1 / 18

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Kolibakterioz və salmonellyoz ”

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI. FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Kolibakterioz və salmonellyoz ”

rhea
Download Presentation

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Kolibakterioz və salmonellyoz ”

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİEPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “Kolibakterioz və salmonellyoz” MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

  2. PLAN • Tarixi məlumat • Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri • Epizootoloji məlumatlar • Patogenez • Xəstəliyin gedişi və kliniki əlamətləri • Patoloji –anatomiki dəyişikliklər • Diaqnoz • Təfriqi diaqnoz • Müalicə • İmmunitet • Profilaktika və mübarizə tədbirləri.

  3. Istifadə olunan ədəbiyyatlar • R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi epizootologiya”. Bakı, Maarif, 1990. • R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”. Bakı, Maarif, 1998. • Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”., 2006. • R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev, İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002. • Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

  4. KOLİBAKTERİOZ COLİBACTERİOSİS • Kolibaktrioz körpәlәrin kәskin keçәn infeksion xəstəliyi olub, şiddәtli ishal, bakteremiya, ağır intoksikasiya, orqanizmin gücdәn düşmәsi vә susuzlaşması ilә səciyәlәnir. • Tarixi mәlumat. Kolibakterioz ilk dәfә 1865-ci ildә Obix, 1891-ci ildə Yansen tәrәfindәn qәlәmә alınmışdır. Xəstəliyin törәdicisi ilk dәfә Eşerif tәrәfindәn müәyyәn edilәrәk B.Coli Communis adlandirılmışdır. Sonralar xәstəlik törәdicisi Eşerxin şәrәfinə eşerxiya, xәstәlik isә eşerxiyoz adlandırılmışdır. Kolibakteriozun öyrənilmәsindә әsaslı tәdqiqat işlәrini İensen, Manniger, Kaufman davam etdirmişlәr. • Tәdqiqatçılar xəstәliyә qarşı spesifik müalicəvi serum kolifaq, koliprotektan, eləcədә seroloji diaqnostika vasitәlərinin hazırlanması sahәsindә əhәmiyyәtli işlәr görmüşlәr. • İqtisadi zәrәr. Körpәlәrin kolibakteriozu tәsәrrüfata böyük iqtisadi zәrәr verir. Xәstәlik nәticəsindә bәzi hallarda 18-21%-ә qәdәr tәlәfat olur, iqtisadi cәhәtdәn hesablamalar göstәrir ki, bir buzovun kolibakteriozla xәstәlәnmәsi tәsәrrüfata 18,5 manat zәrәr vurur.

  5. Törәdicisi. Ümumiyyәtlә, bağırsaq çöplәri üç qrupa-eşerxiya, sitrobakteriya vә eşerobakteriya qrupuna bölünür ki, bunlardan kolibaktriozun törәdicisi başlıca olaraq eşerxiya sayılır. • E.coli-aerob vә ya fakultativ anaerob çöplәr olmaqla spor əmәlә gәtirmirlәr. ӘPB qida mühitindә şiddәtli bulanıq vermәklә mühitin üzәrindә zәrif pәrdә әmәlә gәtirir. Mühitin sәviyyәsi bәrabәrdә sınaq şüşәsinin divarında hәlqә әmәlә gətirir. Aqar qida mühitindә özünәmәxsus koloniyalar verir. Endo qida mühitindә sәthi metal parıltısı ilә sәciyyәlәnir, tünd-qırmızı koloniyalara qeyri-xarakterik dә ola bilәr. Xәstәlik törәdicisi Levin qida mühitindә bәnövşәyi vә ya qara rәngdə koloniyalar әmәlә gәtirir. • E.coli geniş antigenlik quruluşuna malikdir. Belә ki, onların «O» somatik «K» sәthi vә «N» turna antigenliyi vardır. «O» antigeninin 160-a, «K» antigeni-100-ә «N», antigenin 50-ә qәdәr seroloji variantı mәlumdur. Bundan әlavә xәstәlik törәdicisinin «yapışqan» antigeni dә vardır ki, bu bağırsağın epitelisinә yapışaraq pataloji proses yaradır. Xəstəlik törәdicisi adi anilin boyaları ilә müsbәt, Qram üsulu ilә mәnfi boyanır. E.coli Kolisin adlanan maddә ifraz edir ki, bu öz xassәsinә görә antibiotikә bәnzәyir. Xәstәlik törәdicisi endo vә ekzotoksin, hemolizin, neyrotoksin, fibrinolizin maddәsi hasiletmә qabiliyyәtinә malikdir. Bu da orqanizmdә bilavasitә pataloji proses yaradır. • Davamlılığı. Xәstәlik törәdicisi pasterizasiyada 0,5 dәqiqә, qaynamada tezliklә mәhv olur. Antibiotiklәrdәn penisillin onlara pis, neomisin, gentomisin öldürücü tәsir edir. Günәş şüaları eşerxiyaları bir neçә saata tәlәf edir. Amil soyuq mühitdә, elәcә dә lehimlәnmiş Paster pipetindә illәrlә sağ qalır. Dezinfeksiya maddәlәrindәn xlorlu әhәng, natrium qәlәvisi, xloramin, formaldehid, karbol turşusu vә başqalarının adi konsentrasiyası öldürücü tәsir edir.

  6. Epizootoloji xüsusiyyәtlәri. Xәstәlik kәnd tәsәrrüfatı heyvanları vә quşları, hәm dә bütün istiqanlı heyvanların balalarında da müşahidә edilir. Bundan әlavә kolienterit insanlara da yoluxur. • Kolibakteriozla körpәlәr doğulduğu saatlardan etibarәn 7 günə, bәzәn dә nisbәtәn iri yaşda da xәstәlәnir. Kolibakteriyoza dünyanın hәr yerindә rast gәlmәk olar. Mövsümә görә xәstәlik әn çox yaz-yay aylarında müşahidә olunur ki, bu da kәnd tәsәrrüfat heyvanlarının döl vaxtı ilә әlaqәdardır. Hәm dә kolibakteriyoz isti vaxtlara, hәşәratların çoxalma dözrünә düşür. İsti hava mikroorqanizm üçün әlverişli mühit yaradır ki, bu da xəstəliyin şiddәtlәnmәsinә sәbәb olur. Bundan әlavә körpәlәrin yemlәmә qaydalarının vә yem tәrkibinin birdәn-birә dəyişilmәsi xəstəliyi güclәndirә bilәr. Yoluxma başlıca olaraq hәzm aparatı vasitәsi ilә olur. Lakin kolibakteriozun aerogen yoluxması tәsdiq edilmişdir. Aerogen üsulla quşlar daha asan yoluxur. Amil orqanizmdәn nәcis, süd, sidik vә digər yollarla ixrac olur. Әtraf mühit çirklәnir. Xәstәlik törәdicisi ilә su, ot, axur, döşәmә, arakәsmә vә s. obyektlәrә yayılır. Belә hal sağlam heyvanlar üçün yoluxma qorxusu törәdir. • Xəstəliyin baş vermәsindә körpәlәrin yaşlı heyvanlarla bir yerdә saxlanması, yem hazırlanan mәnbәsindә sanitar qaydasının pozulması, yoluxmuş әt vә süd mәhsulları ilә yemlәndirilmәsinin rolu da böyükdür. Kolibakterioz çox hallarda körpәlәrin süddәn kәsilәrәk başqa yem payına keçirilmәsi zamanı daha çox müşahidә olunur.

  7. Patogenez. Körpәlәr doğulan kimi onların mәdә-bağırsaq sisteminә xәstәlik törәdicisi düşsә dә xәstәlik baş vermәyә bilәr. Xəstəliyin baş verməsi hәzm sisteminә düşәn amilin miqdarı, virulentliyin vә mәdә-bağırsaq sisteminin müqavimәtindәn, hәm dә amilin seroloji tipindәn asılıdır. • Eşerxiyalar hәzm sistemindә müxtәlif ocaq şәklindә vә ya yayılmış formada mәskәn salaraq selikli qişada zәdә yaradırlar. Sonra ifraz etdiyi toksinin kömәyi ilә pataloji prosesi daha da dәrinlәşdirirlәr. • Lakin hәzm sistemindә kifayәt qәdәr müdafiә qlobulini olduqda orqanizmә üstün gәlә bilmir. Ancaq xarici mühit şәraiti pislәşdikdә vә antisanitariya olduqda pataloji proses tezlәşir vә get-gedә xəstəliyin әlamәtlәri aşkar olur ki, bu da özünü ishal şәklindә biruzә verir. • Gedişi vә kliniki әlamәtlәri. Kolibakteryozun inkubasiya dövrü körpәlәrin növündәn, orqanizmin rezistentliyindәn asılı olaraq bir neçә saatdan sonra 2-3 günә kimi ola bilәr. • Xәstәlik çox iti, iti vә bәzәn dә yarımiti formada keçir. Bundan әlavә xәstәdә amilin lokalizә etdiyi vә әmәlә gәtirdiyi pataloji dəyişikliyә görә septiki, enterit vә enterotoksemiki formada müşahidә edilir. • Çox iti gedişdә xәstәnin kәskin zәifliyi, komatoz hal, sepsisin tez başlanması, temperaturun yüksəlmәsi, tәnәffüsün, nәbzin tezlәşmәsi, görünәn selikli qişalarda hiperemiya, qan sağıntıları vә ishal müşahidә olunur. Xәstә bir-iki günә tәlәf olur. • Kolibakteriyozun iti gedişi 3-7 günlüklәr arasında baş vermәklә şiddәtli, pis iyli, köpük qabarcıqları olan ishal, orqanzmin susuzlaşması, qıcolma, arxa әtrafların quyruqla birlikdә nәcisә bulaşması görünür. Xәstә 4-5 günә kimi tәlәf olur. • Yarımiti gediş 5-10 günlük körpәlәrdә görünür. Bu isә heyvanın doğulduqdan sonra xarici mühitdә yoluxmasını göstərir. Bu formada ishal, arıqlama, göz almalarının çuxura düşmәsi kimi әlamәtlәr görünür.

  8. Pataloji-anatomik dəyişikliklәr. Xәstәlikdәn ölmüş cәmdәkdә gedәn pataloji-anatomik dəyişiklik onun formasından asılı olaraq müxtәlif ola bilәr. Xəstəliyin çox iti gedişindә dəyişiklik az, iti vә yarımiti, elәcә dә septiki enterit, enterotoksemik formada pataloji zәdә daha çox olur. Әsas pataloji dəyişiklik, cәmdәyin arıq olması, selikli qişaların anemiki, arxa әtrafların nәcisә bulaşması, mәdәdә çürümuş vә ya pıxtalaşmış süd parçasının olması sayılır. Bundan әlavә bağırsaq möhtәviyyatı sıyıq, pis iyli, ağ, boz vә ya sarı rәngdә olur. Mәdә-bağırsaq selikli qişası şişkin, üzәrindә müxtәlif irilikdә vә formada qan sağıntıları olur. Müsariqә limfa düyünlәrinin vә qaraciyərin şişkin, rәnginin palçıqvarı olması, kәsilmiş sәthin qan sağıntılı vә öd kisәsinin ödlә dolu olmasına tәsadüf edilir. Dalaq şişir, pulpası bişmiş, tünd-albalı rәngdә, epi vә endokardda nöqtәvarı qan sağıntıları, beyin qan damarları doluqanlı olur. • Yuxarıda göstәrilәn pataloji dəyişiklikdәn başqa donuzlarda göz qapaqlarının şişmәsi, konyunktivit, çәnәaltı, alın, gözәtrafı, qulaqdibi, qarın divarı nahiyəlәrindә, dәri altında sulu şişlәr müşahidә olunur. • Diaqnoz. Kolibakteriyozun diaqnozu onun epizootoloji, kliniki vә pataloji-anatomik dəyişikliklәrinә vә elәcә dә bakterioloji vә seroloji müayinәsinә әsasәn qoyulur. Müayinə üçün laboratoriyaya bütün cәmdәk vә ya onun daxili orqanlarından parça, isti havalarda baş vә ya lülә sümük göndәrilmәsi mәslәhәtdir. Pataloji nümunәdәn yaxma hazırlanır vә Qram üsulu ilә boyanır. Bununla birlikdә nümunәdәn qida mühitlәrinә әkib tәmiz kultura alınaraq AR, HAR, lüminesent mikoskopiya edilә bilәr. Bundan әlavә laborator vә digər hәssas körpә heyvanları da yoluxdurmaq olar. • Tәfriqi diaqnoz. Kolibakteriyozu-salmonellyozdan, streptokokkozdan, paterellyozdan tәfriq etmәk lazımdır. Bu mәqsәdlә göstәrilәn xәstәliklәrin törәdicilәrinin kultural, morfoloji, biokimyəvi, antigenlik vә patogenlik xassәlәrinə ciddi fikir vermәk lazımdır.

  9. Müalicә. Kolibakteriyozlu xәstәlәri tәcili olaraq sağlam heyvanlardan ayrılaraq izolyatora keçirib müalicə etmәk lazımdır. Bu mәqsәdlә xәstәnin yerini quru, isti, yemlәnmәsini isә dietik prinsipdә tәşkil etmәk lazımdır. Xәstәlər spesifik vә simptomatik vasitәlәrlә müalicә olunur. Xәstәliyin müalicәsi nә qәdәr tez başlansa, sәmәrәsi dә bir o qәdәr yaxşı olar. • İlk müalicә xәstәdә toksikozu lәğv etmәk, su-duz mübadilәsini normallaşdırmaq prinsipindә aparılmalıdır. Bu mәqsәdlә ağız südünü isti fizioloji mәhlulla 8-12 saat fasilә ilә növbәlәşdirici qaydada 1-2 dәfә tәkrar etmәklә peros işlәdilir. Sonra bunları bәrabәr qarışdırıb vermәk olar. Xəstəliyin spesifik müalicәsi üçün kolibakteriyoz әleyhinә müalicəvi serumdan, bakteriofaqdan vә qammatlobulindәn istifadә edilir. • Bundan әlavә salmonellyoz vә kolibakteriyoz әleyhinә polivalent antitoksik serum işlәdilir. • Preparat müalicә mәqsәdilә buzovlara əzәlәarasına 30- 80 ml, quzulara 60-100 ml inyeksiya edilir. Preparatın profilaktiki mәqsәdlә müalicәvi dozadan 2-3 dәfә az işlәdilmәsi mәslәhәtdir. Bakteriofaqı işlәtmәdәn qabaq xәstәnin hәzm sisteminin pH-ı neytrallaşdırmaq üçün 3-5%-li soda mәhlulundan 30-50 ml daxilә verilir. Sonra bakteriofaq tәtbiq edilir, müalicә üçün kolibakteriyoz әleyhinә antibiotik, sulfanilamid vә nitrofuran preparatları vә onların qarışığı işlәdilir. • Levomisetin buzovlara hәr kq kütlәyә 15 mq, çoşkalara vә quzulara 20 mq olmaqla hәr 8-12 saatdan bir tәtbiq edilir. Biomisini, oksitetrasiklini hәr başa 10-20 mq hesabı ilə gündә 2-3 dәfә ağız südü vә ya qaynanmış su ilә vermәk olar. Xәstәlik әleyhinә yaxşı tәsir edәn antibiotiklәrdәn istifadә etmәk olar. Onlardan neomisin, monomisini, polimiksini, kentomisini vә başqa preparatları göstәrmәk olar. Hәmin maddәlәri xәstәnin hәr kq kütlәsinә antibiotiklәrin işlәdilmә qaydasından asılı olaraq 5-30 min TV işlәtmәk mәslәhәtdir. • Kolibakteriyoz əleyhinә hәr kq kütlәyә 20 mip TV dibiomisin oksitetrasiklin qarışığından istifadә əzәlәarasına inyeksiyada yaxşı nəticә verir.

  10. Profilaktika vә mübarizә tәdbirlәri. Tәbii halda kolibakteriyozla xәstәlәnib sağalanlarda immunitet əmәlә gәlir vә takrar yoluxmur. • Elmi tәcrübәlәr göstәrir ki, körpә heyvanlarda kolibakteriyoz әleyhinә fәal peyvәndә qarşı etibarlı immunitet әmәlә gәlmir. Çox hallarda әmәlә gәlәn immunitet zәif olur. Buna görә dә heyvanların boğazlıq vaxtı peyvәnd edilmәsi məqsәdәuyğun sayılır. • Kolibakteriyoz әleyhinә formoltiomersan vaksindәn istifadә edilir. Boğaz inәklәr üç dәfә, birinci dәfә doğuma 35-40 gün qalmış, ikinci dәfә 1-ci inyeksiyadan 10 gün keçmiş, üçüncü dәfә 2-ci inyeksiyadan 7 gün keçmiş inyeksiya edilir. Donuzlara iki dәfә 7-10 gün fasilә ilә doğuma 1,5-2 ay qalanda peyvәnd edilir. • Xәstәlik әleyhinә ümumi mübarizә tәsәrrüfatda baytar-sanitar vә zoogigiyeniki tәdbirlәrin, elәcә dә epizootiya әleyhinә tәdbirlә yanaşı orqanizmin ümumi rezistentliyini artırmaqla hәyata keçirilir. • Әsas tәdbirlәrdәn biri dә hәr bir heyvandarlıq tәsәrrüfatlarında doğum şöbәsi vә profilaktoriyanın tәşkili sayılır. Yeni doğulmuş balaya vә anaya xidmәti yaxşılaşdırmaqla yanaşı körpәlәrin mayalanması qaydalarına da әmәl olunmalıdır. • Yeni doğulmuş buzovlara bir qayda olaraq 30-40 dәqiqә doğuşdan sonra hәr başa 80-100 ml hiperemmun serumu vә ya kolibakteriyoz әleyhinә polivalent serum vә ya ağız südü ilә 60 ml-ә qәdәr komprotektin verilir. Bundan әlavә profilaktiki olaraq yeni doğulmuş körpәyә, qan serumu, qlobulin, ABK, PABK vә asidofillin qatdıqda istifadә edilir.

  11. SALMONELLYOZ (Salmonellesis) • Salmonellyoz körpə kənd təsərrüfatı heyvanlarının, xəzdərili vəhşi heyvanların və quşların infeksion xəstəliyi olub, iti gediş zamanı qızdırma, septisemiya, toksemiya və mədə-bağırsaq traktının zədələnməsi, xroniki gediş zamanı isə ağ ciyərlərin iltihabı ilə xarakterlənir. Xəstəlik heyvanlarda bakteriyadaşıyıcılıq, abort (xüsusilə boğaz qoyun və madyanlarda) və eləcədə yaşama qabiliyyətinə malik olmayan balaların doğulması ilə özünü biruzə verir. • Salmonellyoz, qida toksikoinfeksiyası olaraq insanlar üçün də təhlükəlidir. • Xəstəliyə Dünyanın əksəriyyət ölkəsində təsadüf olunur. • Tarixi məlumat. Salmonellyozun törədicisini 1885-ci ildə Salmon və Smit kəşf etmişlər. Tdəqiqatçıların donuz cəsədindən ayırdıqları amil-Salmonella suipestifer adlandırılmışdır. • 1934-cü ildə Beynəlxalq Mikrobioloqlar cəmiyyəti, bu qrup bakteriyaları tədqiqatçıların şərəfnə Salmonellalar, xəstəliyi isə Salmonellyoz adlandırmağı təklif etmişdir. • Keçmiş SSRi-də, 1926-cı ildə A.V.Sinev və S.K.Bezzubets buzovların Salmonellyozunu yaxud paratifi, 1929-cu ildə isə P.V.Tavelski qoyunların Salmonellyozunu müəyyən etmişlər. • Donuzlarda xəstəliyin öyrənilməsi və onun diaqnostikası ilə A.P.Uranov (1929), N.A.Mixin (1934), R.A.Tsion (1936), P.N.Andreyev (1937) məşğul olmuşlar. • Ingilis alimlərindən Kaufman və Uayt Salmonellyozların tədqiqi ilə əlaqədar səmərəli işlər görmüşlər.

  12. Xəstəliyin törədicisi. Xəstəliyin törədicisi- Enterobacteriaceae ailəsinin Salmonella cinsinə mənsubdur. Salmonella cinsinə 2200-dək seroloci variant daxildir. Salmonella cinsinə aid olan növlər heyvanlarda: Salmonella enteritidis (dublin); S.choleraesuis (Suipestifer); S.typhimurium; S.pullorum; S.abortus equi; S.abortus ovis Salmonellyozları əmələ gətirir. • Salmonellalar kultural-biokimyəvi xüsusiyyətləri və antigenlik strukturuna görə təfriq edilir. Salmonellalar xırda çöpşəkilli bikteriyalar olub (1-4x0,5 mkm), ücları yumru, Spor və kapsula əmələ gətirməyən, əksəriyyəti hərəkətli [(peritrix), S.pullorumdan başqa], anilin boyaları ilə asan boyanan, qram mənfi mikroorqanizmlərdir. Salmonella abortus ovis-polimorfdur. (0,8-2x0,4-0,8 mkm) ölçüyə malikdir. • Salmonellalar morfoloji cəhətdən bir-birindən çətin fərqlənir. • Amil adi qida mühitlərində yaxşı boy verir. (PH-7,2-7,6 və 370C temperaturda) törədici aerobdur. • Salmonellaları kulturalaşdırmaq məqsədilə Endo aqar, Ploskirev yaxud Vismut-sulfit aqar mühitlərindən (pH7,2-7,4) istifadə daha məqsədəuyğundur. • Qeyd edilən qida mühitləri differensial-diaqnostik mühitləridir. • Davamlılığı. Salmonellalar xarici mühit amillərinin təsirinə davamlıdır. Amil açıq su hövzələrində 11 gündən 120 günədək yaşayır. Törədici torpaqda – 140 günədək yaşama qabiliyyətini saxlayır. Salmonellaların bütün növləri 70-750C istiliyin təsiri altında 15-30 dəqiqəyədək yaşaya bilir. Qaynama zamanı isə amil ani olaraq məhv olur. Amil otaq şəraitində (tozda)-90 gün, ət və kolbasa məmulatlarında 60 gündən 140 günədək; otaq temperaturunda süddə-10 günədək; soyuducuda isə 20 gün; kərə yağında 52-128 gün; yumurtada 13 ayadək yaşama qabiliyyətini saxlayır. • Törədici dondurulmuş ətdə 6 aydan 12 ayadək öz həyat fəaliyyətini saxlayır.

  13. Epizootoloci məlumatlar. Salmonellyoza əsasən körpə Kənd Təsərrüfatı heyvanları həssasdırlar. • Müxtləif növ körpə heyvanlarda xəstəlik əsasən iti septiki formada özünü biruzə verir. • Buzovlar 3…4 həftəlikdən 4…5aylığadək; coşkalar 4 aylığadək olan yaş qrupunda; dayçalar 1 həftəlikdən 20 günlüyədək, qoyunlar isə bütün yaş qruplarında Salmonellyozla yoluxurlar. • Təcrübə heyvanlarından, süni yoluxmaya, əsasən ağ siçanlar həssasdır ki,bunlardan da bioloji sınaq məqsədilə istifadə edilir. • Xəstəliyə Hind donuzu və ada dovşanı nisbətən az həssaslıq göstərir. • Quşların isə körpə və cavan yaş qrupları xəstəliyə tutulur. Xəstəliyə buzovlar, quzular, coşkalar əsasən alimentar yolla, daycalar isə həm alimentar, həmçinin ana bətnində yoluxur. • Patogenez. Alimentar yolla həzm traktına daxil olan patogen amil (salmonella), mədə-bağırsaq sisteminin selik qişasında lokalizasiya edir və əlverişli şərait yarandıqda, artıb çoxalır, nəticədə iltihabı proses əmələ gətirir. • Bakteriya hüceyrəsinin bölünməsi nətəcəsində ayrılan endotoksin, patoloji prosesi daha da dərinləşdirir. Patoloji zədə nahiyyəsndən Salmonellalar və xüsusilə onlara məxsus endotoksinlər, limfa sisteminə oradan isə Qana keçir. • Belə olduqda bakteremiya baş verir, septisemiya inkişaf edir və bu zaman bədən temperaturu yüksəlir. • Amilə məxsus olan endotoksin, qan damarlarının divarına təsir edir və eksudativ proses meydana çıxır ki, bu da seroz və selik qişalarının hiperemiyasına səbəb olur. • Xəstəlik zamanı eritrositlərin lizisə uğraması, hesoqlobinin ayrılaraq toxumaarasına toplanması, seroz və selik qişalarda hemmoroci sağıntılar formasında müşahidə olunur ki, bu da bakteriya hüceyrələrinin toksiki təsiri ilə əlaqədardır.

  14. Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü 1-3 gün, bəzən isə bu dövr 7 günədək davam edir. • Insanlarda inkubasiya dövrü 2-6 saatdan 2-3 günədək, adətən is 12-24 saat çəkir. • Buzovlarda Salmonellyoz iti və xroniki, bəzi zallarda isə atipik gedişlə xarakterlənir. • Xəstəliyin iti gedişi zamanı, bədən temperaturunun yüksəlməsi, nəbzin və tənəffüsün tezləşməsi, hərəkət koordinasiyasının pozulması əlamətləri meydana çıxır. Xəstələr hərəkətsiz yaxud az həərkətli olmaqla, iştaha kəsilir. Bir qayda olaraq serozlu rinit və konyüktiivit inkişaf edir. • Heyvanın bel nahyiyəsində yerli temperatur yüksək olur. Xəstəliyin 2-3 günündə əsas kliniki çəlamət olaraq-diareya meydana çıxır. Nəcis kütləsi sıyıq olmaqla rəngi boz-sarımtıl, qanla bəzən isə seliklə qarışıq və kəskin pis iyli olur. • Xəstəliyin ağır gedişi zamanı, adətən böyrəklərin zədələnməsi (nefrozonefrit) baş verməklə , sidik ixracı teşləşir, çətin və ağrılı olmaqla, sidiyin rəngi bulanlıq olur. • Patologi-anatomik dəyişikliklər. Orqan və sistemlərdə formalaşan patoloji dəyişikliklər, xəstəliyin gedişindən, xəstənin yaşından, patogen amilin virulentliyindən, xəstəlik əleyhinə istifadə edilən dərman preparatlarının işlədilməsindən asılırıdır. • Buzovlarda və qoyunlarda salmonellyozun iti gedişi nəticəsində , epikard və endokarda qan sağıntıları qeydə alınır. Dalağın kapsulası altında, böyrəklərdə və sidik kisəsinin selik qişasında xarakterik qan sağıntıları müşahidə olunmaqla, qaraciyər və dalaq böyümüş olur. Öd kisəsi ödlə dolu olmaqla, mədə-bağırsaq sisteminin selik və seroz qişalarında qan sağıntıları və limfa düyünlərində hiperplaziya diqqəti cəlb edir. • Mezenterial limfa düyünləri böyüməklə, hiperemiyalı olur. Ağ cyiərlər böyüməklə, plevra altında qan sağıntıları qeydə alınır. • Nazik bağırsağın selik qişasında kataral iltihab və nöqtəvari qan sağıntıları xarakterik dəyişikliklərdəndir.

  15. Diaqnoz. Epizooloci məlumatlar, kliniki əlamətlər, patoloji – anatomik dəyişikliklərə əsaslanaraq, bakterioloci və seroloci müayinə metodları əsasında xəstəliyə diaqnoz qyoulur. • Patoloji material. Salmonellyozun septiki forması zamanı, müayinə məqsədlilə, təzə cəsəd bütövlükdə, yaxud borulu sümük, öd kisəsi ilə birilkdə qaraciyər, böyərk, dalaq, ürək, limfa düyünləri müvafiq qaydada götürülərək laboratoriyaya göndərilir. Bakterioloci analiz üçün nəcis, atılmış bala, qan, cinsiyyət orqanlarının axıntısı da göndərilə bilər. Bakterioloci müayinə məqsədilə patoloji material xüsusi sxem əsasında analiz olunur. • Mikroskopiya. Orqanların toxumasından ləpir yaxma hazırlanırv ə qram üsulu ilə boyanır. Salmonellalar-qrammənfi çöplər olub, uzunluğu 2-4 mkm, spor və kapsula əmələ gətirmir, tək-tək, bəzən qoşa yerləşir. • Təmiz kulturanın alınması. Patoloji materialdan nümunə götürülərək, differensial-diaqnostik qida mühitlərinə əkilir. Bu məqsədlə əsasən Endo aqarı, Ploskirev yaxud Vismut-sulfit aqar istifadə edilir. • Mühitdə optimal pH 7, 2…7, 4 təmin edilməlidir. Endov ə Ploskirev qida mühitlərində. Salmonellalar – xırda, parlaq rəngsiz kaloniyalar. Vismut-sulfit aqar mühitində isə qara kalonyialar əmələ gətirir. • Orqanlardan nümunə ƏPB və ƏPA qida mühitlərinə əkilərək kulturalaşdırılır (pH 7,2-7,6; 37-38oS). ƏPB-da diffuz boy, ƏPA-da isə parlaq, səthi hamar, kənarları düz rəngsiz xırda kalonyialar formalaşır. • Salmonella növlərinin təfriqi məqsədilə Biter və Ştern mühitlərindən istfiadə edilir. • Biter mühitinin tərkibinə daxildir: Ramnoza- 5 qr; ikiəsaslı Natrium fosfat – 0, 5 qr; ammonium sulfat- 1 qr% , natrium sitrat – 2 qr; NaCl- 0, 5 qr; pepton – 0,05 qr və distillə edilmiş su- 1000 ml. • Qliserinli-funksinli Ştern bulyonu ( 100 ml); + (5…6 damla) fuksin; + qliserin – 1 ml; və + natruim sulfitin 10%-li məhlulu – 2ml.

  16. Seroloci müayinə. Xəstəliyin dəqiq diaqnozu məqsədilə seroloci reaksiyaların rolu böyükdür və bunlardan passiv zemaqqlutinasiya reaksiyası öz dəqiqliyi və spesifikliyi ilə səciyyələnir. • Bu reaksiyanın mahyiyəti xəstə və xəstəliyi keçirmiş qoyunların qan serumunda spesifik antitellərin aşkar edilməsindən ibarətdir. Bu reaksiyanın yüksək dərəcədə spesifikliyinin nəzərə alaraq biz öz tədqiqatımızda yəni salmonellyozun dəqiq şəkildə müəyyən edilməsi məqsədilə bu reaksiyadan istfiadə etdik. ( Z.Ə.Ələsgərov, I.B. Məmmədov) • Bu məqsədlə xəstəliyə şübhəli 17 baş qoyundan qan götürülüb epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasında qeyd olunan reaksiya ilə yoxladıq. • Reaksiyanın qyoulması üçün aşağıdakı komponentlərdən istfiadə etdik: • Tərkibində 1,4 və 12 reseptorları olan B seroloci qrupp eritrositar salmonellyoz, O-diaqnostikum. Bu preparat qonur rəngdə olub formalinləşdirilmiş eritrosit və bunun üzərinə absorbsiya olunmuş salmonellyoz antigeni qarşığından ibarətdir. • Yoxlanılan qan serumu • Pozitiv absorbsiya olunmamış salmonellyoz serumu və sağlam qoyundan alınmış normal serum (nəzarət üçün) • PH 7,0-7, 4 olan fizioloci məhlul. • Təfriqi diaqnoz. Salmonellyoz kompelks eizootoloci, kliniki, patoloji anatomiki müayinələrə əsaslanaraq, patoloji materialın bakterioloci və seroloci analizi metodlarının köməyi ilə buzovlarda-dispepsiyadan. Kolibakteriozdan və diplokokk infeksiyasından; donuzlarda- klassik taun, dizenteriya və pasterellyozdan; qoyunlarda – brussellyoz, kampilobakterioz, listerioz və xlamidiozdan; atlarda – rinopnevmoniya, viruslu arteriitdən təfriq edilməlidir.

  17. Müalicə. Xəstəliyin müalicəsində antibioltiklər, sulfanilamid və nitrofuran preparatlarının xüsusilə spesifik polivalent antitoksiki hiperimmun serumla birgə işlədilməsi geniş tətbiq edilir. • Antibiotiklərdən tetrasiklin qruppu (terramisin, biomisin), sintomisin, levomisetin, neomisin, polimiksin, monomisin və b. müalicə məqsədilə, təlimata uyğun müvafiq dozalarda işlədilir. • Ağ ciyərlərin zədələnməsi zamanı, əlavə olaraq pensillin yaxud streptomisin və sulfanilamid preparatlarının inyeksiyası məqsədəuyğun hesab edilir. • Müalicə məqsədilə tətbiq olunan preparatlar. Müvafiq salmonella ştammına və xəstəliyin fomrasına uyğun olaraq seçilir. • Salmonellyozun müalicəsində geniş tətbiq edilən nitrofuran preparatlarından furazolidn, furasin və furazolin daha səmərəli nəticə verir. Bunlarla yanaşı, xəstələrdə eyni vaxtda simptomatik müalicə aparılmalıdır. • Immunitet. Xəstəlikdən sağalmış heyvanlarda immunitet yaranır. • Spesifik profilaktika məqsədilə hiperimmun serum və vaksinlərdən istfiadə olunur. • Fəal profilaktika məqsədilə inaktivləşdirilmiş və diri vaksinlərlə heyvanlar eyvənd edilir. • Inaktivləşdirilmiş vaksinlə: • 1) buzovların salmonellyozu əleyhi konsentrasiyaedilmiş formal xəyli vaksini. • Vaksin 3-5 gün fasilə ilə iki dəfə, buzovların ilk günlərində dərialtı peyvənd edilir. Bu vaksinlə boğaz inəklər doğuma 2 ay qalmış, 8-10 gün fasilə ilə 2 dəfə peyvənd edilir (10-15 ml dozada). Yeni doğulmuş körpələrin ağız südü vasitəsilə qəbul etidkləri immun cisimciklər, onları xəstəlikdən müəyyən müddət qoruyur. • 2) Çoşkaların paratifi əleyhi vaksini. Iki dəfə tətbiq edilir və tçərkibində S.chlderaesuis, S.typhimurium, S.dublin antigenlərini saxlayır. • 3) Çoşkaların salmonellyozu, pasterellyozu və enterokokk infeksiyası əleyhi vaksin. • 4) Qoyunların salmonellyozu əleyhi polivalent formoltiomersal vaksin ( quzular 7-10 gün fasiləilə 2 dəfə, qyounlar mayalanmadan qabaq 2 dəfə və sonra doğuma 1, 5 ay qalmış üçüncü dəfə təlimata uyğun peyvənd edilir). • 5) Xəzdərili vəhşi hyevanların salmonellyozu və kolibakteriozu əleyhi polivalent vaksin.

  18. Pofilaktika və mübarizə tədbirləri. Salmonellyozun profilaktkiasına aid tədbirlər sisteminə başlıca olaraq, zoogigiyenik və baytarlıq-sanitariya qaydalarıınn tələb olunan səviyyədə həyata keçirilməsi, hyevanların optmial saxlanma və yemlənmə şəraitinin təmin edilməsi, mühitin sistematik olaraq təmizlənməsi və dezinfeksiyası aid edilir. Boğaz heyvanlar yüksək qidalılıq dəyərinə malik olan yem payları ilə yemləşdirilməlidir. Təsərrüfatda salmonellyozla xəstə yaxud şübhəli bilinən heyvanlar ayrılaraq, izolyatorda müalicə olunmalıdır. • Qalan heyvanlar isə ( o cümlədən yeni doğulmuş körpələr) serumla profilaktik doza ilə immunizasiya edilməli, yaxud onlara müalicəvi-profilaktik preparatlar verilməlidir. • Heyvan saxlanan binaların və ətraf mühitin dezifnkesiyası, təsərrüfatda dezinseksiya, deratizasiya tədbirlərinin həyata kçirilməsi olduqca vacibdir. Peyinin biotermiki zərərsizləşdirilməsi, sdün pasterizasiyası diqqət mərkəzində olmaqla, hyevan cəsədləri mövcud baytarlıq qanununa müvafiq vaxtında zərərsizləşdirilməlidir. • Digər heyvandarlıq təsərürfatları ilə əlaqə, baytar həkimlərin icazəsi əsasında həyata keçirilməlidir. • Insanların təhlükəsizliyini ətmin etmək məqsədilə, epizootoloci-epidemioloci nəzarətə, infeksiya mənbəyinin və yoluxma yollarının zərərsizləşdirilməsinə yönəldilmiş sanitar-texniki və sanitar-gigiyenik tədbirlər planı diqqət mərkəzində dayanmalıdır.

More Related