180 likes | 526 Views
Zəngilan rayon 11 saylı tam orta məktəb. Baxşəliyeva Diləfuruz Musa qızı. STANDART :. 1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinə aid məsələ qurur və həll edir. 1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrini, baş vermə səbəblərini şərh edir. MÖVZU:.
E N D
Zəngilan rayon 11 saylı tam orta məktəb Baxşəliyeva Diləfuruz Musa qızı
STANDART : • 1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinə aid məsələ qurur və həll edir. • 1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrini, baş vermə səbəblərini şərh edir.
MÖVZU: URANNÜVƏSİNİN BÖLÜNMƏSİ IX sinif
Məqsəd : • Atom və nüvə hadisələrinin qanunauyğunluqların şərh edir. • Atom və nüvə hadisələrinə aid məsələlər qurur və həll edir. • Atom və nüvə hadisələrinin inkişafında fizika elminin rolunu izah edir.
İNTEQRASİYA: K.1.2.1
İş forması : Qruplarla iş, kollektivlə iş İş üsulu : müzakirə, Venn diaqramı, BİBÖ
RESURSLAR : • Dərslik • İş vərəqləri • «FİZİKA» elektron dərs vəsaiti
Motivasiya:1. Uranın hansı izotoplarını tanıyırsınız ? 2. Uran nüvəsi nəyin təsiri ilə parçalanır ? 3. Neytronların artma əmsalı dedikdə nə başa düşürsünüz ?
Tədqiqatın aparılması : Şagirdlər üç qrupa bölünür. Qruplara tapşırıqlar verilir :Tapşırıq 1 : 1-ci qrup- Alfa qrupu : Atom nüvəsinin bölünməsi prosesində damla modelini necə başa düşürsünüz ?
2-ci qrup- Beta qrupu : Neytronlar artma əmsalına görə nüvə reaksiyalarını araşdırın (sönən, stabil-stasionar, zəncirvari) ? Venn diaqramı vasitəsilə reaksiyaları müqayisə edin .
3-cü qrup- Qamma qrupu • Nüvə enerjisindən hansı məqsədlər üçün istifadə edilir ?
Müəllim uran nüvəsinin bölünməsində alimlərin rolu və nüvə enerjisi haqqında məlumat verir. • Tapşırıq 2:Bütün qruplara BİBÖ cədvəli ilə iş tapşırılır.
Məlumatın mübadiləsi : • Qruplar nəticələrini təqdim edir.
Məlumatın müzakirəsi :Qrupların cavabları müzakirə olunur, təkliflər verilir, verilmiş cavablar əsnasında mövzu açıqlanılır
Nəticələrin çıxarılması : • Məlumatlar ümumiləşdirilir, qrupların fəaliyyəti müqayisə edilir, yardımçı suallarla müzakirə aparılır, mövzunun tam mənimsənildiyi açıqlanır. Dərsdə nə öyrəndik ?- Uran nüvəsinin bölünməsi, neytronların artma əmsalından asılı olaraq nüvə reaksiyalarının tipi, nüvə enerjisinin əhəmiyyəti və bu sahədə alimlərin rolu.
Yaradıcı tətbiqetmə (ev tapşırığı) • Nüvə reaksiyalarında nə zaman enerji ayrılır, nə zaman enerji udulur ? • Reaksiyaları tamamlayın : 23592U + 01 n = 56127 Ba + 3 x 01 n +? 23592U + 01 n = 55132 Cs+ 2 x 01 n +?
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM HÖrmƏTLƏ, BAXŞƏLİYEVA DİLƏFURUZ