130 likes | 425 Views
MEYVƏ TİNGLİYİNİN STRUKTURU. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Meyvəçiliyin inkişafında tingliyin rolu Tingliyin tipləri və onların xarakterizəsi Meyvə tingliyinin şöbələri və onların xarakterizəsi. MEYVƏÇİLİYİN İNKİŞAFINDA TİNGLİYİN ROLU.
E N D
MEYVƏ TİNGLİYİNİN STRUKTURU k.t.e.doktoru, professor Zaur HƏSƏNOV
Meyvəçiliyin inkişafında tingliyin rolu • Tingliyin tipləri və onların xarakterizəsi • Meyvə tingliyinin şöbələri və onların xarakterizəsi
MEYVƏÇİLİYİN İNKİŞAFINDA TİNGLİYİN ROLU Meyvə tingliyi meyvəçiliyin əsası olub, onun vəzifəsi meyvə bağı salmaq üçün çoxaldılması tövsiyə edilən meyvə-giləmeyvə bitki sortlarından yüksək keyfıyyətli, sağlam, standarta uyğun birillik və ikiillik ting yetişdirməkdən ibarətdir. Meyvəçiliyin inkişafında meyvə tingliyinin həlledici rolunu nəzərə alaraq, onun sahəsinin genişləndirilməsi, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatlarının yaradılması vacibdir.
TİNGLİYİN TİPLƏRİ VƏ ONLARIN XARAKTERİZƏSİ Meyvə tingliyi daşıdığı vəzifəyə görə iki tipdə olur: 1. Reproduksiyon meyvə tingliyi; 2. Sənaye və ya əmtəəlik me.və tingliyi. Reproduksiyon meyvə tingliyi. Latmca «re» - yeni, yenidən, «produksion» isə istehsal deməkdir. Belə tinglik adətən meyvəçilik üzrə elmi-tədqiqat institutlarının, seleksiya təcrübə stansiyalarının, dayaq məntəqələrinin, kənd təsərrüfatı ali və orta ixtisas müəssisələrinin, universitetlərin biologiya təmayüllü fakültələri nəzdində olur. Burada yeni yaradılmış və yaxud introduksiya edilmiş sortlar çoxaldılır. Belə sortların bioloji və qiymətli təsərrüfat xüsusiyyətlərini öyrənmək məqsədilə, hər sortdan yetişdirilmiş ting, elmi idarə və müəssisələrin sort-sınaq məntəqələrində ayrıca əkilir.
MEYVƏ TİNGLİYİNİN ŞÖBƏLƏRİ VƏ ONLARIN XARAKTERİZƏSİ • Toxumluq ana bağ şöbəsi • Qələmlik ana bağ şöbəsi • Çoxaltma şöbəsi • Calaqlıq və ya formavermə şöbəsi • Klon calaqaltılar şöbəsi • Yardımçı sahələr
TOXUMLUQ ANA BAĞ ŞÖBƏSİ Belə bağın yaradılmasında məqsəd tinglik təsərrüfatını meyvə toxumu ilə təmin etməkdir. Burada tədarük edilmiş toxumları tinglikdə səpib, onlardan uca boylu toxmacarlar – calaqaltılar yetişdirilir. Tingliyin hər hektarını toxumla təmin etmək üçün toxumluq ana bağın sahəsi tumlu meyvə bitkiləri üçün 1-1,5 ha, çəyirdəkli meyvə bitkiləri üçün 1,5-3 ha olmalıdır. Toxumluq ana bağda tumlu meyvə bitkilərinin orta vaxtda yetişən, çəyirdəkli meyvə bitkilərinin isə gec yetişən sort və formaları becərilir.
QƏLƏMLİK ANA BAĞ ŞÖBƏSİ Qələmlik ana bağın vəzifəsi calaqlıq şöbəsini calaqüstü materialla - qələmlə təmin etməkdən ibarətdir. Belə bağda hər bölgə üçün qəbul olunmuş standart meyvə bitki sortları becərirlər. Ağacın yaşı standart ting çıxımına böyük təsir göstərir. Tumlu meyvə bitki sortlarının ağacları 25 yaşdan, gilas, ərik, gavalı ağacları 18-20 yaşdan, «Spur» tipli sortların, albalı və şaftalı sortlarının ağacları isə 10-15 yaşdan artıq olmamalıdır;
Meyvə tingliyi Reproduksiyon Sənaye İxtisaslaşmış Qarışıq Toxumluq ana bağ Yardımçı sahə Qələmlik ana bağ Klon calaqalılar Çoxaltma
MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik, B., 2007, səh.122-148