1 / 18

Uşaqlar üçün təbiətdə davranış qaydaları, ekoloji qadağalar

Biz ümumi evimiz olan Azərbaycana real kömək göstərmək istəyən hər bir insanı etibarlı və sağlam gələcək naminə ekoloğiyamızı qorumağa çağırırıq!

field
Download Presentation

Uşaqlar üçün təbiətdə davranış qaydaları, ekoloji qadağalar

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Biz ümumi evimiz olan Azərbaycana real kömək göstərmək istəyən hər bir insanı etibarlı və sağlam gələcək naminə ekoloğiyamızı qorumağa çağırırıq! Danimarkada Orxus adlı bir şəhər var, o şəhərdə vacib ekoloji konvensiya qəbul edilib, Azərbaycan dövləti də ona qoşulub. Orxus konvensiyasına görə hər birimizin ekoloji məlumat əldə etmək hüququ var. Bu gün ekoloji təhlükənin bir mənbəyi də meşələrin mühafizəsi və bərpası sahəsində yol verilən nöqsanlarla bağlıdır. Hər kəs davranış norması olan ən adi, elementar ekoloji qadağaları bilməlidir.

  2. Uşaqlar üçün təbiətdə davranış qaydaları, ekoloji qadağalar

  3. Ağac və kolların budaqlarını qırma. Ağac canlı varlıqdır. Onun budaqları və yarpaqları ağacın həyatında mühüm rol oynayır. Məsələn, yarpaqlar bitkinin nəfəsini hiss edir. • Bitkilər yarpaqların köməyi ilə qidalanır: işıqda (karbon qazı və sudan) onlarda bitki, heyvan və insanlar üçün zəruri olan qida maddələri (nişasta, oksigen) yaranır. Budaqları qıraraq bitkinin həyatına son qoymağa bizim haqqımız varmı? Axı, yarpaqlar həm də havanı oksigenlə zənginləşdirir, tozu özünə yığır. Təsadüfi deyil ki, yaşıllıq çox olan yerdə rahat nəfəs almaq olur. Biz həm də bitkilərin təbiətə verdiyi gözəlliyi də unutmamalıyıq. Budaqları, gülləri qırmaqla biz bu gözəllikdən də məhrum oluruq.

  4. Ağacların gövdəsinin qabığını zədələmək olmaz! • Məlumdur ki, uşaqlar tez-tez ağacların gövdəsində öz adlarını və digər qeydləri etmək üçün onların qabığını cızırlar. Bu, təbiətin gözəlliyini korlamaqla ağaclara çox ziyan vurur (cızıq yerindən ağacın şirəsi axır, qabığın altına mikroblar ( göbələk )keçir ki, bunlar da ağacın xəstələnməsinə, hətta, məhvinə səbəb olur. • Tozağacı ağacının şirəsini yığmayın.Unutma, bu, ağaca ziyan edir.

  5. Meşədə və çəməndə gülləri qırma. • Qoy gözəl bitkilər təbiətdə qalsın! Yadda saxla ki, gül dəstələrini yalnız insanın əkib becərdiyi güllərdən tutmaq olar. • Gül dəstəsinin yabanı çiçəklərdən tutulması təbiətə mənfi təsir göstərən amillərdən biridir. Çox zaman yanlış olaraq bu amili qiymətləndirmir, onu diqqətdən kənar qoyurlar. Lakin məhz köhnə adət olan gül toplama vərdişi insanların çox gəzişdiyi yerlərdə bir çox bitki növlərinin yoxa çıxmasına səbəb olur. Bizim güllərə qarşı “sevgimizin” qurbanları təkcə əvvəldən nadir olan bitkilər deyil, həm də adi, zənciçiçəyi kimi geniş yayılmış bitkilərdir. Hərənin hətta bir çiçək dərməsi təbiətə nə qədər ziyan vurur. Axı, hər dəfə bütöv bir sinif gül dəstəsi toplasa həmin gözəl bir çəmənlikdən əsər-əlamət qalmaz. Çəməndə bitmiş bitki burada “öz evindədir”, o, burada digər sakinlərlə əlaqədədir. Məsələn, güllərə həşəratlar qonur və onun şirəsini çəkərək qidalanırlar. Çiçəklənmədən sonra meyvə və toxumlar əmələ gəlir. Bu toxumlar torpağa düşərək yenidən həmin bitkilərin çoxalmasına səbəb olur. Bu halda müvəqqəti zövq almaq üçün bu çiçəkləri qırmağa bizim haqımız varmı? Əlbəttə, yox. Bunun üçün bağlarda, güllüklərdə gözəl bitkilər yetişdirilir. Gözəl, yabanı çiçəklər isə qoy təbiətdə qalsınlar.

  6. Dərman bitkilərindən yalnız o ərazidə çox yayılmışını toplamaq olar • Bitkilərin bir hissəsinin təbiətdə qalması çox vacibdir. • Dərman bitkiləri qiymətli təbii sərvətdir və ona qayğı ilə yanaşmaq lazımdır. Onlardan bir çoxunun (pişikotu, inciçiçəyi, qıjıyaoxşar bitki) kütləvi şəkildə toplandığına görə sayı azalmışdır. Buna görə də uşaqlar sayı çox olan bitkiləri toplaya bilər (boymadərən, kəklikotu, çobanyastığı və s...). Lakin elə bu bitkilərin də çox hissəsinin toxunulmaz qalaraq toplamaq lazımdır. • Əlbəttə ki, dərman bitkilərinin toplanması müəllimin, valideynlərin, ən yaxşısı isə, tibb işçisinin və ya aptek işçisinin rəhbərliyi altında keçirilməlidir. Dərman xammalının hazırlanması heç də “qeyd” xətrinə, elə-belə kütləvi tədbir kimi keçirilməməlidir. Bu həm pedaqoqların ekoloji tərbiyə sahəsində apardığı işə, həm də təbiətə böyük ziyan verə bilər.

  7. Yadında saxla ki, onlar təbiətdə çox lazımdırlar. Bir çox uşaqlarda zəhərli göbələklərə qarşı pis münasibət formalaşıb. Belə göbələkləri görəndə onları məhv etməyə çalışırlar və bəhanə gətirirlər ki, belə göbələkdən insanlar və ya heyvanlar zəhərlənə bilərlər. Məlumdur ki, göbələklər, həmçinin insan üçün zəhərli göbələklər meşənin bir komponenti sayılır. Özlərinin yeraltı hissələri - göbələk telləri ilə ağac, kol, ot gövdələri ilə birləşərək onları su, mineral duzlar, boyatma maddələri ilə təmin edir. Göbələklər meşənin sanitarı sayılırlar: onlar bitki qalıqlarının çürümə prosesində iştirak edirlər. Göbələkləri , hətta zəhərlilərini belə ayaqlayıb əzmək olmaz.

  8. İnsan həmişə hörümçəklərə ikrah hissi ilə yanaşıb. Bu münasibət ətraf mühitə qarşı diqqətsizliyin, onu tanımamağın nəticəsidir. Hörümçəklər də başqa canlılar kimi təbiətin tam hüquqlu tərkib hissəsidir. Hörümçəklərin həyatı maraqlı təfərrüatlarla doludur və bu xırdalıqları özünüz müşahidə etsəniz daha yaxşı olar. Hörümçək torları və elə onların özləri çox gözəldir. Onlar insana və təsərrüfata ziyan vuran çoxlu milçək, ağcaqanad və digər həşaratları torları vasitəsilə məhv edirlər. Meşədə hörümçək torlarını qırma və hörümçəkləri öldürmə.

  9. Eşşək arısı sayı azalan həşaratlardandır. Bunun səbəbi kənd təsərrüfatında bu arıların həssas olduğu kimyəvi vasitələrdən səriştəsiz istifadə; ot yığımında, quru otların yandırılması zamanı onların yuvasının dağıdılmasıdr. Bu arıların dadı olmayan balının yığılması və ya elə sadəcə əyləncə xatirinə onların yuvasının dağıdılması vəziyyəti bir az da ağırlaşdırır. Axı, eşşək arıları paxlalı bitkilər üçün yeganə tozlandırıcılardır. Bunlarsız meşələrdə və çəmənlərdə qarayonca, lərgə, noxud, yonca kimi bitkilər bitməz. Kəpənək, eşşək arısı, cırcırama və başqa həşəratları tutma. Eşşək arısının yuvasını dağıtma.

  10. Onlar hamısı təbiətdə lazımlıdırlar. Zəhərli ilanlardan isə insan çox qiymətli dərman alır. Qarışqa yuvalarını dağıtma!Qurbağaları və çömçəquyruqları qoru! İlanları, hətta, zəhərlilərinibelə öldürmə.

  11. Vəhşi heyvanları tutub evə aparma. Məlumdur ki, kərtənkələlər, kirpilər, bəzi balıqlar, quşlar çox vaxt sizin təbiətə məhəbbətinizin qurbanlarına çevrilir. Yəni bu heyvanları tutub evə gətirməklə, onları azadlıqdan məhrum edirsiniz. Çox vaxt ev şəraitinin təbii mühiti əvəz edə bilməməsi nəticəsində bu heyvanlar məhv olurlar. Canlılar üçün ən yaxşı ev meşə, çəmən, su hövzəsidir. Biz evdə yalnız o heyvanları saxlaya bilərik ki, onlar məxsusi olaraq insanlar tərəfindən yetişdirilib və insanlarla yanaşı yaşamağa uyğunlaşdırılıblar

  12. Sənin izlərinlə vəhşi heyvanlar onların yuvasaını tapa və dağıda bilər. Əgər təsadüfən yuvaya yaxınlaşsan, ona əl vurma və oranı tez tərk et. Yoxsa, valideyn quşlar yuvanı həmişəlik tərk edər. Quş yuvalarına yaxın getmə. Quş yuvalarını dağıtma.

  13. Əgər sənin itin varsa, onu meşədə və ya parkda yazda, yayın əvvəlində gəzintiyə özbaşına buraxma

  14. Çox vaxt uşaqlar evə və ya sinfə yuvasından yıxılmış ətcəbala, tülək quşları gətirirlər. Əslində bu quşlar təzəcə uçmağı öyrənən quşlardır və valideynləri onları hələ də yemləyirlər. Belə bala quşlar ev şəraitində tez məhv olur. Sağlam quş və heyvanları tutub evə aparma.

  15. Tapdalama nəticəsində bir çox bitki və həşəratlar məhv olur. Meşədə cığırla gəzməyə çalış, otları tapdalama

  16. Səs-küylə sən meşədə heyvanlara mane olarsan, onları qorxudarsan, özünsə heç nə eşitməzsən. Meşədə, parkda səs-küy salma.

  17. Yazda quru otla birlikdə təzə otun cücərtiləri də yanır, bir çox bitkilərin yeraltı hissələri məhv olur və nəticədə onlardan bəziləri tamamilə yox olur. Oddan bir çox həşəratlar, quş və eşşək arısı yuvaları məhv olur. Yanğın meşəyə və tikintilərə keçə bilər. Yazda çəmənlikdə otları yandırma.

  18. Su hövzəsi yaxınlığında zibil atma. Bu, ən sadə və eyni zamanda ən mühüm qaydalardan biridir. İnsanlar tərəfindən hər tərəfə atılan zibil təbiətin simasını korlayır. Su hövzələrinə atılmış, hətta, sadəcə olaraq sahildə qoyulmuş zibil sonradan suya düşərək insanalara zərər gətirir. Meşədə, parkda, çəməndə, çay yaxınlığında zibil qoyma

More Related