1.46k likes | 8.8k Views
AZƏRBAYCAN DİLİ . II DƏRS. ƏLİFBA. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin ; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.
E N D
AZƏRBAYCAN DİLİ II DƏRS
ƏLİFBA • Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. • Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır.
FONETİKA Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Ahəng qanunu Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə səslilərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın səslili heca ilə başlayırsa, sonrakı hecalar da qalin səslili olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə səsli ilə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz.
Ahəng qanunu • Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur -İşıq, ilan, ilğım, inam, iraq, ilxı, ildırım, ilıq, işartı, elatvə s. kimi bir neçə söz istisnadır • Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro • Ahəng qanunu kök və şəkilçiarasında daha möhkəm və dəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər
Ahəng qanunu • Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. • Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz
Vurğu Vurğu • Sözdəhecalardanbirinin o birinənisbətəndahaqüvvətlideyilməsivurğuadlanır. • Üzərinəvurğudüşənhecavurğuluhecaadlanır. Dilimizdəkisözlərinçoxundavurğuson hecadakısaitsəsinüzərinədüşür. • Məsələn: Azərbayca’n, azadlı’q, istiqlaliyyə’tvə s. • Ba’yaq, dü’nən, bi’ldir, ni’yə, ne’cə, sa’nki, an’caqvə s. kimiəslAzərbaycansözlərində, elecədəüstünlükdərəcəsindəolansifətlərdə: (göm’göy, sap’sarı, qup’quruvə s.) vurğunun ilk hecanınüzərinədüşməsiistisnadır
Vurğu • Bəzisözlərdəvurğununyerinidəyişməsiiləmənadafərqlənir. • Məsələn: alı’n(isim — bədənüzvü) – a’lın (fel) • gü’ldür (çiçəkdir) –güldü’r (fel) • dimdi’k (isim) — di’mdik (sifət)Sözdəvurğununyerinimüəyyənetməküçünsözühecayaayırmadanvurğunuəvvəlbirincihecanın, sonraikinci, dahasonraisəüçüncühecanınüzərindədeməklazımdır. • Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l.Aydındırki, busözdəvurğusonuncuhecanınüzərinədüşür.
Vurğu • Qeyd: Dlimizdəkibəzisözlərdəuzuntələffüzolunansaitlərvardır. Məsələn: Adil, Sabir, laqeyd,həkim, me’mar, mə’na, şöləvə s. • Bu sözlərinhamısındavurğusonuncuhecayadüşür. Deməli, saitinuzuntələffüzolunmasıheçdə o deməkdeyil, həminhecavurğuluolmalıdır. • Nadir hallardaisəuzunsaitlihecailəvurğuluhecaüst-üstədüşür. Məsələn: so’nra — [so:ra], bə’zi- [bə:zi]
HECA • Tələffüzzamanısözünasanlıqlabölünənhissələrinəhecadeyilir. • Məsələn: və-tən, a-zad-lıq, dil-çi-likvə s. • Hecanınəsasındasaitlərdayanır. • Sözdəneçəsaitsəsvarsa, o qədərdəhecaolur. Hecabirsaitdəndəibarətolur. : a-na, ü-rək, ma-a-rifvə s. • Sözüsətirdənsətrəkeçirərkənbirhərfdənibarətolanhecanısətrinsonundasaxlamaqvəyayenisətrəkeçirməkolmaz.
HECA • Bəzi sözlərdə samitlərdən sonra apostrof işarəsininqoyulmasıonlarin hecaya bölünməsini bildirir • Məsələn;cür’-ət • məs’-ul • sün’-i • hey’-ət • məş’-əl • vüs;-ət • ən’-ə-nə
Qoşasamitli sözlərinyazılışı və tələffüzü • Eynicinslı qoşa kk, ppvə tt hərfləriilə yazılan sözlərdə ikincikarsamitonuncingiltiliqarşılığı kimitələffüz olunur • Məsələn: səkkiz — [səkgiz] • mürəkkəb — [mürəkgəb] • tappıltı -[tapbıltı] • hoppanmaq — [hopbammax] • əlbəttə — [əlbətdə] • Səttar -[Sətdar]
Qoşasamitli sözlərinyazılışı və tələffüzü • Eynicinsliqoşa qq hərfləriilə yazılan sözlərdə birincicingiltilisamitonunkarqarşılığı kimi tələffüzolunur • Məsələn:diqqət—[dik' qət] • doqquz — [dok' quz], • toqqa — [tok'qa] və s.
Qoşasamitli sözlərinyazılışı və tələffüzü • Eynicinsliqoşa cc, dd, zz, ll, ss, ff, vv samitlərinindeyilişində heç bir fərqolmur. • Məsələn: təəccüb — [tə:ccüb] • yeddi — [yeddi], • ləzzət — [ləzzət], • əlli — [əlli], • rəssam – [rəssam], • tənəffüs — [tənəffüs], • əvvəl — [əvvəl]
Qoşasamitli sözlərinyazılışı və tələffüzü • Eynicinsliqoşa yyilə yazılan sözlərin çoxubiryilə deyilir. • Məsələn: vəziyyət — [vəziyət] • ədəbiyyat — [ədəbiyat] • şəxsiyyət — [şəxsiyət] • Hədiyyə, təyyarə, səyyar, səyyahvə s. kimi sözlərdə isə qoşa yysamitlərinin hər ikisi tələffüz olunur.
Söz ortasında bəzisamitlərin fərqli tələffüzü • Söz ortasındayanaşı gələn iki müxtəlifkarsamitdən ikincisicingiltili tələffüz olunur • Məsələn: tüstü — [tüsdü] • dəftər — [dəfdər] • təşkil — [təşgil] • kəşfiyyat — [kəşviyat] • şaftalı – [şafdalı]
Söz ortasında bəzisamitlərin fərqli tələffüzü • Söz ortasındansamitib, msamitlərindən əvvəl gədlikdə [m] kimi tələffüz olunur • Məsələn: zənbil — [zəmbil] • sünbül -[sümbül] • tənbəl — [təmbəl] • dinməz – [dimməz]
Söz ortasında bəzisamitlərin fərqli tələffüzü • Söz ortasındakarsamitdən əvvəl gələn qsamiti [k’] kimi tələffüz olunur. • Məsələn: nöqsan — [nök’san] • təqsir -tək’sir • iqtisadiyyat —[ik’tisadiyyat] • nöqtə—[nök’tə] • Bu samitcingitilisamitdən əvvəl gəldikdə isə [q] kimi tələffüz olunur. • Məsələn: istiqlal — [istiqlal] • miqyas — [miqyas] • maqnit — [maqnit]
Söz ortasında bəzisamitlərin fərqli tələffüzü • Söz ortasındasamitdən əvvəl gələn ksamitiəsasən [x’](y)kimi tələffüz olunur. • Məsələn: təklif – [təylif], • ürəkdən -[ürəydən]vəs. Belə sözlərdəkikhərfinin [y] kimi tələffüzü də düzgün sayılır.
Söz ortasında bəzisamitlərin fərqli tələffüzü Sözün ilk csamitindən sonrad, z, l, ssamitləri gəldikdə csamiti[j] kimi tələffüz olunur. • Məsələn: vicdan — [vijdan] • səcdə — [səjdə] • gücsüz — [güjsüz]
Söz ortasında bəzisamitlərin fərqli tələffüzü • Söz ortasındaçsamitindən sonrad, t, ssamitləri gəldikdə çsamiti[ş] kimi tələffüz olunur. • Məsələn: keçdi— [keşdi] • qaçsan –[ qaşsan]
Sonueynicinsliqoşa samitlə bitən söz köklərininyazılışı • Dilimizdə, əsasən, ərəb mənşəli təkhecalı bəzi sözlər varki, qoşa samitlə bitir. Məsələn: sirr, xətt, hədd, fənn, sədd, həqqvə s. • Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda söz kökündəkisamitlərdən biriyazılır. Məsələn: sirdaş, xətdə, fənlər və s. • Bu qaydayalnız hiss sözünə aid deyil, çünkidilimizdə bu sözlə yanaşı, his (çırağın hisi) sözü də vardır). • Rəsmxət,hüsnxət kimi mürəkkəb sözlərdə söz kökündəkisamit səsin biriyazılır.
Sözlərinsonundacingiltilisamitlərinyazılışı və tələffüzü • Qeyd: Sonucsamitiilə bitən çoxhecalı sözlər ayrılıqdaişləndikdə [ç] kimi tələffüz olunur: gənc [c], ülgüc [c] və s. • Bu sözlərdən sonrag, l, n, t, s, zsamitləriilə başlanan şəkilçilər və ya sözlər gəldikdə isə əsasən, [ş] kimi tələffüz olunur. • Məsələn: ağacdan— [ağaşdan], çəkicsiz — [çəkişsiz], ülgüc [ş] yarası çəkic [ş] səsivə s.
Sonu q və k ilə bitən çoxhecalı sözlərinyazılışı və tələffüzü • Dilimizdəki çoxhecalı sözlərinsonundakı qhərfi [x] və ya [ğ] kimi tələffüz olunur. • Məsələn: otaq — [otax], yanacaq — [yanacax], oynamaq — [oynamax] və s. • Belə sözlərə saitlə başlanan şəkilçiqoşulduqdayazıda [q]— [ğ] əvəzlənməsibaş verir. Məsələn: bulaq — bulağın — bulağa və s.
Sonu q və k ilə bitən çoxhecalı sözlərinyazılışı və tələffüzü • Dilimizdəkiərəb mənşəliüfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, vərəq, ittifaq, müstəntiq, natiqvə s. sözlər isə buqaydayatabeolmur. • Həmin sözlərinsonundakı samit[k']kimi tələffüz olunur: üfüq – [üfük], şəfəq — [şəfək] və s. • Belə sözlərə saitlə başlanan səkilçiqoşulduqda söz kökündəkisamit [q] kimi tələffüz olunur. Məsələn: şəfəqi — [şəfəqi].
Sonu q və k ilə bitən çoxhecalı sözlərinyazılışı və tələffüzü • Son səşi [y] cingiltilisamitininkarqarşılılığı [x'] kimi tələffüz olunan çoxhecalı sözlər ke hərfiilə yazılır. Məsələn: çiçək, ürək, çiyələk və s. Belə sözlərə saitləbaşlananşəkilçiqoşulduqdayazıdak-y əvəzlənməsibaş verir. Məsələn: köynək — köynəyi, köynəyəvə s.
Sonu q və k ilə bitən çoxhecalı sözlərinyazılışı və tələffüzü • Yazılışı ilə deyilişi fərqlənən butipli sözlərə aid dahabir neçə nümunə: • ağac — ağaç, • ürək — [ürəx’], • avtomat — [aftamat], • əgər – [əyər], • ixtira — [ixdira], • nəhəng — [nəhənk], • taxta –[taxda], • şənbə — [şəmbə], • doşab – [doşap], • döyüşkən — [döyüşgən], • itki–[itgi]
Sonu q və k ilə bitən çoxhecalı sözlərinyazılışı və tələffüzü • Dilimizdə elə sözlər dəvarki, onların tərkibində uzun tələffüz olunan səslər varlakinbu həmin sözlərdə hərf — səs fərqinə gətirib çıxarmır. • Məsələn: alim — [a:lim] • həkim — [hə:kim] • Sabir — [Sa:bir] • həqiqət — [həqi:qət] • məna — [mə:na] • şölə — [şö:lə] • etibar — [e:tibar] • surət — [su:rət] • sufı — [su;fı]Buna görə də belə sözlər yazılışı ilə deyilişi fərqlənən sözlər sayılmır.