1 / 8

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI

colm
Download Presentation

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU: İstehlak mallarının ekspertizasının obyekt və subyektləri. Mühazirəçi: dos.Bayramov V.Ə. Gəncə-2010

  2. Mühazirənin planı • 1. Ekspertizanın obyekti • 2. Keyfiyyət sıralanması • 3. Təhlükəli məhsul • 4. Ölçü dərəcələri • 5. Ekspertizasının subyektləri • 6. Ekspertin müstəqilliyi, səriştəliliyi, iş təcrübəsi, şəxsi keyfiyyəti • 7. Ekspertin subyekləri • Istifadə olunan ədəbiyyat • 1.Ə.R.Həsənov və b. –Qeyri-ərzaq mallarının ekspertizası. • 1 hissə. “Çalıoğlu” 2006 • 2.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığı üzrə • laboratoriya praktikumu” .Bakı-2001 • 3.Ə.R.Həsənov və b. - “Trikotaj malları əmtəəşünaslığı” • I və II hissə. Bakı-1984 • 4.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığının • nəzəri əsasları. Bakı-2002

  3. Mövzu 3: İstehlak mallarının ekspertizasının obyekt və subyektləri. • Ekspertizanin obyekti. Əmtəə ekspertizasının əsas obyektləri istehlak mallarıdır. İstehlak malları –istehlakçıya satılmış və istehlakçının şəxsi məqsədləri üçün işlətdiyi mallardır. Terminin belə təqdim edilməsi bir qədər şərtidir, belə ki, müxtəlif istehlakçılara satılan və prinsipcə ancaq bir təyinat üçün işlədilən mallar ( məs.sənaye və ev şəraitində bişil\riləcək un) müxtəlif siniflərə aid edilir, sənaye və istehlak xarakterli malların bir çox ekspertiza cəhətləri, sənaye təyinatlı mallar üçün də xarakterikdir. • Əmtəə ekspertizası apararkən çox vaxt onun son nəticələrindən biri istehlak mallarının qiymətləndirilməsini xüsusi dərəcələrə bölməyə gətirib çıxarır. Dərəcələrə bölünmə keyfiyyət və ölçülərə görə aparılır. • Keyfiyyət sıralanması – bir-birindən keyfiyyət göstəriciləri ilə fərqlənən eyni adlı malların kateqoriyalarıdır. Bütün istehlak malları iki əsas keyfiyyət dərəcəsinə bölünür: standart və mövcud tələblərə bir və ya bir neçə keyfiyyət göstəriciləri ilə uyğun olmayan qeyri- standart ( sayından). Qeyri-standart malları nöqsanların neçəliyindən asılı olaraq şərti yararlı və təhlükəli mala ayrılır. • Şərti yararlı qeyri-standart mal elə maldır ki, nöqsanları asan və ya çətin kənarlaşdırıla bilər. Bu qüsurları aradan qaldırdıqdan sonar mallar seçilmə ilə və qüsurlu nümunələrin yenidən emalı nəticəsində standartlara uyğunlaşdırılır. • Təhlükəli məhsul – aradan qaldırılması mümkün olmayan qüsurlu məhsullardır ki, onların istifadəsi həyat ü2çün ,istehlakçının sağlamlığı üçün , əmlak üçün və eləcə də ətraf mühit üçün zərərli ola bilər

  4. Təhlükəli məhsulların içindən ən təhlükəliləri seçilir, standart dərəcələrə ayrılır, belə ki, bunlar mövcud standartların tələblərinə uyğun gəlir. • Potensial təhlükəli mallar – istehlakçı üçün təhlükəli olan və ya istifadə zamanı ətraf mühit üçün zərərli maddələr buraxan mallardır. • Potensial mallar özündə bir çox ərzaq və qeyri-ərzaq mallara cəmləşdirir. Qeyri - potensial mallara alkoqollu içkilər, tütün məmulatları, avtomobillər (dəm qazı). Standart mallar mal növlərinə, marka, nömrə, mürəkkəblik dərəcələrinə bölünür. Belə bölünmələri yalnız ekspert təyin edə bilər. • Ölçü dərəcələri – müəyyən ölçüləri ilə fərqlənən mal kateqoriyalarıdır. Ölçü dərəcələri uzunluğu, diametric, kütləsi ilə xarakterizə olunur. Ölçü keyfiyyət kateqoriyalarının göstəricisi kimi qəbul edilir və ya çox vaxt malın, çeşidin qiymətini, eləcə də istehlakçıların seçimini müəyyənləşdirir. Ayrı-ayrı ərzaq malları qrupları üçün ( təzə meyvə, tərəvəz, duzlu və turşuya qoyulmuş tərəvəz, bal, yumurta ) ölçü əsas göstəricilərindən sayılır və mal kateqoriyalarının sortlarını fərqləndirən əlamətlərindən biridir. Məsələn, əla növ almalar eninə kəsdikdə diametrlər 60 mm-dən aşağı olmamalıdır: 1 növ – 50 mm, II növ – 45 mm. Yumurta I-ci kateqoriya kütləsi – 55 qr az olmamalıdır; II – 45 qr, balıqlar ölçülərinə görə iri, orta və xırda ölçülərə bölünür. Qeyri-ərzaq malları ( geyim, ayaqqabı, tikinti materialları) ölçülərinə görə kateqoriyalara bölünür. Alıcı ancaq özünə lazım olan ölçüdə paltar və ayaqqabı alır, burada ölçü istehlak seçimi kimi vacib vasitədir. Ekspert şərti işarələri hərtərəfli seçməlidir. İstehlak mallarının

  5. dərəcələrinin təyini ekspert qiymətləndirilməsinin sonuncu mərhələsi hesab olunur. Qarşıya qoyulmuş məqsədlərə daha dolğun və əsaslı nail olmaq üçün kriteriya şəklində xassə və göstəricilərin əhəmiyyət dərəcəli seçilə bilər. İstehlak qiymətləndirilməsində mal partiyalarının xarakteristikaları təyin edilir. • Göstərilən obyektlər ancaq göstərilən əsas xarakteristikalarla ( çeşid, keyfiyyət, miqdar və qiymət) deyil, həm də müxtəlif səviyyəli qeyri-müəyyənliklərlə xarakterizə olunur. Bu qeyri-müəyyənlik çox vaxt mal partiyaları içindən nümunə seçmə metodu tətbiq etməklə alınan nəticədir. • Ekspertizanın subyektləri. Əmtəə ekspertizasının subyekti kimi fiziki və hüquqi şəxslər iştirak edə bilər. Onları hüquqi statusuna və ixtisaslaşmasına görə təsnifləşdirilir. Fiziki şəxslər ekspert olmamişdan əvvəl ekspertliyə namizəd statusu almalıdır. Ekspertin hüquqi statusunu müəyyən tələblərə çavab verən , attestasiyanı ( sertifikasiya) müvafiq sistemdə və ya ekspert təşkilatlarında keçmiş namizədlər ola bilər. Attestasiyadan sonar ekspertlər onların səlahiyyətini təsdiqləyən sənəd ( attestat və ya sertifikat) alırlar. • Bəzi hallarda ekspertlər xüsusi sahələrdə - elm, texnika, texnologiya, ticarət və ya ictimai iaşə yüksək səviyyəli peşəkarlardan seçilir. Onlar müəssisə tərəfindən xüsusi əmrlə təyin edilir və lazım olduqda daimi və ya müvəqqəti ekspert qruplarına daxil edilir. Onlar müstəqil ekspert kateqoriyası təşkil edir və onların əsas iş yeri ekspert təşkilatlarında yerləşir (məs. tədris müəssisələri, elmi-tədqiqat institutu və s.). Çox vaxt müstəqil ekspertlər ekspertliyə namizəd statusunu keçmirlər.

  6. Ekspertlər sertifikasiya, sertifikasiyalı sınaq laboratoriyaları müvafiq eksprtlər təşkilatlarının tərkibinə daxil ola bilərlər. Hətta “Ticarət Sənaye Palatası ekspertləri” sistemində ekspertlərdən əlavə baş ekspertlər də nəzərdə tutulmuşdur. Ekspertlər aşağıdakı tələblərə cavab verməlidir: müstəqillik, səriştəlilik, iş təcrübəsi, şəxsi keyfiyyətlər. • Ekspertin müstəqilliliyi – onun istehsalçılardan, satıcılardan, əmtəə istehsalçılarından və eləcə də idarələrdən asılı olmaması deməkdir. • Ekspertin səriştəliliyi – onun müəyyən sahədə ekspert fəaliyyətini uyğun peşəkarlıq təhsilinin olması ilə və xüsusi biliklərlə təyin edilməlidir. Göstərilən sistemlərdən ekspertlərin ali təhsili olmalı, hələ sertifikasiya sistemində təhsilin istiqaməti müəyyənləşdirilməlidir: texniki və ya iqtisadi. Bu sistembə ancaq nadir hallarda təhsili olmadan attestasiyadan keçmiş ekspertlər buraxılır. Əmtəə ekspertizası aparan ekspertlər peşəkarlıqlarına görə aşağıdakılara bölünürlər: əmtəəşünaslara, texnoloqlara, standartçılara, dequstatorlara. • Ekspertlər səriştəliliyini artırmaq üçün müntəzəm olaraq əmtəə ekspertizası ilə məşğul olmaqla bərabər müstəqil surətdə tədris, elmi, öyrədici ədəbiyyatdan istifadə etməlidir.

  7. İş təcrübəsi – ekspertin attestasiyası zamanı ən çox nəzərə alınan keyfiyyətdir. Ekspertliliyə namizədin ən azı bu sahədə 4 il praktiki iş stajı olmalıdır. • Ekspertin şəxsi keyfiyyətləri bunlardır: obyektivlik, məsulliyyətlilik, qərərsizlik, prinsipiallıq. Ekspertin obyektivliyi onun müstəqilliyivə səriştəliliyinə əsaslanır ki, lazımi qədər və vacib informasiyalardan istifadə edib malların qərərsiz qiymətləndirilməsinə nail olsun. • Ekspertin məsuliyyətliliyi qüvvədə olan qanuna, eləcə də sistemin normativ sənədlərinə əsaslanmalıdır. • Ekspertin prinsipiallığı ekspertizanın ardıcıl aparılmasından və praktiki olaraq ekspertiza prinsiplərinə əməl etməkdən ibarətdir. • Ekspertlərin subyektləri - əvvəlcədən deyildiyi kimi, fiziki şəxslərdir ki, onları 3 kateqoriyaya ayırırlar: ekspertliyə namizəd, ekspert və baş ekspert. • Ekspertliyə namizəd sistemdə attestasiyadan keçmədiyi üçün əmtəə ekspertizalarında ancaq ekspertlərlə birlirdə oştirak edə bilər. • Ekspertlər və baş ekspertlər ekspertiza sahəsində ekspertiza işi və ya sertifikasiya və ya müfəttiş nəzarəri aparmağa ixtiyarı var. • Baş ekspertə verilən xüsusi tələblər: • ekspertlərdən tələb olunan tələbata cavab vermək; • attestasiya keçmiş mütəxəssis kimi azı 3 tam ekspert yoxlanışında iştirak etmək; • ekspert yoxlamaları aparmaq üçün dərin biliklərə malik olmaq. • Dequstator ekspertlərə qoyulan xüsusi tələblər: • sensor hissiyata malik olmaq; • əsas rənqləri, dadları, qoxuları və onların çalarlarını ayırd etmək; • sensor qabiliyyət yoxanmasından keçmək. • Ekspertin hüquqları var: • lazımınca normativ və texniki sənədlərlə tanış olsun. Bu sənədlər olmadan ekspert obyektiv, əsaslı nəticəyə gələ bilməz;

  8. əmtəə-mal ekspertizasının məqsədini əsas götürərək orqanoleptik, sadə ölçmə metodları, eləcədə digər qiymətləndirmə metodları ilə ekspert qiymətləndirilməsi aparmaq; • müəssisə (təşkilat) vəziyyətinin qiymətləndirilməsini aparmaq; • lazım olduqda istehsalın aparılması üçün müəyyənləşdirilmiş texnoloji proseslərə əməl olunmasını, saxlama şəraitini və müddətini, nəqlini, malların satış üçün hazırlanması, satışını yoxlamaq və s.; • aparılmış sınaqların təhlilini yoxlamaq; • sertifikasiya olunmuş məhsula, eləcə də digər ekspertiza obyektlərinə müfəttiş nəzarəti təşkil etmək və həyata keçirmək. • Sanitar-epidemioloji orqan və təşkilatların ekspertləri əlavə hüquqa malikdirlər: • istifadə edilmiş və ya keyfiyyətsiz məhsulun məhv edilməsi və onların istifadəsinə nəzarət aparılması haqqında nəticələr vermək; • təhlükəli məhsulu seçmək və onları məhv etmək üçün göndərmək, şərti olaraq yararlı məhsulun istehsalını yenidən təşkil etmək.

More Related