770 likes | 1.3k Views
BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. www.themegallery.com. Mövzu 13. Göbələklər bitkilərinin, heyvanların və insanların xəstəlik törədiciləridir. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N.
E N D
BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ www.themegallery.com
Mövzu 13. Göbələklər bitkilərinin, heyvanların və insanların xəstəlik törədiciləridir • Kənd təsərrüfatı elmləri doktoru, • professor İbrahim Cəfərov
P L A N Xəstəlik haqqında ümumi məlumat Patoloji proses Patomorfoloji dəyişikliklər Patofizioloji – biokimyəvi dəyişikliklər Göbələklər insan və heyvanların xəstəlik törədiciləri rolunda
Əsas ədəbiyyatlar 1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s. 2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с. 3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с. 4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с.
Köməkçi ədəbiyyatlar 1.İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 2.Томас Лессо Грибы. Москва: Астрель, 2007, 304 с. 3.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург: Амфора, 2009, 269 с. 4.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с.
Xəstəlik haqqında ümumi məlumat Bitki xəstəliyipatolojiprosesolub, sahib bitki, xəstəliktörədicivəətrafmühitamillərinintəsirialtındabaşverir. Xəstəlik haqqında ilk tərifhələ XIX əsrinəvvəllərindəA.Frank (1815), O.Dekandol (1832) tərəfindənverilmişdir. Alimlərhesabetmişlər ki, bitkinin normal fiziolojivəziyyətindənhərhansıbirkənarlaşması onunxəstəliyidir. Beləanlayışbitkixəstəliyihaqqındabirtərəflitəsəvvüryaradır, xəstəliyəyalnızfiziolojihalkimibaxır, onasəbəbamillərbarədəisəfikiryaratmır.
Bitki xəstəliyi - bu məhsulu məhv edəndir (A.Frank, 1815) Bitki xəstəliyi - bu bitkinin normal fizioloji vəziyyətdən kənarlaşmasıdır (O.Dekandol, 1832) Bitki xəstəliyi filogenezdə bitki orqanizmi ilə mühit arasında formalaşan münasibətlərin pozulmasının nəticəsidir (N.Naumov, 1926) Bitki xəstəliyi - bütöv bitkini və ya onun ayrı-ayrı orqanlarına toxunan və bəzən bitkinin vaxtından əvvəl məhv olmasına səbəb olan normal həyati proseslərinin pozulmasıdır (F.T.Brooks, 1953)
Bitki xəstəliyi haqqında müasir anlayış DÜİST 24507-81-ə aiddir: «Fitopatogenin və ya əlverişsiz mühit şəraitinin təsiri altında hüceyrə, toxuma, orqan və bütövlükdə bitkidə normal maddələr mübadiləsinin pozulması xəstəlikdir» (K.V.Popkova, 1989) Bitki xəstəliyi - bitki orqanizminin strukturunun və funksiyalarının patogenlə qarşılıqlı əlaqələr nəticəsində pozulmasıdır, bu isə bioloji məhsuldarlığın aşağı düşməsinə və ya bitkinin məhv olmasına səbəb olur (A.Belyayev, 1999) Bitkidə gedən fizioloji və struktur pozulmalar onun məhsuldarlıq göstəricilərinə təsir edir: bir çox hallarda məhsul kəskin azalır, başqa halda isə onun keyfiyyəti pisləşir
Örtük Sitoplazma Nüvə Mitoxondri Ribosomlar Lizasom Holci aparatı Xloroplast Xromoplast Endoplazmatik şəbəkə Plazmodesma Mikro borular Nişasta dənəsi Vakuol Sağlam bitki hüceyrəsi və onun komponentləri
Hipertrofiya (hüceyrənin formasının dəyişməsi və ölçülərinin artması) Patogenin təsiri altında toxumaların quruluş və strukturunun pozulması: Hiperplaziya (hüceyrə miqdarının artması) Nekroz (hüceyrə və toxumanın bəzi hissələrinin məhv olması) Matseratsiya (toxumanın yumşalması və tökülməsi)
Patoloji proses Bilavasitə xəstəlyin səbəbinin öyrənilməsi Bitki xəstəliklərinin hərtələfli öyrənilməsi prosesində aşağıdakıları nəzərə almaq lazımdır: Xəstə bitkinin xüsusiyyətlərinin tədqiq edilməsi, sahib bitkinin və patogenin qarşılıqlı əlaqələrinin öyrənilməsi Patoloji prosesin inkişafına təsir edən ətraf mühit şəraitinin öyrənilməsi
Patomorfoloji dəyişikliklər Bərk və ya iylənən sürmə xəstəliyi (Tilletia caries Tul.) ilə yoluxmuş buğda bitkiləri demək olar ki, həmişə sağlamlardan zəif böyüməsi və az məhsuldarlığı ilə fərqlənirlər
Üç yarpaq yonca bitkisinin də askoxitoz xəstəliyinin törədicisi Ascochyta imperfecta Peck. ilə yoluxması nəticəsində gövdələrin sayı və uzunluğu azalır.
Südləyən bitkisinin pas xəstləiyi ilə yoluxması (Uromyces pisi Schroet.) bütöv bir bitkinin deformasiyası ilə müşayət olunur • Pomidorda stolbur çiçəklərin deformasiyasına səbəb olur. Burada xəstəlik törədici rolunda fitoplazma iştirak edir
Hipertrofiya bitki hüceyrəsinin ölçülərinin artması və çoxalması olub, adətən orqanların formalarının dəyişməsi ilə səciyyələnir. Məsələn, kələm kila xəstəliyinin törədicisi Plasmodiophora brassicae Woron. ilə yoluxan zaman kök hüceyrələri artır, onların forması dəyişir, bunun nəticəsində fırlar, şişlər əmələ gəlirlər. Belə bir hal kartof yumruları xərçəng [Synchytrium endobioticum (Schilb.) Pers.] ilə yoluxduqda da baş verir.
Hiperplaziya nəticəsində hüceyrələrin miqdarı artır və ya çoxalır, bu hal patogenin təsiri altında baş verir. Göstərilən hadisədə patoloji prosesin nəticəsində qabarmalar, şişmələr əmələ gəlir, buna misal olaraq, ağac cinslərinin gövdəsində formalaşan fırları, şişləri göstərə bilərik
Bir çox hallarda sahib bitkinin hüceyrələrində həm hipertrofiya, həm də hiperplaziya müşahidə olunur, buradan da tezliklə hər hansı bir orqanda iri şişlər görünür. Qarğıdalı bitkisinin qovuqlu sürmə (Ustilado zeae Unger) ilə yoluxması buna əyani dəlildir
Patoloji proses nəticəsində hüceyrələrdə deqenerasiya da baş verə bilir. Degenerasiya zamanı bitkinin hüceyrələri və onun örtüyü müxtəlif kimyəvi tərkibli maddəyə çevrilir, bu maddə isə bitkidə yığılır və ya toxumaların səthinə axır. Hüceyrələrin degenerasiyasına misal olaraq, çəyirdəkli meyvə bitkilərində müşahidə olunan kitrəni göstərə bilərik.
Epidermisin dağılması bitki orqanlarında çatların və ya yarıqların əmələ gəlməsidir ki, bu da patoloji proses nəticəsində baş verir. Göbələk xəstəlikləri zamanı epidermisin dağılması tamamilə yayılan haldır, məsələn, üzümdə antraknoz (Gloesporium ampelophagum Sacc.)
Yemişdə antraknoz (Golletotrichum lagenarium Ell. et Halst.), pambıqda kök çürüməsi (Rhizoctonia aderholdii Kolosch., Thielaviopsis basicola Ferr.), pambıqda kök boğazının xərçəngi (Fusarium bucharicum Jacz.) və s.
Toxumanın matserasiyası – hüceyrəarası maddələrin həll olması nəticəsində hüceyrələrin azalmasıdır. Bu olay adətən göbələklər və bakteriyaların təsiri altında baş verən çürümələr zamanı özünü göstərir. Meyvə bitkilərində təsadüf olunan «südəoxşar parieti» (Stereum purpureum Pers.) xəstəliyi toxumanın matserasiyasına nümunədir.
Patofizioloji – biokimyəvi dəyişikliklər • Fizioloji və biokimyəvi dəyişikliklər xəstə bitkidə tamamilə müxtəlif şəkillidir. Əsasən belə dəyişikliklər: • su rejimi • hüceyrə şirəsinin osmos təzyiqi • fotosintez enerjisi • tənəffüs enerjisi • zülal və karbohidrat mübadiləsi • fermentlərin fəaliyyəti və s. • pozulması ilə xarakterizə edilir
Su rejiminin pozulması- xəstə bitkilərin su rejimi adətən pozulur, bu pozulmanın dərəcəsi və xarakteri, bitki ilə patogen arasında gedən qarşılıqlı əlaqələrdən, yoluxmanın ölcülərindən, struktura və fizioloji dəyişiklərin xarakterindən asılıdır
Xəstə bitkidə su itkisinin 2 əsas səbəbini fərqləndirirlər: damar sisteminin və ya köklərin zədələnməsi nəticəsində suyun qəbulunun pozulması səthi toxumaların zədələnməsi nəticəsində transpirasiyanın güclənməsi
M.N.Rodıqin (1978) qeyd edir ki, günəbaxan bitkisi yalançı unlu şeh və ya peronosporoz xəstəliyinin törədicisi Plasmopara helianthi ilə yoluxan zaman inkişafın bütün mərhələlərində transpirasiyanın intensivliyi xəstə bitkilərdə sağlama nisbətən yuxarıdır, qöncələmə fazasında isə xəstə bitkilər sağalma rəğmən demək olar ki, 3 dəfə artıq su buxarlandırırlar
M.N.Rodiqin (1978) göstərir ki, şəkər çuğunduru serkosporoz xəstəliyi (Cercospora beticola Sacc.) ilə yoluxan zaman karbon qazının assimilyasiyası 10 dəfədən çox olaraq pozulur, nəticədə xəstə bitkilərin yarpaqlarında azot azalır, köklərdə isə əksinə sağlamlara nisbətən çoxalır
Buğda yarpaqlarının sarı pas xəstəliyi ilə (Puccinia glumarum Erikss. et Henn.) güclü yoluxması nəticəsində nəinki onlarda karbon, həm də azot və zülal tərkibi pozulur. Onlarda ümumi və zülal azotunun miqdarı aşağı düşür, qeyri zülal azotunun miqdarı isə çoxalır
Xəstəlik törədici nekrozlu ləkələrin əmələ gəlməsinə səbəb olursa, misal üçün kartof yarpaqları fitoftorozla yoluxduqda (Phytophthora infestans de Bary) tənəffüs fəallığı əhəmiyyətsiz dərəcədə artır, bəzən isə azalır
Tənəffüs intensivliyinin əhəmiyyətli dərəcədə saxlanan meyvələrdə artması bir sıra fakültətiv parazitlərin fəaliyyəti ilə əlaqədardır. Məsələn, göy kiflənmə (Penicillium digitatum Sacc.) ilə yoluxmuş limonların tənəffüsü demək olar ki, 10 dəfə yüksəlir
Çox zaman orqanizmdə tənəffüsün fəallığı oksidləşdirici fermentlərin fəallığının dəyişməsi ilə müşayət olunur. Əksər hallarda patoloji proses yoluxmuş toxumalarda peroksidaza fermentinin fəallığının yüksəlməsinə səbəb olur. Kartof xərcəng xəstəliyinin törədicisi (Synchytrium endobioticum Pers.) ilə yoluxan zaman bu fermentin fəallığı 1,5-8 dəfə yüksəlir
Göbələklər insan və heyvanların xəstəlik törədiciləri rolunda İnsan və heyvanların göbələklərlə birbaşa yoluxmasının üç əsas tipini fərqləndirirlər: mikogen allergiya misetizm, mikotoksikoz • mikozlar göbələk mənşəli qeyri zəhərli maddələrə yüksək həssaslıq onların metabolitləri ilə zəhərlənmə infeksiyalar
Misetizm Göbələklərlə zəhərlənmə meyvə bədənlərinin düzgün saxlanılmaması nəticəsində ilkin zəhərlərdən peptidlərin toksiki təsiri ilə əlaqədardır. Bu zaman zəhərli maddə mədə-bağırsaq, sinir sistemi və ya bədənin hüceyrə və toxumalarına təsir edir. İnsanlar arasında müəyyən izahat işi aparmaqla “göbələk məsləhətləri” verməklə misetizmin qarşısını almaq mümkündür. Lakin buna baxmayaraq hər il çoxlu zəhərlənmə faktları qeydə alınır.
Mikotoksikozlar Zəhər əmələ gətirən göbələklər bitki orqanlarında yerləşir və ya onları çirkləndirir. Məsələn, çiçək, meyvə və yarpaqlar ərzaq və ya heyvanlara yem məqsədilə istifadə edildikdə, hətta termiki işləmələrdən sonra belə moksikliyini saxlayırlar. Misetizmin əksinə olaraq, mikotoksikoz halında göbələklər düşünülmüş şəkildə yeyilmir, bu zaman zəhər qidanın gözlənilməyən komponentidir
fumiqatin sitrin Mikotoksinlər maddələrin müxtəlif siniflərinə mənsubdurlar: rozidin dekumbin patulin funaqillin bu metabolitləri 150-dən artıq göbələk növləri törədirlər
Mikogen allergiyalar Xüsusi meyilli və ya anemnozlu insanların dərisi və selikli örtüyü müəyyən hissəcik və maddələrin təsirinə güclü surətdə reaksiya göstərirlər. Qızdırma, titrətmə tipli simptomlar asmatik hallarla üst-üstə düşürsə, onların təxminən 20%-i göbələk sporları ilə yoluxma nəticəsində baş verir. Bu sporlar allergenlərin daşıyıcılarıdır.
İnsan mikozları Axırıncı onillikdə daha ağır formada “ikili mikozlar”la qarşılaşırıq, yəni göbələk infeksiyasına “birinci” xəstəlik və ya yoluxma sələflik edir. Xüsusilə geniş formada kandidozlar geniş yayılmışdır, lakin aspergilliyozlu və başqa “kif mikozları” daha təhlükəli xarakter daşıyır. Göbələk mənşəli xəstəliklərdən olan koksidiodoz, parakoksidiodoz, blastimikoz və histoplazma pasientlərin sağlamlığı üçün təhlükəlidir, lakin dünyanın bir çox ölkələrində, xüsusilə ABŞ və Cənubi Amerikanın bəzi ölkələrində o müvəffəqiyyətlə müalicə edilir.
Terminologiya və etiologiya “Mikozlar” göbələklər tərəfindən törədilən bütün infeksion xəstəliklərin ümumi adıdır. Konkret pasientin törədicisi adətən bir göbələyin stammı olur, o da bir dəfə insanı yoluxdurur, bununla bahəm qarışıq, yəni göbələk və bakteriyalarla yoluxma halları da qeydə alınır. Çox zaman insanın barmaqlar arası dərisi sirayətlənir. Müəyyən mikozun etioloji agenti bir parazit növ, ya da oxşar orqanizmlər qrupu olub müxtəlif taksonlara aiddirlər. Bu zaman ən başlıcası isə Aspergillus, Candida və ya hif əmələ gətirən bakteriya Nocardia ilə yoluxmalar zamanı ağ ciyərlərdə dəyişiklik baş verməsinin müəyyənləşdirilməsidir.
Epidemiologiya İnsan və heyvanların mikozlarının törədicilərinin əksəriyyəti kosmopolitlərdir. Endemiklərə amerikan göbələkləri ilə yanaşı 2 afrika növü Trichophyton və cənubi sakit okean növü Trichophyton concentricum aiddir. Bu törədicilər kəllə dermatofit xəstəliyini törədirlər. Trichophyton concentricum
Microsporum canis Microsporum və antropofil M.audouinii infeksiya uğramış tüklərlə yayılır və müasir dövrdə az da olsa uşaq bağçalarında və məktəblərdə epidemiyalara səbəb olur.
Trichophyton rubrum Trichophyton mentagrophytes Çoxlu sayda dermatofitlər adətən “daban göbələkləri” ilə yayılırlar Epidermophyton floccosum
Patogenez Uzun müddətli şəkər diabeti, antibiotiklərlə müalicə, allergiya, astma, orqanların transplantasiyası və s. xəstəliklərdən sonra mikoslara qarşı meyillik artır. Mikozların əksəriyyəti ilə yoluxma şansları bəzi göbələklərə münasibətdə daim yüksəkdir. Candıda albicans, Aspergillus fumigatus və Mucoraceae fəsiləsinə mənsub patogen nümayəndələr bu qəbildəndirlər. Belə daimi kontakt zamanı hətta ən sağlam və möhkəm insan hiss etmədən belə yoluxa bilir Aspergillus fumigatus
Diaqnostika Mikozlar üçün unikal əlamətlər yoxdur, bu zaman diaqnostika klinik əlamətlər tələb edir. Səthi mikozlarda mikroskopik nümunələr götürülür, o əkilir, sonra yoxlanılır, bəzi seroloji üsullardan istifadə edilir.
Profilaktika və terapiya Pəncənin mikozları yüksək təhlükəli infeksiyalılıq həddində olduqda şəxsi gigiyena yolu və ayaqların dezinfeksiyası ilə dəf edilir. Ayaqları yalın gəzmək ayağın barmaqları arasında patogen üçün əlverişsiz şərait yaradır, belə praktika “göbələyə” qarşı müəyyən müdafiəni təmin edir. Başqa hallarda profilaktiki tədbirlər daha əsaslıdır, kondidiozun sürətli inkişafı zamanlı otaqdır çıxmırlar və ya infeksiyalardan qorunmaq üçün maska geyilir.
Heyvan mikozları Trichophyton mentagrophytes yayılması tezliyinə görə insanın ən geniş rast gəlinən dermatofitidir, lakin o siçovullar üçün də təhlükəlidir
Tinea corporis iri buynuzlu mal-qaradan kənd əhalisinə keçir
Microsporum nanum insanlarda nadir hallarda olur, lakin donuzlar üçün xarakterikdir
Histoplasma farciminosum növü tərəfindən törədilən limfanqit xəstəliyi at, eşşək və s. heyvanlarda tapılmışdır. Bu növ histaplazmozun törədicisinə qohum olsada insanlar üçün təhlükə törədir
Entomophthorales sırası (həşəratlar) Myzus persicae Entomophthora muscae