210 likes | 523 Views
Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Yeml ər və onlara qoyulan zoogigiyeniki tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan
E N D
Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009
Plan 1.Tərkibində fotodinamiki madələr olan yemlərdən əmələ gələn zəhərlənmələr. 2.Sianoqen qlükozid tərkibli yemlərlə zəhərlənmələr. 3.Heyvanların pambıq jmıxı ilə zəhərlənməsi. 4.Gənəgərçək jmıxı və çiyid toxumu ilə zəhərlənmə. 5.Kartof və onun cecəsi ilə zəhərlənmə. 6.Cecələrlə, çuğundurla, acı paxla ilə, qarğıdalı ilə, karbamid və rus noxudu ilə zəhərlənmələr. 7.Yemlərin anbar zəhərvericiləri ilə yoluxması 8.Yemlərin infeksion və invazion xəstəlik törədicilərindən qorunması tədbirləri. 9.Zəhərli bitkilərlə zəhərlənmələr və onun profilaktikası Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Ədəbiyyat siyahısı 1. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası, Gəncə - 2007. 2. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 3.Ə.A.Əsgərov, T.Ə.Məmmədov Yemlərin və yemləmənin qiqiyenası, Kİrovabad, 1975. 4.A.П.Онегов, И.Ф.Храбустовский, В.И.Черных – Гигиена с/х животных. 5.А.Ф.Кузнецов- Гигиена содержания животных. Санкт-Петербург-Москва-Краснодар, 2003. 6.А.П.Дмитриченко, П.Д.Пшеничный- Кормление с/х животных, Ленинград, 1964. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Tərkibində fotodinamiki madələr olan yemlərdən əmələ gələn zəhərlənmələr Heyvanları qarabaşaq, yonca, yabanı otlarla yemlədikdə və günün şüaları altında saxladıqda onda xüsusi xəstəlik əmələ gəlir. Məsələn, qarabaşaq bitkisinin yemlənməsindən faqoprizm (və ya qarabaşaqla zəhərlənmə), yonca ilə xəstələnmə yonca xəstəliyi adlanır. Bu bitkilərdə katalizator təsirli fotodinamiki maddələr vardır. Orqanizmə daxil olmuş bu madələr qana keçir və dərinin tüksüz yerlərində toplanır. Orada dəriyə düşən işıq enerjisini dəyişdirir, qısa dalğalı şüaları uzun dalğalı şüalara çevirir, bu isə toxumaların həssaslığını artırır. Yonca xəstəliyi ən çox qaramalda, atlarda və donuzlarda görünür.Heyvanlar yonca və qarabaşaq bitkisi ilə yemləndirildikdən sonra günəş altında saxlanılma- malıdır. Kölgə, tutqun və buludlu havada xəstəlik inkişaf etmir. Sianoqen qlükozid tərkibli yemlərlə zəhərlənmələr Qaramal, donuz, qoyun və s. heyvanların sianoqen qlikozidi olan yemlərlə zəhərlənmələri də müşahidə edilir. Belə yemlərə kətan, jmıx, saman, qarğıdalı, yabanı yonca, qara darı, hind darısı aidir. Bu qlikozidlər sulu mühitdə fermentlərin, turşuların təsiri altında və ya qıcqırma prosesi nəticəsində hidrolizə uğrayır və sinil turşusu əmələ gəlir. Bu turşu bitki qıcqırdıqda solduqda və parçalandıqda da əmələ gəlir. Sinil turşusu ilə zəhərlənmə sürətlə gedir. Zəhərlənmənin qarşısını almaq məqsədilə jmıxı quru halda vermək olur. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Heyvanların pambıq jmıxı ilə zəhərlənməsi Pambıq jmıxında qossipol adlanan qlikozid vardır və buda heyvanların zəhərlənməsinə səbəb olur. Pambıq jmıxında qossipoldan başqa, azot turşusunun birləşmələri, pirofosfor turşusu, kükürd də olur. Qossipol qüvvəli sinir, hüceyrə və damar zəhəri sayılır. Zəhərlənmənin ağır formasında heyvan 2-3 günə tələf olur. Profilaktika məqsədilə heyvanlara yedirilən jmıx qossipola görə yoxlanılmalıdır. Yem payında jmıxın miqdarı 15-20% artıq olmamalıdır. Hərdən bir pambıq jmıxı yem payından çıxarılmalıdır. Gənəgərçək jmıxı və çiyid toxumu ilə zəhərlənmə Gənəgərçək çiyiddə və ondan hazırlanan jmıxda risin-hemoqlüsin və toksiki albumin-risin vardır. Belə ki, risin eritrositləri aqlutinləşdirir, kiçik qan damarlarında tromblar, toxumalarda qansızmalar əmələ gətirir. Belə toxumun 350-400 q-ı qaramalı, 30-50 q-ı atı, 60 q-ı donuzu, 20 q-ı buzovu, 3 q-ı qoyunu öldürə bilir. Profilaktika məqsədilə jmıxın və toxumun təsiri yoxlanılmalıdır. Bunun üçün aqlütinasiya reaksiyasından istifadə edilir. Istehsalatda jmıxı və toxumu zərərsizləşdirmək üçün onlar bişirilməlidir, çiy, qaynadılmayan jmıx və onun toxumu yem üçün istifadə edilməməlidir. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Kartof və onun cecəsi ilə zəhərlənmə Kartofda solanin adlanan qlikozid-alkoloid vardır. Solanin kartofun rüşeymində, yumrularında və cücərmiş hissəsində 4, 5% olur. Solaninə donuz, qaramal və atlar çox həssasdır. Çürümüş, xarab olmuş, çiy, yetişməmiş və cücərmiş kartof heyvana yedizdirildikdə heyvan zəhərlənir. Kartofla zəhərlənmənin qarşısı almaq üçün heyvanlara verilən kartofu çirkdən və cücərmiş hissələrdən təmizləməli, doğramalı və bişirməli. Bişirilmiş kartofun suyunu tullamaq lazımdır. Kartofla yemləmədən sonra axurlar təmizlənməlidir. Boğazlığın son dövründə olan heyvanlara, habelə döllük və körpə heyvanlara kartof və cecəsi, xarab olmuş və qıcqırmış kartof cecəsi verilməməlidir. Heyvanlarda zəhərlənmə əlaməti göründükdə yem payından kartof və onun cecəsi çıxardırılmalıdır. Cecələrlə, çuğundurla, acı paxla ilə, qarğıdalı ilə karbamid və rus noxudu ilə zəhərlənmələr Spirtli içkilər, şəkər və nişasta istehsalı qalıqları heyvanların yemlənməsində yem vəsaiti kimi istifadə olunur. Lakin yemlərin tərkibində zəhərli maddələr və üzvi turşular (süd turşusu, oksalat, alma, sirkə turşuları və s.) olur. Heyvanlar belə cecələrlə çox yemləndirildikdə həzm aparatının pozulması, atlarda sancı və meteorizm, qoyunlarda sarılıq, yun didmə, cavanlarda raxitin əmələ gəlməsi, boğaz heyvanlarda bala salma və s. əlamətlər görünür. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Çuğundurla zəhərlənmə donuzlarda görünür. Donuzlar köhnə pörtlədilmiş və bişirilmiş çüğündurla yemləndikdən sonra ağır xəstələnir. Zəhərlənmənin səbəbi belə izah edilir ki, bişirilmiş, xarab olmuş, qıcqırmış çuğundurda da denitrifikasiya bakteriyaları inkişaf edərək onda olan azot turşusu duzlarını (KNO3) zəhərli azot oksidlərinə (N2O5, N2O3, NO) çevirir. Acı paxla ilə zəhərlənmə ən çox qoyun və keçilərdə müşahidə edilir. Zəhərlənmə ən çox sarı paxla, az hallarda göy və ağ paxladan əmələ gəlir. Acı paxlanın toxum və yarpaqlarında 4 cür alkoloid vardır: lüpanin, lüpinin, lüpanidin və oksilüpanin. Zəhərlənmənin qarşısını almaq üçün heyvanlara alkoloid olmayan acı paxla növləri verilməlidir. Acı paxlanın tamını itirmək və alkoloidləri zərərsizləşdirmək üçün axar suda 1-2 gün isladılır, sonra 1%-li soda məhlulu ilə isidilir və qurudulur. Zəhərlənmə heyvanlarda nefrit, nevroz, hepatit, bronxit və s. əlamətlərlə görünür. Qarğıdalı ilə zəhərlənmə qaramalı qarğıdalının süd-mum yetişkənliyi fazasında yemlədikdə müşahidə olunur. Işkənbə mikroflorasının təsiri altında göstərilən fazada qarğıdalının sulu karbonları qıcqırma prosesinə uğrayaraq çoxlu miqdarda süd turşusu və başqa zəhərli maddələr əmələ gətirir. Bunun nəticəsində sinir sisteminin və başqa orqanların fəaliyyəti pozulur. Zəhərlənmə yüngül və ağır formda ola bilər. Profilaktika məqsədilə qarğıdalını qaramala dərhal yox, biçilməsindən ən azı 2 saat sonra yedizdirmək olar. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Karbamid ilə zəhərlənmə qaramalın yem paylarında proteinin əvəzedicisi kimi istifadə edildikdə aşkar edilir. Karbamid (sidik cövhəri) yalnız yemlə qarışdırılıb verilməlidir. Quru yemlərdə sidik cövhəri 4%-dən az olmamalıdır. Karbamidlə zəhərlənmənin qarşısını almaq üçün onun heyvanlara yedizdirilmə normalarına riayət edilməlidir. Boğaz və sağlam inəklərə hər başa 80-100 qramdan çox olmayaraq, cavan heyvanlar üçün 50-90 q, yaşlı qoyunlara 13-15 q verilir. Arıq heyvanlara, mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan heyvanlara karbamid verilməsi əks göstərişdir. Rus noxudu ilə zəhərlənmə (latirizm). Latirin oyadıcı sinirləri, onun qırtlaq şaxəsini və haram iliyi zədələyir. Heyvanları 10 gün rus noxudu ilə yemlədikdə zəhərlənmə əmələ gəlir. Profilaktika məqsədilə rus noxudunun toxumu pörtlədilməli və ya bişirilməlidir. Yemləmə üçün onun çiçəkləmə dövrünə qədər istifadə etmək olar. Yemlərin anbar zəhərvericiləri ilə yoluxması Bitkilərdə tüfeyli həyat keçirən heyvan mənşəli zərərvericilər də olur. Bunlardan gigiyenik cəhətdən əhəmiyyətə malik olan taxıl biti, böcəklər, kəpənəklər və onlar tırtılları, gənələr və kələm qurdlarıdır. Atlar, qaramal və donuzlar bitli otlarla yemləndikdə dərinin tüksüz, piqmentsiz sahələrində iltihab, səpki və nekroz əmələ gətirir. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Buğdanın kimyəvi yolla zərərsizləşdirilməsi Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
ABM-0,4 aparatında buğdanın qızdırılması Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Taxıl anbarının dezinfeksiyası Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Kələm qurdları zəhərli maddələr ifraz edir. Bitkiləri qurdlardan qorumaq üçün qurdlar yıgılıb tələf edilməlidir. Kələm qurdları ilə yoluxmuş kələmi yemiş qaramalın və ördəklərin xəstələnməsi və ölümü qeyd edilir. Anbar güvəsi buğdanı, arpanı, çovdarı və vələmiri zədələyir və yararsız hala salır. Tırtıllar yayda inkişaf edir, payızda isə divarda, döşəmədə barama toxuyub qışlayır. Yazda isə qurdlara çevrilir. Un kəpənəyi unu, küləşi, taxılı və mətbəx tullantılarını zədələyir. Dən güvəsi əvvəlcə dənin içini sonra isə dənin qabıgını yeyir və yararsız hala salır. Böcəklərdən anbar, düyü uzunburnunu, noxud və un böcəyini göstərmək olar. Böcəklər yemlə həzm orqanına düşərək mədə-bağırsaqların selikli qişasını və dərini qıcıqlandırır, iltihab əmələ gətirir. Belə hesab edirlər ki, taxıl bitinin toksiki təsiri də vardır. Anbar zərərvericiləri içərisində ən çox zərər verənlərdən biri də taxıl gənəsidir. Gənə ilə çox yoluxmuş məhsullar yem üçün yaramır. Gənələr dənin içərisinə girib gizlənir, içərisini yeyir və cücərmə qabiliyyətini itirir. Zərərvericilərlə mübarizə tədbirlərində hər şeydən əvvəl dən məhsulları saxlanan anbarlar zərərvericilərə görə yoxlanılmalıdır. Habelə anbar ventiliyasiyalı, işıqlı və quru olmalıdır. Bununla yanaşı dən məhsullarını daşıyan nəqliyyat vasitələri və kisələri də dezinfeksiya etmək lazımdır. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Yemlərin infeksion və invazion xəstəlik törədicilərindən qorunması tədbirləri Yemlər ifeksion və invazion xəstəliklərin törədiciləri ilə də yoluxa bilir. Yemlər ən çox torpaq infeksiyaları ilə (qarayara, səsli karbunkul, dovşancıq və s.) yoluxur. Infeksion və invazion xəsətliklərə görə qeyri sağlam təsərrüfatların yemi yoluxmuş olur. Yem vasitəsilə insanlar, həşaratlar, gəmiricilər, quşlar və nəqliyyat vasitələri ilə yoluxa bilər. Belə nəqliyyatlar möhkəm yuyulduqdan və dezinfeksiya edildikdən sonra istifadə edilə bilər. Vərəmli və brusellyozlu heyvanların südü 70-80ºC temperaturda 3 gün pasterilizasiya edildikdən sonra körpə heyvanlara içirilməlidir. Kəskin bağırsaq xəstəlikləri içərisində xüsusilə yay zamanı toksiki infeksiyaların (yemlə zəhərlənmələr) xeyli faiz təşkil edir. Bunları içərisində botulizm xüsusi yer tutur. Zəhərli bitkilərlə zəhərlənmələr və onun profilaktikası Zəhərli bitkilərin təsiri bitkinin yetişməsindən, tərkibində zəhərli maddələrin toplanmasından,miqdarından, növündən və kimyəvi birləşmələrindən və s.asılıdır. İki cürə zəhərli bitkilər vardır: həmişə zəhərli və müvəqqqəti zəhərli. Bitkilərin zəhərliyinin səbəbi onların tərkibində alkoloidlərin, saponinin, laktonların, albuminin, efir yağlarının, smolist maddələrinin, boya maddəlırinin, azotsuz maddələrin olmasıdır. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Zəhərli bitkilərdən qara bənkotu, zəhərli baldırğan, həzaran çiçəyi, cayır çiçəyi, kökarım, sarı südləyən, kefləndirici sürmə, ağ asırqal, itboğan, çöl laləsi və s. göstərmək olar. Zəhərli bitkilərin zəhərli təsiri onların istifadə edilmə vaxtından və toxumlarından asılıdır. Bu cəhətdən zəhərli bitkiləri 3 qrupa bölmək lazımdır: 1) təzə, yaşıl və qurumuş halda zəhərli bitkilər (novruz gülü, asırqalı, bənkotu, dəli bəngi və s.); 2)ancaq yaşıl və təzə halda zəhərli bitkilər (qaymaqçiçəyi, əsbə, dəmrovotu, sunərgizi, bədyan və s.); 3)toxumları zəhərli bitkilər. Qurumuş halda gövdələri və yarpaqları zəhərsizdir. Otlaq şəraitində heyvanları zəhərlənmələrdən qorumaq üçün onları otlağa keçirməzdən əvvəl otlaqlar yoxlanmalıdır. Bəzi zəhərli bitkilər yazın əvvəlində yem bitkilərindən qabaq yetişir. Buna görə də bu dövrdə zəhərli bitkilər məhv edilməlidir. Ümumi profilaktika məqsədilə tarlaya səpilən toxumlar zəhərli bitkilərin toxumuna görə yoxlanmalı və təmizlənməlidir. Bataqlıqlar qurudulmalı, meliorasiya işləri kimyəvi maddələrlə aparılmalıdır. Bu məqsədlə kalsium sianid, sian turşusunun kalium duzu işlədilir. Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Kəkrə Ağqanad Bədyan Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Avran Novruzgülü Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər
Su nərğizi İnciçiçəyi Dəli bəng Lalə Qarğa gözü Yemlər və onlara qoyulan zoogigiyeniki tələblər