt və digər təsirlər səbəbin-dən onlarda ortaya çıxa biləcək itgilərin aşkar edilmə-sidir. Dövri yoxlama metroloji xarakteristikaların müvəq-

  7. qəti qeyri –stabilliyindən, istismarın intensivliyindən və ölçü vasitələrinin köməyi ilə alınmış nəticələrin vacibli-yindən asılıdır. ÜRETMXİ (Ümumrusiya elmi –tədqiqat metroloji xidmət instit.) – nin mövcud tövsiyyələrində - MИ 2273 – 93 «DMX. Yoxlamaya məlum ölçü vasitələrindən isti-fadə oblastı», uyğun olaraq birinci yoxlamarası interval tipin təsdiqi üçün müəyyən edilir. Yoxlama-lararası intervalın təshihi ölçü vasitələrinin tətbiqinin spesifikası nəzərə alınmaqla metodik materiallara uyğun olaraq yerinə yetirilir MИ 1872 – 88 «DMX. Nümunəvi ölçü vasitələrinin yoxlamalararası intervalı. Təshih və təyin metodikası».

  8. • Növbədənkənar yoxlama yerinə yetirilir: ölçü vasitələrinin tətbiqi üçün yararlılığının təsdiqinə ehtiyac olduqda; ölçü vasitələrinin komplektləşdirici qismində yox-lamalararası intervalın yarısı keçdikdə tətbiqi halın-da; kleymo zədələndikdə yaxud yoxlama şəhadətnaməsi itdikdə; uzunmüddətli konservasiyadan sonra istismara veril-dikdə (yəni bir yoxlamalararası intervaldan artıq müddətdə); ölçü vasitəsi istehlakçıya yoxlamalararası intervalın yarısı keçdikdən sonra göndərildikdə. • Ekspert yoxlaması –ölçü vasitələrinin metroloji xarakteristikalarına aid olan onların sazlığı və tətbiqi üçün yararlığı ilə bağlı fikir ayrılığı olduqda həyata keçirilir.

  9. • Müfəttiş yoxlaması –dövlət yoxlaması yaxud müəssisə nəzarəti çərçivəsində birinci yaxud dövri yoxlamaların keyfiyyətinə nəzarət etmək və ölçü vasi-tələrinin tətbiq (istifadə) üçün yararlılığını təyin etmək üçün yerinə yetirilir. Ölçü vasitələrinin kalibrlənməsi. Hazırda RF –da bazar iktisadiyyatına keçid metro-loji fəaliyyətin təşkilinin elə formasının axtarışını labüd edir ki, burada iqtisadiyyatın bazar əlaqələrinə uyğun-luğu təmin edilmiş olsun. Belə formalardan biri Rusiya kalibrləmə sisteminin təşkili (RKS) ola bilər və sxemi aşağıdakı kimi ola bilər (Şəkil 1). Ölçü vasitələrinin tətbiq üçün yararlılığına görə iki

  10. növ yoxlama üsulu var: Yoxlama və kalibrləmə. Ölçü vasitələrinin kalibrlənməsi – ölçü vasitələrinin dövlət metroloji nəzarət və yoxlanmasına aid olmayan və müəyyən edilmiş tələblərə uyğun olaraq tətbiq sahə-sində yararlığını və metroloji xarakteristikalarının həqi-qi qiymətlərinin təyini və təsdiqi məqsədi ilə kalibrləmə laboratoriyalarında yerinə yetirilən əməliyyatlar çoxlu-ğudur. Ölçü vasitələrinin kalibrlənməsinin nəticələrinin üzərində kalibrləmə nişanı yaxud kalibrləmə sertifikatı, həmçinin istismar sənədlərində qeydlərlə təsdiqlənir.

  11. RKS-nın Şurası RKS –nin Mərkəzi orqanı RKS-nın elmi-metodik mərkəzi Akkreditasiya orqanlarının qeydiyyatı Akkreditasiyaorqanları (dövlət elmi metroloji mərkəz, Dövlət Metroloji xidmət (DMX) orqanları Akkerditasiya Metroloji xidmətin akkreditasiya olunmuş kalibrləmə işlərini yerinə yetirmə hüququ olan hüquqi şəxslər Akkreditasiya Ölçü vasitələri Şəkil 1. Rusiya kalibrləmə xidmətinin sxemi.

  12. Yoxlam (mütləq dövlət yoxlaması) adətən dövlət metroloji xidmət (DMX) orqanları tərəfindən, kalibr-ləmə isə -istənilən aukreditasiya edilmiş və yaxud aukreditasiya edilməmiş təşkilatlar tərəfindən yerinə yetirilə bilər. Yoxlama Dövlət Metroloji nəzarət (DMN) struk-turuna aid ölçü vasitələrinin tətbiq sahələri üçün müt-ləqdir, kalibrləmə isə könüllü prosedur olmaqla DMN strukturu-na aid olmayan ölçü vasitələrinə aid edilir. Müəssisə ölçü vasitələrinin vəziyyətinə nəzarət etmək üçün forma və rejimləri özü müstəqil olaraq seçə bilər, ancaq istisna hal kimi elə sahələr vardır ki, burada bütün dünya dövlətləri öz nəzarətlərini müəyyən edir: - buraya səhiyyə, əməyin təhlükəsizliyi, ekologiya və s. aiddir.

  13. Dövlət nəzarətindən azad olan müəssisə heç dəzəif olmayan bazar nəzarətinə düşür. Bu onu göstərirki, müəssisələrin “metroloji davranışa” görə seçiminisbi olduğun-dan, mütləq metroloji qaydalara riayət olun-malıdır. İnkişaf etmiş ölkələrdə bu qaydaların icrasının müəyyən edilməsinə və nəzarətə «milli kalibrləmə xidməti» adlandırılan qeyri –dövlət təşkilatları tərəfindən yerinə yetirilir. Bu xidmət dövlət metroloji xidmətin nəzarətinə düşməyən ölçü vasitələri ilə əlaqədar olan sualların həlli və nizamlanması funksiyasını öz üzərinə götürür. Rəqabətə davamlı məhsul istehsalına meyl müəs-sisələrin daha dəqiq nəticələr verən ölçü vasitələri əldə etməyə sövq edir.

  14. Məhsulların sertifikatlaşdırılması sisteminin tətbiqi ölçü vasitələrinin uyğun sə-viyyədə saxlanmasını əlavə olaraq stimullaşdırır. Bu 9000 seriyalı İSO standartları ilə reqlamentləşdirilən keyfiyyət sistemi tələbləri ilə razılaşdırılır. Rusiya kalibrləmə sisteminin (RKS) qurulması aşa-ğıdakı prinsiplərə əsaslanır: daxil olmanın könüllüyü; ölçü vahidlərinin dövlət etalonlarından alınmasının vacibliyi; personalın profesionallığı və səriştəliliyi; özümü maliyələşdirən və özünü doğruldan. RKS –nin əsas bəndi – kalibrləmə laboratoriyasıdır. Bu müstəqil müəssisə ya-xud şöbə olub (metroloji xidmət müəssisəsi tərkibində) öz tələbatlarını və yaxud

  15. kənar təşkilatların da ölçü vasitələrinin kalibrlənməsini yerinə yetirə bilər. Əgər kalibrləmə kənar təşkilatda yerinə yetirilərsə onda, kalibrləmə laboratoriyası RKS orqanla-rında aukreditasiyası keçirilməlidir. Aukreditasiyanı dövlət elmi – metroloji mərkəzlər yaxud Dövlət metroloji xidmət orqanlarında öz səlahiy-yətlərinə uyğun yerinə yetirirlər. Metroloji xidmətin aukreditasiyası qaydası RF Dövlət Standartlaşdırma Komitə-sinin 28 dekabr 1995 il №95. Qərarları ilə «Hüquqi şəxslərin kalibrləmə işləri-nin yerinə yetirilməsi metroloji xidmətinin aukre-ditasiyası Qaydası» təsdiq edilmişdir.

  16. Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN

More Related