1 / 12

Mövzu 4. Elektrik təchizatı qurğularının etibarlılığı və onun yüksəldilmə üsulları

Mövzu 4. Elektrik təchizatı qurğularının etibarlılığı və onun yüksəldilmə üsulları. Plan 1.Dolaq izolyasiyasının köhnəlmə qanuna uyğunluqları 2.Elektrik avadanlığının etibarlılığına təsir edən faktorlar Ədəbiyyat

june
Download Presentation

Mövzu 4. Elektrik təchizatı qurğularının etibarlılığı və onun yüksəldilmə üsulları

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 4. Elektrik təchizatı qurğularının etibarlılığı və onun yüksəldilmə üsulları Plan 1.Dolaq izolyasiyasının köhnəlmə qanuna uyğunluqları 2.Elektrik avadanlığının etibarlılığına təsir edən faktorlar Ədəbiyyat 1.Б.Гнеденко, Ю.К.Беляев, А.Д.Соловьев Математические методы в теории надежности, Наука, 1965. 2.Котеленец Н.Ф., Кузнецов Н.Л. Испытания и надежность электрических машин, М.: Высш.шк., 1988.

  2. Dolaq izolyasiyasının köhnəlmə qanuna uyğunluqları Elektrik avadanlıqlarının etibarlılığı əsasən onların dolaqlarının izolyasiyasının etibarlılığı ilə təyin edilir. Elektrik avadanlıqlarının nəqletdirmə, saxlanma və istismarı prosesində dolaq izolyasiyası vaxt keçdikdə onun xassəsini pisləşdirən müxtəlif xarici təsirlərə məruz qalır. Elektrik avadanlığının ən zəif yeri olan dolaq izolyasiyasının xidmət müddəti avadanlığın xidmət müddətini müəyyən edir. Elektrik avadanlıqlarının dolaq izolyasiyasının xidmət müddətini təyin edən müxtəlif faktorlar arasında ən əsası istilikdən köhnəlmədir.

  3. İzolyasiyada baş verən kimyəvi reaksiyaların sürətinin temperaturadan asılılığı Y.Vant Hoff və S.Arrenius tərəfindən müəyyən edilmiş və aşağıdakı kimi ifadə olunur: burada K – reaksiyanın sürət sabiti; T – mütləq temperatur; A və B – sabit əmsallar. Dolaq izolyasiyasının köhnəlməsində əsas faktorlara aktiv mühitin nəmliyi və kimyəvi təsirləri daxildir.

  4. Elektrik avadanlığının etibarlılığına təsir edən faktorlar İstismar təcrübələri göstərir ki, elektrik avadanlıqlarının etibarlığı müxtəlif faktorlardan asılıdır və onları 4 qrupa bölmək olar: -- konstruktiv; -- istehsalat; -- quraşdırma; -- istismar.

  5. 1.Konstruktiv faktorlara aiddir – elektrik avadanlıqlarına azetibarlı elementlərin quraşdırılması, layihə zamanı sxem və konstruktiv çatışmazlıqlar, ətraf mühitə uyğun olmayan elektrik avadanlığının elementləri və s.2. İstehsalat faktorlarına aiddirlər – texnoloji prosesin pozulması, ətraf mühitin çirklənməsi, hazırlanma və quraşdırma prosesinin keyfiyyətinə zəif nəzarət və s.3. Quraşdırma zamanı quraşdırma texnologiyasına riayyət etməyəndə elektrik avadanlığının etibarlığı aşağı düşə bilər.4. Elektrik avadanlığının etibarlığına ən çox təsir edən faktorlardan biri istismar şəraitidir. Elektrik avadanlıqlarına əks təsir edən faktorlar: zərbə, vibrasiya, siklik rejim, artıq yüklənmə, istilik, nəmlik, gün şüası, toz, aqressiv qazlar və s.

  6. Zərbə və vibrasiya elektrik avadanlığında mexaniki nasazlıqlar əmələ gətirir, bağlanma yerləri boşalır, elektrik qoşulma kontaktları pozulur.Elektrik avadanlığı tez-tez qoşulub açılanda (siklik rejim) qısamüddətli artıq yüklənməyə düşür və bu rejim elementlərin vaxtından tez sıradan çıxmasına gətirib çıxarır.

  7. Elektrik təchizatı qurğularının sıradan çıxmalarının statistikası İstismar məlumatları göstərir ki, elektrik mühərriklərinin əsas qəza rejimləri aşağıdakılardır: -- fazanın qırılması – 40...50%; -- rotorun tormozlanması – 20...25%; -- texnoloji artıq yüklənmələr – 8...10%; --dolağın izolyasiyasının müqavimətinin aşağı düşməsi – 10...15%; --soyumanın pozulması – 8...10%.

  8. Tələbedici transformatorlarda əsasən aşağıdakı nasazlıqlar baş verir: -- yüksək gərginlik dolaqların zədələnmələri – 60%; -- alçaq gərginlik dolaqların zədələnmələri – 15%; -- izolyatorların, nüvənin, çənin germetikliyinin pozulması və s. – 10...15%.

  9. Yuxarıda göstərilən nasazlıqlar əsasən aşağıda göstərilən səbəblərdən baş verir:mühafizənin olmaması, düzgün seçilməməsi və ya sazlanmaması;avadanlıqların istismarının vaxtına və həcminə rəayət etməyəndə;avadanlıqların təmir texnologiyasına rəayət etməyəndə;elektrik enerjisinin keyfiyyətinin aşağı olması.

  10. Elektrik avadanlıqların etibarlıqlarının yüksəldilmə üsulları Konstruksiya zamanı: - avadanlığın işləmə fizikasını bilmək; - sıradan çıxma fizikasını bilmək; - yüksək keyiyyətli material və elementlərdən istifadə etmək; - avadanlığı yaradarkən ətraf mühiti və quraşdırma yerini nəzərə almaq; - vahid (unifikasiya) detallardan istifadə etmək.

  11. İstehsal zamanı: - bütün elementlərin keyfiyyətinə ciddi nəzarət;- müasir texnoloji metodlardan və avadanlıqlardan istifadə etmək;- istehsalat binasında təmizliyə riayyət etmək, texnoloji operasiyalarına ciddi nəzarət, texnoloji qurğuların keyfiyyətli işləməsinə ciddi nəzarət;- avadanlığı hazırladıqdan sonra onun keyfiyyətinə nəzarət etmək.

  12. İstismar zamanı: - avadanlığın istismarını və təmirini təşkil etmək üçün əsaslandırılmış və dəqiq işlənmiş metodikadan istifadə etmək; - yalnız yüksək dərəcəli işçi heyyətindən istifadə etmək; - bütün sahələrdə avadanlıqların sıradan çıxmaları haqda statistik göstəricilərin yığılmasını təşkil etmək.

More Related