310 likes | 530 Views
Əsrin kontraktının 14-cü ili və neft-qaz sənayesində şəffaflıq təşəbbüsü. Qubad Ibado ğlu, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası 19 sentyabr 2008-ci il, Bakı Kaspian Plaza. Mündəricat. Neft iqtisadiyyatda; İctimai rəy nə deyir;
E N D
Əsrin kontraktının 14-cü ili və neft-qaz sənayesində şəffaflıq təşəbbüsü Qubad Ibadoğlu, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası 19 sentyabr 2008-ci il, Bakı Kaspian Plaza
Mündəricat • Neft iqtisadiyyatda; • İctimai rəy nə deyir; • Vətəndaş cəmiyyətinin narahatçılıqları: • Neft gəlirlərinin yerləşdirilməsi üçün mümkün təhlükələr; • Şirkətlərin fərdi hesabatlılığa keçməməsinin fəsadları; • Mənfəətin bölüşdürülməsi sxemində ziddiyyətlı məqamların aşkarlanması.
2008/11-ci illərdə neft hasilatı Mənbə: İqtisadi İnkişaf Nazirliyi
2010-2020- tendensiya haragedir? • 2010-cu ildən sonra ölkədə ”qara qızıl"ın istehsalı aşağı düşəcək. • Əgər Azərbaycanda 2009-cu ildə 420, 2010-cu ildə 450, növbəti ildə 410 milyon barrel neft hasilatı gözlənilirsə, bu göstərici 2015-ci ildə 250, 2020-ci ildə isə 110 milyon barrelədək azalacaq.
Norveç Krallığının Azərbaycandakı böyük elçısının maliyyələşdirdiyi layihə çərçivəsində 500 respondent arasında aparılmış sorğu nə göstərir?
Əhali neft gəlirlərinin təsirini öz həyatlarında hiss edirmi? • Respondentlərin yalnız 33,28% -nin bu suala verdiyi cavabdan bu prosesin onlarin həyatlarina bu və digər formada, az və ya çox təsir etdiyi məlum olur. Onların 16,64 %-i bu suala bir mənalı olaraq müsbət cavab verərək, təsirin əhəmiyyətli oldugunu əminliklə bildirmişlər. Digər 16,64 %-i isə bu təsirin çox cüzi olduğunu bildirmişlər. Rəyi soruşulanların 55,08% neftdən gəlir əldə olunmasını, gəlirlərinin ölkəyə daxil olmasını və ölkədaxilində istifadə olunmasını yalnız ölkədə gedən tikintilərdən hiss edrlər, 12,48 %-i isə ümumiyyətlə nə ölkənin neft ölkəsin olmasını, nə ondan gələn gəlirləri, nə də bu gəlirlərin kimə, nəyə, haraya xərclənməsini hiss etmədiyini bildirmişdir.
Neft gəlirləri nə qədər səmərəli xərclənir? • Respondentlərin 8,3 % -i hesab edir ki, neft gəlirlərinin xərclənməsi səmərəli həyata keçirilir. 41,6 %-ni bu proses qismən qane edir və hesab edirlər ki, gəlirləri daha səmərəli istifadə etmək olar. Sorğu iştirakçılarının 24,96 %-i isə neft gəlirlərinin idarə olunmasından tamamilə narazı qaldıqlarını bildirib, 21,8 % -nin bu barədə məlumati yoxdur və 4,16 %-i isə ümumiyyətlə bu barədə düşünmür və maraqlanmır.
Neft gəlirlərinin idarə olunmasını kimə etibar etmək lazımdır? • Rəyi soruşulanların 87,36 %-ibu proseslərin yalnız rəsmi strukturlar tərəfindən idarə olunmasını istəyir. Onlardan da 45,76 %-i yalnız Prezindentə inanır. Sorğu iştirakçılarının 29,12 %-i bu məsuliyyətli işin Neft Fonduna, 12,48 %-i Parlamentə, 12,48 %-i hökümətə tapşırılmasını məqsədəuyğun hesab edir. • Diqqqəti çəkən məqam isə respondentlərin 8,32 %-nin bu işin QHT-lərə, 4,16 %-nin isə siyasi partiyalara etibar etməsidir.
Koalisiyanın 2008-ci il üçün Fəaliyyət Proqramı • Neft şirkətlərinin şəffaflıq və hesabatlılığının qiymətləndirməsi sisteminin yaradılması və ekspert qiymətləndirilməsinin təşkili; • Şirkətlərin fərdi hesabatlığa keçidi üzrə vəkillik işinin təşkili; • Neft Fondu haqqında qanun layihəsinin hazırlanması və populyarlaşması; • Neft gəlirlərinin idarəedilməsinin səmərəliliyinin artırılmasına tövsiyyələr; • Qeyri-neft və qeyri-qaz təbii ehtiyatları barədə təkliflərin hazırlanması; • Azərbaycanda EİTİ qiymətləndirilməsi və hesabatın hazırlanması.
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasını narahat edən məqamlar
I. Dünya maliyyə böhranının təsirləri • Bear Stearns • Societe Generale • Fannie Mae • Freddie Mac • Lehman Brothers
Neft Fondunun maliyyə tərəfdaşları • Barclays Bank Plc (UK) • BNP Paribas (France) • Deutsche Bank (Germany) • Dresdner Bank (Germany) • JP Morgan Bank (US) • HSBC (UK) • Royal Bank of Skotland (UK) • UBS AG (UK) • Hypovereinsbank AG (Germany)
Neft gəlirlərinin yerləşdirilməsi • DNF investisiya portfelinin 75,5 faizini qiymətli kağızlarda yerləşdirib. Aprelin 1-nə olan məlumata görə, fondun qiymətli kağızlarda 2,5 milyard dollar həcmində vəsaiti var. • 2008-ci il aprelin 1-nə olan məlumata görə, idarəetməyə 244,3 milyon dollar vəsait verilib. Dünya Bankı idarəedilən vəsaitlərin 45,1 faizini, ”Döyçe Asset Management" bankı DNF-nin idarəedilən vəsaitlərinin 34,45 faizini, “Klariden Leu” isə 20,45 faizini idarə edir. Göründüyü kimi, idarəedilən vəsaitlərin yarısına qədəri Dünya Bankının sərəncamındadır. • DNF-nin illik gəliri 4 faizdən də aşağıdır. Bu, o deməkdir ki, qurum vəsaitləri xarici bazarda 4 faizdən aşağı olmaq şərtilə idarə edir.
II. Fərdi hesabatlığa keçidəşirkətlərin münasibəti • Razı olan şirkətlər: • 1) Middle east petroleum • 2) Binagadi oil company • 3) BP • 4) Shell • 5) Statoi-Hydro
Fərdi hesabatlığa keçidəşirkətlərin münasibəti Bütün şirkətlər fərdi hesabatlarının açıqlanmasına razılıq verdiyitəqdirdə öz razılığını verəcəyini bildirmiş: • 1) Hess (ACG) Limited • 2) ARDNŞ Hələlik dəqiq cavabını bildirməmişdir: • 1) Lukoil
Fərdi hesabatlığa keçidəşirkətlərin münasibəti • Razı olmayan şirkətlər: • 1) Karasu operating company • 2) Petro-HongKong-Pirsaat Oil Limited • 3) Azgerneft • 4) Commonwealth • 5) Itochu oil exploration (Azerbaijan) Inc. • 6) ExxonMobil • 7) Devon • 8) Chevron • 9) Total • 10) Rafi Oil FZE • 11) Shirvan Oil • 12) Anshad petrol • 13) Apşeron Operating
III. Mənfəət neftinin bölüşdürülməsi sxemi Yuxarıdakı sxemə uyğun olaraq Azərbaycan Respublikasının mənfəət neftindəki payı 2003-2007-ci illərdə 30 %, 2008-ci ilin birinci rübündə 55 % və ikinci rübündə 80 % təşkil edir. №dnf\5\1 -929 13 avqust 2008
2004-2007-ci illərdə valyuta hasilatı və Azərbaycana düşən pay
TƏŞƏKKÜR EDİRİK! Bakı, Azərbaycan AZ1065Cəfər Cabbarlı küç.44, Kaspian Plaza 3, 9-cu mərtəbəTelefon: (+99412) 437 1320 Faks: (+99412) 437 32 40web-site: www.eiti-az.orge-mail: office@eiti-az.org