320 likes | 614 Views
I M ÖVZU: İQTİSADIN ON PRİNSİPİ Dr . Elşən BAĞIRZADƏ “Mikro iqtisad” d ərsi A zərbaycan Universiteti. 1 Giriş. 1. İ qtisadın on prinsipi. İqtisadiyyat (economy) . . . .
E N D
IMÖVZU: İQTİSADIN ON PRİNSİPİ Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti
1 Giriş
1 İqtisadın on prinsipi
İqtisadiyyat (economy). . . . . .İqtisadiyyat (economy)qədim Yunan sözü olub “ev təsərrüfatını idarə edən” və ya “ev təsərrüfatının idarə edilməsi” mənasını daşıyır.
İQTİSADIN ON PRİNSİPİ • Ev təsərrüfatı və iqtisadiyyat müxtəlif qərarlarla üzləşir: • Kim işləməlidir? • Hansı məhsuldan, nə qədər istehsal edilməlidir? • İstehsalda hansı resurslardan istifadə edilməlidir? • Məhsullar hansı qiymətlə satılmalıdır?
İQTİSADIN ON PRİNSİPİ Cəmiyyət və resursların məhdudluğu: • Resurslar məhdud və ya qıt olduğundan cəmiyyətresurslarının idarə edilməsi əhəmiyyətdaşıyır. • Qıtlıq (Scarcity). . . cəmiyyətin məhdud resurslara malik olmasından irəli gələrək arzu etdiyi bütün əmtəə və xidmətləri istehsal edə bilməməsidir.
İQTİSADIN ON PRİNSİPİ İqtisad (Economics)cəmiyyətin qıt resurslarını necə idarə etdiyini öyrənir.
İQTİSADIN ON PRİNSİPİ • İnsanlar necə qərar verir. • İnsanlar seçimlərlə (tradeoffs) üzləşirlər. • Bir şeyin dəyəri onu əldə etmək üçün imtina etdiklərimizdir. • Rasional insanlar marjinalı fikirləşir. • İnsallar stimullara cavab verir.
İQTİSADIN ON PRİNSİPİ • İnsanlar öz aralarında necə münasibət qurar. • Ticarət hər kəsə fayda gətirə bilər. • Bazar çox vaxt iqtsiadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur. • Hökumətlər bəzən iqtisadi fəaliyyətlərin nəticələrini yaxşılaşdıra bilər.
İQTİSADIN ON PRİNSİPİ • İqtisadiyyatın ümumi fəaliyyətinə təsir göstərən güclər və meyllər: • Həyat standartı ölkənin istehsalından asılıdır. • Hökumət hədsiz pul kəsdiyi zaman qiymətlər yüksəlir. • Cəmiyyət qısa müddətli dövrdə inflyasiya ilə işsizlik arasında seçimlə üzləşir.
Prinsip 1: İnsanlar seçimlərlə üzləşir. “Pulsuz qəlyanaltı kimi bir şey yoxdur!”
Prinsip 1: İnsanlar seçimlərlə üzləşir. Biz əsasən bir şeyə sahib olmaq üçün digər şeydən imtina edirik. • Silahlar və yağ • Ərzaq və geyim • Boş vaxt və iş • Səmərəlilik və bərabərlik Qərar vermə bir məqsədlə bu məqsədə zidd olan digər bir məqsəd arasında seçim etməyi zəruri edir.
Prinsip 1: İnsanlar seçimlərlə üzləşir. • Səmərəlilik və Bərabərlik • Səmərəlilik (Efficiency)cəmiyyətin malik olduğu məhdud resurslarla mümkün olan ən çoxu əldə etməsidir. • Bərabərlilik (Equity)resurslardan əldə edilən faydaların cəmiyyət üzvləri arasında ədalətli şəkildə bölüşdürülməsidir.
Prinsip 2: Bir şeyin xərci onu əldə etmək üçün imtina vəya fəda etiklərimizdir. • Qərar vermə alternativlərin fayda (benefits) və xərclərinin (costs) müqayisə edilməsini tələb edir. • Kollecə, yoxsa işə getmək? • Oxumaq, yoxsa gəzməyə çıxmaq? • Məktəbə getmək, yoxsa yatmaq? • Alternativ dəyər (opportunity cost)bir şeyi əldə etmək üçün fəda və ya imtina etdiyimizin dəyəridir.
Prinsip 2: Bir şeyin xərci onu əldə etmək üçün imtina vəya fəda etiklərimizdir. LA Laker basketbol ulduzu Kobe Bryant kollecə getməkdənsə profesional idmanı seçmiş və bu ona milyonlarla dollar qazandırmışdır.
Prinsip 3: Rasional insanlar marjinalı fikirləşir. • Marjinal dəyişmələr (Marginal changes)kiçik ölçülü olur, mövcud fəaliyyət planını dəyişdirə bilir. İnsanlar marjinal xərc və faydaların müqayisəsi əsasında qərar verir.
Prinsip 4: İnsanlar stimullara (incentives) cavab verir. • Xərc və ya faydalardakı marjinal dəyişmələr insanları hərəkət etməyə sövq edir (motivləşdirir). • Alternativin marjinal faydası onun marjinal xərcindən çox olduqda alternativin seçiminə qərar verilir!
Prinsip 5: Ticarət hər kəsə fayda verir. • İnsanlar digərləri ilə ticarət edə bilmələrindən fayda əldə edirlər. • Rəqabət ticarətdən faydaları artırır. • Ticarət, insanların daha yaxşı çalışa biləcəkləri işlərdə ixtisaslaşmasına səbəb olur.
Prinsip 6: Bazar çox vaxt iqtisadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur. • Bazar iqtisadiyyatı (market economy) çoxlu sayda firma və ev təsərrüfatlarının qarşılıqlı təsirdə olduqları əmtəə və xidmət bazarlarında verdikləri desentralizasiya xarakterli qərarlarla resursların bölgüsünü (allocate) təmin edən iqtisadiyyatdır. • Ev təsərrüfatları (households)nə satın almaq və kimi çalışdırmaqla bağlı qərar verirlər. • Firmalar (firms) kimi işə götürmək və nə istehsal etməklə bağlı qərar verirlər.
Prinsip 6: Bazar çox vaxt iqtisadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur. • Adam Smith firma və ev təsərrüfatlarının “görünməz əl” (“invisible hand”) prinsipi əsasında bazar fəaliyyətlərində qarşılıqlı əlaqədə olduqlarını göstərmişdir. • Çünkü firmalar və ev təsərrüfatları alış-veriş qərarı qəbul edərkən yalnızqiymətlərə fikir versələr də, öz fəaliyyətlərinin sosial xərclərini də bilmədən hesaba alırlar. • Nəticədə, qiymətlər fəaliyyətləri nəticəsində sosial rifahı maksimumlaşdıran qərar verənlər üçün bir bələdçi rolunu oynayır.
Prinsip 7: Hökumətlər bəzən bazar nəticələrini yaxşılaşdırırlar. • Bazar uğursuzluğu (market failure)bazarın resursları səmərəli bir şəkildə bölüşdürə bilməməsi nəticəsində ortaya çıxır. • Bazarın uğursuzluğu zamanı hökumət müdaxilə edərək səmərəliliyi və bərabərliyi təşviq edir.
Prinsip 7: Hökumətlər bəzən bazar nəticələrini yaxşılaşdırırlar. • Bazar uğursuzluğuna aşağıdakılar səbəb ola bilər: • Xarici effekt (externality) bir fərd və ya firmanın fəaliyyətlərinin onunla əlaqəsi olmayan digərləri üzərində yaratdığı təsirdir. • Bazar gücü (market power)bir fərd və ya firmanın bazar qiymətlərinə ciddi şəkildə təsir edə bilmə bacarığıdır.
Prinsip 8: Həyat standartı ölkənin istehsalından asılıdır. • Həyat standarı(Standard of living) aşağıdakı yollarla ölçülə bilər: • Fərdi gəlirlərin müqayisəsi ilə; • Milli istehsalın məcmu bazar dəyərinin müqayisəsi ilə.
Prinsip 8: Həyat standartı ölkənin istehsalından asılıdır. • Həyat standartlarındakı bütün fərqliliklər ölkələrin məhsuldarlıqları arasındakı fərqlərlə izah olunur. • Məhsuldarlıq (productivity)işçi vaxtının hər saatında istehsal olunan əmtəə və xidmətlərin məcmusudur.
Prinsip 9: Hökumət hədsiz pul kəsdiyi zaman qiymətlər yüksəlir. • İnflyasiya (inflation) iqtisadiyyatda məcmu qiymətlərin artmasıdır. • İnflyasiyanın bir səbəbi pul həcmindəki artımdır. • Nə vaxt hökumət dövriyyədəki pulun həcmini artırır, o zaman pulun dəyəri azalır.
Prinsip 10: Cəmiyyət qısamüddətli dövrdə inflyasiya ilə işsizlik arasında seçimlə üzləşir. • Filips Əyrisi (the Phillips Curve) inflyasiya ilə işsizlik (unemployment) arasında seçimi əks etdirir: òİnflyasiyaðñİşsizlik Qısamüddətli dövrdə seçim budur!
Xülasə • Fərdlər qərar vermə prosesində alternativ məqsədlər arasında seçmilə üzləşirlər. • Hər hansı bir fəaliyyətin xərci əldən çıxarılmış imkanlarla ölçülür. • Rasional insanlar qərar qəbulu prosesində marjinal xərc və marjinal faydaları müqayisə edərlər. • İnsanlar qarşılaşdıqları stimullara cavab olaraq öz davranışlarını dəyişdirirlər.
Xülasə • Ticarət əsasən hər kəs üçün faydalıdır. • Bazarlar insanlar arasındakı ticarət münasibətlərinin kordinasiya edilməsində əsasən yaxşı yoldur. • Əgər bazar uğursuzluğu varsa və ya bazar nəticələri ədalətsizdirsə, hökumət potensial olaraq bu nəticələri yaxşılaşdıra bilər.
Xülasə • Məhsuldarlıq həyat standartlarının sonsuz mənbəyidir. • Pulun artımı inflyasiyanın sonsuz mənbəyidir. • Cəmiyyət qısamüddətli dövrdə inflyasiya və işsizlik arasında seçimlə üzləşir.