200 likes | 716 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaş - dırma və sertifikasiya kafedrası. METROLOGIYANIN ƏSASLARI - FƏNN. § 11. ŞƏRQİ AVROPA ÖLKƏLƏRİNDƏ METROLOGİYA.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIİnformasiya texnologiyaları,aqromühəndislikvə energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaş-dırma və sertifikasiya kafedrası METROLOGIYANIN ƏSASLARI - FƏNN. § 11. ŞƏRQİ AVROPA ÖLKƏLƏRİNDƏ METROLOGİYA Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010
PLAN: 1. Şərqi və Mərkəzi Avropa dövlət- lərində metroloji fəaliyyətin bəzi xüsusiyyətləri. 2. Macarıstanda metrologiya. 3. Bolqarıstanda metrologiya. 4. Polşada metrologiya. 5. MDB – də metrologiya.
Ə D Ə B İ Y Y A T 1. Смитлз К. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник длястад. Высш. Учеб. Даведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.
Mərkəzi və Şərqi Avropa dövlətlərində metro-logiyanın ənənələri əsrlərlə müqayisə edilə bilər. Bu dövlətlərdən Almaniyanı, Rusiyanı, Polşanı, Çexiyanı, Macarıstanı, Bolqarıstanı, Rumıniyanı, Slovakiyanı göstərmək olar. Metrologiyanın tə-şəkkül tapmasında bu dövlətlərin əməkdaşlığı müsbət rol oynamışdır. Eyni vaxtda regionun bəzi dövlətlərində metrologiya başlanğıc vəziyyətdə-dir (Albaniya, Sloveniya, Estoniya, Latviya). Onlar üçün kadr məsələsi və elmi potensialın inkişaf etdirilməsi xüsusilə aktualdır. Əksər dövlətlərdə metrologiyanın hüquqi bazası yaradılmışdır və qanunverici metrologiya ölçmələr
vəhdətinin və istehlakçıların hüquqlarının qorunmasını təmin edir. Bu dövlətlərin parlamentləri tərəfindən qəbul olunmuş qanunverici aktlar qanunverici metrologiyanın Beynəlxalq təşkilatının (QMBT) metodiki sənədləri və inkişaf etmiş dövlətlərin metroloji qanunvericiliyi ilə harmonizasiya olunmuşdur. Regionda metrologiyanın vəziyyətində ümumi əlamətlərin olması ilə yanaşı oda görünür ki, bu sahədə dövlət və bazar fəaliyyəti təşkiledicilərinin nisbəti iqtisadiyyatın islahat olunma nisbətlərindən asılıdır. İdarəetməyə sərf olunan xərcləri azaltmaq məqsədilə dövlət metrologiyanın bəzi funksiyalarını müxtəlif mül-kiyyət formalı müəssisələrə ötürür. Bununla yanaşı belə bir aydınlıq əldə edilmişdir ki, metrologiyada tələb
və qaydaların harmonizasiyası beynəlxalq ticarətdə və Avropada baş verən inteqrasiya proseslərindəki texniki maniələrin aradan qaldırılmasına təkan verir. Macarıstanda metroloji fəaliyyətə metrologiya üzrə Dövlət idarəsi rəhbərlik edir. Əsas hüquqi aktlar 1991 – 1992 –ci illərdə qəbul edilmişdir. 127/91 saylı Dövlət Dekretik və metrologiya üzrə qanun XVV (1992). Metrologiya üzrə bütün qanunverici və normativ aktlar qarbi –avropa dövlətlərinin qanunvericiliyi ilə harmo-nizasiya olunmuşdur. Bunun nəticəsində sınaqların qar-şılıqlı tanınması, fakultətiv sınaqların və yoxlamaların aparılması, eləcədə laboratoriyaların akkreditasiyası sa-həsində metrologiya üzrə Dövlət idarəsinin fəaliyyəti üçün baza yaranmışdır.Metrologiya üzrə fəaliyyət Hö-kümətin adından hərəkət edən sənaye və ticarət Nazirliyi tərəfindən nəzarət edilir.
Dövlət idarəsinin işi dövlət büdcəsindən maliy-yələşdirilir, eyni vaxtda təsərrüfat hesablı fəaliyyət də yerinə yetirilir. Ölkədə metrologiyanın bütün istiqamətləri inkişaf edir: - prioritetləri milli etalonlar və elmi tədqiqatlar olan elmi metrologiya; - qanunverici metrologiya, onun əsas istiqamətləri olan ölçü vasitələrinin yoxlanması, tiplərin sınağı; - təcrübi metrologiya, müəssisələrdə məhsulun key-fiyyətini təmin etmək üçün sistemlərin tətbiqinin geniş-lənməsi. Metrologiya üzrə Dövlət idarəsi mərkəzi və yerli yoxlama idarələri vasitəsilə yoxlama fəaliyyətini həyata keçirərək eyni vaxtda kalibrləmə laboratoriyalarının akkreditasiyası üzrə orqandır.
50 –dən artıq kalibrləmə laboratoriyası avropa tələb-lərinə uyğunluğu üzrə akkreditasiya olunmuşdur, ak-kreditasiyanın keçirilməsi qaydaları isə metrologiya üzrə Akkreditasiya komissiyası tərəfindən işlənib ha-zırlanmışdır. Metrologiya üzrə beynəlxalq əlaqələrdən ən əhəmiyyətlilərdən biri alman metroloqları ilə apa-rılan fikir mübadiləsidir. 1995 –ci ildə Macarıstan EAL və VELMET –in assosiyalaşdırmış üzvü seçil-mişdir, AVRO MET -ə də üzv olmağa hazırlaşır. Bolqarıstanda metroloji fəaliyyət 1952 – ci ildə qəbul edilmiş “Ölçülər və ölçü cihazları haqqında” Qanunla və 1995 –ci ildə QMBT –in tövsiyyələrini nəzərə almaqla aparılır. Milli orqan standartlaşdırma və metrologiya üzrə Komitədir.
Dövlət metroloji struktura metrologiya üzrə Milli mər-kəz, metrologiya üzrə 15 regional mərkəzlər daxildir. Bunların tərkibində metroloji və sertifikasiya laborato-riyaları fəaliyyət göstərir. Milli mərkəz milli etalon bazası üzrə məsuliyyət daşıyır; məcburi yoxlamaya uğradılan ölçü vasitələrinə normativ sənədlər işləyib hazırlayır; ölçü vasitələri tipinin təsdiq üçün sınaqlar aparır və eləcədə metroloji laboratoriyalarının akkredita-siyası ilə məşğul olur. Etalonlar və eləcədə səhiyyə, əmək mühafizəsi, radiasiya səviyyəsi və maddi dəyərlərin ölçülməsi sa-həsində istifadə olunan ölçü vasitələri məcburi metroloji nəzarətə uğradılır. Tipin bilavasitə sınağını və yoxla-maları Milli mərkəzin,regional metrolojimərkəzlərin və
digər dövlət təşkilatları və özəl firmaların strukturuna daxil olan metroloji laboratoriyaları yerinə yetirirlər. “Ölçülər və ölçü cihazları haqqında” Qanun dəyişdiril-məsi ilə əlaqədar yoxlama avadanlığının yeniləşdirilmə-sində Bolqarıstana Almaniya və AŞ – ı kömək edir. Polşada metrologiyanın yeni tarixini 1993 –cü ildən hesablayırlar. Həmin ildə “Ölçülər haqqında” qanun qəbul edilmişdir. Bu Qanunun əsasında əsas vəzifəni metrologiya üzrə milli tələblərin AŞ –nın qayda və normaları ilə harmonizasiyasın-dan ibarət olan ölçülər Baş idarəsi yaradılmışdır. “Ölçülər haqqında” Qanuna müvafiq olaraq ölçü vasitələri yoxlanmaya, kalibrlən-məyə və tipinin təsdiq olunmasına uğradılmalıdır. Ti-carətdə inzibati işlərdə, əməyin və ətraf mühitin mü-zakirəsi sahəsində istifadə olunan ölçü vasitələri məcburi metroloji nəzarətə uğradılmalıdırlar.
Tipin təsdiqi və yoxlama hüququna yalnız Dövlət met-roloji idarə malikdir. Kalibrlənməyə buraxılmaq üçün bu əsas şərtdir. Kalibrləməni istənilən tabeçilikdə olan idarələr yerinə yetirə bilər: elmi institutların labora-toriyaları və ölçülər üzrə Baş idarə tərəfindən müəyyən edilmiş və akkreditasiya olunmuş digər təşkilatlar. Baş idarədən başqa Polşada mahal və rayon ölçü idarələri də fəaliyyət göstərir. Mərkəzi orqan dövlət büdcəsindən maliyələşdirilir, metroloji fəaliyyətdən gələn gəlir isə yoxlamaların aparılmasından, ölçü vasitələrinin attesta-tiyasından qiymətli metalların tərkibinin analizindən və onların damğalanmasından alınan gəlirlərdən toplanır. Ölçülər üzrə Baş idarə ÖÇBT və QMBT – ı, eləcədə metrologiya üzrə avropa təşkilatları ilə əməkdaşlıq edir.
MDB –nə üzv olan dövlətlərdə metroloji fəaliyyətin bərqərar olunması və inkişaf üzrə sistematik iş aparılır. Belorusda qanunverici metrologiya sahəsindəki dövlət siyasətini “ölçmələrin vəhdətinin təmin edilməsi barədə” –ki Qanun əsasında Belstandart aparır. Qanun-verici metrologiya termin və təyinlərə, etalonlara vahid-lərin ölçülərinin etalonlarda ölçü vasitələrinə ötürülmə-sinə standart nümunələrə və standart sorğu məlumat-larına, dövlət sınaqlarına və tipin təsdiq olunmasına, metroloji nəzarət və yoxlamaya, beynəlxalq əməkdaşlığa və kadr hazırlığına istiqamətləndirilmişdir. Ölçü vasitə-lərinin Dövlət sınaqlarını Belstandart və ona tabe olan standartlaşdırma və metrologiya mərkəzləri yerinə yeti-rir. Məcburi yoxlamaya uğradılan ölçü vasitələrinin siya-hısı milli standart tərəfindən müəyyən edilmişdir.
Ukraynada metroloji fəaliyyətin hüquqi əsası, Ukraynanın Nazırlər Kabinəsinin 1993 –cü ildə “Ölçmə-lər vəhdətinin təmin edilməsi barədə” qəbul etdiyi Dekretlə müəyyən edilir. QMBT –nın BDİ və avropa ölkələrinin qanunveri-ciliyinin ayrı –ayrı müddəalarını nəzərə almaqla işlənən Dekret Ukrayna Qanununun statusuna malikdir. Qanun dövlət metroloji qulluğunun təşkilati strukturunu, onun məqsəd və vəzifələrini, ölçü vasitələrinə qoyulan ümumi tələbləri, tətbiq olunan kəmiyyət vahidlərini, etalonlar sisteminin yaradılmasını və fəaliyyətini müəyyən edir. Qanun eləcədə dövlət metroloji nəzarət və yoxlama obyektlərini müəyyən edir. Qanunun müəddəalarını inkişaf etdirmək məqsədilə Nazirlər Kabinəsi tərəfindən müəyyən edilmişdir.
Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN
“Ukraynaya ölçü vasitələrinin idxalı bəradə” qərar qəbul edilmişdir. Metrologiya üzrə bir sıra əsas dövlət standartları, ölçü vasitələrinin dövlət sınaqları və tipinin təsdiq edilməsi, dövlət və ikinci etalonların saxlanması və qeydiyyatı, metrologiyanın digər aspektləri üzrə normativ sənədlər işlənib hazırlanmışdır. Ölçmələrikn vəhdətini dövlət və xidmət idarələri təmin edir. Dövlət Xidmətinə Ukraynanın Dövlət standartı və aşağıdakı mərkəzlər rəhbərlik edir: EJB “Metrologiya”, DETM “Sistem”, standartlaşdırma və metrologiya üzrə Ukrayna elmi –tədqiqat mərkəzi: Ukraynanın “Dövlət-standart” –ına tabedirlər: standartlaşdırma və metrolo-giya üzrə ərazi mərkəzləri vahid vaxt və etalon tezlikləri üzrə Dövlət idarəsi, Dövlət nümunələri və sorğu məlumatları idarəsi.
Beynəlxalq və avropa səviyyələrində işlə-yən qaydalar və normalar metrologiya sahə-sinin harmonizasiyası üzrə aktual bir məsələ kimi qalmaqdadır.