130 likes | 449 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ ZOOBAYTALIQ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI. FƏNN: ANATOMİYA M Ö VZU : SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI ,KƏLLƏ,GÖVDƏ VƏ ƏTRAFLAR SKELETİNİN SÜMÜKLƏRİNİN BİRLƏŞMƏLƏRİ. MÜHAZİRƏÇİ:DOS.RAMAZANOV.A. GƏNCƏ-2009.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİZOOBAYTALIQ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI FƏNN: ANATOMİYA MÖVZU: SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI ,KƏLLƏ,GÖVDƏ VƏ ƏTRAFLAR SKELETİNİN SÜMÜKLƏRİNİN BİRLƏŞMƏLƏRİ MÜHAZİRƏÇİ:DOS.RAMAZANOV.A GƏNCƏ-2009
PLAN • Sümüklərin birləşmələrinin morfofunksional xarakteristikası. 2. Sümüklərin birləşməsinin tipi və növü. 3. Sümük birləşmələrinin filo-ontogenezi. 4. Oynaqların quruluşu və xarakteristikası, təsnifatı. 5. Oynağın və onun bağ aparatının hərəkətdə əhəmiyyəti. 6. Oynaqların qan və sinirlə təchizi. 7. Sümüklərin yaş və növ xüsusiyyətləri. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
ədəbiyyat 1.А.И.Акаевский. Анатомия домашних животных. Москва, 1984. 2.A.M.Ramazanov. Heyvan anatomiyasının sümük bəhsi. Gəncə 2001. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Sümük birləşmələri - sindesmologiya Sümük birləşmələri – yuneturae ossium, s.articulationes. skeletdə olan sümüklərin qanunauyğun surətdə birləşməsi olub, vahid mürəkkəb hərəkət manivelası, dayaq və yumşaq birləş-mələr üçün örtük funksiyası ifa edir. Sümüklərin birləşmələrinin orqanizmin həyat fəaliyyətində funksional nöqteyi-nəzərdən böyük əhəmiyyəti vardır Sümük-lərin birləşməsini iki qrupa bölmək olar. 1) Fasiləsiz, yaxud ayrılmayan birləşmə (bitişmə)- sinartroz –sinartrosis. 2) fasiləli, yaxud ayrılan birləşmə (yaxud oynaqlar) –diartroz – diarthrosis. Fasiləsiz birləşəşən sümüklərin arasında fasilə (boşluq) olmur, bunlar bir-birinə müəyyən otxuma (birləşdirici toxuma) qatı vasitəsilə birləşir və özləri də hərəkətli və ya hərəkətsiz olur. Fasiləsiz –birləşmədə əksinə, birləşən sümüklərin arasında fasilə (boşluq) qalır, bunlar mütəhərrik birləşmələrdən hesab olunur. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Sinartrozlar və onların növləri Bu növ birləşmələrdə qonşu sümüklər arasında birləş-dirici toxuma olur. birləşdirici toxumanın növündən asılı olaraq sinatrozlar 2 cür olur. 1) Sindesmoz – syndesmosis 2) Sinxondroz –synxondrosis- bunların hər ikisi müəyyən vaxtdan sonra, sümük birləşməsinə keçə bilər. buna isə siynostoz deyilir –siyostosis. Siyndesmozlar Sümüklərin birləşdirici toxuma vasitəsilə əmələ gələn birləşməsinə deyilir sindesmozun bir növü də vardır ki, buna tikiş – sutura- deyilir. Buna kəllənin örtük sümükləri arasındakı birləşmələr misal ola bilər. Tikişlər isə öz növbəsində həqiqi və ya dişli-yalançı və ya harmonik, pullu, ya yarpaqvari və s. olur. Qaxılmanı – homfosis- da ora aid etmək olar. pullu tikiş –stura sguamoza-ya misal gicgah sümüyünün pullu hissəsi ilə təpə sümüyünün birləşməsini göstərə bilərik. Dişli tikiş–sutura serrata s. dentata kəllənin beyin şöbəsinin birləşməsi, atlarda bu 5 yaşında, üz sümüklərində 9 yaşında baş verir. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Yalançı yaxud hormonik tikişsutura spuria s. harmoniya bu növ tikişlərə kəllənin üz hissəsi sümüklərinin birləşməsi misal ola bilər. Qaxılma –gomphosis –buna dişlərin diş alveolları ilə birləş-məsi misal ola bilər. sinostozlar – birləşdirici toxuma birləş-mələrinin sümükləşməsi nəticəsində əmələ gəlir. Bunlar hərə-kətsiz olur. Məsələn, oma fəqərəsinin bitişməsi, qalça-qasıq və oturaq sümüklərinin bitişməsi, kəllə sümüklərinin bitişməsi və s. Sinsarkozlar (sünsarcosis) fasiləsiz birləşməyə bir də əzələ vasitəsilə olan birləşmə aiddir. buna kürək sümüyünün gövdə ilə birləşməsi aiddir. Oynaqlar- articulatio diartroz birləşməyə aiddir. sümüklərin hərəkətli birləşməsinə oynaq deyilir. Oynaqda: 1) oynaq səthləri – fascies articulares 2) oynaq qığırdağı – cartilago articularis 3) oynaq kisəsi –capsula articularis 4) oynaq boşluğu –cavum articulare . SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
5) Oynağın əzələ və xüsusi elementləri olmalıdır, bunlardan biri olmasa biz ona oynaq deyə bilmirik. Oynaq səthləri vasitəsilə sümüklər bir-birinə birləşir. oynaqların tipləri. burla sadə, mürəkkəb –articulatio –sümplex- ar. compozita haqqında məlumat verilir. Oynaqlar orqanizmdə çoxdur, onlar həm gövdədə, həm də ön və geri ətraflarda yerləşirlər. Oynaqvari hərəkətinə görə 5 tipə bölmək olar: 1) çox oxlu, 2) biroxlu, 3) ikioxlu 4) birləşmə (kombinasion) 5) sürüşən yaxud yastıoynaqlarda hərəkət növləri. Burada ekstensio –açma, flexio – bükmə, abduksio –uzaqlaşdırma, adduksion –pronasio- oynağı, öz oxu ətrafında fırladan əzələ, spinasio – içəri, fırladan əzələ- pronacio – çölə hərlədən – başa düşülməlidiroynaqların bağları. oynaqların bağları –lig. articulares- birləşdirici və bəzən də elastiki toxumadan qurulur SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Fəqərə cisimlərinin birləşməsi. bunlar bir-birinə lifli fəqərəarası qığırdaqlar vasitəsilə birləşirlər. Bundan başqa onurğa sütununun boylama bağları da vardır. Bunlar aşağıdakılardır: 1) ventral boylama bağ –ligamentum longitudinale ventrale , 2) dorsal bağlama bağ –ligamentum longitudinale dorsale 3) ənsə bağı- ligamentum nuchae, buna başqa adla- arxaçıxıntılar üstü bağlar –ligamentum nuchae et supraspinata deyilir. Bunlardan başqa sinir qövscükləri və onların çıxıntıları arasında da aşağıdakı bağlara təsadüf edilir. 1) qövsarası bağ –lig.interarcualia, 2) köndələn çıxıntılararası bağlar –lig. intertransversaria, 3)arxaçıxıntılar arası bağ –lig.interspinalia, 4) ənsə və yaxud arxaçıxıntılararası bağ –lig.nuchae et supraspinalia, onun da öz növbəsində boyun-pars cervikalis və sütun hissələri vardır. Bu bağa el arasında saçu zadan deyirlər. Növsvari bağa isə sarı bağ –lig. flavum deyilir. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Burada bunlardan başqa, ənsə-atlas- epistrofey arasında da birləşmələr mövcuddur və onların birləşməsindən aşağıdakı birləşmələr əmələ gəlir 1) ənsə- atlas, 2) atlas-epistrofey oynağı. art.atlant ocsipitalis – art.atlanto-epistrofeus-adlanır. Burda aşağıdakı bağlar vardır. 1) xarici dişvari bağ- lig.dentus externum 2) daxili dişvari bağ –lig. dentis intrnum. Birinci epistrofeyin diş çıxıntısından atlas qövsünə gedir. ikinci –dişvari çıxıntıdan atlasa gedir. 3) köndələn –canalis spinalisin içərisində yerləşməklə, dişvari çıxıntıdan köndələninə gedir Döş sümüyünün hissələrinin bir-birinə birləşməsi bilavasitə döş sümüyü arası qığırdaqlar, döş sümüyünün daxili xüsusi bağı və onun xarici xüsusi bağı hesabına əmələ gəlir. Gövşəyən və itlərdə seqmentin ayrı-ayrı hissələrinin bir-birinə birləşməsi. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Bu birləşmə 3 cürdür: 1) fəqərə ilə qabırğanın sümük hissəsinin birləşməsi, 2) qabırğaların sümük hissələrinin öz qığırdağı ilə birləşməsi, 3) həqiqi qabırğa qığırdaqlarının döş sümüyü ilə birləşməsi.Kəllə sümüklərinin birləşməsi Burda: çənə oynağı –art.mandibularis, bazu, dirsək, said oynağı bağları: lateral-medial, bilək, biləkarası ümumi bağlar, əlavə sümüyün –os accesoriusun bağları, barmaq oynaqlarının –art.digitalisin 1-ci, 2-ci və 3-cü buğumların – falanqaların bağları iştirak edir. çanaq-bud oynağı –art.coxafemoralis. Bu oynaq bud sümüyünün başının sirkə kasasına girməsi nəticəsində əmələ gəlir. Bu oynaq bud, qamış və diz qapağı sümüklərinin birləşməsindən əmələ gəlir. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Çapma, yaxud ayaq-darağı oynağı –art tarsi.s mürəkkəb oynaqlar – bir oxludur- bintşəkillidir. saltica. dörd mərtəbəlidir. 1) baldır-aşıq oynağı –art talocruralis. 2)cərgələrarası oynaq –art tarsometatseya, burda bir də sümükarası oynaqlar art interossea vardır, hərəkət ancaq baldır-aşıq oynağındadır. qalan oynaqlar kipdir. 1400 bucaq əmələ gətirir. burda xüsusi və ümumi bağlar vardır. ümumi bağlar- oynaq kisəsi- lateral, uzun və qısa bağlar, medial uzun və qısa bağlar, ayaq darağı arxası plantar bağ, ayaq darağı arxasının dorsal bağı. xüsusi bağlardan: boylama bağlar, köndələn bağları göstərə bilərik. Barmaq oynağının bağları köks ətrafındakı kimi qurulmuşdur, ancaq buxov oynağı da art falangis primal-də barmağın ayaq darağına olan nisbəti 1500-yə bərabərdir. SÜMÜK BİRLƏŞMƏLƏRİNİN ÜMUMİ XARAKTERİSTİKASI