190 likes | 351 Views
V ətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlılıq İndeksi - 2011. Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlılıq İndeksi nədir?. Davamlılıq İndeksi üzrə hesabat vətəndaş cəmiyyətinin inkişafı məsələlərini əhatə edir
E N D
Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlılıq İndeksi - 2011
Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlılıq İndeksi nədir? • Davamlılıq İndeksi üzrə hesabat vətəndaş cəmiyyətinin inkişafı məsələlərini əhatə edir • İndeks son 15 il ərzində 29 ölkədə hesablanır və Avropa və Avrasiyanın bəzi öıkələrini əhatə edir • Qiymətləndirmə 7 ballıq şakala üzrə “davamlılıq yüksəlib” və “tənəzzül edib” amplitudasında aşağıdakı göstəriciləri təhlil edir • Hüquqi Mühit - İctimai məlumatlandırma • Təşkilati bacarıqlar - İnfrastruktur • Maliyyə İmkanları - Xidmətlərin təchizatı • İctimai imic
VCT Dİ – 2011 Ekspertlərin qiymətləndirilməsi • Şəki-Zaqatala regionu və Bakıda QHT, media, donor təşkilatı nümayəndələrindən ibarət ekspertlərin qiymətləndirməsi.
7 kateqoriya üzrə qiymətləndirmə • Hüquqi mühit • Qeydiyyat, • Fəaliyyətin hüquqi çərçivələri • Adminstrativ maneələr və dövlətin müdaxiləsi • Yerli hüquqi bacarıq • Vergi güzəştləri • Gəlirlərin əldə olunması
Son 5 ildə iqtisadi yüksəliş, ÜDM-in artımından QHT-lər yararlanmayıb Ölkədə qeydə alınan 2725 QHT yalnız 1350-si rəsmi fəaliyyət göstərir 1000 QHT qeydiyyatsız fəaliyyət göstərir QHT-lər 24 müxtəlif sahə üzrə fəaliyyət göstərirlər QHT-lərin fəaliyyətindən 1,9 milyon nəfər faydalanıb və QHT-lər öz işlərinə 250 min könüllü cəlb ediblər – mənbə, QHT Dəstək Şurası QHT-ÜMUMİ DAVAMLILIQ
HÜQUQI MÜHIT -Qeydiyyat • 2009-cu ildə 162, 2010-cu ildə 124, 2011-ci ildə 103 QHT qeydiyyatdan keçib • Qeyri-kommersiya gurumu olan QHT-lərin qeydiyyatı 140 iş gününə başa gəlir (bəzi QHT-lərin hesablamalarına görə) • 2011-ci ildə Ədliyyə Nazirliyi əlavə sənədlər - məsələn, siyasi mənsubiyyətlə bağlı məlumatlar, icra hakimiyyəti orqanlarında və ya QHT Dəstək Şurasından zəmanət məktubunun təqdim edilməsini istəyib • 2010-cu ildə iki beynəlxalq QHT fəaliyyətini dayandırıb: - ABŞ-ın Milli Demokratiya İnsitutun (MDİ) - Norveç İnsan Haqları Evi • Müsbət hadisə - QHT-lərin məcburi audit keçməli olan tşkilatların siyahısından çıxarılması
HÜQUQİ MÜHİT Dövlət Müdaxiləsi • Qanunvericilikdə rəsmi şəxslərin QHT-lərin işinə müdaxilə etməsi ilə bağlı məhdudiyyətlər əks olunmayıb • Regional QHT-lər tədbir keçirtmək üçün bir çox hallarda icra orqanlarından icazə almalıdır • QHT-lər yerli icra orqanlarından asılı olduğları üçün daha çox sosial, təhsil, gənclərlə iş, ekologiya və s. sahələrdə fəaliyyət göstrərirlər, amma siyasi və insan haqları sahələrindən uzaq olmağa çalışır Vergi • QHT-lər qrant və xeyriyyəçilik fəaliyyət üçün vergi ödəmirlər • Mal və xidmətlərin satışından gelir vergisi ödənilir • Sosial sərmayələr vergidən azad edilməyib
Qanunvericilik təşəbbüsü 2011-QHT Dəstək Şurası • “Sosial xidmət” -sosial layihələrin həyata keçirilməsi (30 dekabr, 2011-ci ildə qəbul olunub) • “İctimai iştirakçılıq” –milli proqramların həyata keçirilməsi və onlara ictimai nəzarət işində QHT-lərin iştirakına əsas verəcək • “Peşə Birlikləri” –peşə birliklərinin fəaliyyət tənzimlənməsi • “Korporativ Sosial Məsuliyyət”-KSM-in nə olduğunu izah edir və biznes gurumlarına QHT-lərlə əməkdaşlıq ələməyi tövsiyə edir
TƏŞKİLATI BACARIQLAR • Hökümət icma və dəstək qruplarına mane olur • Bəzi QHT-lər sosial mediadan istifadə etməyə başlayıblar • QHT-lər idarəetmə ve strateji planlaşdırma işində çatışmazlıklar malikdilər • QHT-lərin çoxu praktikada vəzifə bölgüsünü yerinə getirmirlər • Daimi əsaslarla işləyən işçilər azlıq təşkil edir • 2010-cu ildə 3979 nəfər daimi, 3031 nəfər müveqqəti çalışıb • İri şəhərlərdə QHT-lər ofis, texniki avadanliqlar və İnternetə malikdirlər, amma regionlarda QHT-lərin çoxunun ofisi yoxdur və ya tam yararlı deyil
MALİYYƏ İMKANLARI -Büdcə (2009-2011) • 2011-ci ildə 29 mln manat (təqribən 37 mln dollar) 2,05 mln manatı Dövlət Dəstək Şurası yerdə qalan isə xarici donor təșkilatlarının ayırmalarıdır • 2010-cu ildə 30 mln manat (təqribən 38 mln dollar) 2,1 mln manatını QHT Dəstək Şurası verib • 2009-cu ildə 20 mln manat (təqribən 25,5 mln dollar) 2,06 manat QHT Dəstək Şurası verib • QHT-lər daha çox donor təșkilatlarının qrantlarından və xeyriyyə fondlarının əvəzsiz yardımlarından faydalanır Açıq Cəmiyyət İnstitutu – Soros Fondu • Açıq Cəmiyyət İnstitutu – Soros Fondu qrant proqramlarını dayandırıb • 2010-cu ildə fond layihələrə 2,8 mln dollar ayırıb • 2011-ci ildə fond 600 min dollar məbləğ ayırıb • 2012-ci ildə yalnız şəffaflıq üzrə bir proqram fəaliyyət göstərir
Maliyyə imkanları Ümumi büdcə QHT Dəstək Şurası
MALİYYƏ İMKANLARI Maliyyə mənbələri • Qrantlar QHT-lərin büdcəsinin əhəmiyyətli hissəsini təșkil edir • Biznes qurumları QHT-lərlə əməkdaşlığa can atmır • Azərbaycanda imzalanan neft müqavilələrinə əsasən, neft şirkətləri gəlirlərin 4-5 faizini sosial sərmayəyə ayırmalıdırlar • Üzvlük haqları və ianələr ya yox dərəcəssində, ya da cüzi həcmdədi Hökumətin QHT-lərə ayırdığı vəsaitlər məhduddur, amma“Sosial xidmət haqqında” qanun QHT-lərin hökumət layihələrində iştirak imkanını artırmalıdır Maliyyə hesabatları • 2011-ci ildə 1350 QHT hesabatı verib • 2010-cu ildə QHT-lərin cəmi 1/3-i bu hesabatı vermişdi • QHT-lərdə daimi əsaslarla ișləyən mühasibatlar yoxdur • Regiondakı QHT-lər hesabatlarını göndərməkdə çətinlik çəkirlər, bəzən hesabatı 4-5 dəfə göndərməli olduqlarını qeyd edirlər.
İCTİMAİ MƏLUMATLANDIRMA • Hökumət QHT-lərlə əməkdașlığa ehtiyatla yanașır • QHT-lərə Dövlət Dəstəyi Șurasının 8/11 üzvündən QHT nümayəndələridir • QHT təmsilçiləri • Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkișafına Dövlət Dəstəyi Fondunun Müșahidə Șurası • Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkișaf Fondunun Müșahidə Șurası • Dövlət Komissiyası • Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmıș YUNESKO üzrə Azərbaycanın Milli Komissiyası • Əfv Məsələləri Komissiyası • Təhsil üzrə Komissiya • Sahibkarlar Șurası • Heraldika Șurasının ișində də iștirak edirlər. • Qanun layihələri: • “İnformasiya əldə etmək haqqında” • “Kütləvi informasiya vasitələri haqqında” • “Damazlıqheyvandarlıq haqqında” • “Arıçılıq haqqında” • “Atçılıqhaqqında” hazırlanmıșdır.
XİDMƏTLƏRİN TƏCHİZATI • QHT-lər öz fəaliyyətlərində donor təșkilatlarının prioritetlərinə üstünlük verirlər. • İqtisadi fəaliyyətdən gəlirlər azdı • Az sayda ödənișli xidmətlər təklif edə bilirlər:mühasibatlıq, kompüter təlimləri və ya xarici dillər kursları • “Sosial xidmət haqqında” qanunəlil, yetim, insan alveri qurbanları, yașlılar və sairə sosial xidmətlər göstərməyə imkan verəcək.
İNFRASTRUKTUR Resurs mərkəzləri • Bir sıra iri regional mərkəzlərdə resurs mərkəzləri fəaliyyət göstərir, onlar yerli QHT-lərə ofis və avadanlıqlarını təklif edirlər, onlara hüquqi yardın göstərirlər • Bəzi yerli QHT-lər resurs mərkəzlərini iș keyfiyyətindən șikayət edirlər -Treninqlər • Fandreyzinq, menecment, mühasibatlıq, qeydiyyat məsələləri üzrə treniqlər keçirilir • QHT-lərin bilik və bacarıqlarının artılması sahəsində təlimçilərin sayı azdı -Koalisiyalar • 17 koalisiya və şəbəkədə 1262 QHT birləşib • Ən fəal koalisiyalar Mədən Sənayesində Șəffafflıq • Təșəbbüsü, QHT Milli Forumu, QHT Əməkdașlıq Alyansı və İnsan Alverinə qarșı QHT Koalisiyalar • Region QHT-ləri çox nadir hallarda koalisiyalarda birləșirlər -Əməkdașlıq • Yerli biznes QHT-lərlə ișləməyə həvəs göstərmirlər • Korporativ Sosial Məsuliyyət strategiyasına malik olan bir sıra banklar, mobil operator və neft șirkətləri QHT-lərlə əməkdașlıq edirlər • QHT-hökumət əməkdașlığı dövlət qurumlarınının mövqeyinə görə dəyişir
İCTİMAİİMİC • Çap mediası, İnternet televiziya kanalları QHT-lərin ișini fəal șəkildə ișıqlandırır. • Dövlət qurumları və biznes sektorunun QHT-ləri qavrama səviyyəsi așağı olaraq qalır. • Yerli icra orqanları QHT-lərin xaricdən maliyyələșməsinə diqqət çəkirlər onların işinə məhdudiyyət qoyulur • 2011-ci ilin fevralında Sahibkarlığın və Bazar İqtisadiyyatına yardım Fondu QHT Dəstək Şurasının sifarişi ilə hazırladığı “QHT-lərin məsuliyyət xartiyası”nı təqdim etdi • Xartiyanın imzalanmasında məqsəd: • iș prinsiplərini inkişaf etmək • onların tətbiqi siyasəti və praktikasını müəyyənləșdirmək və konkretləșdirmək, • daxili və xarici hesabatı hazırlamaq • maraqlı tərəflərlə qarșılıqlı münasibətləri möhkəmləndirmək • beynəlxalq təcrübəsini nəzərə almaq və təșkilatların məhsuldarlığını artırmaqdır.
Hesabatla www.cesd.az saytında tanış ola bilərsiniz Təşəkkür edirik !