240 likes | 442 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. II Bölmə: Bitki xəstəlikləri Mövzu 1 5 . Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə.
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ • Aqronomluqixtisasıüzrə • Fitopatologiyakursu
IIBölmə: Bitki xəstəlikləri • Mövzu 15. Sitrus və subtropik bitkilərin • əsas xəstəlikləri, onlarla • mübarizə • Kənd təsərrüfatı elmləri doktoru, • professor əvəzi İbrahim Cəfərov
P L A N: 15.1 Sitrus bitkilərinin göbələk xəstəlikləri və onlar əleyhinə mübarizə tədbirləri 15.2 Sitrus bitkilərinin bakteriyalı xəstəlikləri və onlarla mübarizə 15.3Subtropik bitkilərin (nar) əsas xəstəlikləri və onlarla mübarizənin başlıca prinsipləri
Ədəbiyyat 1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm», 2001, 277 s. 2.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı: «Maarif», 1988, 160 s. 3. КалюжныйЮ.В. Болезни субтропических и тропических плодовых культур и борьба с ними. Киев: 1987, част 1, 116 с. 4. Пересыпкин В.Ф. и др. Болезни сельскохозяйственных культур. Киев: «Урожай», 1991, т. 3, 6 с. 4. Timmer L.W., Garnsey S.M., Graham J.H. Compendium of Citrus Diseases // The American Phytopathological Society, 2000, 92 p.
SİTRUS BİTKİLƏRİNİN XƏSTƏLİKLƏRİ • Malsekko - Phoma tracheiphila (Petri) Kant. et Gic. Təsnifatdayeri: Fungi vəyaMycotaaləmi, Anamorfic fungi şöbəsi, Coelomycetessinfi, Sphaeropsidalessırası, Dematiaceaefəsiləsi, Phomacinsi Biolojiqrupu: Fakültətiv parazit
Patogenin morfologiya və biologiyası. Xəstəlik xarici görkəmcə sağlam bitkini xatırladır, lakin təpə zoğlarda yarpaqların tək-tək tökülməsi və ya qismən saralması ilə xarakterizə olunur. Yapaqlarda əvvəlcə zəif soluxma əlamətləri görünür, sonra qıvrılma baş verir və tökülürlər. Saplaq bir neçə müddətə zoğun üzərində qalır. Gövdə və ya skelet budağı yüngülcə silkələyən zaman yarpaqların tökülməsi xəstəliyin xarakterik əlamətidir. Sirayətlənmiş zoğlar əvvəlcə yaşıl rəngini saxlayır, soma tədricən uzun xətt kimi birtərəfli xlorozluq baş verir. Müəyyən müddətdən sonra zoğ təpə hissədən qurumağa başlayır, nəticədə iri qəhvəyi ləkələr görünür. Meyvələrdə yoluxma onların meyvəayaqcığına möhkəmləndiyi yerdə qeyd olunur. Xarici görkəminə görə meyvənin xəstələnməsi meyvəayaqcığının çürüməsini xatırladır. Limonun xəstə toxmacarları tinglikdə təpədən quruyur və piqmentləşmə bəzən kök sisteminə daxil olur. Bitkilər əsasən peyvənd vurulan zaman yoluxurlar.
Limonda malsekko 1. Yoluxmuş ağac; 2.Yoluxmuş budağın kəsiyi; 3. Piknidlər görünən budaq; 4.Konidi spormərhələsi; 5.Piknid piknosporlarla.
Sitrusların fitoftorozu - Phytophthora citrophora (R. E. et E. N. Sm (Leonian), Phyt. citricola Saw. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi Biolojiqrupu: Obliqat parazit
Patogenin morfologiya və biologiyası. Xəstəliyə kök boğazı, kök, ştamb, zoğ, yarpaq, yumurtalıq (toxumluq) və meyvələrdə rast gəlinir. Kök boğazının yoluxması fitoftorozun geniş yayılmış formasıdır. Yoluxma yerlərində qabıq sulu tünd ləkələrlə örtülür, yüngülcə qabarır, sonra çatlar baş verir. Həmin çatlardan sarıtəhər kitrə ayrılır, torpağa düşərək o, balıq və ya turş iyi verir. Sirayətlənmiş qabıq qəhvəyi rəng alır, dağılır, quruyur və oduncaqdan ayrılır. Əlverişli hava şəraitində yoluxmuş kök sisteminin də çürüməsi ilə yanaşı, ağacların da məhv olması müşahidə edilir. Təpə zoğlarında kiçik açıq-boz ləkələr əmələ gəlir, tezliklə böyüyür, açıq-qəhvəyi rəng alır. Ləkələrin böyüməsi əsasən uzununa istiqamətdə olur. Zoğların yoluxmuş qabıqlarında kiçik qatlar əmələ gəlir, sarıtəhər kitrə axır. Adətən zoğlar ölürlər. Fitoftoroz təpə yarpaqlarda həlqəvi yağlıtəhər ləkələr formasında olur. Müəyyən müddət sonra ləkələr böyüyür və bütün yarpaq ayəsini tutur.
Sitruslarda fitoftoroz 1. Qabığın ölməsi və kitrə ayrılması; 2. Yoluxmuş уаrpaq; 3. Yoluxmuş apelsin meyvəsi; 4. Zoosporangidaşıyanlarla zoosporangilər; 5. Zoosporangidən zoosporan çıxması.