1 / 13

Əsas meteoroloji kəmiyyətlər

MİLLİ AVİASİYA AKADEMİYASI. Əsas meteoroloji kəmiyyətlər. Mühazirəçi: İsmayılova İ.E.

kalin
Download Presentation

Əsas meteoroloji kəmiyyətlər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MİLLİ AVİASİYA AKADEMİYASI Əsas meteoroloji kəmiyyətlər Mühazirəçi: İsmayılova İ.E.

  2. Meteoroloji kəmiyyətlər olan təzyiq, havanın temperaturu, nizbi rütubətlik, külək,buludluq, yağıntı sahələri mürəkkəb sahələrdir və hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Bu kəmiyyətlərin sahə vəziyyətlərinin təhlili sinoptik təhlilin əsas məsələsidir və təhlilin nəticələri atmosfer proseslərinin inkişaf qanunauyğunluqlarını nəzərə almaqla hava proqnozlarını tərtib etmək üçün ilkin material hesab olunur.

  3. Atmosfer təzyiqi Bütün atmosfer boyu yayılan hava sutununun vahid üfüqi səth sahəsinə düşən ağırlığına atmosfer təzyiqi (P) deyilir. Təzyiq barometr cihazı vasitəsilə təyin olunur. Beynəlxalq vahidlər sistemində (Sİ) təzyiqin ölçü vahidi hektopaskaldır (hPa). hPa ilə bərabər təzyiqin digər ölçü vahidlərindən də istifadə olunur: millibar (mb) və millimetr civə sütunu (mm c.s.). 1 mb = 1 hPa; 1 mm c.s. = 133.3 Pa = 1.333224 hPa 0°C temperatur şəraitində 760 mm c.s. təzyiqə uyğun gələn atmosfer təzyiqi (1013.25 hPa) normal atmosfer təzyiqi adlanır.

  4. TƏZYİQİN AVİASİYADA İSTİFADƏ OLUNAN QİYMƏTLƏRİ Uçuşların meteoroloji təminatında təzyiqin QFE və QNH qiymətlərindən istifadə olunur. QFE[Question field elevation (Q - code)] – aerodrom səviyyəsində və ya UEZ-in hüdudunda təzyiqin qiyməti. QNH[Question normal height - sea level pressure (Q - code)] – təzyiqin standart atmosfer şərtlərinə uyğun olaraq dəniz səviyyəsinə gətirilmiş qiyməti. METAR (SPECI) kodu ilə kodlaşdırılmış faktiki hava haqqında məlumatda təzyiqin QNH qiyməti göstərilir, belə ki bu zaman təzyiq kiçik qiymətə doğru tam hektopaskala qədər yuvarlaqlaşdırılır. Yerli müntəzəm və vüsusi hava məlumatlarda təzyiqin hektopaskalla QNH və QFE qiymətləri göstərilir, lazım gəldikdə isə təzyiqin millimetr civə sütunu ilə QFE qiyməti də məlumata əlavə olunur.

  5. Atmosfer təzyiqi sahəsi kəsilməz, skalyar sahədir. Zamanın hər anında P təzyiqi (x, y, z) koordinatının funksiyasıdır: P=P(x, y, z), başqa sözlə desək, təzyiq sahəsi üçölçülü kəmiyyətdir. Təzyiq sahəsi müstəvi üzərində izobarlarla ifadə olunur. İzobarlar eyni təzyiqə malik nötələri birləşdirən səlis əyri xətlərə deyilir. Müxtəlif hündürlüklərdə təzyiqi səciyyələndirmək üçün alçaq və yüksək təzyiq sahələrində izobarik səthlərin hündürlük fərqlərinə əsaslanan barik topoqrafiya metodundan istifadə edilir. Müxtəlif hündürlüklərdə təzyiq sahəsi izohipslərlə ifadə olunur. İzohipslər hər-hansı bir izobarik səthin eyni hündürlüyə malik nöqtələrini birləşdirən səlis əyri xətlərə deyilir.

  6. Atmosfer təzyiqi məkan və zamana görə dəyişkən meteoroloji kəmiyyətdir. Müxtəlif hündürlüklərdə təzyiq dəyişmlərinin əlaqəsini aşağıdakı barometrik tənlikdən almaq olar: burada, p1 - ∆z təbəqəsinin aşağı sərhəddində təzyiq; p2 - ∆z təbəqəsinin yuxarı sərhəddində təzyiq; Tm - təbəqənin orta temperaturudur.

  7. Təzyiqin hündürlükdən asılı olaraq dəyişməsini səciyyələndirmək üçün barik pillə anlayışından istifadə olunur. Barik pillə - təzyiqin vahid dəyişməsi üçün lazım olan hündürlüyə deyilir və aşağıdakı düsturla hesablanır: burada, p – təzyiq, t – temperaturdur. Hündürlük artdıqca barik pillənin qiyməti artır. Yerüstü təbəqədə təzyiq 1 hPa dəyişməsi üçün orta hesabla 8 m hündürlüyə qalxmaq lazımdır, 5 km hündürlükdə barik pillənin qiyməti 15 m və 18 km hündürlükdə isə 70-80 m təşkil edir. Barik pillənin qiyməti havanın temperaturu və təzyiqdən asılıdır: isti havada barik pillə soyuq havadakından böyük olur.

  8. Təzyiqin zaman daxilində dəyişməsini səciyyələndirmək üçün barik tendensiya kəmiyyətindən istifadə olunur. Son 3 saat ərzində təzyiqin dəyişməsinə barik tendensiya deyilir. Atmosfer təzyiqi aşağı düşərsə barik tendensiya mənfi, əksinə, təzyiq artarsa barik tendensiya müsbət olacaqdır.

  9. Beynəlxalqstandart atmosfer Beynəlxalq standart atmosfer (BSA, ing. ISA) — yer atmosferində havanın temperaturunun, təzyiq və sıxlığının şərti olaraq şaquli paylanmasına deyilir. BSA üçün aşağıdakı şərtlər doğrudur: orta dəniz səviyəsində 15°C temperaturda atmosfer təzyiqi 1013 mb (760 mm c.s.) təşkil edir, temperatur 11 km yüksəkliyə qədər hər 1 km hündürlüyə qalxdıqca 6,5°C (hər 1000f- da 1,98 °C) azalır və 11 km yüksəklikdə -56,5°C təşkil edir ki, bu hündürlükdən sonra demək olar ki sabit qalır.

  10. Havanın sıxlığı Vahid həcmə düşən hava kütləsinə havanın sıxlığı deyilir. Havanın sıxlığı hava gəmilərinin uçuşuna təsir göstərən atmosferin əsas xüsusiyyətlərindən biridir.Ölçü vahidi q/m3və ya kq/m3-dir. Havanın temperatur və təzyiqi məlum olarsa onun sıxlığını ideal qaz tənliyindən istifadə etməklə müəyyən etmək olar: burada, P – təzyiq, R – universal qaz sabiti, T – mütləq temperatur. Tənlikdən aydın olur ki, havanın sıxlığı təzyiqlə düz, havanın temperturu ilə isə tərs mütənasibdir.

  11. Müxtəlif temperatur şəraitlərində havanın sıxlığının hündürlüyə görə dəyişməsi, q/m3

  12. Rütubətliyin havanın sıxlığına təsiri Havanın sıxlığı həm də onun tütubətliyindən asılıdır. Temperatur və təzyiqin bərabər qiymətlərində su buxarının sıxlığı quru havanın sıxlığının 0,622 hissəsini təşkil edir. Buna görə də rütubətli hava quru havadan daha yüngüldür. 40°С və 100% nisbi rütubət şəraitində rütubətli hava quru havadan 2,8 % daha yüngül olur.

  13. Bircins atmosfer Bütün hündürlüklərdə sıxlıq və temperaturu bərabər olan şərti atmosferə bircins atmosfer deyilir. Vahid en kəsiyinə malik hava sütununun kütləsini bilərək və atmosferin sıxlığını sabit fərz edərək, vahid en kəsiyinə malik olan hava sütununun hündürlüyünü hesablamaq olar. Bu hündürlük bircins atmosferin hündürlüyü (H) adlanır və praktiki məsələlərin həlli zamanı atmosfer hündürlüyünün miqyası kimi qəbul olunur. H aşağıdakı düstur vasitəsilə hesablanır: burada, R – universal qaz sabiti, T – havanın temperaturu, g – sərbəstdüşmə təcilidir. Bircins atmosferin hündürlüyü təqribən 8000 m-ə bərabərdir.

More Related