180 likes | 560 Views
TAIEX alətinin Azərbaycanda həyata keçirilməsi. TAİEX nədir? Texniki Yardim və İnformasiya M ü badiləsi. TAİEX - İnstitusional Quruculuq ü c ü n vasitədir TAİEX: dəqiq məqsədləri müəyyən olunmuş və konkret məsələləri əhatə edən müraciətlər
E N D
TAİEX nədir?Texniki Yardim və İnformasiya Mübadiləsi TAİEX - İnstitusional Quruculuq ücün vasitədir TAİEX: dəqiq məqsədləri müəyyən olunmuş və konkret məsələləri əhatə edən müraciətlər üçün istifadə oluna bilən qısa müddətli dövlət yardımıdır Benefisiar Ölkənin tələbatı əsasında TAİEX bunları təmin edir: Qısa müddətli yardım: TAİEX missiyasının müddəti adətən 1 – 5 gün təşkil edir Cavablayıcı yardım: Sadə prosedurlar tələb olunan xidmətlərin 5 – 6 həftə ərzində əldə edilməsinə imkan yaradır
PİQ-u Azərbaycanda Tvinninq və TAİEX üzrə fəaliyyətləri əlaqələndirən qurumdur Aİ və BQ arasında əlaqələri təmin edir TAİEX üzrə aparılan fəaliyyətlərin milli siyasətin məqsədləri və islahatların gündəliyinə uyğun olmasını təmin edir TAİEX yardımına aid tələbatların müəyyənləşdirilməsi, tərtib edilməsi və təqdim olunması ilə bağlı BQ-a (ƏŞ-ə) yardım göstərir (TAİEX müraciəti ƏŞ tərəfindən PİQ-na göndərilməlidir!) TAİEX müraciətinin məzmunu yoxlanılır və ƏŞ tələb olunan məlumatlar və təlimatlarla təmin edilir TAİEX müraciətini Aİ-na göndərir BQ-nu müraciətin nəticəsi ilə bağlı məlumatlandırır TAİEX üzrə müraciətin uğurla həyata keçirilməsi ilə bağlı proseslərə nəzarət edir, bununla bağlı BQ-na məsləhətlər verir və dəstək göstərir PİQ –nun Rolu
ƏŞ öz qurumu çərçivəsində Tvinninq və TAİEX layihələri ilə bağlı ilk müraciət olunan şəxsdir ƏŞ öz qurumu çərçivəsində Tvinninq və TAİEX alətlərinin təbliğatçısı olmalıdır ƏŞ Tvinninq və TAİEX alətlərinin məqsədlərini hərtərəfli bilməlidir ƏŞ öz qurumunun müvafiq şöbələrinə tələbatların müəyyənləşdirilməsi, TAİEX müraciətlərinin ifadə edilməsi və ərizə formalarının doldurulmasında yaxından kömək göstərməlidir ƏŞ TAİEX müraciətini PİQ-na göndərməlidir ƏŞ TAİEX müraciətlərinin işlənməsinin müxtəlif mərhələlərini izləmək üçün PİQ-u ilə daim əlaqə saxlamalıdır ƏŞ PİQ-nu konkret TAİEX müraciətinin həyata keçirilmə prosesi barədə məlumatlandırmalıdır ƏŞ Aİ-nın nümayəndələri ilə aparılan bütün internet məktublaşmalarının surətlərini PİQ-na göndərməlidir Əlaqələndirici Şəxsin (ƏŞ) rolu
TAIEXLayihəsinin Mərhələləri Əgər, TAIEXmüraciətibenefisiar ölkə tərəfindən edilibsə, aşağıda göstərilən addımlara riayət olunmalıdır: Təşkilatın TAİEX müraciəti etməsi üçün məqbulluğunun (münasibliyinin) müəyyən edilməsi TAİEX yardımı üçün tələbatların müəyyənləşdirilməsi Tələb olunan TAİEX yardım növünün seçilməsi TAİEX yardımı üçün müraciətin edilməsi Ərizələrin PİQ və AK tərəfindən qiymətləndirilməsi TAİEX tədbirinin təşkili TAİEX tədbirinin nəticələrinin qiymətləndirilməsi Əgər, TAIEXtədbirində iştirak PİQ və AK tərəfindən təklif olunursa, onda tədbirdə iştirak etdikdən sonra, 7-ci mərhələyə keçin
1-ci mərhələ:Təşkilatın TAİEX müraciəti etməsi üçünməqbulluğunun müəyyən edilməsi TAİEX-in Benefisiarları Parlament Məhkəmə və Hüquq Mühafizə orqanları Sosial Tərəfdaşlar Qeyd: TAIEX fərdi vətəndaşlara və ya şirkətlərə birbaşa dəstək göstərmir Dövlət Orqanları
2-ci mərhələ: TAİEX yardımı üçün tələbatların müəyyənləşdirilməsi TAIEX-dən nə üçün istifadə edirlər Aİ-nın qanunvericiliyinə uyğunlaşmaq Aİ-nın ən qabaqcıl təcrübəsinin həyata keçirilməsinə və qiymətləndirilməsinə yardım göstərmək TƏS və AQS Tədbirlər Planında razılaşdırıldığı kimi prioritetlərə nail olmaq Növbəti Tvinninq layihələrinin məzmunlarını müəyyən etmək
3-cü mərhələ: Tələb olunan TAİEX yardım növünün seçilməsi: BÖ-yə Ekspert Missiyası Qanunvericilik layihələri və inzibati prosesin həyata keçirilməsi ilə bağlı məsləhətlər vermək; Qanunvericilik aktları və onların həyata keçirilməsi ilə bağlı məsləhətlər vermək; Aİ qanunvericiliyini izah etmək və münasib təcrübədən misalları gətirmək BÖ-də Təlim - Seminar Eyni (oxşar) mövzularla bağlı bir və ya bir neçə ölkədən (BÖ tərəfindən seçilmiş) olan geniş auditoriyaya Aİ qanunvericiliyinə aid sualları təqdim və izah etmək ÜD-lərə Təlim Səfəri Aİ qanunvericiliyinin həyata keçirilməsi və tətbiqinə dair praktiki məsələlərin üzv dövlətlərlə həlli yolları ilə tanış olmaq məqsədilə BÖ rəsmilərinə şəraitin yaradılması
3-cü mərhələ: Tələb olunan TAİEX yardım növünün seçilməsi: • BÖ-yə Ekspert Missiyası (maksimum 5 iş günü) • Maksimum 2 TAİEX eksperti • ÜD-lərin ekspertləri üçün logistika xərclərinin ödənilməsi (daşınma, yerləşmə,...) • Qeyd: Ekspert missiyası çərçivəsində məsləhət almaq istədiyiniz şəxsi tanıyırsınızsa, lütfən 4-cü • addımda veriləcək ərizədə onun adını göstərin. BÖ-də Təlim – Seminar (maksimum 2 iş günü) Maksimum 2 TAİEX eksperti TAİEX aşağıda göstərilənləri (logistika operatoru vasitəsilə) sifariş edir və maliyyələşdirir: - Konfrans otağı (benefisiar tərəfindən verilmədiyi halda) və texniki avadanlıq; - Xaricdən gəlmiş natiqlər üçün səfər və mehmanxana xərcləri; - Seminar keçirilən yerdən 100 km aralıqda yaşayan iştirakçılar üçün mehmanxana xərcləri (həmin şəxslərin adları ayrı sənəddə göndərilməlidir); - Tərcümələr və tərcümə avadanlığı; - Çay və nahar fasiləsi (TAİEX ziyafət və ya rəsmi qəbulu maliyyələşdirmir). Qeyd: TAIEX iştirakçıların səfər xərclərini ödəmir.
3-cü mərhələ: Tələb olunan TAİEX yardım növünün seçilməsi: ÜD-ə Təlim Səfəri(maksimum 5 iş günü) Maksimim 3 iştirakçı TAIEX benefisiarlar üçün logistika xərclərini ödəyir (nəqliyyat, mehmanxana, gündəlik) TAIEX qəbul edən qurumun xərclərini ödəmir Qeyd: Təlim səfəri zaman üzv dövlətin müvafiq qurumunda çalışan məsləhət almaq istıdiyiniz hər hansı bir şəxs varsa, lütfən 4-cü mərhələdə veriləcək ərizədə onun adını göstərin.
TAİEX yardımına görə müraciət etmək üçün, zəhmət olmasa Azərbaycanda Tvinninq və TAİEX internet saytının (www.twinning.az›) ›TAIEX bölməsi›Ərizə formaları›-na daxil olun, login və parol daxil edin›və doldurulmuş ərizə formasını Təqdim edin Qeyd: TAİEX ərizələrini yalnız öz qurumları tərəfindən Əlaqələndirici Şəxs olaraq təyin edilmiş rəsmilər təqdim edə bilərlər. Mərhələ 4: TAİEX yardımı üçün müraciətin edilməsi
Ərizə aşağıdakı meyarlar əsasında PİQ və AK tərəfindən qiymətləndirilir: - Aİ-nın qanunvericiliyi baxımından əsaslandırılması və uyğunluluğu - Tədbirlər Planı və MTP ilə uyğunluluğu Ərizənin təsdiqləndiyi təqdirdə, PİQ və AK BÖ-yə məlumat verir və bu tədbir TAİEX-in xüsusi kod nömrəsi ilə TAİEX-in məlumat bazasına daxil edilir. Ərizənin qəbul edilmədiyi təqdirdə, PİQ və AK imtinanı izah edərək, BÖ-yə məlumat verir. Qeyd: İmtina üçün əsas səbəblər aşağıdakılar ola bilr, lakin bununla məhdudlaşmır: 1. Müraciət qeyri-TAİEX tədbirlərin TAİEX hesabına maliyyələşdirilməsi ilə bağlıdır: AK iştirak etmədiyi və digər qurumlar (o cümlədən ÜD və BÖ) tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak üçün yardım ayırmır. Əgər qeydiyyat xərcləri tələb olunursa, bu, o deməkdir ki, tədbir TAİEX əməliyyatı deyil. 2. Tvinninq Layihəsi ilə üst-üstə düşdükdə (məqsədlər və ya zamanına görə): - Əgər eyni mövzu artıq Tvinninq layihəsi tərəfindən əhatə olunursa, onda AK həmin TAİEX tədbirini dəstəkləmir. 3. Aİ-nın qanunvericiliyi ilə bağlılığı çox zəifdir. 4. Özəl texniki yardım: TAIEX özünün maliyyələşdirdiyi tədbirə aydın şəkildə aidiyyatı olmayan xaricdəki tədbirlərdə iştirak etmək üçün nəqliyyat və yerləşmə xərclərinin ödənilməsi müraciətini əks etdirən (fərdi maraqlar əsasında) bəzi fərdi öhdəliklərin yerinə yetirilməsi üçün istifadə oluna bilməz. 5. Həddindən artıq (müxtəlif şəkildə, lakin eyni məsələlər haqqında) TAİEX müraciətləri. - TAIEX müxtəlif TAİEX tədbirlər çərçivəsində həyata keçirilməli olan eyni məsələləri əks etdirən müraciətlərə dəstək vermir. Mərhələ 5:Ərizələrin PİQ və AK tərəfindən qiymətləndirilməsi
TAİEX müraciətlərinin sayı (2007 -2009-cu ilin 1-ci yarısı)Müraciətlərin ümumi sayı: 38 (100%)
Benefisiarlar tərəfindən edilən TAİEX müraciətlərinin faiz göstəriciləri
Əlaqələndirici şəxslərə qarşıdan gələn dövr üçün Aİ tərəfindən təşkil edilmiş müxtəlif sahələr üzrə beynəlxalq TAİEX seminar/təlimlər ilə bağlı məlumatları www.twinning.azveb saytının TAİEX bölməsindəki beynəlxalq TAİEX tədbirləri linki vasitəsilə izləmələri tövsiyə olunur. Benefisiar qurum bu tədbirlərin hər-hansı birində iştirakda maraqlı olarsa, bu barədə PİQ-na əlaqələndirici şəxs vasitəsi ilə müraciət edə bilər. Aİ tərəfindən təsdiq edilmiş TAİEX müraciətlərinin həyata keçirilməsi zamanı benefisiar qurumun əlaqələndirici şəxsi və ya bu layihə üçün cavabdeh olan şəxsdən PİQ və TTƏT-ni məlumatlandırmaq və Aİ və GTZ nümayəndələri ilə bütün internet məktublaşmalarının surətlərini bu qurumlara göndərmək Aİ və ya ÜD tərəfindən BÖ-nin müvafiq qurumuna beynəlxalq TAİEX seminar/təlimlərində iştirak etmək üçün birbaşa dəvət göndərilən halda, həmin qurumun əlaqələndirici şəxsi və ya dəvət göndərilən şəxsdən PİQ və TTƏT-ni məlumatlandırmaq və bütün internet məktublaşmalarının surətlərini bu qurumlara göndərmək BQ-a səfər edəcək beynəlxalq ekspertlər üçün görüşlərin təşkili ilə bağlı PİQ tərəfindən edilən müraciətləri hərtərəfli dəstəkləmək Əlaqələndirici Şəxslər üçün tövsiyələr
TAIEX–>TAIEX in Azerbaijan Əlaqələndirici şəxslər qarşıdan gələn dövr üçün Aİ tərəfindən təşkil edilmiş müxtəlif sahələr üzrə beynəlxalq TAİEX seminar/təlimlər ilə bağlı məlumatları buradan əldə edə bilərlər.
Suallar? Diqqətinizə görə minnətdaram Əfqan Feyziyev Tel: (+994 12) 437 34 60/72E-mail:afgan.feyziyev@twinning.az