1 / 13

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 1- cı mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: BOTANİKA FƏNNİNƏ GİRİŞ dos. B.M.ƏLİYEV GƏNCƏ. PLAN BOTANİKAYA GİRİŞ BİTKİLƏRDƏ FORMA MÜXTƏLİFLİYİ AVTOTROF VƏ HETEROTROF BİTKİLƏR BİTKİLƏRİN TƏBİƏTDƏ ROLU

traci
Download Presentation

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 1-cı mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: BOTANİKA FƏNNİNƏ GİRİŞ dos. B.M.ƏLİYEV GƏNCƏ

  2. PLAN • BOTANİKAYA GİRİŞ • BİTKİLƏRDƏ FORMA MÜXTƏLİFLİYİ • AVTOTROF VƏ HETEROTROF BİTKİLƏR • BİTKİLƏRİN TƏBİƏTDƏ ROLU • İNSANLARIN HƏYATINDA BİTKİLƏRİN ƏHƏMİYYƏTİ • BİTKİLƏRİN XALQ TƏSƏRRÜFATINDA ROLU • BOTANİKANIN ƏSAS ŞÖBƏLƏRİ • Bitki morfologiyası, • Bitki anatomiyası, v) Bitki sistematikası, q) Bitki coğrafiyası, • d) Bitki ekologiyası və s., • e) Bitki fiziologiyası

  3. ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутаюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az

  4. GİRİŞ Botanika (yun. botanikos – bitkilərə aid olan, botane-ot, bitki) bitkilər haqqında elmdir. Biologiyanın əsas bölmələrindən biridir. Botanika bıtkilərın quruluşunu, həyat fəaliyyətini, tarixi inkişafını, təbiətin və insanın həyatında onların əhəmiyyətini öyrənir. Botanikada müxtəlif iş üsulları (təcrübə, tarixi, müqayisəli, riyazi və s.) və texniki vəsaitdən (optik vo elektron mikroskoplar, mikrokimyəvi tədqiqat cihazları və s.) istifadə edilir. Botanika bölmələrinin birləşməsindən bitkilərin ekoloji morfologiyası, ekoloji fıziologiyası, fizioloji anatomiya, sitoloji anatomiya və s. fənlər ayrıldı. Ayrı-ayrı bitki qruplarının botanika çərçivəsində öyrənilməsindən alqologiya, mikologiya, lixenologiya, briologiya kimi müstəqil elmlər yaranmışdır. Hər növə aid olan fərdlərin də öz yaşayış tarixi vardır. Hər bir canlı fərdin törədiyi andan ölən dəqiqəsinə qədər keçirdiyi tarix onun ontogenezi adlanır. Birillik bitkilərdə ontogenez toxum cücərəndən bitki yenidən toxum verənə qədər davam edir. Ağac bitkilərinin ontogenez dövrü toxum cücərəndən ağac quruyana qədər davam edir. Hər bir fərdin inkişaf və böyümə proseslərinin, başqa sözlə, ontogenezinin əsasını aid olduğu növün fılogenezi, yəni tarix boyu qazandığı irsi xassələr təşkil edir.

  5. Bitkilərdə forma müxtəlifliyi Yer kürəsi tarixində törəmiş canlı aləmin mühüm hissəsini bitkilər təşkil edir. Onlar vaxt keçdikcə və məkan dəyişdikcə müxtəlif coğrafi ərazilərdə dəyişgənliyə uğramış, müxtəlif quruluş qazanmış, bir çox bitki formalarına başlanğıc vermişdir. Bitki aləminin törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsinin yeni-yeni güşələrini tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar. Onlara şirin və şor, axar və durğun sularda, quruda, şimalda, cənubda, buzlaqlı Arktikada, Antarktikada, isti ekvatorda, quru səhralarda, bataqlıqlarda yerdən çıxan qaynar sularda, hündür dağ zirvələrində də rast gəlirik. İstisu kimi yerdən 60-65 -də qaynar halda çıxan sularda göy-yaşıl yosunların və dəmir bakteriyalarının, «qırmızı» və «yaşıl» rəngli daimi buzlaqlarda qırmızı və yaşıl yosunların yaşayıb nəsl vermələri təbiətdə ən maraqlı və qəribə hadisələrdəndir. Beləliklə, yer kürəsinin tarixi boyu həyat şəraiti dəyişdikcə müxtəlif quruluşlu bitkilərdə mühitə uyğunlaşaraq dəyişmiş və təkmilləşmişdir. Nəticədə, təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəli tallomlu bitkilər, onlardan isə köklü-gövdəli bitkilər əmələ gəlmişdir. Hazırda bitkı növlərinin sayı 400000-dən artıqdır. Bunlardan: Yosunlar - 40000 növ Göbələklər 70000 Şibyələr - 15000 Bakteriyalar - Ali sporlu bitkilər Çılpaqtoxumlular 500 Çiçəkli bitkilər 200000-dən artıqdır. Göründüyü kimi müasir dövrdə çiçəkli bitkilər geniş yayılaraq bitki aləmində hakim mövqe tuturlar. Onların hətta sonradan su şəraitinə uyğunlaşmış nümayəndələridə vardır.

  6. Avtotrof bitkilər Bu bitkilər bilavasitə qeyri-üzvü maddələrlə qidalanıb, həmin maddələrdən üzvü maddələr hazırlayır, öz orqanizmlərini qururlar. Bütün yaşıl bitkilər avtotrof bitkilərə aiddirlər. Onlar, yuxarıda qeyd edildiyi kimi, qyeri-üzvü maddələri üzvü maddələrə çevirən bəzi bakteriyaları göstərmək olar. Bu bakteriyalarda xemosintez hadisəsi fotosintez hadisəsini əvəz etdiyi üçün, onlara xemotrof bitkilər də deyilir. Hetorotrof bitkilər Bakteriya vo göbələklərin çoxu yaşıl olmadığı kimi öz-özünə üzvi qida da hazırlaya bilmir. Bıı səbəbə görə onlarda hazır üzvü maddə ilə qidalanmaya ehtiyac duyulur. Bıına görə də bu bitkilər parazit və ya saprofit həyat tərzi keçirir. Parazit göbələk və bakteriyalar bitkilərin və ya heyvanların üzərində parazitlik edərkən çox vaxt onların xəstələnməsinə səbəb olur. Saprofitlərin və parazitiərin qidalanma qaydaları heterotrof qidalanma adlanır. Çiçəkli bitkilərdən də parazit olanları vardır, məsələn qızıl sarmaşıq, kohrə və s. kimi. Miksotrof bitkilər Bu qrupa daxıi olan bitkilər islər qeyri-üzvü, istərsə də üzvü maddələrlə qidalana bilir. Məsələn ağacların çətiri üzərində parazitlik edən bağamburc kolu ağacın hazır üzvü maddələrindən istifadə etməsi ilə yanaşı, yaşıl olduğuna görə, qeyri-üzvü maddələrdən fotosintez yolu ilə üzvü maddələrdə hazırlaya bilir. Bu cür bitkilər müxtəlif üsullarla qidalandıqları üçün onların qidalanma qaydaları miksotrof qidalanma adlanır, bu qayda ilə qidalanan bitkilərə isə miksotrof bitkilər deyilir.

  7. Bitkilərin təbiətdə rolu Bitkilər daim dəyişməkdə olan xarici mühitin təsiri nəticəsində dəyişdikləri kimi, mühit də bitkilərin təsirindən dəyişir. Deməli yaşıl və yaşılolmayan bitkilərin mühitlə qarşılıqlı münasibətində və bu münasibətlərdən törəyən hadisələr arasında böyük fərq vardır. Hər iki halda bitkilərin təbiətdə maddələrin dövranında mühüm rol oynaması şübhəsizdir. Yaşıl bitkilər təbiətdə həyatın varlığında həlledici rol oynayır. Onların belə böyük bir qüdrətə malik olmalarına səbəb bitkilərin tokamül tarixində xlorofill adlanan yaşıl piqmenti (piqment-canlı orqanizmdə toplanan rəngli maddəyə deyilir) qazanmalarıdır. Yaşıl bitkilər tərəfindən hazırlanmış üzvü maddələrdən heyvanlar və insan istifadə edir, onlarla qidalanır, bu maddələrlə yaşıl olmayan bitkilər də göbələklər və bakteriyalar da qidalanır. İnsanların həyatında bitkilərin əhəmiyyəti İnsan bioloji bir növ kimi meşələrin əhatəsində formalaşmışdır. Meşələrdən insan qida kimi (şirəli meyvələr, toxum, qozalar, nişastalı köklər və s.) istilik mənbəi kimi, inşaat materialı kimi istifadə etmişdir. İlk qoyunçuluqla məşğul olan xalqlar zəhərli və yem bitkilərini fərqləndirmişdir. Bitkilərdən, əsasən yabanı bitkilərdən geniş şəkildə istifadə etmişdir.

  8. Bitkilərin xalq təsərrüfatında rolu Insanın mənşəi örtülütoxumlu bitkilərin hakim bir vəziyyət tutduğu dövrə uyğun gəlir. Görkəmli rus vo sovet botaniklərindən Qolenkin yazır ki, insanı ancaq örtülütoxumlu (çiçəkli) bitkilər əhatəsində təsəvvür etmək mümkündür. Yer üzərində insan təqribən bir milyon il bundan qabaq əmələ gəlmişdir. Müasir dövrdə insanın bilik və həyat təcrübəsinin yüksəlməsi onun yabanı bitki ehtiyatlarından daha bacarıqla istifadə etməsinə imkan verir. Vaxtilə, insan cəmiyyətində fəlakətlər törətmiş yolxucu vəba, yatalaq, quduzluq və s. kimi xəstəliklər hazırda müxtəlif antibiotiklər vasitəsi ilə müvəffəqiyyətlə müalicə edilir. Yağlı bitkilərin yağlarından xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunur. Bitki yağlarının əksəri qida məhsulu kimi (günəbaxan, çiyid, küncüd, zeytun, qarğıdalı), bəziləri isə dərman kimi (gənəgərçək yağı) istifadə olunur. Son zamanlar müəyyən edilmişdir ki, bitki yağları müxtəlif vitaminlərlə zəngin olduqlarına görə insan orqanizmi üçün də çox faydalıdır. Sənayedə yanacaq materiallan kimi istifadə olunan daş kömür, torf və neft də bitki məhsullarıdır. Onlar milyon illər bundan qabaq yaşamış bitkilərin çöküntü qatları ilə örtülmüş qalıqlarından ibarətdir. Keçmiş geoloji dövrlərin bu qalıqlarından bir yanacaq kimi istifadə etdikdə vaxtilə bitki orqanizmlərində kimyəvi enerjiyə çevrilmiş günəş şüaları təkrarən istilik enerjisinə çevrilir.

  9. BOTANİKANIN ƏSAS ŞÖBƏLƏRİ Botanika elmi bitkini hərtərəflı, o cümlədən onun xarici və daxili quruluşunu, yaşayış qaydalannı, böyümə və inkişaf qanunlarını, yer kürəsində yayılma qanunlarını, bitkilərin mühitlə qarşılıqlı münasibətlərini, bitki örtüklərini və s. öyrənir. Geniş mənada bolanika üç böyük sahəyə ayrılır. • Bitki sistemalikası yaxud taksonomiyası. • Bitki morfologiyası. • Bitki fıziologiyası. Bitki morfologiyası Bitki morfologiyası, fıtomorfologiya bitkilərin xarici və daxili quruluşunu, fərdi (ontogenez) vo təkamül tarixi (fılogenez) inkişafında forma əmələ gəlməsi qanunauyğunluqlarını öyrənən elmdir. Bitki anatomiyası - botanikanın bitki orqan və toxumlarının daxili quruluşunu öyrənən bölməsidir. Bitki anatomiyasının meydana gəlməsi mikroskopun ixtirası və təkmilləşdirilməsi ilə olaqədardır. 1665-ci ildə ingilis fıziki R.Huk mantar parçasına və bəzi bitkilərin oduncağına mikroskop altında baxarkən onların hüceyrəli quruluşa malik olduğunu aşkar etdi. Bitki sistematikası Bitki sistematikası taksonomiya botanikanın ən qədim zamandan inkişaf edən sahələrindən (şöbələrindən) biridir. Hələ qədim insan yabanı bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etdikdə onları (bir-birindən fərqləndirmək üçün) adlandırmışdır. Bitki sistematikası bir neçə yarım şöbələrə bölünür: Mikologiya göbələklərin, alqologiya - mamırların, lixenologiya şibyələrin, dendrologiya - ağac və kolların sistematikasını öyrənir.

  10. Bitki fıziologiyası Bitki fıziologiyası bitki orqanizmində gedən həyat fəaliyyəti proseslərini, onların biri-biri ilə və xarici mühitlə qarşılıqlı əlaqəsini öyrənən elmdir. Əsas məqsədi bol ərzaq məhsulu, xammal və yem əldə etmək üçün bilkilərin həyat proseslərini idarə etməkdir. Bitki fıziologiyası bitkilərin həyat proseslərinin xarici mühit şəraitindən asılılığını aydınlaşdırır. Bitki coğrafıyası Bitki coğrafıyası, fıtocoğrafıya - botanikanın və fıziki coğrafıyanın bir bölməsi. Bitkilərin yer kürəsində coğrafi yayılmasını və bu yayılmanın qanunauyğunluqlarını öyrənir. Bitki coğrafıyası növ areallarını və müəyyən ərazidə yaşayan bitki növlərinin məcmusunu (flora) tədqiq cdir. Bitki coğrafiyasının arealları öyrənən sahəsinə fıtoxorologiya, floranı öyrənən sahəsinə florastik bitki coğrafıyası deyilir. Bitki ekologiyası Ekologiya (yun. oikos - məskən, vətən + ....logiya). Bitki ekologiyası bitkilərin xarici mühitlə qarşılıqlı münasibətlərini, o cümlədən bitkinin mühitə uyğunlaşma qanunlarını, mühitin ayrı-ayn amillərinin (su rejiminin, torpağın, temperaturun və s.) bitkiyə təsirini, eləcə də bitkinin mühiti dəyişdirmə xüsusiyyətiərini öyrənir.

More Related