160 likes | 356 Views
Dövlət büdcə x ərcləmələrinin sosial rifaha təsirinin qiymətləndirilməsi. Qubad Ibado ğlu, İqtisadi Tədqiqatlar Mərkəzi Kaspian Plaza 19 avqust 2010-cu il. Qlobal iqtisadi böhranın təsir alqoritmi. 2009-cu ildə fiskal likvidliyin problemləri.
E N D
Dövlətbüdcə xərcləmələrinin sosialrifahatəsirininqiymətləndirilməsi QubadIbadoğlu,İqtisadi Tədqiqatlar MərkəziKaspian Plaza 19 avqust 2010-cu il
2009-cu ildə fiskal likvidliyin problemləri • Neft hasilatının büdcədə proqnozlaşdırılandan 23 faiz və ya 12,2 milyon ton az oldu; • Neft qiymətləri ən aşağı həddə endi (54 USD/barel); • Xarici investorlar ölkəmizin dövlət maliyyə bazarlarından 250 milyon ABŞ dolları geri çəkdi; • Xarici investorlar bank sistemindən 1,7 milyard ABŞ dolları geri çəkdi.
2008-2009-cu illərdə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları (milyon manatla)
2009-cu böhran ilində dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artmasının sosial rifaha təsiri
Qeyri-neft sektoru büdcəyə gömrük xəttilə daha çox vəsait ödəyib 2009-cu il ərzində idxal həcmi kəskin azalmasına baxmayaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1112,7 mln. manat vəsait təmin etmişdir ki, bu da 2008-ci illə müqayisədə isə 2,3 mln. manat və ya 0,2 faiz çoxdur. Beləliklə, qeyri-neft sektoru böhran ilində təkcə vergi deyil, həm də gömrük ödənişlərini əvvəlki illə müqayisədə daha çox həyata keçirmişdi. Bir tərəfdən böhranın təsiri ilə gəlirlərin azalması, digər tərəfdən isə verg-gömrük ödənişlərinin artımı qeyri-neft sektorunun mənfəətini minimuma endirib. Bu isə öz növbəsində sosial rifaha mənfi təsir göstərib. Əhalidən gəlir vergisinin 2009-cu ildə 2008-ci ilə nisbətən 627 milyon manatdan 582 milyon manata enməsi də onu göstərir ki, işləyən əhalinin gəlirləri azalıb.
2009-cu ildə sosial xərcləmələr artıb 2009-cu ildə dövlət büdcəsinin xərcləri 12355,0 mln. manat proqnoza qarşı 10567,0 mln. manat və ya 85,5 faiz icra edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 207,2 mln. manat və ya 1,9 faiz azdır. 2009-cu ildə sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26,2 faizi və ya 2763,0 mln. manatı yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450,4 mln. manat və ya 19,5 faiz çoxdur.
Böhran ilində fiskal yumşaltma tədbirləri • 2009-cu ildə ünvanlı sosial yardım alınması üçün ehtiyac meyarı 60 manata çatdırılmış, pensiya təminatında yarana biləcək gecikmələrin qarşısını almaq məqsədilə dövlət büdcəsinin Ehtiyat Fondundan 40 milyon manat vəsait ayrılmış, sosial ipotekaya 14 milyon manat istiqamətlənmiş, əhalinin 2009-cu il oktyabrın 1-ə təbii qazdan istifadə üzrə yaranmış 327 milyon manat borcu silinmişdir.
Dövlət xərcləmələri 1 milyard manat artıq olanda əhalinin istehlak xərclərinin dinamikası
Dövlət xərcləmələri və əhalinin istehlak səviyyəsi arasında müsbət korelyasiya • Mandel-Fleminq modelinə görə Azərbaycan iqtisadiyyatında dövlət xərcləmələri və əhalinin istehlak səviyyəsi arasında müsbət korelyasiya var. Ssenari 2-dən də görmək olar ki, əgər dövlət xərcləmələri 1 milyard manat artıq olsaydı 1998-2008-ci illər arasında istehlak səviyyəsi də illik 500 milyon manata qədər arta bilərdi. Amma ekonometrik hesablamalara əsasən qurduğumuz ssenari 2009-cu ildə dövlət xərcləməlrinin xəyali artımnın istehlak səviyyəsinə təsirinin minimuma enməsini göstərir. Belə paradoksal vəziyyət yalnız onunla izah oluna bilər ki, dövlət xərcləmələrinin artması ilə yanaşı, həm də qeyri-neft sektoru da daha çox vergi-gömrük yükü daşımalı olub. Beləliklə, dövlət bir cibinə aldığını o biri cibindən yenidən əhaliyə qaytarıb. Bir tərəfdən böhranın təsiri digər tərəfdən isə qeyri-neft sektorunda vergi daxilolmalarının artmasından yaranan neqativ təsiri azaltmat üçün dövlət büdcəsinin sosial istiqamətli xərclərinin həcmi korreksiya edilib.
İstehlak funksiyası LOG(CONS)=2.1+ 0.5*LOG(CONS(-1)) + 0.4*LOG(Y) Bir laq (il) geri istehlakın 1 faizartması indiki istehlakı 0,5 faizartırır, ÜDM-in 1 faizartımı isə həmin dövrdə istehlakı 0,4 faizartırır.
Dövlət xərcləmələri 1 milyard manat artıq olanda ÜDM-in dinamikası
Tövsiyyələr • Dövlət büdcəsinin formalaşması zamanı planlaşdırma-proqramlaşdırma-büdcə zənciri üzrə “Maliyyə proqramlaşdırılmasının” daha uyğun modelinə keçid təmin edilməlidir; • Dövlət büdcəsinin proqnozlaşdırılması zamanı qabaqcıl ekonometrik üsullardan istifadə olunmalıdır; • Dövlət büdcəsinin proqramlaşdırılması makroiqtisadi sabitlik, davamlı inkişaf və sosial rifah prinsiplərinə uyğun həyata keçirilməlidir; • Dövlət büdcəsi və digər makroiqtisadi göstəricilər arasında optimal nisbətlərin qurulması təmin edilməlidir; • Dövlət büdcəsinin icarsının sosial rifah halına təsiri ssenarilərlə proqnozlaşdırılmalıdır; • Dövlət xərcləmələrinin strukturu və həcmi səmərəlilik və davamlılıq prinsiplərinə uyğun hesablanmalıdır; • Dövlət büdcəsinin gəlirlərinin qeyr-neft sektoruna ve dolayısı ilə məşğulluq və əmək haqqı siyasətinə təsiri qiymətləndirilməlidir. • Maliyyə proqramlaşdırılması zamanı makroiqtisadi qurumlar arasında daha operativ və elmi koordinasiya təşkil olunmalıdır.
Təşəkkürlər İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ Bakı AZ1065 Cəfər Cabbarlı 44, KaspianPlaza 3, 9-cu mərtəbə Telefon: (+99412) 437 32 30 Faks: (+99412) 437 32 40 E-mail: erc-az@azeurotel.com www.erc-az.org