1 / 24

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları Təranə Hacıyeva

M əktəbdaxili qiymətləndirmə. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları Təranə Hacıyeva Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri. A ZƏRBAYCAN RESPUBLİKASININ ÜMUM i TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

shania
Download Presentation

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları Təranə Hacıyeva

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Məktəbdaxili qiymətləndirmə Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları Təranə Hacıyeva Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri

  2. AZƏRBAYCANRESPUBLİKASININ ÜMUMi TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmişdir. ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ , PEŞƏ LİSEYLƏRİNDƏ BURAXILIŞ İMTAHANLARI VƏ ŞAGİRDLƏRİN SİNİFDƏN-SİNFƏ KEÇİRİLMƏSİ HAQQINDA QAYDALAR Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.02.2009-cu il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə Dövlət qeydiyyatından keçmiş, Azərbaycan Respublikası Təhsil nazirinin 11.02.2009-cu il tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmişdir. Məktəbdaxili qiymətləndirmə Ümumtəhsil məktəblərindəməktəbdaxili qiymətləndirmənin aparılması qaydaları

  3. Məktəbdaxili qiymətləndirmə Qayda 1 Məktəbdaxili qiymətləndirmə komponentləri • Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) (sinifdaxili diaqnostik, formativ və summativ qiymətləndirmələr) • Kurikulum üzrə qiymətləndirmə (təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə) • Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları)

  4. Məktəbdaxili qiymətləndirmə Qayda 2 Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi)şagirdin bilik, bacarıq və dəyərlərə yiyələnməsi haqqında məlumatlarıntoplanması prosesidir. • diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi); • formativ (inkişafın izlənməsi) • summativ (yekun qiymətləndirmə) qiymətləndirmə formalarında aparılır.

  5. Məktəbdaxili qiymətləndirmə Qayda 3 Diaqnostik qiymətləndirmənin məqsədi şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməkdir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin əvvəlində aparılır. Zərurət yarandıqda, bəhs və bölmələrin əvvəlində, başqa məktəbdən gələndə, sinfi dəyişəndə və digər hallarda şagirdin bilik və bacarıqları barədə məlumat toplamaq, təlim strategiyasını müəyyənləşdirmək və şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə müəllim tərəfindən aparılır və rəsmi sənəddə öz əksini tapmır.

  6. Məktəbdaxili qiymətləndirmə Qayda 4 Formativ qiymətləndirmə dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır, şagirdin irəliləyişlərini və geriləmələrini izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq üçün şagirdə kömək etmək və onu istiqamətləndirmək məqsədi daşıyır. Formativ qiymətləndirmə sinifdə hər bir şagirdin inkişafının sistemli şəkildə izlənilməsini təmin edir. Müəllim bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kömək göstərir.

  7. Məktəbdaxili qiymətləndirmə Qayda 5 Formativ qiymətləndirmənin nəticələri rəsmi xarakter daşımır və jurnala qeyd olunmur. Bu nəticələr yalnız şagirdin qeyd kitabçasında, müəllimin şəxsi qeydlərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır. Portfolio bir il ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.

  8. Məktəbdaxili qiymətləndirmə Qayda 6 • Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs, bölmə, yarımil) yekun vurmaqla, şagirdin bilik və bacarıqlarının səviyyəsini ölçür. • Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir. • Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir, onun nəticələri jurnalda qeyd olunur.

  9. Məktəbdaxili qiymətləndirmə Qayda 7 • Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən ibarətdir. • Kiçik summativ (s) bəhs və bölmələrin sonunda altı həftədən gec olmayaraq, böyük summativ (S) isə yarımillərin sonunda keçirilir.

  10. Məktəbdaxili qiymətləndirmə Qayda 8 • Kiçik summativ qiymətləndirmələr müəllim, böyük summativ qiymətləndirmə isə müəllim və ya məktəb rəhbərliyi tərəfindən keçirilir

  11. Məktəbdaxili qiymətləndirmə Qayda 9 • Böyük summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.

  12. Məktəbdaxili qiymətləndirmə Qayda 10 • Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Summativ qiymətləndirmə vasitələri növbəti summativ qiymətləndirmədə istifadə oluna bilməz. • Həmin vasitələr gələn dərs illərində istifadə edilmək üçün məktəbin test bankına daxil edilir.

  13. Məktəbdaxili qiymətləndirmə Qayda 11 • Sinif summativ qiymətləndirməni yerinə yetirdiyi gün üzürlü səbəbdən qiymətləndirmədə iştirak etməyən şagirdin jurnaldakı adının qarşısındakı xana diaqonal olaraq 2 yerə bölünür. Surətdə qaib yazılır, məxrəc isə boş saxlanılır. • Müəllim həmin şagirdlə 2 həftədən gec olmayaraq summativ qiymətləndirmə aparır və nəticə məxrəcdə qeyd olunur.

  14. Məktəbdaxili qiymətləndirmə Qayda 12 • Sinfin summativ qiymətləndirməsində istifadə olunan vasitələr üzürlü səbəbdən qiymətləndirmədə iştirak etməyən şagird üçün istifadə edilə bilməz.

  15. Məktəbdaxili qiymətləndirmə Qayda 13 • Böyük summativ qiymətləndirmələrdə qeyri- müvəffəq (1 və 2) qiymət alan şagird nəticəni yüksəltmək üçün iki həftə ərzində təkrar yoxlamadan keçməlidir. • Şagirdin nəticəsi yenə də eyni olarsa, ona “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında qaydalar”ın 51-ci bəndinə əsasən yay tədris tapşırıqları verilir.

  16. Məktəbdaxili qiymətləndirmə Qayda 14 • Yarımillik qiymət kiçik summativ qiymətlərin və yarımillik böyük summativ qiymətin əsasında müəyyən edilir. Kiçik summativlərin nəticələri 40%, böyük summativin nəticəsi 60 % olmaqla aşağıdakı düstura əsasən yekun qiymət çıxarılır. • Burada s1, s2,..., sn- kiçik summativlər, n- yarımildə keçirilən kiçik summativlərin sayı, S1- birinci yarımildəki böyük summativ , Y1- birinci yarımillik qiymətdir.

  17. Məktəbdaxili qiymətləndirmə Qayda 14-davamı • Kiçik summativlərdən orta qiymət çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq olunur. • Məsələn, şagird 1-ci yarımildə kiçik summativlərdən 3, 3, 4 və böyük summativdən 3 almışsa, qiymət aşağıdakı kimi hesablanmalıdır: • Və yaxud şagird 1-ci yarımildə kiçik summativlərdən 2, 3, 3 və böyük summativdən 3 almışsa, qiymət aşağıdakı kimi hesablanmalıdır:

  18. Məktəbdaxili qiymətləndirmə Qayda 15 • İllik qiymət aşağıdakı düsturla müəyyən edilməlidir: • Burada İ-illik qiymət,Y1 və Y2 - yarımillik qiymətlərdir. Məsələn, şagird I yarımildə 3, ikincidə isə 4 qiymət alıbsa, olur.

  19. Məktəbdaxili qiymətləndirmə Qayda 16 Qiymətləndirmə standartlarına əsasən 4 nailiyyət səviyyəsindən heç birinə cavab verməyən şagird təlim nəticələrini yerinə yetirməmiş sayılır və qeyri-müvəffəq (1;2) qiymətləndirilir. 1-ci səviyyəni keçməyən şagird “3”, 3-cü səviyyəyə cavab verən şagird “4”, 4-cü səviyyəyə cavab verən şagird “5” qiymətlə qiymətləndirilir. 2-ci səviyyəyə cavab verən şagird məzmundan asılı olaraq “3” və ya “4” ilə qiymətləndirilə bilər.

  20. Məktəbdaxili qiymətləndirmə Qayda 17 • Summativ qiymətləndirmə tapşırıqları müxtəlif çətinlik dərəcəli suallardan ibarət olur və qiymətlər düzgün cavabların əsasında müəyyənləşdirilir. • Burada asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.

  21. Məktəbdaxili qiymətləndirmə Qayda 17-davamı Sualların ümumi sayının • 10%-nə qədər düz cavab verən “1”; • 10% daxil olmaqla 20%-ə qədər düz cavab verən “2”; • 20% daxil olmaqla 50%-nə qədər düz cavab verən “3”; • 50 % daxil olmaqla 80%-nə qədər düz cavab verən “4”; • 80% daxil olmaqla 100%-nə düz cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.

  22. Məktəbdaxili qiymətləndirmə Qayda 18 • I siniflərdə summativ qiymətləndirmənin nəticələri 5 ballıq sistemə əsasən (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.

  23. Məktəbdaxili qiymətləndirmə Qayda 19 Qiymətləndirmənin nəticələri haqqında məlumatlar şagirdlərə və valideynlərə məktəbli kitabçası vasitəsilə çatdılır. Bir il üçün nəzərdə tutulan kitabçada hər həftəyə iki səhifə yer ayrılır. Bu səhifələrdə günlər üzrə dərs cədvəli və şagirdin dərslərdəki fəaliyyəti haqqında müəllimin qeydləri yazılır.

  24. Məktəbdaxili qiymətləndirmə Qayda 20 Böyük summativ qiymətləndirmələrin nəticələri və şagird haqqında məktəb psixoloqunun qeydləri şagirdin şəxsi işində öz əksini tapır. Şəxsi iş ümumitəhsil kursu üzrə olur. Kitabçada hər sinif üçün bir səhifə ayrılır. Bu səhifədə hər sinifdə tədris olunan fənlərin siyahısı, bu fənlər üzrə böyük summativ qiymətləndirmə nəticələri, buraxılan dərslər və şagird haqqında digər qeydlər öz əksini tapır. Şəxsi iş şagird məktəbi bitirdikdən sonra 5 il məktəbdə saxlanılır.

More Related