1 / 7

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU : Malların keyfiyyəti və əsas prinsipləri.

rico
Download Presentation

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU: Malların keyfiyyəti və əsas prinsipləri. Mühazirəçi: dos.Bayramov V.Ə. Gəncə-2010

  2. Mühazirənin planı • 1. Ekspertin obyektliyi • 2. Ekspertin müstəqilliyi • 3. Ekspertin səriştəliyi • 4. Ekspertin sistemli yanaşması • 5. İstehlakçiların təhlükəsizlik prinsipi. • Istifadə olunan ədəbiyyat • 1.Ə.R.Həsənov və b. –Qeyri-ərzaq mallarının ekspertizası. • 1 hissə. “Çalıoğlu” 2006 • 2.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığı üzrə • laboratoriya praktikumu” .Bakı-2001 • 3.Ə.R.Həsənov və b. - “Trikotaj malları əmtəəşünaslığı” • I və II hissə. Bakı-1984 • 4.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığının • nəzəri əsasları. Bakı-2002

  3. Mövzu 2. Malların keyfiyyəti və ekspertizanın əsas prinsipləri. • Malların keyfiyyətini müntəzəm olaraq yüksəltmək iqtisadiyyatın inkişaf etdirməyin vacib şərtidir. Yüksək keyfiyyət dedikdə əməyə və maddi ehtiyyatlara qənaət etmək, nəticə etibarı ilə cəmiyyətin tələbatını hərtərəfli ödəmək başa düşülür. Ona görə də istehsal olunan məhsulun keyfiyyətinin qiymətləndirilməsi – ekspertizası dövlət əhəmiyyətli məsələdir. • Ekspertin əsas prinsipi ekspeürtiza apararkən oyektivlik, müstəqillik, səriştəlilik, sistemli yanaşma, istehlakçılar və onu əhatə edən mühit üçün təhlükəsizlik prinsiplərinə əməl edilməsidir. • Obyektivlik – ekspert qiymətləndirilməsi aparılarkən xəbərdarlıq və ya subyektivliyin aradan qaldırılmasında özünü göstərir. Hər bir ekspert öz fərdi xüsusiyyətləri ilə seçilir: zövqü, dünya görüşü, peşəkar səlahiyyəti və s. bütün bunlar aparılan ekspertiza qiymətləndirilməsinin səviyyə və xarakterinə şübhəsiz təhsir göstərir. • Subyektivlikdən qurtulmaq üçün müəyyən metod və vasitələırdən istifadə olunur, bunların öyrənilmsi də mühüm əhəmiyyət kəsb edir. Subyektivlikdən qurtarmaq üsullarından biri də müəyyən əlamətlərinə görə ekspert komissiyasının təşkil edilməsidir. Məsələn, onların tərkibinə eyni profilli və ya əksinə müxtəlif profili olan mütəxəssisləri daxil etmək lazımdır ki, bu profillər bir-birini tamamlasınlar.

  4. Ekspertin müstəqilliyi – çox əhəmiyyətli prinsiplərdəndir, məhz obyektivlik nbuna əsaslanır. Bu prinsip ona əsaslanır ki, ekspert maraqlı tərəflərin heç birindən asılı olmasın.maraqlı tərəf həm istehsalçı, həm istehlakçı, həm də əmtəə satıcısı ola bilər. • Ekspertin səriştəliliyi onun nmüəyyən əmtəə sahəsində əmtəəşünaqslıq blikləri və iş təcrübəsi ilə təyin olunur. Əmtəə ekspertizası aparmaq üçün birinci növbədə əmtəənin kimyəvi, fiziki və fiziki-kimyəvi tərkibi haqqında dərin bilik əldə etmək lazımdır. Bundan başqa ekspert istehsal texnologiyası məsələlərini, əmtəəşünaslığın təşkili və uçotu, kommersiya fəaliyyəti, qiymətləndirmə, sənədləşdirmə, marketinq, menecment və hüququ bilməlidir. • Hər bir təhsil informasiyası müəyyən müddətdən sonra yaddaşdan silinir və köhnəlir. Buna görə də ekspertlər müntəzəm surətdə öz biliklərini təkmilləşdirmək, peşəkarlıq səviyyələrini yüksəltmək üçün müstəqil şəkildə e4lmi, tədris, xüsusi ədəbiyyatlardan istifadə etməli, təkmilləşdirmə kurslarında, seminarlarda iştirak etməlidirlər. Mallara ekspert qiyməti verərkən onları müəyyən qrupa, yarımqrupa, növə, növ müxtəlifliyinə və ya tipə aid etmək bacarığı olduqca vacibdir. • Belə sistemləşdirmə - qruplaşdırma və ya təsnifləşdirmənin düzgün seçilmiş əlamətlərinə əsaslanmalıdır. Misal üçün nişastanın və nişasta məhsullarının qənnadı məhsulları qrupuna daxil edilməsini göstərmək olar. Lakin bunun oqədər də əsası yoxdur. Yaxşı olar ki nişasta və nişasta məhsulları un məhsullarına aid edilsin. Bu məhsullarla nişastanı ümumi ərzaq tərkibi birləşdirir.

  5. Səmərəlilik prinsipi ondan ibarətdir ki, aparılan ekspertizanın mütləq nəticəsi malın səmərəli tətiginə, xammal israfçılığın azaldılmasına, materialın, elektrik enerjisinin, əmək sərginin, eləcə də maddi inkinin və mal itkisinin qarşısını almaqdır. Məs. ekspertlər yeni malların ekspert qiymətləndirilməsini apararkən xammal sərfini istehsal xərcləri, paylaşdırma və satışa çəkilən xərclərin artırılması və ya azaldılmasını nəzərə alır və ancaq bundan sonra malın seriyası və topdan istehsal edilməsi müəyyənləşdirilir. • Malların təhlükəsizliyi onunla bağlı ticarət xidmətinin əsas prinsiplərindən iridir və ekspertiza onun üzərində qurulur. Ekspertiza apararkən ekspertlər mütləq real və ya nəzərdə tutulan dərəcədə ziyandəyməni nəzərə almalıdırlar. • Təhlükəsizlik prinsipi ekoloji ekspertizanın əsasını təşkil edir, onun da vəzifəsi malların ətraf mühit üçün təhlükəsizliyinin qiymətləndirilməsidir. Əmtəə ekspertizası qiymətləndirmə fəaliyyətinin növlərindən biridir. Onun digər növlərinə əmtəəşünaslıq və istehlakçı qiymətləndirilməsi, keyfiyyətcə və kəmiyyətcə nəzarət, uyğunlaşdırma sertifikasiyası aiddir. • Fiziki-kimyəvi və mikrobioloji keyfiyyət göstəricilərini təyin etmək üçün ölçmənin obyektiv metodları mövcuddur. Əmtəə ekspertizası kommersiya fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Böyük mal partiyasının istehsalı və alınması həmişə çirklərlə bağlıdır, satış malın aşağı keyfiyyətinə görə ləngiyir bu bazar tələblərinin aşağı düşməsi ilə əlaqədardır.

  6. Əgər mal ancaq mal deyil, bazar konyukturunu daha səmərəli paylaşdırma kanallarını gözəl bilən ekspert və ya ekspertlər qrupu tərəfindən qiymətləndirilirsə bu risk azalır. Real şəkildə az məlum olan təzə malların ekspert tərəfindən qiymətləndirilməsi xüsusilə vacibdir, ekspert təzə malların üstün və çatışmayan cəhətləri aydınlaşdırır, onların çatışmazlıqlarının vaxtında aradan qaldırılması üçün şərait yaradır və həmin təzə mallara tələbatı və rəqabət aparma qabiliyyətini analoji mallara nisbətən yüksəldir və qiymətlərin aşağı düşməsinə şərait yaradır. • Son zamanlar iş adamlarının müstəqil ekspertlərə müraciət tendensiyası qeyd olunur, bu da nümunələrin eyniləşdirilməsi məqsədilə tədarükc\çülər tərəfindən ilkin mərhələdə hər hansı alqı-satqısı müqaviləsindən əvvəl aparılır. • Əmtəə ekspertizasının nəticələri belə müqavilələrinbağlanmasında həlledici rol oynayır. • Bununla yanaşı ekspertizası NTS (normativ-texniki sənəd) renqlamentləşdirilmiş bütün tələblərin və ya onların müəyyən hissəsinin təsdiq olunması ilə aparıla bilər.

  7. Sertifikasiya laboratoriyaları və sertifikasiya üzrə orqanlar tərəfindən aparilan əmtəə ekspertizası sertifikat sınaqlarının bir hissəsi də ola bilər. Qeyd etmək lazımdır ki, əmtəə ekspertizası və uyğunluq sertifikasiyası arasında ( mallara ümumi nəzarət) nisbətən daha çox əlaqə vardır, nəinki əmtəə ekspertizası və US ( uyğunluq sertifikasiyası) ümumi prinsiplər üzərində qurulur. Əmtəə ekspertizası və uyğunluq sertifikasiyası subyektləri ekspertlərdir. Onların arasındakı fərq iş fəaliyyətinin nəticələrindəndir. Uyğunluq sertifikasiyası ekspertləri ancaq ekspertiza aktını və ya rəyi təqdim edə bilərlər, ancaq onlar sertifikat vermək hüququna malik deyillər. Əmtəə ekspertizası üzrə ekspertlər akt tərtib edir və ya sınaq protokollarını doldururlar ki, bunlar da son sənədlərdir. • Müəyyən hüquqi statusa əsasən ekspertlər nəzarət funksiyasına malik deyillər, məhz buna görə də malların kəmiyyət və keyfiyyəti üzrə nəzarəti apara bilmirlər. Müfəttiş nəzarəti aparmaq hüquqi ancaq rəhbərliyə və ekspert idarəsi müfəttişlərinə həvalə olunur.

More Related