130 likes | 344 Views
“ Azərbaycanda S ı ğorta S i stemi : iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi ”. İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİYF) maliyyə dəstəyi ilə Iyul, 20, 2011. Azərbaycanda sığorta sektorunun real vəziyyətinin qiymətləndirilməsi.
E N D
“Azərbaycanda Sığorta Sistemi: iqtisadivəsosialproseslərəmultiplikatortəsirikimi” İqtisadi və Sosial İnkişaf Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİYF) maliyyə dəstəyi ilə Iyul, 20, 2011
Azərbaycandasığortasektorunun real vəziyyətininqiymətləndirilməsi • Azərbaycanda sığorta sisteminin ÜmumiDaxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır • Sığorta mükafatlarının dünya üzrə orta göstəricisi Azərbaycandakı mükafatların səviyyəsini 15 dəfə üstələyir • Qeyri-həyat sığortasının sığorta məhsullarının həcmində aparıcı yerə məxsus olması sığorta bazarının özünəməxsus xüsusiyyətidir • Həyat sığortasının ümumi sığorta müqavilələrində payı 5 faizdən çox deyil
Həyat sığortası müqavilələrində öhdəliklər əsasən qısa müddətlidir • Sığorta müqaviləsi imzalayan insanlar müqavilə üzrə hüquq və vəzifələrini aydın şəkildə bilmirlər • Yerli bazarda yığım funksiyası daşıyan investisiya alətlərinin strukturunda və keyfiyyətində çatışmazlıqlar var • Sığorta tarifləri inkişaf etmiş hətta qonşu ölkələrlə müqayisədə aşağıdır
Qanunvericilik Bazasının Təhlili • Qanunların say etibarı ilə çox olmasına rəğmən Azərbaycanda sığorta sahəsində qanunvericilik bazası orta inkişaf səviyəsinə çatdırdılmayıb • Sığorta sektorunun inkişaf dinamikasının digər sektorlarla müqayisədə geridə qalmasında «Sığorta hаqqındа» qanundakı ciddi boşluqların da təsiri böyük olub
Sığorta şirkətlərinin problemləri • Ölkədə 28 sığorta, 1 təkrar sığorta şirkəti, beş broker şirkəti (dördü xarici kapitalın iştirakı ilə) var • Bu sektorun inkişaf səviyyəsi xarici ölkələrlə müqayisədə 25-30 dəfə geridə qalır • Məcmu kapitalı 1-2 milyon AZN məbləğində olan şirkətlər AXA, AIG, Groupama və digərləri ilə peşəkar səviyyədə sığorta biznesi aparmaq kimi imkanlardan məhrumdular • Sığorta şirkətlərinin çoxu kapital baxımından banklardan asılıdır
Azərbaycanda sığorta xidmətlərinin təsnifatı • Ölkədə sığorta iкi əsаs sаhədən: Həyаt və Qеyri-Həyаt sığortası sаhələrindən ibаrətdir • Ölkədə tibbi sığorta məhsullarından yararlananlar ayrı-ayrı adamlar yox, daha çox koorporativ müştərilərdir • Bir sıra qərb ölkələrindən (Almaniya) fərqli olaraq, tibbi xidmətlər natamam həyata keçirilir • İcbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin sığorta olunmasını nəzərdə tutmur • Bazarın ən aparıcı sığorta növlərindən biri kasko-avtomobil sığortasıdır • Könüllü sığortaya görə Azərbaycan nəinki dünya keçmiş ittiffaq respublikaları arasında geri qalır
Azərbaycanda icbari sığorta • Azərbaycanda icbari sığorta növlərinin payına sığorta yığımlarının ümumi həcminin cəmi 20 faizi düşür • İşləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib • "Sığortanın icbari növləri haqqında" qanunun qüvvəyə minməsindən sonra sığorta bazarında tamamilə yeni tendensiyaların cərəyan etməsi gözlənir
Sığorta şirkətlərinin təklif etdikləri xidmətlər • Sığorta şirkətlərinin xidmət paketinə 40-a yaxın sığorta növü daxildir • Azərbaycanda təklif olunan sığorta xidmətləri inkişaf etmiş ölkələrlə müqayisədə azlıq təşkil edir • Həyat sığortası üzrə ixtisaslaşmış şirkətlərin yaradılması sektorun irəliləyişi olmayıb • 2003-2008-ci illərdə sığortaçıların məcmu kapitalının həcmində 240% artım müşahidə edilib • Son 3 ildə daxili annuitet sığortası, əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta üzrə sığorta haqqları və ödənişləri 0, 00 AZN olub • 2008-ci ildə Azərbaycanda sığorta şirkətlərinin məcmu daxilolmalarının ÜDM-yə nisbəti 1%-ə belə çatmayıb • 2011-ci ilin ilk iki ayında 27 şirkətdən 25 şirkət ödəniş həyata keçirib
Sığortasektorundaaparılan son islahatlarvədəyişikliklər • Ölkədə aparılan islahatların, sürətləndirilmiş iqtisadi inkişafın dinamikası ilə sığorta bazarının inkişaf səviyyəsi arasında uyğunsuzluq var • Maliyyə Nazirliyi icbari sığortanın növlərinin tətbiqi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi təşəbbüsləri ilə çıxış edir
Beynəlxalq Təcrübə; Azərbaycan sığorta bazarının Rusiya və Türkiyə ilə müqayisəsi • Azərbaycanın sığorta sektoru nəinki Rusiya, Türkiyə, hətta Gürcüstanla müqayisədə zəif inkişaf edib • MDB ölkələrindən ÜDM-nin 68%-i və regionda toplanmış sığorta haqlarının təxminən 90%-i Rusiyanın payına düşür • Gürcüstanda tibbi sığorta digər sığorta növləri ilə müqayisədə daha dinamik inkişaf edir • Türkiyə sığorta bazarında xarici kapitalın rolu böyükdür
Nəticə • Azərbaycanda Milli Təkrar SığortaŞirkətinin yaradılmaması təkrar sığorta işinin müasir standartlara uyğun qurulmasında çətinliklər yaradır • Həyat sığortasının inkişafı üçün lazımi hüquqi baza yoxdur • Şirkətlərin sərbəst vəsaitlərini səhmlərin və qiymətli kağızların alınmasına yönəldilməsi sahəsində şərait yaradılmayıb • Tibbi sığortanın tətbiqi reallaşmayıb • Xarici şirkətlər bazara buraxılmır
Təkliflər • Tibbi sığortanın tətbiqinin genişləndirilməsi • Həyat sığortasının inkişafı • ÜTT standartlarının, kriteriyalarının tətbiqi • Əhalinin sığorta mədəniyyətinin bərpa olunması • Rusiya sığorta şirkətlərinin təcrübəsindən istifadə • Səhiyyə sistemində ciddi islahatlar • Qanunvericilik aktlarına dəyişikliklər
Diqqətinizə görə təşəkkür edirik www.cesd.az