420 likes | 692 Views
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Nut bitkisinin morfoloji quruluşu, növləri və yarımnövləri Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Nut bitkisinin morfoloji quruluşu, növləri və yarımnövləri Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.
İri toxumlu nut(Cicerarietinum): 1,2 – bitkiinkişafetmişcücərti, çiçəkləməvəmeyvəəmələgəlməfazasında; 3 – budağın yuxarı hissəsi; 4 meyvəsi ; 5– toxumları
Nutun morfoloji qurulusu • Dünyada 12 mily. ha. əkilir. Orta məhsuldarlığı 30-41 s/ha- dır. Hindistanda 8 milyon ha əkilir. • Nut – cicercinsinin əhatə etdiyi27 növdən mədəni formaya salınan və becərilən mədəni nut – cicerarietinum – dur. Bu növ digər dənli-paxlalı bitkilərdən fərqli olaraq tez oduncaqlaşan möhkəm gövdə və budaqlara malikdir. Yaşıl bitkisində üzvi turşuların qarışığı (alma və quzuqulağı turşusu) toplanır. Quraqlığa çox davamlı olduğu üçün quraqlıq ölkə noxudu da adlanır. • Nutun yarımnövləri • Mədəni nut növü morfoloji əlamətlərinə və coğrafi rayonlarına görə dörd yarımnövə bölünür: • Şərq nutu – ssb.orientale; • Asiya nutu – ssb.asiaticum; • Avropa-Asiya nutu –ssb.eurasiaticum; • Aralıq dənizi nutu – ssb.mediterraneum;
Nutun növmüxtəlifliyi qrupları Müxtəlif ölkələrdə yayılan nut formaları aqrobioloji xassəyə, coğrafi rayonlara və quruluş xüsusiyyətlərinə görə 13 sərbəst növmüxtəlifliyi qrupunda toplanmışdır. Qrupların bir qədər çətin seçilən əlamətləri toxumlarının formasıdır ki, üç qrupa bölünür: kürəşəkilli, yuvarlaq və bucaqlı. Növmüxtəlifliyi qruplarını bir-birindən dəqiq fərqləndirmək üçün əvvəlcə toxumlarının quruluşunun öyrənilməsi məsləhət görülür. Kürəşəkilli nuttoxumu formasına görə göynoxud toxumuna oxşardır, buruncuğunun olması ilə ondan fərqlənir. Toxum qılafı əsasən açıq rənglidir. Yuvarlaq nut toxumu formasına görə bayquş başına oxşardır. Toxumunun buruncuq yerləşən hissəsinə əks olan nəhayəti zəif şırımlı (haça) kimi, nisbətən ensizdir. Buruncuğu əyri, səthi çox hallarda qırışıqlı, toxum göbəkciyi yuvarlaqdır. Əksər sortlarının toxum qılafı açıq rənglidir. Bucaqlı nut – toxumu formasına görə qoç başına oxşardır. Buruncuğa əks olan nəhayəti kəskin haçalanmış, orta hissəsi nəhayətlərinə nisbətən azacıq yoğun, buruncuğu uzun və zəif əyri, səthi kəskin qırışıqlı, yan tərəfləri burulmuşdur. Toxum qılafı tünd rəngli, göbəkciyi oval formalıdır.
Nutun (noxud) Azərbaycanda rayonlaşdırılmış sortları • 2010 - cu il dövlət reyestrinə görə Azərbaycanda aşağıdakı sortları rayonlaşdırılmışdır: • Yerli ağ toxumlu 1939-cu ildən. Az. Astarxanbazar DSSM. orta yetişən • AZNİİZ -304 1986 Az ETƏİ orta yetişən • AZNİİZ -303 1991 Az ETƏİ orta yetişən • Nail 2002 Az ETƏİ orta yetişən • Nərmin 2006 Az ETƏİ tez yetişən • Rusiyada 9 sortu rayonlaşdırılmışdır: Volqoqrad -10, Krasnokut -36, Krasnokut -123, Yubiley, Sovxoznıy, Krasnokut -28, Krasnokut -195 və s.
Family: Fabaceae Sub-family: Faboideae Genus:Сicer Species: Сicerarietinum L. Mədəni noxud (nut) Нут культурный
Dənlipaxlalıbitkilərinpaxlaları: 1 – göy noxud; 2 – mərcimək; 3 – nut (noxud); 4 – lobya; 5 – gülül; 6 – soya; 7 – lərgə; 8 – paxla; 9 – lüpin (acıpaxla).
Bucaqlı Yuvarlaq Kürəşəkilli Müxtəlif formalınut toxumları
Nut toxumlarının formaları: 1 - bucaqlı (qoç başı), 2 - yuvarlaq (bayquş başı), 3 - kürəşəkilli (noxudşəkilli, buruncuqlu)