1 / 14

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI. Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ. P L A N :. Keçid dövrü ərəfəsində torpaq münasibətləri problemləri. Torpaq islahatı haqqında qanuna görə dövlət torpaqlarının tərkibi.

arch
Download Presentation

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı

  2. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ P L A N : • Keçid dövrü ərəfəsində torpaq münasibətləri problemləri. • Torpaq islahatı haqqında qanuna görə dövlət torpaqlarının tərkibi. • Bələdiyyə torpaqlarının tərkibi. • Torpaq vergisi haqqında qanun.

  3. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Yeni torpaq münasibətlərinin məzmunu, torpaq islahatinin Azərbaycan modeli. Torpaq münasibətləri torpaqdan istifadə edən və ya mülkiyyətçisi olan ayrı-ayrı insanlarla əsas istehsal vasitəsi olan torpaq arasında istehsal prosesində yaranan münasibətlərdir. Müasir dövrdə müstəqil respublikamızın milli iqtisadiyyatı özünün keçid dövrünü yaşayır. Bu dövr yeni məsuliyyətli mərhələyə - yeniləşməyə doğru konkret tədbirlərin həyata keçirilməsi mərhələsinə qədəm qoymuşdur. Torpaq münasibətləri çoxcəhətli problem olub, mülkiyyət və təsərrüfatçılıq formaları, torpaq bazarı, renta, torpağa görə haqq və s. kimi məsələləri özündə birləşdirir.

  4. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Bütövlükdə iqtisadiyyatımızdakı, o cümlədən aqrar bölmədəki dərin böhrandan çıxmaq üçün ölkəmizdə aqrar islahatların, onun tərkib hissəsi olan torpaq münasibətləri islahatının Azərbaycan modeli işlənib hazırlanmışdır. Bu modellə Azərbaycan dövləti özünün tarixi şansından istifadə edərək, xalqını tərəqqiyə aparan kurs seçmişdir. Bu məqsədlə torpaq münasibətlərinin yeniləşdirilməsinə dair qanunverici və normativ bazalar işlənmiş, torpaq münasibətlərinin nizamlanmasına dair hüquqi, iqtisadi və təşkilati mexanizmlər yaradılmışdır.

  5. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Azərbaycanın torpaq siyasətinin mərkəzi məsələsi – torpaq üzərində mülkiyyət hüququ məsələsidir. 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş Konstitusiyamız torpaq üzərində dövlət inhisarını ləğv etmişdir. Sözügedən əsas qanuna görə, hal-hazırda torpaq üzərində dövlət, bələdiyyə, xüsusi mülkiyyət formaları bərqərar edilmişdir. Konstitusiyaya görə ölkəmizdə mülkiyyətin heç birinə üstünlük verilmir və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılması nəzərdə tutulmuşdur. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüslərini inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq taminatına nail olmaq Azərbaycanda torpaq islahatının əsas məqsədidir.

  6. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ • Torpaq islahatı haqqında qanunun 6-cı maddəsinə görə dövlət torpaqlarının tərkibinə aşağıdakılar aiddirlər: • Dövlət hakimiyyət orqanlarının (qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarının) yerləşdiyi torpaqlar; • Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; • Yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; • Meşə fondu torpaqları (sovxoz və kolxozların meşələri də daxil olmaqla);

  7. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ • Su fondu torpaqları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunun altında yerləşən torpaqlar; • Təbiəti mühafizə və təbii-qoruq obyektlərinin, tarixi və mədəni abidələrin yerləşdiyi torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qorunan ərazilərin torpaqları; • Dövlət elmi-tədqiqat və tədris müəsisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; • Dövlət müəssisələrinin, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya üzərində dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar.

  8. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ • Dövlət torpaqları dövlətin müstəsna mülkü olduğu üçün onların istifadəsi və mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirir. • Bələdiyyə torpaqlarının tərkibi qanunun 7-ci maddəsində açıqlanır. • Bələdiyyə mülkiyyətinə aşağıdakı torpaqlar daxildir: • ümumi istifadədə olan torpaqlar; • fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; • ehtiyat fondu torpaqları.

  9. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ • Hüquqi dövlətdə fərdlərin, kollektivlərin hüquqları onların vəzifələri ilə tamamlanmalıdır. Bu baxımdan qanunvericilik torpaq mülkiyyətçilərinin, istifadəçilərinin vəzifələrini aşağıdakı kimi müəyyənləşdirir: • Torpaqdan təyinatına və verilməsi şərtlərinə müvafiq surətdə istifadə etmək; • Torpaqdan səmərəli istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; • Kompleks mühafizə tədbirlərini həyata keçirmək; • Torpaq vergisini və ya torpaq üçün icarə haqqını vaxtında ödəmək; • Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin hüquqlarını pozmamaq; • Torpaq sahəsində olan mərz və geodeziya nişanlarını qoruyub saxlamaq; • Torpaq istifadəsi vəziyyətinə dair qanunvericiliklə müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək.

  10. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Torpaq islahatı haqqında qanunun qəbulundan sonra torpaq mülkiyyətçilərinin strukturalarında köklü dəyişikliklər edilmişdir. Belə ki, kolxoz və sovxozların torpaqlarının özəlləşdirilməsi aparılmış, onların torpaqları hesabına azad sahibkarlığa əsaslanan yüzlərlə kəndli (fermer) təsərrüfatları, şəxsi yardımçı təsərrüfatlar, torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, səhmdar cəmiyyətləri, toxumçuluq, damazlıq üzrə ixtisaslaşmış dövlət k\t müəssisələri və digərləri yaradılmışdır. Mülkiyyətə və istifadəyə verilmiş torpaq sahələrindən tam, dolğun və səmərəli istifadəni təmin etmək məqsədilə torpaqdan istifadəyə görə torpaq qanunvericiliyi torpaq vergisi nəzərdə tutur. Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi əsasən 1997-ci ilin 1 yanvarından qüvvəyə minmiş “Torpaq vergisi haqqında” qanunla tənzimlənir.

  11. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Torpaq vergisinin həcmi torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarına və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrə əsasən müəyyən edilir. Bütövlükdə torpaq vergisindən toplanan vəsait dövlət büdcəsinə daxil olur və ayrıca sətirdə nəzərdə tutulur. Həmin vəsait yeni torpaqların k\t dövriyyəsinə cəlb edilməsinə, torpaqların münbitliyinin bərpa edilməsinə, onların ərazilərinin eroziyaya qarşı təşkilinə, dövlət torpaq kadastrı və monitorinqinin aparılmasına, torpaqların mühafizəsi üçün ekoloji layihələrin, torpaqların yaxşılaşdırılmasına aid dövlət proqramlarında nəzərdə tutulmuş digər tədbirlər sisteminin həyata keçirilməsinə sərf edilir.

  12. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ • Qanunun 7-ci maddəsi aşağıdakı torpaqlar üçün torpaq vergisi nəzərdə tutmur: • Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; • Dövlət mülkiyyətində olan təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət, tarix, mədəniyyət təyinatlı torpaqlar, habelə qanunla qorunan ərazilərin təsərrüfat fəaliyyəti qadağan edilmiş torpaqları; • İstehsal fəaliyyətinə cəlb edilmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru altında yerləşən torpaqlar; • Dövlət büdcəsinin, yaxud həmkarlar ittifaqı təşkilatının vəsaiti hesabına maliyyələşdirən mədəniyyət, incəsənət və kinematoqrafiya, təhsil, idman-sağlamlıq kompleksləri , habelə təbii, tarixi və mədəni abidələr yerləşən torpaqlar; • K\t və meşə təsərrüfatı təmayüllü elmi təşkilatlar və elmi tədqiqat idərələri, elmi və tədris məqsədləri üçün istifadə edilən torpaqlar; • Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

  13. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Torpaq sahəsi yalnız Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına və hüquqi şəxslərinə satıla bilər. Bələdiyyənin ehtiyat fondunun k\t məqsədləri üçün nəzərdə tutulmayan, k\t-na az yararlı və yararsız torpaqlarının Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə satışı, qanunvericiliyə uyğun olaraq həmin torpaqların ölçüsü və hüdudları müəyyən edilən gündən etibarən həyata keçirilə bilər. Fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahəsi satıldıqda onun qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətdən az olmamaq şərti ilə müəyyən edilir. Yeni torpaq münasibətləri zəhmət adamını torpaqla bağlı əsrlər boyu arzuladığı münasibətlərə çatdırır. Onun torpaqla ünsiyyətini, yaxınlığını, doğmalığını rəsmiləşdirir, torpaq bilicisinə sərbəst təsərrüfatçılıq hüququ verir, özünün və sərəncamında olan torpağın potensial imkanlarından tam, dolğun və səmərəli istifadə üçün hüquqi, iqtisadi, siyasi şərait yaradır.

  14. BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ TORPAQ MÜNASİBƏTLƏRİ Ə D Ə B İ Y Y A T • M.İ.Cəfərov, R.M.Quliyev – Torpaq fondu və ondan səmərəli istifadə. Bakı – “Elm” – 1997 • A.H.Babayev – Azərbaycan torpaqlarının münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması. Bakı – 2005 • Q.Ş.Məmmədov – Azərbaycanın torpaq ehtiyatları. Bakı – “Elm” – 2002

More Related