1 / 11

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU. I Bölmə: Bitkilərin ümumi patologiyası Mövzu 2. Göbələklər bitkilərin xəstəlik törədiciləridir. P L A N:. 2.1 Fitopatogen göbələklərin biologiyası

tender
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ • AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU

  2. I Bölmə: Bitkilərin ümumi patologiyası Mövzu 2. Göbələklər bitkilərin xəstəlik törədiciləridir P L A N: 2.1 Fitopatogen göbələklərin biologiyası 2.2 Göbələklərin bioloji xarakterizəsi. Mitsel və onun şəkildəyişmələri 2.3 Göbələklərin qidalanması və çoxalması 2.4 Göbələklərin təsnifatı 2.5 Əsas taksonomiki qrupların səciyyəsi

  3. Ədəbiyyat • 1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm», 2001, 277 s. • 2.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s. • 3.Cəfərov İ.H. Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: «Elm», 2008, 181 s. • 4.Cəfərov İ.H. Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009, 326 s. • 5.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı: «Maarif», 1988, 160 s. • 6.Попкова К.В. Общая фитопатология. М.: «Агропромиздат», 1989, 398 с.

  4. 2.1. Fitopatogen göbələklərin biologiyası Göbələklər heterotrofdurlar, qidalanmanın bu xüsusiyyəti göbələklərin morfologiya və fiziologiyasında əhəmiyyətli iz qoymuşdur. 1.Əksəriyyət göbələklərin vegetativ bədəni mitseldən- güclü budaqlanan hiflərdən ibarətdir. Belə quruluş göbələyə imkan verir ki, qida maddələrini maksimum formada substratdan mənimsəyə bilsin. Qidalanma üçün göbələklərin əksəriyyətində xüsusi qidalanma orqanı yoxdur və onlar qida maddələrini bütün bədən səthi ilə əldə edirlər. 2.Osmotrof qidalanma xüsusiyyəti göbələyi bütün vegetativ bədəni ilə substrata maksimum yüklənməyi tələb edir, bu halda isə yayılma çətinləşir, göbələk yeni substratları əhatə edə bilmir. Buna görə də göbələyin çoxalma sporları xüsusi mitsel strukturları vasitəsilə substratın üzərinə çıxarılır. Göbələklər üçün ümumi yaşayış yeri olan meyvə bədənləri daxildə formalaşırlar.

  5. 3.Göbələklərin bədəni çox böyük ölçülərə çata bilmirlər, çünki ekzoosmosun köməkliyi ilə qida maddələrinin hüceyrələrə çatdırılması çətindir. Çox güman ki, göstərilən səbəbə görə göbələklər təkamüldə ali quruluş qazana bilməmişlər. 4.Göbələklər enerji almaq üçün mürəkkəb üzvi birləşmələrdən istifadə edirlər, bunun da nəticəsində böyük molekulyar kütlə hüceyrə örtüyü vasitəsilə sahibin toxumasına daxil ola bilmir. Buna görə də göbələklər yüksək molekullu polimerləri (polisaxaridlər, nuklein turşuları, zülallar və başqaları) hüceyrəyə daxil olma qabiliyyətli ayrı-ayrı monomerlərə qədər parçalayırlar. Belə fermentləri hidrolaza və ya depolimeraza adlandırırlar. 5.Göbələk hüceyrələrində yüksək turqor təzyiqi əmələ gəlməlidir ki, su və onda həll olan qida maddələri substratdan mitselə keçə bilsin. Göbələklər tərəfindən yaradılan nəhəng təzyiqə misal olaraq, avtomobil yollarının asfalt örtüyünü deşib çölə çıxan şampinion göbələklərin meyvə bədənlərini göstərmək olar.

  6. Cədvəl 1

  7. Göbələklərin və göbələyə bənzər orqanizmlərin əsas taksonomiki qrupları ALƏM Fungi -Həqiqi göbələklər Protozoa Chromista Chytridiomycota Myxomycota Oomycota Zygomycota Plasmodioph- mycota Hyphochytri-diomycota Basidiomycota Acrasiomycota Labyrinthu-lomycota Dictyostelio-mycota Ascomycota Anamorf göbələklər

  8. 2.2 Göbələklərin bioloji xarakterizəsi. Mitsel və onun şəkildəyişmələri • Mitsel və onun şəkildəyişmələri. • Göbələyin vegetativ bədəni nazik budaqlanan sapları və ya hifləri özündə cəmləşdirir. Göbələklər təkamül prosesində vegetativ bədənin formasını dəyişmək xüsusiyyəti qazanmişlar. Bu hiflərin sixlaşmasi və qovuşmasi nəticəsində baş verir. Qaustoriya, anastomoza, rizomorf, xlamidospor, sklerosiya və s. mitselin şəkildəyişmələri ola bilirlər.

  9. Şək. 1. Mitsel və onun şəkildəyişmələri: a –buğumsuz mitsel (ibtidai); b-buğumlu mitsel (ali); c – spordan mitselin inkişafi; ç – stolon və rizoidlər; d – anastomozalar; e – rizomorflar; ə – sklerosiyalar; f – xlamidosporlar

  10. Şək. 2. Göbələk cinslərində müxtəlif formali qaustoriyalar: a – erizife; b – albuqo; c – peronospora

  11. Şək. 3. Göbələk hüceyrəsinin quruluşu: 1-hüceyrə örtüyü; 2-plazmalemma; 3-sitoplazma; 4- nüvə membranı; 5- nüvə membranında poralar; 6- nüvəcik; 7-vakuol; 8- ribosomlar; 9-endoplazmatik retikulum; 10-yağ birləşmələri; 11-lizosomlar; 12-mitoxondri; 13-lomasoma

More Related