1 / 10

FƏNN: BALIQLARIN MORFOLOGİYASI VƏ FİZİOLOGİYASI. MÖVZU: 10

AZƏRBAYCAN DÖBLƏT AQRAR UNİVERSİTETİ ZOOBAYTARLIQ VƏ ƏCZACILIQ FAKULTƏSI ƏCZACILIQ VƏ MORFOLOGİYA KAFEDRASI. FƏNN: BALIQLARIN MORFOLOGİYASI VƏ FİZİOLOGİYASI. MÖVZU: 10 KÜR UZUNBURUNUN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ. MÜHAZİRƏÇİ : ABDULHƏLIMOV N.A. GƏNCƏ – 2009. MÜHAZİRƏNIN PLANI.

kineta
Download Presentation

FƏNN: BALIQLARIN MORFOLOGİYASI VƏ FİZİOLOGİYASI. MÖVZU: 10

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖBLƏTAQRAR UNİVERSİTETİZOOBAYTARLIQ VƏ ƏCZACILIQ FAKULTƏSI ƏCZACILIQ VƏ MORFOLOGİYA KAFEDRASI FƏNN: BALIQLARIN MORFOLOGİYASI VƏ FİZİOLOGİYASI. MÖVZU: 10 KÜRUZUNBURUNUN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ MÜHAZİRƏÇİ : ABDULHƏLIMOV N.A GƏNCƏ – 2009

  2. MÜHAZİRƏNIN PLANI 1.KÜR UZUNBURUNU BALIĞIN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ. 2.KÜR UZUNBURUNU BALIĞININ HƏYAT TƏRZİ. 3.KÜR UZUNBURUNU BALIĞININ BİOLOJİ XÜSUSİYYƏTLƏRİ. Balıq 10

  3. ƏDƏBİYYAT SIYAHISI 1.İ.Ə.ƏBDÜRRƏHİMOV. BALIQLAR. BAKI 1966. 2.T.C.РАССА. ЖИЗНЬЖИВОТНЫХ ТОМ 4.МОСКВА 1983. 3. SULTANOV P.İ.,ABBASOV H.S. “XORDALILARIN ZOOLOGİYASI”. BAKI 2001. 4. İ.Ə.ƏBDÜRRƏHİMOV,P.QAYIBOVA “BİZİM BALIQLAR”. BAKI 1966. Balıq 10

  4. Bu balıq uzun burnu və girdə uzunsov gövdəsilə bölgə,nərə və kələmo balıqlarından fərqlənir.Burnunun uzunluğu başının uzunluğunun 57-67%-ni təşkil edir.Bu balığın bədəni ağ olur, bel tərəfi bir az tünddür.Başqa nərə cinsi balıqlardan kicikdir əti yüksək keyfiyyətlidir.Uzunburun keçici balıqdır.Bu balıq 31 il dənizdə olur,kürü tökmə zamanı çaya girir.Çayda ancaq cinsi yetişkənliyə çatmış uzunburun balıqlar olur.İsti aylarda bu balıq dənizin sahilində,soyuqda isə 100m dərin suda yaşa yır.Dibi lilli suyu sevir,çox zaman suyun üst qatlarında gəzir. Xərcəngkimiləri, soxulcanları və tyulka balığı yeyir.Kürü dənə ləri çox xırda olub,kürünün cəkisi bədən çəkisinin 8-15%-ni təşkil edir.Mayalanmış kürü daşlara yapışır.Suyun tempera turundan asılı olaraq kürüdən sürfələrin cıxması 3-4 gün çə -kir.Erkək və dişi balıqlar bir müddət kürün kürtökmə yerində qalır,sonra suyun axarı ilə dənizə gedir.Körpələr kürün mən- səbində bir il yaşayır,sonra dənizə gedirlər.Bu balıqda D 40- Balıq 10

  5. 54, A 22-44, bel sümük lövhəcikləri,10-15 yan sümük lövhə cikləri 26-40 qarın sümük lövhəcikləri 9-14,qəlsəmə dişcik – ləri 22-39 ədəddir.Bədən uzunsov və nazikdir.Şəkil 17.başı uzun,ensiz,rostru mu çox uzun,bığları qıssa saçaqsız,uzun –luğu 87-214 sm-r.Dişilər 93 sm,erkəklər 87 sm çatdıqda cin- si yetışkənliyə çatır.Borzenkaya görə başın uzunluğu ümumi bədən uzunluğuna görə 24,2%, antedorsal məsafə 63,8%, anteoral məsafə 72,6% , başın uzunluğuna rostrumun uzun-luğu 59,6%,gözün diametri 4,2%,gözdalı məsafə 36,4% təşkil edir.Çoxalmaq ücün kürə girən uzunburunun uzunluğu 95-210 sm,erkəklərin 88-180 sm,dişilərin uzunluğu 138-145 sm olur.Bütün il boyu Kürə girir,qış aylarında çaya migrasiya- sı zəifləyir,Kür cayına miqrasiya edən uzunburunun çəkisi 1,1 kq-dan 54 kq qədər olur.Sahildəki üzən çayların ağzına yaxın iri balıqlar olur,10-17 ildə cinsi yetkinliyə çatır.Balığın bədəni boş,gövdə və quyruqdan ibarətdir.Baş tədricən quyru ğa keçən gövdə ilə hərəkətsiz birləşmişdir.Anus dəliyinin Balıq 10

  6. arxasında yerləşmiş bədən hissəsi quyruq adlanır.Əzələli quyruq bədən uzunluğunun 3-də birini təşkil edir və quyruq üzgəci ilə nəhayətlənir.Balığın suda hərəkətləri üzgəclərlə idarə olunur.Üzgəclər tək və cüt olur.Tək üzgəclərə quyruq üzgəcindən başqa iki arxa və quyruqaltı üzgəc aiddir.Cüt üzgəclərə doş və qarın üzgəcləri aiddir.Üzgəclər sümük üz- gəclərindən təşkil olunmuşdur.Şüaların arasında nazik dəri olur.Şüalar bərk və sivridir,qalxa bilir müdafiə rolu oynayır. Bədən səthi pulcuqlarla örtülü olub,bədəni müdafiə edir. Pulcuqlar seliklə örtülüdür.Başın yanlarında bir cüt iri göz olur.Gözün qabaq tərəfində qoxu üzvüləri olur.Bu üzvülər ağız boşluğu ilə birləşməyən iki kisəcik çəklindədir.Hər bir kisəcik bayıra burun dəliklərilə açılır.Yan xətt bədənin yan tərəflərində düzülmüş nöqtələr şəkilindədir.Nöqtələr uzun boylama kanalla birləşən qıssa kanalların dəlikləridir.Boyla- ma kanalda sinirlə beyinə birləşmiş duyğu hüceyrələri olur. Balıq 10

  7. Yan xətt üzvüləri suyun hərəkətini duyur.Balığın dərisi altın- da əzələləri yerləşir.Əzələlərin ücları sümüklərə bağlanır. Əzələlər yığıldıqda balığın bədəni əyilir və o qabağa üzür. Əzələlərin bir qismi çənələri hərəkətə gətirir,digər qismi üzgəcləri hərəkətə gətirir.Balıq skeletinin əsasını başdan quyruq üzgəcinə kimi onurğa təşkil edir.Onurğa bir-birilə mütəhərrik birləşmiş fəqərələrdən ibarətdir.Hər fəqərənin cismi cismin üzərində yerləşən gövsü olur.Bir-birinin arasın- da yerləşən fəqərə qövsləri içində onurğa beyni olan onur- ğa kanalı əmələ gətirir.Gövdə fəqərələrinə qabırğalar birlə- şir.Başın sümükləri kəlləni əmələ gətirir.Kəllə içərisində be-yin yerləşən beyin qutusundan və ağız boşluğunu əhatə edən sümüklərdən: çənə sümükləri,qəlsəmə gövsləri və qəlsəmə qapağı ibarətdir.Üzgəclər bir çox xırda sümüklər- dən təşkil olunmuşdur.Beyində bundan irəlidə qoxu payları yerləşir.Baş beyin,ön beyin,aralıq beyin ,orta beyin,beyincik Balıq 10

  8. UZUNBURUN BALIQ Balıq 10

  9. və uzunsov beyindən ibarətdir.Beyindən və onurğa beyin- dən çıxan sinirlər hiss üzvülərinə,əzələlərə və başqa üzvülərə ge-dir. Hissi sinirlərlə oyanma hiss üzvülərindən və digər üzvülər-dən beyinə,hərəki sinirlərlə oyanma beyindən üzvülərə ötürülür.Həzm üzvülərinə ağız,dişlər,udlaq,qida borusu, mədə,bağırsaq,anus dəliyi aiddir.Mədənin yanında qaraciyər olur.Öd öd kisəsinə toplanır.Əksər balıqlarda üzmə qovuğu olur.Üzmə qovuğu genişləndikdə balığın yuxarı qalxması asanlaşır.Tənəffüs üzvülərinə qəlsəmələr aiddir.Su ağızdan udlağa dolur,burdan qəlsəmə yarıqlarına kecib qəlsəmə və - rəqlərini yuyur.Bu zaman suda həll olmuş oksigen vərəqlərin nazik qişasından qan damarlarına kecib,karbon qazı isə suya verilir.Ürək qəlsəmələrin dalında yerləşır.Ürək iki kameralı olub mədəcik və qulaqcıqdan ibarətdir.Qapalı qan dövranına malikdir.Böyrəklərə,sidik axarlarına və sidik kisəsinə malikdir. Balıq 10

  10. Sidik kisəsinin axacağı anusun dal tərəfində açılır.Dişilərdə kürü inkişaf edən yumurtalıq olur.Erkəklərdə bir cüt ağ rəngdə toxumluq olur.Yumurtalıq və toxumluq anus dəliyinin yanin-da yerləşmiş cinsiyyət dəliklərilə xaricə açılır. Balıq 10

More Related