1 / 20

Fənn: Zoogigiyena M övzü: Qoyunların v ə keçilərin saxlanılmasına qoyulan gigiyenik tələblər

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Qoyunların v ə keçilərin saxlanılmasına qoyulan gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

Download Presentation

Fənn: Zoogigiyena M övzü: Qoyunların v ə keçilərin saxlanılmasına qoyulan gigiyenik tələblər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Qoyunların və keçilərin saxlanılmasına qoyulan gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.Qoyun və keçilərin saxlanılma gigiyenası 2. Qoyunların tövlə, tövlə-otlaq, otlaq-tövlə və otlaq şəraitində saxlanılma gigiyenası 3.Qoyunların qırxım gigiyenası 4.Yunun keyfiyyətinin yaxşılaşdırmasına göstərilən sanitar-gigiyenik tələblər (qotur gənəsinə qarşı) 5.Qoyun və keçilərin sağım gigiyenası 6.Keçi südünün xüsusiyyətləri 7. Quzu və çəpişlərin süddən ayrılması 8.Qoyun və keçilərin otlaqlarda saxlanılmasına göstərilən sanitar-gigiyenik tələblər Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  3. Ədəbiyyat siyahısı 1. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 2. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası, Gəncə - 2007. 3.Г.К.Волков, В.Н. Гущин. Гигиена в промышленном овцеводстве, Москва – 1980. 4.А.Ф. Кузнецов. Гигиена содержания животных. Санкт-Петербург-Москва-Краснодар, 2003. 5. В.С. Зарвашовский. Промышленное овцеводство, Москва, Колос – 1980. 6.H.Kərimov, Ə.Əsgərov. Qoyunların bəslənməsi, Bakı – 1970. 7.M.B.Abdullayev.Azərbay-nın ətlik-yunluk qoyunu, Bakı – 1983. 8.B.Hacıyev, S.Qasımov.Azərb-nın yay və qış otlaqları, Bakı – 1987. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  4. Qoyun və keçilərin saxlanılma gigiyenası Ərazinin təbii iqlim və iqtisadi şəraitindən asılı olaraq qoyunçuluqda 4 saxlama sistemi istifadə olunur: bütün ilboyu tövlədə saxlanma, otlaq-tövlə, tövlə-otlaq və otlaq şaraitində. Qoyunçuluq fermalarının və birliklərinin böyüklüyü aşağıdaki kimi götürülür: yunluq və yunluq-ətlik – 3,5,10 və 15 min başlıq ana qoyun; zərif yunluq qoyunçuluqda – 2,4,6,8,10 və 20 min başlıq; ətlik-südlük istiqamətli – 2,4,6 və 8 min başlıq; xəzlik qoyunçuluqda – 0,5, 1,2,3 və 5 min başlıq ana qoyun; kökəltmə meydançalarında – 2,5,5,10,30 və daha çox başlıq. Qoyunların tövlə, tövlə-otlaq, otlaq-tövlə və otlaq şəraitində saxlanılma gigiyenası Tövlə şəraiti – qoyun fermaları təbii otlaqlara yaxın təşkil edilir. Qoyunların saxlanılması üçün binalar əsas istehsalat və köməkşi (yardımçı) binalar olur. Binaların tipləri qoyunçuluğun texnologiyasından (süni mayalanma, adi doğum, sıx doğum, quzuların süddən ayrılma müddəti tez və gec, bəsləmə, kökəldilmə, yemləmə texnikası və s.) aidir. Tövlə-otlaq şəraitində - qoyunlar əsasən qar örtüyü zəif olan rayonlarda saxlanılır. Bu rayonlarda qış sərt keçdiyi və otlaqlar qalın qarla örtüldüyü müddətdə qoyunlar tövlə şəraitində saxlanılır. Mülayim havalarda hər cür yemlə açıq bazada, sərt havalarda isə binalarda yemləndirilir. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  5. Sürülərdə qoyunların miqdarı Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  6. Otlaq şəraiti sistemi isti və otlaq sahələri çox olan rayonlarda tətbiq edilir. Qoyunların otarılmasında dağ, düzənlik və yarımdüzənlik otlaqlardan yaxşı istifadə edilməlidir. Qoyunlar üçün yayda alçaq, qışda isə hündürboylu bitkilər olan otlaqlar ayrılmalıdır. Qoyunların qırxım gigiyenası Otlaq şəraitinə keçirilməzdən əvvəl yazda qoyunlar qırxılmalıdır. Qırxım əl (qayçı) ilə və elektro mexaniki (maşın) üsullarla aparıla bilər. Maşın qırxımının üstünlüyü çoxdur. Elektrik maşını ilə bir qoyunun qırxılmasını 2-3 dəqiqə sərf olunur. Bir işçi 7 saada 100 baş qoyun qırxır. Iri qoyunçuluq fermalarında VİS-24, komplekt KTO-24, KTO-48 markalı elektrik maşınları işlədilir, bundan başqa ƏSA-36, ƏSA-60 markalı qırxım maşınlarıda işlədilir. Ən sadə qırxım maşını ESD-1D markalı maşındır. Qırxım kürüsü üstündə aparılır. Kürüsünün uzunluğu 1,0 m, eni 1,20-1,40 m, hündürlüyü 0,4-0,6 m-dir. Qırxılacaq qoyun sürüsünə axşamdan su və em verilməməlidir, yunu tamam quru olan qoyunlar qırxılmalıdır. Qırxımda baytarlıq nəzarəti və yardım göstərmək üçün müvafiq dərmanlar olmalıdır, qoyunlar qırxımdan sonra yoxlanır, onların bədənində olan kəsiklər dezinfeksiya edilir. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  7. Elektrik metodla qoyunların qırxımı Qoyun qırxımı urun durğu Qoyun qırxmaq üçün elektrik maşın Qoyunların elektrik üsulla qırxımı Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  8. Yunun keyfiyyətinin yaxşılaşdırmasına göstərilən sanitar-gigiyenik tələblər (qotur gənəsinə qarşı) Yunun əsas keyfiyyəti onun möhkəmliyi və davamlığı ilə xarakterizə edilir. Qış aylarında qoyunların yununda bir sıra nöqsanlar baş verir. Məsələn cır yun əmələ gəlir, yunun möhkəmliyi azalır. Qış aylarında qoyunlar mineral yemlər və vitaminlər ilə təmin edilmədikdə onlarda, xüsusilə quzularda yun yemə vərdişi əmələ gəlir. Belə qoyunlar bir-birinin yununu yeyir. Profilaktiki məqsədlə qoyunlara və quzulara quru ot, yerkökü, sümük unu, xörək duzu, ağacların zərif budaqları və yarpaqları verilir, gəzintinin müddəti artırılır, qaba və qüvvəli yemlər, xüsusilə kombinəedilmiş yem qablarında verilir. Qoyunlara tikanlı, gec biçilmiş toxumlu otun verilməsidə yunun keyfiyyətini pisləşdirir. Qoyunları qızdırma və qotur gənəsində qorumaq üçün onlar vannalarda (OKV) çimizdirilir. Daimi quraşdırılmış çiləyici ilə bir saata 70 baş, səyyar (OPP) çiləyici ilə isə 300 baş qoyunu çimizdirmək olar. Çiləyici qurğuların tərkibinə 25 başlıq qəfəs, nasos, məhlulu isitmək üçün qazan, süzgəc daxildir. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  9. Qoyunların mexaniki üsulla çimizdirilməsi Qoyunlar üçün yem qabları Qoyunların sağım üçün dəzgah Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  10. Qoyun və keçilərin sağım gigiyenası Qoyun südü inək südündən qidalıdır. Məsələn qoyun südündən zülal 5,7%, yağ 7,2%, süd şəkəri 4,3%, küla 0,9%-dir. Qoyun südündən keyfiyyətli pendir növləri, süzmə şor, qaymaq, ayran, kəsmik, qatıq və s. məhsullar hazırlanır. Quzulu qoyunlar gündə 1 dəfə, quzusuz qoyunlar isə 2 dəfə sağılır. Cütləşməyə 1-1,5 ay qalmış qoyunların laktasiya dövrü 3,5-4 aya qədərdi. Qoyunlar Moldaviya və Qafqaz üsulu ilə sağılır. Moldaviya üsulunda qoyunu tez (45-50 saniyəyə) sağmaq olur, lakin süd çirklənə bilir. Çirklənmənin qarşısını almaq üçün süd sağılacaq qabın ağzı iki qat tənziflə bağlanır. Iri qoyunçuluq fermalarında mexanikiləşdirilmiş örtülü sağım zalı və sağım qurğuları (EDUO-12) tətbiq edilir. Sağım quru və hündür yürdə düzəldilir. Sağım fərdi dəzgahlarla aparılır. Sağım qabağı döşəmə təmizlənməli, sağıcılar isə sağıma başlamamış əllərini sabunla yumalı və təmiz xalat geyinməlidirlər. Keçi südünün xüsusiyyətləri Qoyunlardan fərqli olaraq keçilər müxtəlif iqlim şəraitinə uyğunlaşdırıldıqlarına görə nəinki cənubda, hətta şimalda onları inkişaf etdirmək olur. Keçilərin bütün cinsləri tez yetişən və məhsuldardır. Keçi südünün zülal tərkibini 17%-i kazein təşkil edir. Qoyun südünə nisbətən onun tərkibində yağ və zülal az miqdardadır. Keçi südünün tərkibi Ca, P, Co və bir neçə vitaminlərlə zəngindir. O yüksək antimikrob xüsusiyətinə malikdir. Keçi südü qadın südünə yaxın olduğuna görə ana südünü müvəfəqiyyətlə əvəz edə bilir. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  11. Kənd təsərrüfatı heyvanlarında cinsiyyət yetişkənliyi, boğazlıq müdəti və cütləşməyə buraxılma vaxtı Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  12. Qoyun və quzular üçün yem və su qablarının ölçüləri Qoyunlarda cinsiyət yetişkınliyi, boğazlıq müddəti və cütləşməyə buraxılma vaxtı Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  13. Quzu və çəpişlərin süddən ayrılması Doğuma 20-30 gün qalmış doğum bölməsi təmizlənir, dezinfeksiya edilir döşəməyə isti və quru döşənək (saman) səpilir. Doğum qurtardıqdan sonra quzulu qoyunlar 3-5 başdan ibarət qrup halında qəfəslərdə saxlanır. Belə qəfəslərdə hər baş qoyuna 1,4-1,5 m² sahə düşməlidir. Quzu doğulduqdan 0,5 saat sonra ona ananın ağız südü verilməlidir, sonra isə hər 2-4 saatdan bir əmizdirilməlidir. Qoyun doğduqdan 3-5 gün sonra quzusu ilə doğum şöbəsindən qrupla saxlanan şöbəyə keçirilir, 10-15 gündən sonra isti bölmədən xal-xala keçirilir. Quzular 5-ci gündən etibarən ana ilə birlikdə qısa müddətli (10-13 dəqiqə) qəzintiyə və otlağa aparılır. Quzular 10-15 gün ana südü aldıqdan sonra onlar 10 günlüyündə quru ot, silos pastası, yerkökü, şəkər çuğunduru yeməyə öyrədilir. Qarışıq yem ilk günlər hər baş quzuya 25 qram verilir, sonralar isə tədricən artırılır. Konsentrat yemə 5-10 q sümük unu, 3-5 q tabaşir, 2-4 q xörək duzu habelə vitaminlər və mikroelementlər qatılır. Vitaminli yem kimi quzuları balıq yağı, cücərmiş dən, iynəyarpaqlı bitkilərdən hazırlanmış un verilir. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  14. Qoyunların ifraz etdiyi istiliyin, CO2-nın və su buxarının normaları Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  15. Qoyun binalarında hər 1 başa düşən sahə normaları Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  16. Qoyunları bir saatda ixrac etdiyi istiliyin, su buxarının və karbon qazının miqdarı Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  17. Damazlıq, yunluq və ətlik-yunluq cins qoyunları üçün qida madələrinin normaları Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  18. Qoyun və keçilərin otlaqlarda saxlanılmasına göstərilən sanitar-gigiyenik tələblər Qoyunlar otlaq şəraitinə hazırlanmalıdır və bir sıra sanitar-gigiyenik tələblər görülməlidir. Otlaq şəraitində qoyunları su ilə təmin etmək üçün su mənbələri qaydaya salınmalı, qoyunların suvarılması üçün avtosisterndən və səyyar su təknəsindən istifadə edilməlidir. Qoyunların gecələməsi və gündüz istirahət etməsi üçün otlaqlarda bazalar, yaxud yataqlar, habelə yüngül tipli binalar düzəldilir. Qoyunlar otlaq şəraitinə tədricən keçməlidir. Otarma müddəti yayda 12-14 saat, payızda 8-9 saatdır, otarma sürəti 200-300 metrdən az olmamalıdır. Qoyunlar geniş sahələrdə bərabər otarılmalıdır. Qoyunların çox irəli qaçmasına və geri qalmasına yol verilmir. Cənub rayonlarında (isti günlərdə) qoyunların gecə otarılması təşkil edilməlidir. Yayda günəş şualarının qoyunun gözünə və başına düşməsinin qarşısını alamq üçün otarılma elə təşkil edilməlidir ki, günəşin şuaları onların südünə arxadan və ya yandan düşsün. Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  19. Ana qoyunlar, qoçlar və quzular üçün ventelyasiya sistemi 1000 nəfərlik yunluq istiqamətli ana qoyunları üçün ventelyasiya sistemi Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

  20. Ultraqırmızı şualarla quzuların isidilməsi Qoyunların və keçilərin sax-na qoyulan gigiyenik tələblər

More Related