1 / 23

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Pasterellyoz və nekrobakterioz ” MÜHAZİRƏÇİ : dosent Ələsgərov Zahir

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Pasterellyoz və nekrobakterioz ”

primavera
Download Presentation

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Pasterellyoz və nekrobakterioz ” MÜHAZİRƏÇİ : dosent Ələsgərov Zahir

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “Pasterellyoz və nekrobakterioz” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

  2. PLAN • Tarixi məlumat • Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri • Epizootoloji məlumatlar • Patogenez • Xəstəliyin gedişi və kliniki əlamətləri • Patoloji –anatomiki dəyişikliklər • Diaqnoz • Təfriqi diaqnoz • Müalicə • İmmunitet • Profilaktika və mübarizə tədbirləri.

  3. Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

  4. PASTERELLYOZ (Hemorroci septisemiya) – (Pasteurellosis) • Pasterellyoz ev heyvanlarının, vəhşi heyvanların həmçinin quşların xarakterik gedişli infeksion xəstəliyi olub, daxili orqanlarda, selik və soroz qişalarda xarakterik hemorragiya (qansızma), septisemiya əlamətləri, Hemorroci-iltihabi proseslə səciyyələnir. • Xəstəliyin iti gedişi zamanı septisemiya əlamətləri, yarımiti və xroniki gedişat zamanı isə ağ ciyərlərin zədələnməsi səciyyəvi sayılır. • Tarixi məlumat. Xəstəliyin infeksion xarakterə malik olması 1878-1887-ci illərdə qeydə alınmışdır. Quşların Pasterelyozunun törədicisini Rus alimi E.M.Zemmer (1878-ci il) kəşf etmişdir. • 1880-ci ildə L.Paster törədicini ayıraraq onun becərilməsinə –kulturalaşdırılmasına nail olmuş və ətraflı tətqiq etmişdir. L.Paster ilk dəfə bakteriyaların zəiflədilmiş kulturasından vaksin əldə etmiş və quşların immunizasiyasını həyata keçirmişdir. • 1910-cu ildə ayrılmış törədici L.Pasterin şərəfinə Pasteurella, xəstəlik isə Pasterellyoz adlandırılmışdır. • 1878-ci ildə Bollinqer qaramalda Pasterelyozu qeydə almış, 1885-ci ildə isə Kitt xəstəliyin törədicisini ayırmışdır. • 1881-ci ildə Qafki dovşanlarda, 1886-cı ildə Loffler donuzlarda, 1887-ci ildə Qreste çamışlarda xəstəliyi qeydə almış və törədicini ayırmışlar. • Pasteurellaların zooloci təsnifatı uzun müddət elmi mübahisələrə səbəb olmuşdur.

  5. Xəstəliyin törədicisi. [(Pasteurella multocida) (P.septica)] Brusellaceae ailəsinin Pasteurella cinsinə aid olan bakteriyalar olub, amilin 8 növü məlumdur ki, bunlardan da heyvanlarda və quşlarda xəstəlik törədən Pasteurella multocida və Pasteurella haemoliticaya rast gəlinir. • Pasteurella multocida-nın dörd seroloci variantı: A, B, D və E məlumdur. Quşlarda xəstəlik əmələ gətirən yalnız A variantıdır. Ölkəmizdə heyvanlarda xəstəliyi A, B və D serovariantları əmələ gətirir. Pasteurella multocida-nın E variantı, yalnız Afrika ölkələrində heyvanlardan ayrılmışdır. • Pasteurella haemolitica-nın iki, A və T biotipləri məlumdur ki, bunlarda saxarolitik xüsusiyyətlərinə törə bir-birindən fərqlənir. • Pasteurella multocida-hərəkətsiz, Qram mənfi, spor əmələ gətirməyən, oval formalı xırda (0,3-1,25x0,25-0,5 mkm) bakteriyalardır. Amil orqanlardan və qandan hazırlanmış yaxmalarda ovoid formada, kulturalardan hazırlanmış yaxmalarda isə kokkabənzər formada müşahidə olunur. • Pasterellalar bütün Anilin boyaları ilə yaxşı boyanır. Bipolyar boyanma amil üçün xarakterikdir. Metilen abısı yaxud Romanovski-Gimza boyası ilə boyama zamanı bipolyarlıq daha xarakterik nəzərə çarpır. • Pasteurella multocida təzə-cavan kulturalarda, dəqiq qeydə alınan kapsula əmələ gətirir. Amil adi qida mühitlərində (370C) ƏPA və ƏPB-da (pH 7,2…7,4) yetişdirilir. Bu məqsədlə Xottinqer və Saburo qida mühitləri də əlverişli mühitlər sayılır. Qida mühitlərinə qan serumu əlavə etmək məqsədəuyğundur. Morfoloji cəhətdən Pasteurellaların bütün növləri eynidir. Pasteurellalar obliqat aerob, fakultativ anaerobdur.

  6. Pasteurellosis

  7. Davamlılığı. Pasterellaların davamlılığı yüksək deyildir.70-900C temperaturda 5-10 dəqiqə ərzində amil məhv olur. • Törədici peyin və suda 2-3 həftə, cəmdəkdə -4 ayadək, müsbət temperatura şəraitində torpaqda 1-3 ay, dondurulmuş qanda -221 gün, kərpic və asfalt örtükdə -63 gün, qarışıq yemdə 51 gün yaşama qabiliyyətini saxlayır. • Amil dezinfeksiyaedici maddələrin təsirinə davamsızdır. Adi dezinfeksiyaedici maddələr törədiciyə effektli təsir edir. 5%-li karbol turşusu məhlulu 1-3 dəqiqəyə, 5%-li xlorlu-əhəng məhlulu 5 dəqiqəyə, 1 %-li krezol 1 dəqiqəyə amili öldürür. Vakkumda dondurma zamanı Pasteurella multocida virulentlik və vegetasiya xüsusiyyətlərini saxlayır. • Epizootoloci məlumatlar. Təbii olaraq xəstəliyə əksər növ kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar və quşlar tutulurlar. Xəstəliyə insanlarda tutulur. Insanlar xəstəliyə yüksək həssaslıq göstərmirlər. Pasterelyoz əsasən sporadiya formasında baş verir. Bəzi hallarda isə xəstəliyə epizootiya halında da təsadüf edilir. • Epizootiya adətən donuz və qaramal arasında, quşlardan isə toyuq və hindquşları arasında baş verir. Xəstəliyə körpələr, cavanlar daha yüksək həssaslıq göstərirlər. Infeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş heyvan və quşlar hesab edilir. Belə heyvanlar və quşlar Pasteurellaları tənəffüs aparatında gəzdirərək, burun axıntısı vasitəsilə ətraf mühitə yayırlar, mühiti çirkləndirirlər. Müəyyən edilmişdir ki, xəstəliyə tutulmuş və xəstəlikdən sağalmış fərdlər uzun müddətli pasterelladaşıyıcı rolunu oynayırlar ki, bunlardada bakteriyalar yuxarı tənəffüs yollarının selikli qişalarında lokalizasiya edir.

  8. Patogenez. Həssas orqanizmə müxtəlif yollarla daxil olmuş, patogen amilin inkişaf sikli, orqanizmin ümumi rezistentliyindən və amilin virulentldiyindən asılıdır. Müəyyən edilmişdir ki, Patoloji-prosesin inkişafında törədicinin endotoksini mühüm rol oynayır. Xəstəliyin iti gedişatı zamanı, Pasterellalar lokalizasiya etdiyi sistemdə sürətlə artıb çoxalaraq limfatik və qan dövranı sisteminə daxil olur və septisemiya törədir. • Pasterellaların ən çox intensiv inkişaf etdiyi orqan, tənəffüs orqanlarıdır. Amilin ixrac etdiyi toksin, selik qişalardan qana sorulur və orqanizmin orqan sistemlərinə yayılır, nəticədə orqanizmin ümumi müqaviməti zəifləyir. Toksinin təsirindən orqan və sistemlərə mənsub olan selik qişalarda qan sağıntıları meydana gəlir. Xəstəliyin xroniki gedişatı zamanı, törədicinin virulentliyi zəif olan zaman, orqanizmin yüksək rezistentliyi septisemiyanın inkişaf edərək baş verməsinə yol vermir. • Gedişi və kliniki əlamətləri. Quşların Pasterelyozu (vəba)- kəskiniti gedişli, iti, yarımiti və xroniki gedişata malikdir. Kəskiniti gediş zamanı inkubasiya dövrü bir neçə saat, iti gediş zamanı isə 2-3 gündür. • Quşlarda əksərən iti gediş qeydə alınmaqla, bu zaman bədən temperaturu 43-43,50 C-dək yüksəlir. Iştaha zəifləyir, susuzluq baş verir. Bu gediş zamanı ağ ciyərlərin zədələnməsi nəticəsində tənəffüs çətinləşir, burun boşluğundan köpüklü eksudat ayrılır. Xəstələrdə qanlı ishal baş verir. Yarıiiti gediş zamanı, xəstəlik zəif inkişaf etməklə, kliniki əlamətlər anoloci olaraq iti gedişdə olduğu kimidir. Xroniki gediş zamanı, xəstələrdə rinit, konyuktivit, bəzi hallarda isə artrit qeydə alınır. Bu gediş zamanı quşlarda sırğalar şişkinləşir.

  9. Patoloji-anatomiki dəyişikliklər. Quşlarda iti gedişat zamanı, meydana çıxan xarakterik Patoloji-anatomiki dəyişikliklərdən, dərialtı toxumada kəskin qan sağıntıları diqqəti çəlb edir. Qan sapğıntıları qarın boşluğunda, bağırsağların, xüsusilə onikibarmaqbağırsağın selik və seroz qişalarında daha xarakterik nəzərə çarpır. Qara ciyərdə çoxsaylı xırda bozumtul ağ nekroz oçaqları müşahidə edilir. Xəstəliyin xroniki gedişi zamanı, hava kisələrində fibrinozlu-iltihab prosesi baş verir. Krupozlu-Hemorroci pnevmoniya, fibrinozlu plevrit, perikardit, burun boşluğu, traxeya və bronxların selik qişalarında fibrinozlu eksudatın toplanması, bu gedişat zamanı xarakterik Patoloji-anatomiki dəyişikliklər sayılır. • Təfriqi diaqnoz. Pasterelyoz (vəba) quşlarda Nyukasl xəstəliyi və spiroxetozdan təfriq edilir. • Müalicə. Şərti sağlam quşlara əzələiçi Terramisin yeridilir. Tetrasiklin, Biomisin və prolangik təsir edən antibiotiklər effektli təsirə malikdir. Müalicə məqsədilə Sulfanilamid preparatlarıda istifadə edilir. • Qoyunlarda Pasterelyoz ildırımvari, iti, yarımiti və xroniki gedişata malikdir. • Ildırımvari gediş zamanı heyvanlarda bədən temperaturu ani olaraq kəskin yüksəlir, zəiflik, halsızlıq inkişaf edir, tez bir zamanda ölüm baş verir. • Iti gediş zamanı bədən temperaturu 41-420 C-dək yüksəlir, iştahsızlıq, kəskin zəiflik xarakterik olaraq baş verir. Sonra xəstələrdə burundan serozlu yaxud irinli selik ayrılır, konyuktivit meydana çıxmaqla, tənəffüs çətinləşir, öskürək baş verir. • Yaşlı qoyunlarda xəstəliyin xroniki gedişi xarakterik olmaqla, bu zaman parenximatoz mastit və hətta yelinin nekrozu inkişaf edir.

  10. Patoloji-anatomiki dəyişikliklər. Qoyunlarda Paste-rellyozun ildırımvari və iti gedişi zamanı seroz və selik qişalarda, dərialtı toxumada xarakterik qan sağıntıları meydana çıxır. Bu zaman krupozlu pnevmoniya, fibrinozlu plevrit və perikardit formalaşmaqla, döş boşluğuna serozlu-fibrinozlu eksudat toplanır. • Xəstəliyin yarımiti və xroniki gedişi zamanı ağ ciyərlərin zədələnməsi xarakterik olmaqla, ağ ciyərlərdə nekroz ocaqları müşahidə edilə bilir, qara ciyərdə distrofiya qeydə alınır. • Təfriqi diaqnoz. Qoyunlarda septisemiki Pasterellyoz, Qara yara, Yaman şiş və Bradzotdan təfriq edilir. Pasterellyozlu Pnevmoniya zamanı isə xəstəlik, Diplokokk infeksiyasından təfriq edilir. • Müalicə. Qoyunlarda müalicə məqsədilə, Pasterellyoz əleyhi serum və antibiotiklər tətbiq edilir. • Donuzların Pasterellyozu-Əsasən körpələr arasında qeydə alınır. Xəstəlik kəskiniti, iti və xroniki gedişə malikdir. Donuzlarda inkubasiya dövrü 1-3 gün, bəzən isə 14 günədəkdir. • Kəskin iti gediş zamanı donuzlarda qəflətən bədən temperaturu 420C-dək yüksəlir, ümumi zəiflik, halsızlıq, yemdən imtina, tənəffüsün çətinləşməsi, ürək zəifliyi əlamətləri meydana çıxır, 1-2 gün sonra ölüm baş verir. • Iti gediş zamanı tənginəfəslik, güclü öskürək, görünən selik qişaların, burun aynası və qulaqların göyərməsi xarakterik əlamətlər sayılmaqla, xəstələrdə qarıntipli tənəffüs meydana çıxır, xəstə donuzlar «it oturuşu» vəziyyət alır, 3-8 gün keçmiş ölüm baş verir. Xəstəliyin xroniki gedişi ümumi halsızlıq və zəifliklə səciyyələnir.

  11. Patoloji-anatomiki dəyişikliklər. Kəskin iti gediş və iti gediş nətiçəsində boğaz nahiyyəsində dərialtı toxumada infiltrativ şişkinliklər formalaşır. Döş və qarın boşluğunda serozlu-fibrinozlu eksudat toplanır, ağ ciyərlər, qulaq dibi və döş boşluğu limfa düyünləri böyüməklə, qan sağıntıları qeydə alınır. Ağ ciyərdə qırmızı, sarı və bozumtul hepatizasiya* sahələri meydana çıxır. • Xroniki gediş zamanı ağ ciyərlərdə böyük nekroz və hepatizasiya sahələri formalaşmaqla fibrinozlu plevrit və perikardit xarakterik Patoloji-anatomiki dəyişikliklər hesab edilir. • Təfriqi diaqnoz. Donuzlarda Pasterellyoz, iti gedişli Taun, Qara-yara, Qızıl yel və Salmonellyozdan təfriq edilir. • Müalicə. Donuzlarda Pasterellyoz zamanı hiperim-mun serum, antibiotiklər yaxud sulfanilamid preparat-larının tətbiqi, müsbət müalicəvi effekt yaradır. • Qaramal və çamışların Pasterellyozu.Qaramalda Pasterellyoz iti, yarım iti və xroniki gedişlə xarakterlənir. Çamışların Pasterellyozu isə kəskin iti və iti gedişlə xarakterizə edilir. • Kəskin iti gediş zamanı, xəstələrdə bədən temperaturu 41-420C-dək yüksəlir, ishal baş verməklə, heyvanlarda qısa zamanda ölüm baş verir. • Iti gediş zamanı bəzən bağırsaqların, bəzən isə tənəffüs orqanlarının zədələnməsi (Döşforması) qeydə alınır. Xəstəliyin şiş forması müşahidə edilir. Bədən temperaturu bütün hallarda yüksəlir. Xəstəliyin şiş forması zamanı heyvanın baş nahiyəsində, boyunda, köks nahiyəsində, bəzən isə ətrafların dərialtı toxumalarında. əzələarası toxumalarda şiş müşahidə edilir. Xəstələrdə tənəffüs çətinləşir, quru öskürək baş verir, inəklərdə laktasiya dayanır. 1-2 gündən sonra heyvan ölür. • Xəstəliyin döş forması zamanı, tənəffüs çətinləşir, öskürək baş verir, burun yolundan serozlu sonra isə irinli-serozlu axıntı ayrılır. • Xəstəliyin bağırsaq forması adətən körpələrdə meydana çıxmaqla, ishal baş verir, ümumi zəiflik meydana çıxmaqla 3-4 həftədən sonra ölüm baş verir.

  12. Patoloji-anatomiki dəyişikliklər. Xəstəliyin kəskin iti gedişi zamanı seroz və selik qişalarda çox saylı qan sağıntıları meydana çıxır. Iti gediş zamanı ölmüş heyvanlarda dərialtı və çənəarası sahələrdə şiş və qan sağıntıları müşahidə edilir. Limfa düyünləri böyümüş olur. Epi- və endokardda subseroz qan sağıntıları diqqəti çəlb edir. Xəstəlikdə kəskin iti gedişdən ölmüş heyvanların ağ ciyərlərində boz və ya qırmızı hepatizasiya müşahidə olunur. Bəzi hallarda qara ciyərdə böyümə nəzərə çarpır, kapsula altında qan sağıntıları müşahidə edilir. Xroniki formadan ölmüş heyvanlarda əsas Patoloji-anatomiki dəyişikliklər ağ ciyərdə formalaşır. • Müalicə. Xəstəliyin başlanğıç stadiyasında spesifik serum, antibiotik və Sulfanilamid preparatlarının tətbiqi effektli müalicəvi səmərə verir. • Diaqnozu. Bu məqsədlə Epizootoloci məlumatlar, kliniki əlamətlər, pataloci-anatomik dəyişikliklər nəzərə alınır və bakterioloci müayinənin nəticəsi əsas götürülür. • Patoloji material: Bakterioloci müayinə məqsədilə laboratoriyaya qara-ciyər, dalaq, böyrəklər, limfa düyünləri, ürəkdən qan, borulu sümüklər göndərilir. Yay mövsümündə orqanları 30%-li qliserin məhlulunda konservləşdirmək, borulu sümükləri isə 5-10%-li formalin məhlulu hopdurulmuş tənzifə və ya pambığa bükələmək daha məqsədəuyğundur. • P.multocida-nın morfoloji və tinktorial xüsusiyyətləri. Orqanlardan və qandan hazırlanmış ləpir yaxmalarda, Qram üsulu ilə boyanma zamanı, P.multocida-mikroskopiyada Qram-mənfi, uçları yumru, xırda çöpəbənzər bakteriyalar (0,3-1,5 mkm) formasında müşahidə edilir. Leffler abısı və ya Romanovski-Gimza üsulları ilə boyanma zamanı Pasterellalar bipolyar boyanır. (Bakterial hüceyrənin üç sahələri intensiv boyanır). • Kulturalardan hazırlanmış yaxmalarda, Pasterellalar kokkobakteriyalar, yaxud xırda çöplər formasında müşahidə edilməklə, tək-tək; cüt-cüt, bəzən isə gödək zənçir şəklində düzüm əmələ gətirirlər. Xüsusi boyama metodu ilə boyama zamanı P.multocida kapsulası zərif formada müşahidə olunur.

  13. Kultural xüsusiyyəti. P.multocida fakültətiv anaerob olmaqla, optimal temperaturu 37-380C, optimal PH 7,2-7,4-olan mühütdə yetişdirilir. Tədqiq olunan materialdan nümunə götürərək ƏPA, ƏPB qida mühitlərində, həmcinin daha məqsədyönlü qida mühitlərindən ƏP qanlı Aqar, serumlu ƏP-lu Aqar yaxud Ət-Peptonlu Bulyon qida mühitlərində amili kulturalaşdırmaq lazımdır. Kulturalaşma zamanı 24-48 saat vaxt tələb edilir. • ƏPA qida mühitində P.multocida xırda, şəffaf, yumru S-formalı kaloniyalar əmələ gətirir. Bəzən isə törədici iri-selikli M-formalı, yaxud girintili-çıxıntılı R-formalı kaloniyalar əmələ gətirir. • P.multocida hemolitik fəallıq təsirinə malik deyildir. P.multocida ƏPB-da seliyə bənzər çöküntü əmələ gətirir. • Fermentativ xüsusiyyətləri. Adətən P.multocida Qlukoza, saxaroza, sorbit, manit, salisin, inulin, Ramnoza, Raffinozanı fermentasiyaya ugradır. Ureaza əmələ gətirmir, hemolitik fəallığa malik deyildir. Indol əmələ gətirir, celatini əritmir, südü pıxtalaşdırmır. Amil laktoza və dulsiti fermentasiya etmir. • Amilin nitratları reduksiya etməsini müəyyən etmək üçün ƏPB qida mühitində kulturalaşma 0,1 % KNO3-la 1-2 sutka müddətində həyata keçirilir. Sonra isə P.multocida kulturasına 2-3 damla Qriss reaktivi əlavə edilir. Bu zaman mühitin bənövşəyi qırmızı rəngə boyanması müsbət nətiçəni göstərir. Indol əmələ gətirməni müəyyən etmək məqsədilə, qəbul edilmiş qaydaya uyğun olaraq, 3-4 sutkalıq Xottinqer və ya Marten bulyonunda kulturadan istifadə edilir.

  14. Bioloji sınaq. Laboratoriya heyvanlarını yoluxdurmaqda məqsəd, xəstəlik törədicisinin təmiz kulturasını əldə etmək, həmçinin amilin virulentliyini yoxlamaqdan ibarətdir. Qaramal, donuz və qoyunlardan əldə edilmiş tədqiq olunan materialla ağ siçan və ada dovşanı, quşdan əldə edilmiş nümunə ilə isə, göyərçin, toyuq və ördək yoluxdurulur. Bu məqsədlə göyərçinlər, tədqiq olunan materialın suspenziyası ilə əzələiçi 0,3 ml dozada, ağ siçan və ada dovşanı isə uyğun olaraq 0,2 ml və 0,5 ml dozada dərialtı metodla yoluxdurulur. • Ada dovşanları yoluxdurulmazdan qabaq, Pasterella­daşıyıcı­lığa törə yoxlanılmalıdır. Bu məqsədlə ada dovşanlarına 2 damla 0,5%-li brilliyant yaşılı, yoluxdurul-maya qalmış üç gün müddətində yeridilir. Bu zaman dovşanların burun boşluğunda çirkli axıntının meydana çıxması, onların Pasterella daşıyıcı olmasını sübut edir və onlar təcrübədən kənarlaşdırılır. • Yoluxdurulmuş laboratoriya təcrübə heyvanları 18-36 saat müddətində ölür. Ayrılmış P.multocida kulturaları-nın virulentliyini yoxlamaq üçün, bulyon kulturasından dərialtı yolla, təcrübə heyvanları uyğun dozalarda yoluxdurulur (Göyərçin, ağ siçan və ada dovşanı). • Pasterellyoza müsbət bakterioloci diaqnoz, Patoloji materialdan Qram-mənfi, kapsula əmələ gətirən, çöpəbənzər, hərəkətsiz P.multocida bakteriyaları kulturasının ayrılması əsasında qoyulur. Diaqnoz zamanı amilin Nitratları reduksiya etməsi, indol əmələ gətirməsi, adətən qlükoza, saxaroza, sorbit və manniti parçalaması, hemolitik fəallığa malik olması, laboratoriya heyvanları üçün virulentliyi əsas götürülür.

  15. Immunitet. Təbii şəraitdə xəstələnmiş və sağalmış heyvanlarda immunitet yaranır. 1947-ci ildə Akademik M.Q.Qəniyev qaramal və çasışların Pasterellyozu əleyhinə effektli yarımmaye Hidroksialüminium formol vaksini hazırlamışdır. Fəal süni immunitet yaratmaq üçün vaksin qaramal və çamışlara birinci dəfə 5 ml, ikinçi dəfə isə 12-15 gün fasilələrdən sonra 10 ml doza ilə inyeksiya edilir. • Immunizasiya olunmuş heyvanlarda, yaranan immunitet 8 aya qədər davam edir. Spesifik profilaktika məqsədilə qoyun və donuzların Pasterellyozu əleyhinə Presipitinləşdiriçi formol vaksini təklif olunmuşdur. Vaksin iki aylıqdan yuxarı yaş qrupunda olan fərdlərə yeridilir. Immunizasiyadan qabaq, heyvanlar termometriya edilir, bədən temperaturu normal olan heyvanlar peyvənd edilir. Vaksin dərialtı iki dəfə, 12-15 gün fasilə ilə nəzərdə tutulan dozada (ml) yeridilir. • Peyvənd olunmuş fərdlərdə formalaşan immunitet 5-6 ayadək saxlanılır. • -Çoşkaların Salmonellyozu, Pasterellyozu və diplokokk septisemiyası əleyhinə konsentrasiyaedilmiş polivalent formol vaksinilə 20-30 günlük fasilə ilə iki dəfə immunizasiya edilir. • Heyvanın növü I dəfə II dəfə • Yaşlı qoyun və donuz 5 ml 8 ml • Quzu və çoşka 3 ml 5 ml • I peyvəndləmədə 3-4 ml doza, • II peyvəndləmədə 4-5 ml doza tətbiq olunur • Quşların Pasterellyozu əleyhinə Emulsin vaksin, Pasterellyoza törə sağlam və qeyri sağlam quşçuluq təsərrüfatlarında tətbiq edilir. • Vaksin 3 aylıq toyuqlar və 1,5 aylıq ördəklərə növündən asılı olmayaraq Bir dəfəlik doza ilə 1,5 ml inyeksiya edilir. Vaksin boyun nahiyəsində dərialtı yeridilir və 6 ayimmunitet yaradır. Bundan sonra revaksinasiya təklif edilir.

  16. Profilaktika və mübarizə tədbirləri. Təsərrüfatlarda heyvanalr arasında Pasterellyoz müşahidə edildikdə, məhdudlaşma tədbirləri həyata keçirilir və bütün heyvanlar kliniki müayinədən keçirilir. Xəstələr və xəstəliyə şübhəli heyvanlar ayrılaraq, izolyatorda yerləşdirilir, Müalicə aparılır. Sağlam heyvanlar isə peyvənd olunur. Təsərrüfatlarda plana uyğun olaraq dezinfeksiya tətbirləri aparılmalıdır. • Qeyri-sağlam təsərrüfatlarda gəmiricilərə qarşı mübarizə (Deratizasiya) aparmaq olduqça vacibdir. Xəstə heyvanların südü çiddi Pasterizasiya olunduqdan sonra istifadə edilməlidir. Xəstəlikdən ölmüş heyvanların çəsədləri yandırılır, yaxud Util zavodunda emal edilir. Qeyri sağlam quşçuluq təsərrüfatlarında, quş binaları izolyasiya edilir, xəstə quşlar öldürülür və cəsədlər yandırılır. • Iri quşçuluq komplekslərində xəstəliyin profilak-tikası məqsədilə, sulfanilamid preparatları və antibiotik-lərdən istifadə avçibdir. Qeyri-sağlam quşçuluq təsərrü-fatlarında, yumurta formaldehidlə dezinfeksiya olunur. 5%-li kreolin, 2%-li Natrium qələvisi, 20%-li sömüş əhəng məhlullarından istifadə edərək cari dezinfeksiya aparılır. Təsərrüfatlardan məhdudlaşma axırınçı xəstənin aşkar edilməsindən 1 ay keçmiş götürülür və son dezinfeksiya aparılır. • Dovşançılıq təsərrüfatlarında plana uyğun dezinfeksiya aparılır, bir qayda olaraq dovşanlar, Pasterellyoza və viruslu heorroci xəstəliyə qarşı assosiasiyalı vaksinlə peyvənd olunur. • Xəzdərili vəhşi heyvanlarda Pasterellyoz müşahidə edilərsə, xəstələr öldürülərək zərərsizləşdirilir, digər heyvanlara isə antibiotik və Sulfanilamid preparatları tətbiq olunur. • Insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında kompleks Baytarlıq-Sanitariya tədbirlərinin həyata keçirilməsi vacibdir.

  17. NEKROBAKTERIOZ (Nekrobakteriosis) • Infeksion xəstəlik olub, dəri örtüyü, ətrafların, selikli qişaların, bəzi hallarda parenximatoz orqanların irinli-nekrotiki zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik nəticəsində ağız aparatı, yelin və cinsiyyət orqanlarının, əzələlərin, həmçinin diqər orqan və toxumaların zədələnməsi hallarına rast gəlinir. Xəstəliyə əksəriyyət ölkələrdə təsadüf olunur. • Tarixi məlumat.Nekrobakteriozun infeksion xarakterə malik olması 1858-ci ildə məlum olmuşdur. XIX əsrin 60-cı illərində Italya və Fransada xəstəlikqeydə alınaraq, qoyunların «dırnaq xəstəliyi» adı ilə adlandırıl-mışdır. Sonrakı dövrlərdə xəstəliyin kliniki əlamətlərinin xarakterinə əsaslanaraq, bir sıra adlarda (Dırnaq cürüməsi; qanqrenozlu dermatit; nekrotiki və difteriki stomatit; dodaq keçəlliyi; qoyunların yoluxucu ağsaqlığı; və s.) adlandırılmışdır. • Nekrobakteriozun törədicisi ilk dəfə 1881-ci ildə Alman alimi R.Kox tərəfindənmüəyyən edilmişdir. • 1884-cü ildə isə xəstəliyin törədicisi, Alman bakterioloqu Loffler tərəfindən ətraflı təsvir edilmişdir. Danimarkalı alim B.Bank 1890-cı ildə xəstəlik törədicisinin təmiz kulturasını əldə etmişdir. • Şmorl isə təmiz kulturanı 1891-ci ildə əldə etmişdir. 1932-ci ildə A.Q. Revnivıx F.nekrophorum-un Nekrobakterioz xəstəliyinin sərbəst etioloci amili olmasını sübut etmişdir. Xəstəliyin öyrənilməsində Y.R. Kovalenko, A.A. Volkova, R.A.Qədimov, E.M.Ağayeva və başqalarının xüsusi xidmətləri vardır.

  18. Xəstəliyin törədicisi.Fusobakterium necrophorum, Fusariumcinsinə aiddir. Törədici polimorf mikrob olub, hərəkətsiz, qrammənfi, spor və kapsula əmələ gətirməyən, obliqat anaerob mikroorqanizmdir. Xəstəlik törədicisi hazır yaxmaların mikroskopiyası zamanı sap şəkilli (uzunluğu 80-100 mkm bəzən 300 mkm), uzun yaxud çöplər, bipolyar ovoidlər, kokklar formasında müşahidə edilir. • Amili kulturalaşdırmaq məqsədilə, Kitt-Tarotsi, Marten bulyonu, Veyon aqarı, Qlükozalı aqar, qanlı aqar, və s. qidalı mühitlərdən istifadə edilir. Qidamühitlərində optimal pH 7,4-7,6, optimal temperatura isə 360-37,50C olmalıdır. Serumlu aqarqida mühitlində amil, diametri 2-3 mkm olan ağımtıl koloniyalar, qanlı aqar və qlükozalı aqar qida mühitlərində rəngsiz bəzən isə şəffaf-sarı rənqli kənarları hamar, yastı, səthidalğavari kaloniyalar əmələ gətirir. Amil qara-ciyərli bulyon qida mühitində 2-4 sutka ərzində isə gec boy verir. Bakteriyalar karbol fuksini, karboltionin, Romanovski-Gimza boyaları ilə yaxşı boyanır. • Davamlılığı. Mikrob təbiətdə geniş yayılmışdır. Törədici yüksək temperaturanın təsirinə davamsızdır. Amil 650 C temperaturda 15 dəqiqəyə məhv olur. Qışda torpaqda-60 gün, yayda isə 15 gün, dondurulmuş materialda -25 gün, süddə 35 gün, suda və sidikdə-15 gün, nəcisdə –50 gün, amil öz yaşama qabiliyyətini saxlaya bilir. Kimyəvi dezinfeksiyaedici maddələrdən 5 %-li Natrium qələvisi 10 dəqiqə, 5 %-li lizol emulsiyası 5 dəqiqə, 1:10 kalium-permanqanat 10 dəqiqə, 4%-li formaldehid məhlulu 20 dəqiqə, 3 %-li kreolin 20 dəqiqə müddətində törədicini məhv edir. Törədici Tetrasiklin qrupu antibiotiklərə olduqca həssasdır.

  19. Epizootolociməlumatlar.Bütün növ ev heyvanları, vəhşi heyvanlar, o cümlədən quşlar və insanlar xəstəliyə həssaslıq göstərərək, yoluxurlar. Xəstəliyə sporadiya formasında təsadüf olunur. • F.necrophorum-a marallar, xırda və iri buynuzlu heyvanlar, donuzlar, atlar, dovşanlar, quşlardan isə toyuqlar daha çox həssaslıq göstərirlər. Körpə heyvanlar, yaşlılara nisbətən xəstəliyə daha tez tutulurlar. Xəstəlik törədicisinin əsas mənbəyi, xəstələr və xəstəlikdən sağalmış bakteriya-daşıyıcı heyvanlar hesab edilir. Xəstəliyə görə qeyri-sağlam təsərrüfat-larda, törədici xırda buynuzlu heyvanların mədə-bağırsaq traktında lokalizasiya edərək, nəcislə mühitə atılır. Yoluxmuş fərdlərdə xəstəliyin törədicisi əsas etibarı ilə, qan dövranı pozulmuş orqan və toxumalarda inkişaf edir. Xəstəltikdən sağalmış, yaxud natamam sağalmış heyvanların qaba yemlərlə (kobud, tikanlı) yemləndirilməsi zamanı, selik qişalar zədələnir ki, bu da mədə-bağırsaq traktında lokalizasiya etmiş F.nekrophoruminkişaf edərək çoxalmasına real zəmin yaradır. Bu isə xəstəliyin baş verməsinə səbəb olur. • Çütləşmə və ağır doğuş zamanı selik qişaların zədələnməsi, xəstəlik törədicisinin giriş qapısı olaraq real təhlükə yaradır. Xəstəliyə tutulmuş fərdlər törədicini nəcis, selik, eləcə də nekrotiki zədələnmiş toxumalar vasitəsilə ətraf mühitə atır. Təbii şəraitdə xəstələnmə, yaşlı fərdlərin (heyvanların), rütubətli otlaqlarda, daşlı-kəsəkli, tikanlı yollarda aparıldıqda dərinin bəzi xəstəliklərə (çiçək, taun, dabaq, paratif və s.) tutulmuş heyvanlarda əmələ gələn yaraların hesabına ikincili infeksiya kimi meydana çıxa bilir.

  20. Patogenez.Heyvanların yoluxması, xəstəlik törədicisinin orqanizmə tamlılığı pozulmuş dəri və selikli qişalar vasitəsilə, həmçinin alimentar və transmissiv yollarla daxil olması zamanı baş verir. Həssas orqanizmə sirayət etmiş Nekrobakteriozun törədicisi əsas etibarı ilə, yerli qan dövranı pozulmuş toxumalararda intensiv formada çoxalır və ekzotoksin ifraz edir. Hasil olunmuş toksinin təsirindən, toxuma hüceyrələri ciddi olaraq zədələnir, lizisə uğrayır. Nəticədə iltihabi proses formalaşır ki, bunun da intensivlik dərəcəsi, orqanizmin ümumi rezistentliyinin səviyyəsindən, immunobioloji reaktivliyindən asılı olur. Orqanizmin rezistentliyi yüksək olduqda, iltihabi proses yayıla bilmir və daxili orqanlarda inkapsulyasiya olunur. • Əks halda isə patoloji proses sürətlə inkişaf edir, yayılır və iri sahəli nekroz ocaqları yaranır. Bunun muqabilində nekroza uğramış toxuma hissəcikləri qana keçir və tromb yaradır. Tromb kütləsi isə qan vasitəsilə hərəkət edərək, daxili orqanlarda nekrobakteriozun baş verməsinə səbəb olur. • Xəstəliyin gedişi və kliniki əlamətləri.Xəstəliyin inkubasiya dövrü 1-3 gündür. Insanlarda inkubasiya dövrü 3-8 gündür. Xəstəlik cavanlarda iti, yaşlılarda isə yarımiti və xroniki formalarda gedir. Xəstəliyin kliniki nişanələri, xəstəliyin gedişatı və formasından asılıdır. • Xəstəliyin dörd forması: • Dəri nekrobakteriozunu (dəri və dərialtı toxumanın zədələnməsi); • Selikli qişaların və toxumaların nekrobakteriozu; • Daxili orqanların nekrobakteriozu; • Nekrobakteriozlu ostit və osteomielit mövcuddur. • Dəri nekrobakteriozu xəstəliyin ən çox yayılmış formasıdır. • Selikli qişaların Nekrobakteriozu əsasən körpələr arasında qeydə alınmaqla, xəstəliyin bu formasına 1(bir) həftəliyə qədər yaş qrupunda olan heyvanlar arasında təsadüf olunur və özünü nekrotiki stomatit formasında birüzə verir. Xəstəliyə tutulmuş fərdlərə düzgün müalicə kursu tətbiq olunmadıqda, adətən 7-10 gün müddətində, xəstələr sepsis və ürəkçatışmazlığından tələf olur.

  21. Patoloji-anatomiki dəyişikliklər.Xəstəlikdən ölmüş heyvanların ağız boşluğunda, selik qişalarda iltihabi proses müşahidə olunmaqla, köpüklü maye görünür. Ağız aparatının, dodağın və udlağın selikli qişaları, şişkinli olmaqla, bəzi yerlərdə şorvari kütləyə bənzər çöküntü müşahidə olunur. Həmin çöküntülər selik qişalardan ayrılan zaman, yeri qanayır. Prosesə tutulmuş selik qişalarda nekroz ocaqları səthi və dərin ola bilər. • Ölmüş heyvanın cəmdəyi yarılan zaman, nekrotiki stomatit, endometrit, ağ ciyərlər, qaraciyər, böyrəklər, dalaqda metastatik proseslər qeydə alınır ki, bunun nəticəsində də oval yaxud, kənarları nahamar müxtəlif ölçülərdə kapsulasız, bozumtul-sarı rənqdə ocaqlar diqqəti cəlb edir. Regionar limfa düyünləri həcmcə böyüyür. • Patoloji-anatomiki yarma zamanı Traxeyada sarımtıl-ağ rənqdə pis iyli maye diqqəti cəlb edir. Bəzi hallarda mədə-bağırsaq traktında da iltihab prosesi nəzərə carpır. Gövşəyən heyvanlarda bu proses əsasən mədə önlüklərində, bəzi hallarda isə bağırsaqlarda müşahidə olunur. Mədə önlüklərinin selik qişalarında, sarımtıl-boz rənqdə çöküntü nəzərə çarpır ki, bunlarında altında çəhrayı rənqdə yaralar müşahidə edilir. • Diaqnoz.Nekrobakterioza diaqnoz Epizootoloci məlumatlar, xarakterik kliniki əlamətlər, Patoloji-anatomiki dəyişikliklər, nəzərə alınaraq, Bakterioloci müayinələr əsasında qoyulur. • Patoloji material- Bakterioloci müayinə məqsədilə əsasən sağlam toxuma ilə nekrozlaşmış toxuma arasındakı sərhəddən nümunə götürülür. Götürülmüş Patoloji nümunədən, təmiz kulturanı əldə etmək çətin olduğuna görə, nekrozlaşmış toxuma Fizioloci məhlulla yuyulur və əldə olunmuş çöküntü ilə ada dovşanı yoluxdurulur. Yoluxdurulmuş laboratoriya heyvanı öldükdən sonra, yarılaraq, prosesə tutulmuş daxili orqanlardan nümunə götürələrək, qida mühitlərinə əkilir, həmçinin nekroz ocaqlarından yaxma hazırlanır.

  22. Mikroskopiya.F.nekrophorum, hərəkətsiz, qrammənfi, çöpşəkilli mikroorqanizm olub, spor və kapsula əmələ gətirmir. Patoloji prosesə uğramış toxumadan toxundurma yolu ilə hazırlanmış yaxmalarda, törədicilər qeyri-bərabər boyanmaqla, sitoplazma dənəvərvari müşahidə edilir. • Kultural-biokimyəvi və patogenlik xüsusityyəti.Amil anaerobdur. PH 7,4-7,6 olan ət-peptonlu qlükozalı qanlı aqar qida mühitində xırda kaloniyalar əmələ gətirir. • F.necrophorum qlükoza, saxaroza, laktoza və salisini fermentasiya-ya uğradır, celatini və laxtalanmış serumu əritmir. Karbon qazı və indol əmələ gətirmir. • Bioloji sınaq məqsədilə ada dovşanları və ağ siçanlardan istifadə edilir. Yoluxdurma adətən dərialtı üsulla həyata keçirilir. Ada dovşanları yoluxmadan 1-2 ay keçmiş. Ağ siçanlar isə 8-14 gündən sonra ölür. Nekrobakteriozun atipik formasını müəyyən etmək məqsədilə, KVR-sı təklif edilmişdir. Bunun üçün F.nekrophorumqaraciyərli bulyon qida mühitin-dəki üç günlük kulturasından antigen ekstraktından istifadə olunur. Antigenin titri 1:40 olmalıdır. • Təfriqi diaqnoz.Nekrobakterioz əsasən taun; viruslu diareya; kontagioz plevropnevmoniya; yaman kataral isitmə; dabaq xəstəliklərdən təfriq edilməlidir. • Müalicə.Xəstəliyə tutulmuş heyvanlar ayrılaraq xüsusi izolyatorlarda yerləşdirilir və müalicə aparılır. Heyvanlar yerləşdirilən sahələrdə döşəmə quru olmalı, yağış və küləkdən qorunmalıdır. Xəstələri müalicə etmək məqsədilə, ilkin olaraq, nekrotiki prosesə uğramış ocaqlar təmizlənir, həmin nahiyələr antiseptiki məhlullardan (hidrogen peroksid, kalium permanqanat, mis kuporosu və s.) biri ilə yuyulur. Prosesə tutulmuş nahiyəyə Sulfanilamid preparatlı yaxud tetrasiklin və ya pensillin sırası antibiotiklər işlədilir. Dibiomisinlə müalicə yaxşı nəticə verir. • Müəyyən edilmişdir ki, dibiomisin və başqa diyurant qrupu antibiotiklərF. Necrophoruma spesifiktəsir göstərir. Dibiomisin hər kq diri çəkiyə 20000 TV dozada, həftədə bir dəfə tətbiq olunur. • Preparat 30 %-li qliserin suspenziyasında 0,5-1%-li novokaində həll edilməklə tətbiq olunur. Tetrasiklin, biomisin və terramisin hər kq çanlı kütləyə 3-5 mq hesabı ilə gündə 1 dəfə əzələ arasına yeridilir. Müalicə kursu 4-5 gündür. Sulfadimezin və norsulfazol hər kq diri çəkiyə 0,15 mq hesabı ilə gündə iki dəfə daxilə verilir.

  23. Immunitet. Xəstəlikdən sağalmış fərdlərdə immunitet yaranmır və təkrar xəstələnmə baş verir. Insanlarda immunoprofilaktika vasitəsi hazırlanmamışdır. • Profilaktika və mübarizə tədbirləri. Inkin olaraq heyvanların saxlanma şəraiti optimal səviyyədə təmin olunmalıdır. Heyvanlar yüksək qidalılıq dəyərinə malik yem normaları ilə yemləndirilməlidir. Ciddi Sanitariya-gigiena qaydalarına əməl edilməlidir. • Heyvandarlıq binalarında döşəmə quru olmalı və ona nəzarət edilməlidir. Quzu küzlərində döşənək materialları tez-tez dəyişdirilməlidir. Bataqlıq və gollu-tikanlı ərazilərdə heyvanlar otarılmamalıdır. Heyvanların dırnaq nahiyələri periodik müayinə edilməli və ildə iki dəfə 10 %-li formaldehid və ya 5 %-li paraform ilə işlədilməlidir. Yeni doğulmuş heyvanların köbəyinə yod tinkturası çəkilməlidir. • Heyvandarlıq təsərrüfatlarında xəstəlik baş verdikdə, məhdudlaşma tədbirləri həyata keçirilir. Təsərrüfatlardan heyvanların çıxalılmasına və başqa yerlərdən qəbul edilməsinə yol verilməməlidir. Bütün heyvanlar müayinə olunur, nekrobakteriozla xəstə heyvanlar xüsusi izolyatorlarda yerləşdirilərək müalicə aparılır. Digər heyvanların xəstələnməməsi üçün, xəstəliyi törədən amillər aradan qaldırılır. Peyin toplanaraq biotermiki üsulla zərərsizləşdirilir. Cari dezinfeksiya aparılır. Bu məqsədlə 5%-lə natrium qələvisi, 2%-lı formalin, 20%-li sönmüş əhəngdən istifadə edilir. Məcburi kəsilmiş heyvanlarda nekrotik ocaqlar məhdud xarakter daşıyırsa, həmin sahələr müstəsna olmaqla, ət ümumi qaydada istifadə edilir. Septiki proses zamanı cəmdək utilə verilir. Təsərrüfatlarda qoyulmuş, karantin axırıncı sağalma və ya ölümdən bir ay keçmiş son dezinfeksiya aparıldıqdan sonra götürülür. • Insanlarda profilaktika tədbirlərini həyata keçirmək məqsədilə heyvanlar saxlanılan zaman baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, şəxsi gigiyena təmin olunmalıdır.

More Related