170 likes | 619 Views
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 3 -cü mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZ U : Bitki h ü cey rəsinin quruluşu dos. B.M.ƏLİYEV GƏNCƏ. PLAN 1 .HÜCEYRƏ 2.HÜCEYRƏNİN MÜXTƏLİFLİYİ 3. PROTOPL AZMA 4.SİTOPLAZMA 5.NÜVƏ 6.PLASTİDLƏR.
E N D
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 3-cü mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Bitki hüceyrəsinin quruluşu dos. B.M.ƏLİYEV GƏNCƏ
PLAN 1 .HÜCEYRƏ 2.HÜCEYRƏNİN MÜXTƏLİFLİYİ 3. PROTOPL AZMA 4.SİTOPLAZMA 5.NÜVƏ 6.PLASTİDLƏR
ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az
SITOPLAZMA Cytoplasma - 1880-ci ildə Hanşteyn tərəfındən kəşf edilərək mikrosom adlandırılmışdır. Sitoplazma termini nüvəni əhatə edən protoplazmatik matriksi göstərmək üçün qeyd edilmişdir. Sitoplazma membran tərkiblidir. Onun tərkibi (4-10 mm) nazik və sıx yerləşmış bioloji membranlardan təşkil olunmuşdur. Sitoplazmanın əsas tərkibi zülallar, fermentlər, lipidlər, nuklein turşulan və s. suda həll ola bilən maddələrdən ibarətdir. Sitoplazmanın şəffaf, hərəkətli hissəsi g i a 1 o p 1 a z m a adlanır . Sitoplazmanın ən xarici qatını bəzən k o r t e k s adlandırırlar. Bu termin əsasən heyvan mənşəli hüceyrələrdə işlədilir. Endoplazmatik retikulum və ya endoplazmatik şəbəkə (ER). ER- 1945-ci ildə K.R.Porter tərəfindən kəşf edilmişdir. ER- gialoplazma ilə əlaqəli submikroskopik kanal sisterinlərdən ibarət sərhədləşmiş membran sisteminə malik orqanoiddir. R i b o s o m l a r . 20 nm ölcüdə olan sferik iki qeyri bərabər iri və xırda ölçülü subvahiddən ibarət qranullardır. Əsas funksiyası zülal sintez etməkdir. Zülal sintezi zamanı ribosomlar toplanaraq poliribosom və ya polisom adlanırlar. Bu zaman mə'lumat - RNT-si subvahidlər arasındakı ekssentrik yerləşmiş kanaldan keçərək zülal sintezi haqqında genetik mə'lumatı ribosoma çatdırır. H ö l c i k o m p 1 e k s i- 1898-ci ildə K.Holci tərəfındən kəşf edilmişdir. Bitki hüceyrəsində yalnız elektron mikroskopunun kəşfındən sonra müəyyən edilmişdir. M i t o x o n d r i - 1897-ci ildə Benda tərəfindən kəşf edilmişdir Quruluşuna görə çox müxtəlif - silindrik. oval şaxəli, yumru və s. şəkildə olurlar. Uzunluğu 2-5 mkm (silindrik formada 7 mkm-ə qədər) diametri 0,3-1 mkm olur. Mitoxondirlər hüceyrənin güc mərkəzi olub adenozin trifosfat turşusu (ATF) sintez edir. ATF-in sintezi oksigenin iştirakı ilə karbohidratlann, yağlann və başqa üzvi birləşmələrin parçalanması sayəsındə gedir. Mitoxondirlər əsasən nüvə, plastid və başqa aktiv orqanoidlərin ətrafına toplanır. O, bitki və heyvan hüceyrələri üçün vacib orqanoiddir. Bə'zi alimlər quruluş və biokimyəvi xüsusiyyətlərinə görə mitoxondirləri göy-yaşıl yosunlara və bakteriyalara oxşadığını əsas götürərək onların ümumi mənşəyi haqqında fıkir söyləyirlər.
NÜVƏ Nüvə hüceyrənin mühüm canlı orqanoidlərindən birisi olmaqla protoplazmanın da çox vacib bir komponentidir. Ancaq göy-yaşıl yosunların istər çoxhüseyrəli, istərsə də təkhüceyrəli nümayəndələrinin hüceyrələrində nüvə olmur. İbtidai bitkilərdən bakteriyalarda, viruslarda və bakteriofaqlarda hələ nüvə tapılmamışdır. Örtülütoxumlu bitkilərin canlı hüceyrələrində ələkvarı borular (orqanizmdə üzvi qida yayan hüceyrələrdir), ali heyvanlarm isə əksərisinin qırmızı qan kürəciklərinin hüceyrələri nüvəsizdir. Qeyri-hüceyrəvi quruluşlu yosunlardan kaulerpa, botridium, vaşeriya kimi sifonlu orqanizmlərin plazmaları çoxnüvəlidir. Müxtəlif bitkilərin hüceyrələrində nüvələrin iriliyi müxtəlifdir. İbtidai bitkilərdə onlar çox xırda olmaqla diametrləri ancaq 1 -2 mikrona bərabərdir. Ali bitkilərin nüvələri nisbətən iri, 6-8 mikrona çatır.
PLASTIDLƏR Sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanoidlərdən bir qrupu da plastidlərdir. Onlara ancaq yaşıl bitkilərdə rast gəlinir. Göbələklərdə, bakteriyalarda, mikomisetlərdə, göy-yaşıl yosunlarda plastidlər olmur. Plastidlər heyvan hüceyrələrində də müşahidə edilmir. Plastitdlər və kolloidal quruluşlu olmaqla, sitoplazmaya nisbətən xeyli qatıdırlar. Onların cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər (möhkəm birləşmələr şəklində) təşkil edir. Plastidlərin şəkli müxtəlif olur; onlar ali və ibtidai bitkilərdə, onların müxtəlif orqanlarında və toxumalarında, bu orqanların fızioloji mahiyyəti ilə əlaqədar surətdə toplanır. • Xloroplastlar - yaşıl plastidlər olub, bitki aləmində müxtəlif ibtidai və ali bitki növləri içərisində və onların müxtəlif orqanlarında geniş yayılmışlar. Yaşıl plastidlərə ibtidai bitkilərdən yosunlarda rast gəlmək mümkündür. • Yaşıl yosunlarda xloroplastların forması çox müxtəlif olur. Bal disk şəklindən başlayaraq, lent-piyalə, ulduz və s. formalı plastidləri onların müxtəlif nüma-yəndələrində görmək mümkündür. • Ali bitkilərin xloroplastları, adətən, xlorofıll dənələri də adlanır. Xlorofıl dənələri yarpaqların ətli hissəsində - mezofilində və bitkinin digər yaşıl hissələrində olur. Adətən, xlorofıll dənələri bitkinin günəş şüası ilə işıqlanan hissələrində külli miqdarda əmələ gəlir.
Xromoplastlar başqa plastidlərdən sarı, narıncı, qırmızı və qonur rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox meyvələrdə, məsələn itburnu, qırmızı bibər, qarpız, pomidor, ərik, üvəz kimi meyvələrdən bir çox bitkilərin, məsələn, sarı və qırmızı gülün, nəstərənin, payız gülünün, qızıl zanbağın və s. ləçəklərində rast gəlinir. Xromoplastlar sarı, narincı və qırmızı rəng verən piqmentlər karatinoid piqmenti qrupundandır. Burada da ən çox yayılmış piqmentlərdən karotini və ksantosfıli göstərmək olar. Leykoplastlar- rəngsiz plastiddirlər. Bunlar bitkinin bütün orqanlarında və toxumalarında əmələ gəlir. Yetkin hüceyrələrdə çox zaman kürəvi leykoplastlara daha çox təsadüf olunur. Məsələn, onları kartofun yumruları kimi ehtiyat orqanında, yaxud gövdənin özək hüceyrələrində, bir çox bitkilərin dəricik hüceyrələrində görmək mümkündür. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər şəklində topa-topa yerləşir. Bəzən onlar nüvənin ətrafmda toplanır və nüvəni hər tərəfdən əhatə edir. Elayoplastlav bəzi bitkilərin sitoplazmasında ancaq yağ ehtiyatı toplayan rəngsiz, kürəşəkilli plastidlərdir. Elayoplastlar ciyər mamırlarında və birləpəli bitkilərdə müşahidə edilmişdir. Digər bitkilərdə yağ ehtiyatını bilavasitə mitoxondrilər toplayır. Süsən bitkisində leykoplastların fəaliyyəti üzərində aparılmış müşahidələr göstərmişdir ki, bu plastidlər mövsümdən asılı olaraq bir halda nişasta, digər halda isə yağ ehtiyatı toplayırlar. Xondriosomlar-mitoxondrilər. Xondriosomlar sitoplazma içərisində yerləşən çox kiçik canlı orqanoidlərdir. Bunlar 0,5-1 mikron iriliyində olub, diametrləri 2-5 mikrona çatır, kiçik çubuq, kürəvi dənəcik, romb şəklində zülal və lipoid cisimcikləridir. Xondriosom chondriosome yunan kəlməsidir, dənəvər cisim deməkdir, mitoxondri də yunan sözü olub iki kəlmədən tərtib edilmişdir: