670 likes | 1.49k Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASININ BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU. Mövzu 1. İnteqrir bitki mühafizəsinin məqsəd və vəzifələri, onun əsas prinsipləri. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov.
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQİXTİSASININ BİTKİ MÜHAFİZƏSİİXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU
Mövzu 1. İnteqrir bitki mühafizəsinin məqsəd və vəzifələri, onun əsas prinsipləri Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov
P L A N İnteqrir bitki mühafizəsinə keçidin başlıca səbəbləri İnteqrir mübarizə üsulu, onun mahiyyəti və məqsədləri İnteqrir bitki mühafizəsinin əsas yeri və prinsipləri İnteqrir bitki mühafizəsinin elementləri
Ədəbiyyat 1.Защита растений в устойчивых системах землепользования (в 4-х книгах): Учебник / Под общей ред. доктора с.х. наук, профессора, иностранного члена РАСХН Д.Шпаара, книга 3, Берлин, 2004, 335 с. 2.Миренков Ю.А., Саскевич П.А., Цыганов А.Р. и др.Интегриро-ванная защита растений Минск: ИВЦ Минфина, 2008, 360 с. 3.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Экологические основы интегрированной защиты растений. Москва: «Колос», 2007, 243 с. 4.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Интегрированная за-щита растений: фитосанитарные системы и технологии. Москва: «Колос», 2009, 670 с. 5.Ali R. Bandani New Perspectives in Plant Protection. Publisher: In Tech, Published, 2012, 246 p. 6.Gupta, V.K. Book Review: Crop and Plant Protection, The Practical Foundations by Rudolph Heitefuss. Insecta Mundi, 1989, 470 p.
Ətraf mühitin çirkləndiriciləri Nitratlar və nitritlər, habelə nitrozobirləşmələr Politsiklik aromatik karbohidrogenlər Polixlorlaşmış bifenillər Pestisidlər, onların metabolitləri Xlorlaşmış dioksinlər
benzantrantsen dibenzantratsen Ərzaq məhsullarında xlorlu törəmələr xobantren benzopiren
Dioksin - ən təhlükəli zəhər 2,3,7,8 - tetraxlordibenzo - para - dioksin
Qida zəncirində dioksinin daşınma sxemi insan quşlar heyvanlar bitkilər suda üzən quşlar balıqlar torpaq torpaq faunası Xərşəngəbənzərlər
Alman yumurtalarında dioksin aşkar edilmişdir 23 may 2012-ci il
İRİ BUYNUZLU HEYVAN YAĞ SÜD TOYUQ DONUZ BALIQ HAVA TOZ, ÇİRK SU 1 gündə pikoqram Dioksin mənbəyinin diaqramı
Sənaye istehsalı Qaz tullantıları Bərk tullantılar Maye tullantıları: xlor tullantılar, fenollar Xlorlaşmış içməli sular Yanma Dioksinlər – 100% Qida zənciri vasitəsilə bioakkumulyasiya (95-98%) Dəri, su, hava vasitəsilə bioakkumulyasiya 2-5% Biosferdə dioksinlərin miqrasiyası və düşmə yolları
300 mln. tondan artıq karbon oksid Təkcə keçən əsrin 80-ci illərində istehsalat gücünün artması hesabına atmosferə 120 mln. ton zol maddələri 50 mln ton bütün mümkün karbonlar 150 mln. ton kükürd dioksidi atılmışdır Dünyanın sənaye - məişət tullantılarının ümumi kütləsi bir ildə 600 mln. tondur. MDB-nin 100-dən artıq iri şəhərlərində zərərli maddələrin kəsafətliyi icazə verilən normadan 10 dəfə çox artıqdır.
DDT-nin kəsafətliyi 0,001 mq/l təşkil edirsə Miçiqan gölündə onda bu rəqəm balıq yağında 3,5 mq/kq qağayıların piyində 100 mq/kq-dır insan piyində 3-1131 mq/kq
Avropa İttifaqı ölkələrində kənd təsərrüfatına yararlı torpaqlarda ekoloji əkinçiliyin payı (yanvar, 2010-cu il), %
MDB respublikaları və bəzi başqa ölkələrdə ekoloji əkinçiliyin payı, 2010-cu il
İnteqrir mübarizə üsulu, onun mahiyyəti və məqsədləri İnteqrir bitki mühafizəsi (inteqrated plant protection) anlayışı kimyəvi mübarizə üsulunun birtərəfli qaydada genişlənməsinə ilk cavab reaksiyasının ifadəsi kimi keçən əsrin 50-ci illərində baş vermişdir. Onun baş verməsi zamanı diqqət mərkəzində istehsal-çıların sağlamlığı və ya ətraf mühitin mühafizəsi dayanmırdı. Bu gün biz belə hesab edirik ki, təbiətdə qarşılıqlı bioloji əlaqələrin kifayət qədər hesabatının aparılmaması kimyəvi mühafizə vasi-tələrinin tətbiqini müvəffəqiyyətli edə bilməz. 1959-cu ildə ABŞ-da kimyəvi və bioloji tədbirlərin (inteqrated control concept) inteq-rasiyası barədə ilk məqalə dərc edildi.
1959-cu ildə zərərli heyvanlar və bitkilərlə beynəlxalq bioloji mübarizə təşkilatı (İnternational organization for Biological Control of Noxious Animals and Plants) inteqrir bitki mühafizəsi üzrə ilk beynəlxalq işçi qrupunu holland alimi de Fluiterin rəhbərliyi altında yaratdı. Təsadüfi deyildir ki, inteqrir mühafizə üzrə ilk işlər mey-vəçilik sahəsində aparıldı, belə ki, kimyəvi mübarizə zamanı ilkin problemlər, yəni zərərli və faydalı orqa-nizmlərin formasının dəyişməsi, insektisidlərə qarşı rezis-tenflik məhz burada yaranmışdır.
“İnteqrir bitki mühafizəsi” anlayışı elə əvvəldən müxtəlif mənalarda işlənsə də onu iki qaydada başa salmağa çalışırdılar: Bütöv, ekoloji oriyentasiyalı, keyfiyyətcə yeni bitki mühafizəsi Zərərli orqanizmlərlə mübarizədə kimyəvi və qeyri kimyəvi metodların sadə kombinasiyası.Ekoloji qarışlıqlı əlaqələr müxtəlif cür səslənirdi. Müxtəlif nüanslar “inteqrir bitki mühafizəsi” anlayışından seçilirdi: “İnteqrir mübarizə” (inteqrated control – İC; zərərvericilərin inteqrir menecmenti (inteqrated pest management - İPM)
İBM-nin ilk definitsiyası FAO-nun işçi qrupu tərəfindən 1964-cü ildə belə formalaşmışdır: “iqtisadi, ekoloji və toksikoloji yol verilən üsulların çoxşəkilli sistemi olub, zərərli orqanizmlərin sayını iqtisadi zərərlilik həddindən aşağı saxlamağa imkan verir, əsasında və ilk planda düşüncəli surətdə təbii məhdudlaşdırıcı amillərin istifadəsi və nizamlama mexanizmləri durur” Rusiyada keçən 70-ci əsrin illərində “inteqrir bitki mühafizəsi” bioloji, aqrotexniki, kimyəvi, fiziki və bitki mühafizəsində tətbiq edilən digər metodların optimal kombinasiyası kimi qəbul edilir və bununla da konkret ekoloji-coğrafi zonada müəyyən bitkidə zərərli növlərin sayının nizamlanması ilə həyata keçirilir. İnteqrir mübarizə üsuluna Azərbaycanda da yanaşma təxminən yuxarıdakı kimidir.
İnteqrir mübarizəsi AFR-da qəbul olunan “Bitki mühafizəsi haqqında” qanununda aşağıdakı şəkildə əksini tapmışdır: “Davamlı sortların becərilməsi və bitkiçilik texnologiyalarının istifadəsi, bioloji və biotexnoloji tədbirlərin tətbiqinin üstünlüyü və kombinasiyası ilə həyata keçirilir, kimyəvi mühafizə vasitələrinin istifadəsi imkan daxilində aşağı salınır”.
1991-ci ildə Avropa İttifaqının definitsiyasında inteqrir bitki mühafizəsinin tərifi belə səslənir: bioloji, biotexnoloji, kimyəvi, fiziki, aqrotexniki və seleksiya xarakterli tədbirlərin tətbiqi ona yönəldilir ki, zərərli orqanizmlərlə yoluxma aşağı olsun ki, təsərrüfata ziyan dəyməsin və bu zaman kimyəvi vasitələrin istifadəsi ən sonuncu həddə qədər məhdudlaşsın.
İngilis dilli ədəbiyyatda İBM-nin 70 müxtəlif variantı səsləndirilir və təriflərin hamısı identik deyildir, lakin bütün hallarda, İBM sistemli yanaşma kimi başa düşülür və onun daim inkişafda olması bildirilir. 1992-ci ildə Rio de Joneyrada BMT-nin ətraf mühit və inkişaf üzrə keçirilən konfransında elan edilmişdir ki, inteqrir bitki mühafizəsi ümumi bitki mühafizəsinin sonrakı inkişafını istiqamətləndirən ümumdünya xəttidir.
İBM-nin bütün definitsiyaları özündə 3 əsas yekunu birləşdirir və onun məqamlarını xarakterizə edir: İnteqrir bitki mühafizəsi razılaşdırılmış kompleks yanaşma olub, bitkilərin becərilməsi zamanı davamlılıq hesabatının xüsusi diqqətdə saxlanması Təbii nizamlama mexanizminə kömək edən ekoloji tələblərin və hərəkətlərin yerinə yetirilməsi Bütün profilaktiki tədbirlərin yerinə yetirilməsi zamanı bitkilərin kimyəvi mühafizə vasitələrinin tətbiqi məqsədyönlü və iqtisadi səmərəli olması
İBM və “Bitki mühafizəsində yaxşı praktika”ya olan tələblərin fərqləri
Könüllü öhdəliklərlə regional direktivlərin müəyyən məqamlarının realizə edilməsinə istiqamətlənir, burada düzünə və ya dolayı yolla kimyəvi vasitələrin tətbiqinə limit qoyulur. Aşağıdakı yollarla kimyəvi mühafizə vasitələrinin istifadəsinin minimuma endirilməsinə çalışmalar edilir: İqtisadi alətlərlə. Belə alətlər bitki mühafizəsində aparılan qeyri-kimyəvi tədbirləri iqtisadi cəhətdən dəyərləndirir. Məsələn, Danimarka və Hollandiyada kimyəvi mübarizə vasitələrinin tətbiqinə vergilər qoyulur. Hüquqi alətlərlə. Bu alətlər kimyəvi mühafizə vasitələrinin tətbiqi üzrə direktivləri özündə birləşdirir və onların yerinə yetirilməsinə nəzarət edilir. Onların pozulduğu şəraitdə cərimələr qoyulur.
İnteqrir bitki mühafizəsinin əsas vəziyyəti və prinsipləri İnteqrir bitki mühafizəsi sistem xarakter daşıyır və kompleks yanaşma tələb edir İBM iqtisadi və sosial aspektlərin tarazlığı nəzərə alınmaqla ekoloji tələbləri özündə birləşdirir. Bu zaman ekoloji təhlükəsizlik və davamlı inkişaf çərçivəsində təsir təmin edilməlidir İBM konseptində profilaktiki mübarizə tədbirləri düzünə və terapevtik tədbirlərdən üstünlük təşkil edir
İBM bütün qərarların qəbulu zamanı dərin elmi əsaslandırma tələb edir İBM elmi əsaslandırılmış sistem kimi texniki tərəqqi və yeni elmi dəyərlərdən istifadə edir, habelə yeni informasiyanın realizə edilməsi və təqdimatına yüksək tələbkarlıq nümayiş etdirir:
Tələb olunan minimum ƏTRAF BİTKİÇİLİK MÜHİT İnteqrir bitki mühafizəsinin qolları
İnteqrir bitki mühafizəsinin elementləri • İBM-nin elementləri bitki mühafizəsi üzrə görülən bütün tədbirlərdir; abiotik və biotik stress amillərindən dəyən zərər və itkilər, alaq otları, zərərvericilər və xəstəliklərlə mübarizədə düzünə itkilər.
1 2 3 • İBM-nin profilaktiki tədbirlərinə aşağıdakı • elementlər aiddir: • zərərli orqanizmlərin gətirilməsinin və yayılmasının qarşısının alınması (daxili və xarici karantin) aqrosenozalarda, landşaftlarda faydalı həşəratların çoxalması və inkişafını özünizamlayan mexanizmlərin gücləndirilməsi (növbəli əkin, aralıq bitkilər, torpağın becərilməsi) becərilmə yerlərində mədəni bitki növlərinin torpaq iqlim şəraitinə olan tələbatına əməl edilməsi
6 7 4 5 növbəli əkinə və aralıq bitkilərin becərilməsinə əməl edilməsi torpağın əsas və əkinqabağı işlənməsi, bu zaman torpaq - iqlim şəraiti, onun zərərli orqanizmlərə təsiri balanslaşdırılmış mineral gübrələrin verilməsi xəstəliklərə, zərərvericilərə və başqa stress amillərinə qarşı, yalnız həmin regionda becərilən yararlı sortların seçilməsi, sağlam səpin və əkin materialından istifadə edilməsi
9 8 optimal əkin müddəti, səpin norması, basdırılma dərinliyi, bitkilərin tarlada optimal yerləşdirilməsi ümumi fitogigiyenanın bütün tələblərinə əməl edilməsi
İnteqrir bitki mühafizəsinin düzünə tədbirlərinə aşağıdakılar aiddir: yırtıcı və parazitoidlərin gətirilməsi yırtıcı və parazitoidlərin kütləvi çoxalması və yayılması Bioloji mübarizə tədbirləri: • virus, bakteriya və göbələk • mənşəli preparatların tətbiqi • özünü məhv etmə üsulu
mexaniki Mexaniki və fiziki mübarizə tədbirləri: texniki elektromaqnit şüaları ilə işləmələr
böyümə maddələri atraktantlar Bioloji fəal maddələrin tətbiqi: feromonlar repellentlər
kimyəvi mübarizə tədbirləri əkin və materiallarının kimyəvi dərmanlanması • Bütün adları çəkilən İBM elementləri texnoloji reqlamentlərə uyğun olaraq dəqiq yerinə yetirilməlidir.
Özünü yoxlama üçün mövzuya aid test sualları 1. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri ilə mübarizədə hansı üsulları tanıyırsınız ? a) mikrobioloji, aqrotexniki, fizioloji, biokimyəvi b) bioloji, fitonsid, fitosanitar, kimyəvi, toxumçuluq c) növbəli əkin, düzgün səpin, mikrobioloji, fizioloji, seleksiya d) karantin, kimyəvi, makrobioloji, mikrobioloji, fiziki e) aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, bitki karantini, seleksiya -toxumçuluq
2. Xəstəliklə mübarizədə tətbiq edilən pestisidlər kimyəvi tərkibinə görə hansı qruplara bölünürlər ? • qeyri-üzvi mənşəli, bitki, göbələk və bakteriya mənşəlilər, üzvi mənşəlilər • ditiokarbamatlar, ftalamid birləşmələri, antibiotiklər • xlorozlu birləşmələr, fosfor üzvi birləşmələr, sintetik piretroidlər • kükürd birləşmələri, metal birləşmələri, üzvi mənşəlilər • strobilurinlər, dikarboksimidlər, fosfortiolatlar
3. İnsan və istiqanlı heyvanlar üçün ən təhlükəli pestisidlər qrupu hansıdır? • fosfor üzvi birləşmələr • xlor üzvi birləşmələr • sintetik piretroidlər • kükürd birləşmələri • strobilurinlər, dikarboksimidlər, fosfortiolatlar
4. Doiksin nədir? • insanlara məlum olan ən qəddar və təhlükəli zəhərdir • insanlar üçün təhlükəsiz üzvi birləşmədir • mis tərkibli preparatdır • kükürd birləşməli qeyri-üzvi maddədir • fəal oksidləşdiricidir
5. Dünyanın sənaye-məişət tullantılarının ümumi kütləsi bir ildə nə qədərdir? • 600 mln. ton • 50 mln. ton • 120 mln. ton • 150 mln. ton • tullantilarin ümumi kütləsi cuzidir
6. Dünya üzrə bitki mühafizə vasitələrinin istehsalı 2012-ci ildə neçə mlrd. ABŞ dolları dəyərindədir? • 1,7 mlrd. • 2,4 mlrd. • 27 mlrd. • 40 mlrd. • 22,9 mlrd.
7. Azərbaycanda ekoloji əkinçiliyin payı nə qədərdir? • ümumi əkinlərin 1,3%-i qədər • ümumi əkinlərin 0,45%-i qədər • ümumi əkinlərin 2,0%-i qədər • ümumi əkinlərin 19,6%-i qədər • ümumi əkinlərin 0,01%-i qədər